“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə45/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   41   42   43   44   45   46   47   48   ...   58

inandırıcı şəkildə, emossional və templə ifadə etməyi bacarmır. Odur ki, hazırlıq 
prosesind
ə müsahibinə ciddi, xüsusən də müsahibənin əsasını təşkil edən önəmli, 
yaxud  qıcıqlandırıcı  suallar verməkdən çəkinin.  Birbaşa  əsas suallara keçsəniz 
qarşı  tərəf  psixoloji  baxımdan  daha  çətin vəziyyətə  düşəcək, hətta müsahibə 
verm
əkdən belə  imtina edəcək.  Müsahibə  prosesində  tələsmək olmaz. Çünki 
müsahib
ənin nə  dərəcədə  uğurlu  alınması  məhz  hazırlıq  prosesinin  yekunundan 
asılıdır.                   
 
8.3. Müsahib
ə prosesi, sualların verilmə ardıcıllığı 
 
Müsahib
ə  prosesinin  əvvəlində  qarşı  tərəfə  mövzu ilə  bağlı  kifayət qədər 
asan suallar verin. B
əlkə  də, həmin suallara veriləcək cavablar o qədər də  vacib 
deyil v
ə həmin cavabları siz materialda istifadə etməyəcəksiniz. Lakin müsahibəni 
m
əhz  ümumi  suallarla  başlamaq  müsahibin  özünü  daha  rahat  hiss  etməsi və 
proses
ə alışması baxımından önəmlidir. Bu zaman hərəkətlərinizə, səs tonunuza və 
davranış tərzinizə xüsusi həssaslıqla yanaşın. Adi diqqətsizlik bütün missiyanı alt-
üst ed
ə  bilər. Olduqca sakit və  təmkinli  davranın,  müsahibin  dediyi  hər sözə 
diqq
ətlə qulaq asın. Əksər hallarda müsahibənin əvvəlində deyilən fikirlər heç də 
yeni olmur. Lakin bu, müsah
ibin sözünü yarımçıq kəsməyə, onun fikirlərinə məhəl 
qoymamağa əsas vermir. Yadda saxlayın ki, qarşı tərəf yalnız özünə qarşı maraq, 
yaxud hörm
ət  gördüyü  halda  jurnalistin  suallarına  cavab  verəcək.  Əks  təqdirdə 
görül
ən işlərin heç bir mənası olmayacaq.  
Fa
ydalı  informasiyalar  almaq  üçün  suallar  kifayət qədər konkret və  aydın 
olmalı, sakit tərzdə verilməlidir. Jurnalist heç bir halda özünü hakim, müsahibi isə 
mütt
əhim qismində  görməməli, müsahiblə  aqressiv  davranmamalı,  kobudluq 
etm
əməlidlir.  Yadda  saxlayın  ki, müsahibə  almaq  əksər hallarda jurnalistə 
lazımdır.  Məhz buna görə  də, jurnalist istər bu gün vacib suallara cavab almaq, 
ist
ərsə  də  müsahiblə  münasibətləri uzun müddət  qoruyub  saxlamaq  baxımından 
qeyd olunan prinsipl
ərə əməl etməlidir.  


H
əm nəzakətli,  həm də  inadkar  olun.  Yalnız  bu  halda  müsbət nəticə 
qaçılmazdır. Lakin bu, sizi qəliz suallar verməkdən çəkindirməsin. İlk mərhələdə 
asan suallar verm
əklə  müsahibinizi inandırdınız və onun kamera qarşısında daha 
s
ərbəst, rahat olmasını təmin etdiniz. Artıq ikinci və həlledici mərhələyə keçmək 
olar. Ağır artilleriyanı işə salın, daha qəliz, qızışdırıcı, problem xarakterli suallar 
verin.  Artıq  10-15 dəqiqədir  ki,  özünün  iş  prinsipindən,  əldə  etdiyi  uğurlardan 
danışan müsahib çətin suallardan bir qədər şoka düşsə də, istər – istəməz həmin 
suallara da cavab ver
əcək. Təcrübə göstərir ki, daha peşəkar müsahiblər bu zaman 
sualdan yayınır, ümumi cavablar verməklə vəziyyətdən çıxmağa çalışırlar. Lakin 
unutmayın,  əgər müsahib hər  hansı  sualdan  yayınırsa  və  çətin duruma  düşürsə
dem
əli hədəfi  düzgün  nişan  almısınız.  Sonadək mübarizə  aparın  və  həmin suala 
cavab almağa çalışın.  
                                                                        
8.4. 
Müsahib cavabdan yayınırsa...    
 
 
Suala cavab ala bilmirsinizs
ə, müsahibin üzərinə hücuma keçmək düzgün 
olmazdı. Siz nə qədər hücuma atılsanız, müsahib bir o qədər müdafiə olunacaq. 
N
əticədə önəmli suala cavab ala bilməyəcək və redaksiyaya əliboş dönəcəksiniz. 
S
əbirli olun, ilk dəfədən gözlədiyiniz cavab verilmədikdə, sualı  dəyişin. 
Müsahib
ə  yenidən ümumi suallar verməklə  onun fikrini əsas məsələdən 
yayındırmağa  çalışın.  Təxminən 4-5 dəqiqədən sonra yenidən həmin suala 
qayıdın, lakin bu dəfə cümlə quruluşunda və ifadələrdə müəyyən dəyişiklik etmək 
şərtilə. Əsas mövzu və ya sualın mahiyyəti isə olduğu kimi qalır.  
 
Dig
ər səmərəli vasitə  pauzalara yol verməkdir. Jurnalist vacib məsələ  ilə 
bağlı müsahibin cavabını almağa çalışır və bu üzdən də müsahib hər dəfə fikrini 
bitirdikd
ən  sonra  qısa  pauzaya  yol  verir.  Jurnalistin  düşünülmüş  pauzaya  yol 
verm
əsi  qarşı  tərəfin suala daha ətraflı  cavab  verməsinə, arzuedilməz  sualı 
cavablandırmasına şərait yaradır. 
 
H
əlledici suala cavab almaq sanki jurnalistlə  müsahibin  döyüş  səhnəsinə 
b
ənzəyir. Hər iki tərəf illərlə topladığı təcrübədən yararlanaraq bu döyüşdən qalib 


ayrılmağa çalışır. Qələbə qazanmaq üçünsə ümumi dünya görüşü, məlumatlılıqla 
yanaşı,  psixoloji  hazırlıq,  səbr və  bir çox halda aktyorluq keyfiyyətləri tələb 
olunur.  
 
8.5. Müsahib
ə prosesində nəyi etmək olmaz? 
 
Müsahib
ənin  uğurlu  alınması  həm də  sualların  verilmə  qaydasından  və 
diskussiyanın nə dərəcədə effektli aparılmasından asılıdır. Sualları hazırlayarkən 
jurnalist  qısa  cümlələrdən istifadə  etməli,  fikrin  asan  qavranılmasına  nail 
olmalıdır. Sualların hazırlanmasında əsas prinsiplərdən biri “hə” və “yox” cavabı 
ala bil
əcəyiniz  suallardan  qaçmaqdır.  Nəzərə  alın  ki,  müsahibənin  alınmasında 
m
əqsəd sizin deyil, müsahibin fikirlərini öyrənməkdir. Buna görə də, müsahibəni 
“niy
ə”, “necə” və  “hansı  səbəbdən”, yaxud, “niyə  elə  düşünürsünüz ki...”, “nə 
əsas  verir  ki,  o  cür  düşünəsiniz...”  sualları  üzərində  qurmaq  daha  düzgündür.  
Bel
ə olan halda həm müsahibin fikirlərini daha geniş şəkildə öyrənmək, həm də 
hadis
ə  ilə bağlı daha ətraflı informasiya toplamaq imkanınız olacaq.  
 
Sualınızın  sual  kimi  qavranılmasına  əmin olun. Bəzən reportyor verdiyi 
sualda öz fikrini, m
əsələyə  münasibətini ortaya qoyur və  bununla  da,  sualın 
verilm
ə  prinsiplərini  pozmaqla  yanaşı,  müsahibin  öz  fikrini  sərbəst  şəkildə 
söyl
əməsinə imkan vermir. Məsələn: “Necə də gözəl konsert proqramını izlədik, 
el
ə  deyilmi?”. Bu vəziyyətdə  jurnalist məsələyə  öz münasibətini bildirməklə 
müsahibi bir növ istiqam
ətləndirir və  onun  konsert  proqramı  ilə  bağlı  tənqidi 
fikirl
ər söyləməsinə imkan vermir.  
 
Sualların verilməsi zamanı çalışın ki, bir dəfəyə yalnız bir sualla müraciət 
edin. Əgər iki sualı bir cümlə şəklində müsahibə təqdim etsəniz (Məsələn: “Sizcə 
problemin yaranmasına səbəb nədir və bu problemin həll olunması üçün nə kimi 
t
ədbirlər görməyi planlaşdırırsınız?”):   
-
 
Müsahib su
alların  birindən  yayınacaq  və  daha çox özünün 
maraqlarına uyğun sualı cavablandırmağa çalışacaq; 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə