“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə47/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   43   44   45   46   47   48   49   50   ...   58

Əlbəttə, hadisə  yerində  alınan və  saatlarla davam edən müsahibəni efirə 
verm
ək mümkün deyil. Reportaj hazırlayan jurnalist müsahibənin ən maraqlı yerini 
seçm
əli, həmin yerlərin taym kodlarını  qeyd etməli və  süjetini də  məhz həmin 
maraql
ı fikirlər üzərində qurmalıdır. Bu zaman nəyə əməl etmək vacibdir? 
-
 
Əksər hallarda jurnalist materialda müsahibəyə keçid etmək üçün müsahibin 
dediyi sözl
ərdən istifadə  edir. Lakin bu zaman müsahibənin  əvvəlində 
müsahib jurnalistin dediyi fikirl
əri təkrarlayır. Məsələn:  
 
Nümun
ə: 
 
- Ekspertin sözl
ərinə görə, son zamanlar dünya bazarında yaşanan gərginlik 
beyn
əlxalq valyuta fondunun və  əksər iri təşkilatların  narahatlığına  səbəb 
olub.  
 
Sinxron  – 
son  zamanlar  dünyanın  aparıcı  təşkilatları,  iri  şirkətlər dünya 
bazarında baş verən proseslərdən ciddi şəkildə narahatdırlar. Narahatçılığa 
əsas səbəbsə..... 
 
 
 
 
 
*** 
Bu cür keçidl
ə jurnalist əvvəla, vaxt amilini nəzərə almır və materialın daha 
da uzanmas
ına  şərait  yaradır.  İkincisi, süjetdə  təkrarçılığa  yol  verir.  Bu  isə  istər 
n
əzəri, istərsə  də  praktik baxımdan ümumi prinsiplərə  ziddir. Yadda saxlayın, 
süjetd
ə təkrarçılığa, fikirlərin bir neçə dəfə sadalanmasına yol vermək olmaz. Odur 
ki, st
əndap edən zaman, müsahibin fikirlərinə  keçid edərkən və  ya studiyadan 
kadrarxas
ı mətnə keçən zaman diqqətli olun. Stəndap, kadrarxası mətn, müsahibin 
fikirl
əri ümumi fikri və süjetin mətnini bir növ davam etdirməlidir. Konkret olaraq, 
yuxar
ıdakı  mətndə  sinxron birinci deyil, ikinci cümlədən  başlamalıdır: 
“Narahatç
ılığa əsas səbəbsə....”   
Müsahib
ə  zamanı  önəm verilməli olan digər amilləri  aşağıdakı  şəkildə 
qruplaşdırmaq olar: 


-  Müsahib
ə  zamanı  jurnalist teleoperatora müsahibi  bir neçə  fərqli 
rakursdan götürm
əyi  tapşırmalıdır. Bu kadrlar həm müsahibənin 
əvvəlində, həm də sonunda çəkilə bilər. Həmin kadrlar sizə müsahibin 
dediyi fikirl
ərdən sitat gətirən zaman, eləcə də müsahibəni qısaltmaq 
üçün laz
ımlı  olacaq. Odur ki, imkan daxilində  müsahibi müxtəlif 
rakurslardan ç
əkin; 

Əgər müsahibiniz öz çıxışında faktlara və  statistik rəqəmlərə  yer 
veribs
ə, onu qeyd edib öz adınızdan və  ya müsahibə  istinadən 
verm
əyiniz doğru olmazdı. Ən doğru addım, həmin fikirləri müsahibin 
dili il
ə  verməkdir. Bu zaman deyilən fikirlər daha inandırıcı  olar və 
t
əsirlilik də artar. Lakin həmin fikirləri deyən zaman müsahib uzun – 
uzad
ı  pauzalara,  fikir  dolaşıqlığına yol verirsə,  həmin rəqəmləri 
özünüz müsahib
ə istinadən ictimaiyyətə ötürə bilərsiniz.      
Yadda saxlay
ın, müsahibin tempi də süjetin ümumi tempinə və axıcılığına 
t
əsir göstərir.  Əgər müsahib yorucu və  asta danışırsa,  onun çıxışını  maksimal 
d
ərəcədə  azaldın və  onun dediyi sözləri daha çox özünüz təqdim  edin.  Əgər 
müsahib emossional v
ə templə danışırsa həmin müsahibəni 30-35, hətta 40 saniyə 
verm
ək olar.    
 
8.10. 
Sorğu 
 
Uğurlu sorğu uğurlu münasibətdir. Münasibət yaratmağın ilkin mərhələsi isə 
düzgün  salamlaşmaqdır.  İlk təəssürat müsbət olmalı  və  pozitiv notlarla yadda 
qalmal
ıdır. Bu keyfiyyət də sizə öz auditoriyanızı formalaşdırmağa yardım edəcək. 
Qarşıdakı  insana  pressinq  tətbiq edən və  onun üzərinə  suallarla atılan jurnalist 
neqativ münasib
ətlə  qarşılaşacaq,  müsahib  isə  ən  yaxşı  halda ümumi sözlərlə 
kifay
ətlənəcək. Belə  vəziyyətdə  səmimilikdən danışmaq  da  yersizdir.  Sorğunun 
mövzusunun seçilm
əsi isə ikinci şərtdir.  


Mövzunu bilm
ək uğurun 30  faizidir. Mövzunu elə formalaşdırmaq lazımdır 
ki, o, auditoriya üçün maraql
ı  olsun. Məhz buna görə  də  suallar sadə  və  aydın 
olmal
ı, daha çox insanı maraqlandırmalıdır.  
Sorğuda  uğur  qazanmaq  üçün  üç  punkt  (səmimi münasibət, mövzunu 
bilm
ək və  sualların  qoyuluşu) çox önəmlidir.  Sorğu  zamanı  kameradan və  ya 
mikrofondan ç
əkinən insanlara da rast gələ bilərsiniz. O zaman həmin insanlarla 
psixoloji  iş  aparmalı,  onun daha sərbəst olmasına çalışmalısınız. Məsələn,  qarşı 
t
ərəfə deyə bilərsiniz: “kameradan çəkinməyin. Onu unudun. Sadəcə mənə baxıb, 
suallar
ı  cavablandırın. Səhv etməkdən də  çəkinməyin. Montajda arzu olunmaz 
hallar
ı kəsib götürəcəyik”. və s. 
Sorğuda önəmli olan məqamlardan biri sizin qarşıya qoyduğunuz məqsəddir. 
Sual olunur – 
“sorğu  keçirməklə  siz hansi cavabı  almaq istəyirdiniz?”.  Əksər 
hallarda  sorğu  zamanı,  əsasən,  hansı  cavabların veriləcəyi jurnalistə  aydındır. 
Lakin  sorğu  keçirməklə  jurnalist ictimai dəstək  qazanmağa  çalışır və  qarşıya 
qoyulan problemin h
əllinə nail olur.   
Yadda saxlay
ın,  sorğu  götürdüyünüz zaman suallar və  cavablar imkan 
daxilind
ə lakonik olmalıdır. Adətən sorğunu montaj edərkən insanların hər hansı 
m
əsələyə münasibəti bir cümlə şəklində öz əksini tapmalıdır. İkinci, yaxud üçüncü 
cüml
ə  və  ya növbəti sual artıq  sorğunun  deyil,  müsahibə  dialoqun xarakterik 
xüsusiyy
ətidir.  
Sorğu informasiya verməkdən daha çox ictimai fikiri və münasibəti ortaya 
qoyur. Odur ki, ayr
ı – ayrı insanların münasibətini uzun-uzadı vermək ümumi işin 
ziyan
ına olar. Sorğuda fikirlər qısa olarsa həm süjetin aktivliyi artar, həm jurnalist 
daha çox insan
ın fikrini təqdim edə  bilər, həm də  təqdim  olunan  sorğu  yorucu 
olmaz.  
Sorğu  zamanı  önəm verilən digər mühüm amil  insanların  düzgün 
seçilm
əsidir. Əlbəttə, insanlar əsasən mövzuya uyğun seçilir. Lakin yadda saxlayın 
ki, efir
ə təqdim olunan hər bir sima ekran qarşısında əyləşən tamaşaçılara, onların 
psixologiyas
ına, əhval-ruhiyyəsinə birbaşa təsir edir. Odur ki, geyimi və görünüşü  


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə