“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə42/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

ç
əkilən film və  ya  veriliş  yalnız  konkret  televiziyada  yayımlana 
bil
ər;   
Yaxa mikrofonu 
 
Yaxa mikrofonu daha çox studiya v
ə otaq çəkilişlərində istifadə olunur. Bu 
mikrofonlar sancaq vasit
əsilə geyimə bərkidilir. Həcm etibarı ilə kiçik olan yaxa 
mikrofonu t
əxminən 100-150 qr. çəkiyə  malikdir.  Lakin  kiçik  ölçülü  olmasına 
baxmayaraq, yaxa mikrofonu müsahibin, 
ətraf aləmin səsini dəqiqliklə  kassetə
yaxud kameranın yaddaşına ötürə bilir. Yaxa mikrofonunun da bir sıra müsbət və 
m
ənfi xüsusiyyətləri var:  
 
Müsb
ət keyfiyyətlər: 
 
-
 
Yaxa 
mikrofonu yığcam, yüngül və kompaktdır; 
-
 
Yaxa  mikrofonu  görüntünün  hansısa  telekanala  aid  olduğunu 
bildirmir v
ə bununla da məhsulun gələcəkdə istənilən kanala təqdim 
olunmasına şərait yaradır; 
-
 
Yaxa mikrofonu h
əm müsahibə, həm də  jurnalistə  çəkiliş 
meydançasında,  studiyada və  açıq  havada  sərbəst hərəkət etməyə, 
başqa sözlə, hərəkətli müsahibənin götürülməsinə imkan verir; 
-
 
Yaxa mikrofonu göz önünd
ə  olmadığı  üçün  rəsmilik, psixoloji 
g
ərginlik yaratmır, müsahib özünü daha rahat hiss edir və suallara da 
s
əmimi cavab verir;  
-
 
Yaxa 
mikrofonu  yüngül  olduğundan  və  yaxaya bərkidildiyindən 
jurnalist s
ərbəst  əllərlə  mövzuya  uyğun  istənilən  maraqlı  ideyanı 


gerç
əkləşdirə  bilər. Məsələn: at çapmaq, idman etmək, avtomobil 
idar
ə etmək, yer belləmək və s.;  
 
 M
ənfi keyfiyyətlər: 
 
-
 
Yaxa mikrofonu olduqca h
əssas  qurğudur.  Müsahibə  və  ya  canlı 
verilişlər  zamanı  müsahibin  saçının,  yaxud  qalstukunun  yaxa 
mikrofonuna  toxunması  əsas səsi (müsahibin səsini) belə  batırır, 
normal eşidilməsinə imkan vermir; 
-
 
Yaxa mikrofonu inc
ə qurğu olduğundan tez sıradan çıxa və çəkiliş 
meydançasında sizi pis vəziyyətdə qoya bilər; 
-
 
Bu  tip  mikrofonların  güclü  səsə  qarşı  davamiyyəti olduqca zəifdir. 
Odur  ki,  açıq  hava  şəraitində  və  ya kənar səslərin  güclü  olduğu 
ərazilərdə (avtomobil yollarında, tikinti yerlərində və ya güclü külək 
zamanı) yaxa mikrofonları ilə müsahibə almaq məsləhət deyil;  
 
Durna mikrofonu 
B
əzən jurnalistlə müsahib arasında kifayət qədər məsafə olur və ya çoxsaylı 
reportyor v
ə  teleoperatorların  olduğu  yerlərdə  müsahibə  yaxın  düşmək sadəcə 
mümkün  deyil.  Yaxud  da  rejissor  mikrofonun  kadra  düşməsini məqbul hesab 
etmir. Bel
ə hallarda durna mikrofonlarına əl atılır.    
 
Müsb
ət keyfiyyətlər: 
 
-
 
Durna mikrofonlarının normal halda uzunluğu 2 m. 60 sm. olur və 
bu mikrofonlar k
ənarda  yaşanan,  yaxınlaşmağın  mümkün  olmadığı 


yerl
ərdən interküylər götürməyə, hətta müsahibələr  almağa  imkan 
verir; 
-
 
Durna  mikrofonları  daha  çox  idman  yarışlarında  istifadə  olunur. 
Xüsus
ən, komanda yarışlarında  məşqçilərin  tapşırıqlarını  və 
oyunçuların  danışıqlarını  onlara  yaxınlaşmadan  götürmək üçün 
durna mikrofonlarına əl atılır; 
-
 
Durna  mikrofonları  əksər  hallarda  kadra  düşmədiyindən, xüsusən 
s
ənədli və  bədii filmlərdə  çəkilişlər,  aktyorların  çıxışları  olduqca 
t
əbii alınır; 
-
 
Durna  mikrofonları  obyektdən, müsahibdən kifayət qədər  aralı 
olduğu  üçün  onlara  nə  toxunmaq, nə  də  arzuolunmaz səslərin 
düşməsi  mümkündür;    
    
M
ənfi keyfiyyətlər: 
 
-
 
Durna  mikrofonları  səs  qaynağından  uzaq  olduğu  üçün  əl və  yaxa 
mi
krofonları kimi səsi təmiz götürmək imkanına malik deyil. Odur 
ki, ç
əkiliş prosesində  əksər hallarda durna mikrofonu ilə  yanaşı,  əl 
yaxud yaxa mikrofonları quraşdırılır; 
-
 
Güclü kül
ək  zamanı  durna  mikrofonlarından  istifadə  etmək qeyri- 
mümkündür. Bu zaman mikrofon 
əsəcək və  səsin təmiz 
yazılmasında ciddi problemlər yaranacaq; 
-
 
Durna  mikrofonlarını  çəkiliş  prosesinə  hazırlamaq  müəyyən vaxt 
t
ələb edir;  
 
Əl və yaxa mikrofonları eyni zamanda iş prinsipinə görə də iki yerə bölünür: 
-
 
m
əsafəli; 
-
 
m
əsafəsiz;  
 


M
əsafəli  (distansiyalı)  -  mikrofonlar  naqilsiz  mikrofonlar  sayılır.  Bu  tip 
mikrofonlar 
yaradıcılıq üçün geniş imkanlar açır. Belə ki, məsafəli əl, yaxud yaxa 
mikrofonları  naqillə  kameraya birləşdirilmədiyindən reportyor və  ya müsahib 
ç
əkiliş meydançasında sərbəst hərəkət edə bilir.  
Lakin m
əsafəli  mikrofonlar  adından  da  göründüyü  kimi,  səs  dalğalarını 
(elektromaqnit  dalğaları)  konkret  məsafəyə  ötürə  bilir. Adi halda bu məsafə 
t
əxminən 50 m. olur. Jurnalist və ya müsahib müəyyən olunmuş məsafəni keçsə, 
s
əsdə problemlər yaranacaq, səs keyfiyyətli yazılmayacaq.  
Bundan 
əlavə, kamera ilə  mikrofon  arasında  olan  məsafədə  elektromaqnit 
dalğaları ilə işləyən hər hansı qurğu (radio, telefon və s.) olarsa, yaxud güclü külək 
əsərsə, bu, səsin keyfiyyətinə bilavasitə mənfi təsir göstərəcək. Odur ki, nə qədər 
geniş yaradıcılıq imkanları yaratsa da, mütəxəssislər məsafəsiz mikrofonların daha 
etibarlı olduqlarını bildirirlər. 
M
əsafəsiz (distansiyasız)  mikrofonlar  -  naqilli  mikrofonlardır.  Bu 
mikrofonların məsafəsi naqilin uzunluğu ilə ölçülür. Elektromaqnit dalğalar hava 
il
ə deyil, birbaşa naqillə ötürüldüyündən distansiyasız mikrofonlar keyfiyyətli səsin 
əldə olunması baxımından daha etibarlı sayılır.  
Lakin  qeyd  olunduğu  kimi,  məsafəsiz  mikrofonların  fəaliyyət  genişliyi 
naqilin uzu
nluğu  ilə  ölçüldüyündən  əksər hallarda jurnalist istədiyini  reallaşdıra 
bilmir. Bütün bunlarla yanaşı, istər əl, istərsə də yaxa mikrofonu olsun, əsas məsələ 
bu  qurğudan  düzgün  istifadə  etmək və  onun  texniki  imkanlarını  düzgün 

əyyənləşdirməkdir. Mikrofondan istifadə zamanı önəm verilən əsas prinsipləri 
is
ə aşağıdakı kimi qruplaşdırmaq olar: 
-
 
Ç
əkiliş yerinə çıxmazdan öncə teleoperatordan mikrofonu yoxlamağı 
t
ələb edin. Bu, sizi sonradan yarana biləcək  xoşagəlməz 
sürprizl
ərdən xilas edər; 
-
 
Mikrofonun naqilind
ən  ehtiyyatlı  olun.  Müsahibə  zamanı 
mikrofonun naqilini 
ələ dolamaq yolverilməzdir; 
-
 
Mikrofonun naqilind
ən tutaraq gəzdirmək olmaz


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə