“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə40/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   36   37   38   39   40   41   42   43   ...   58

ara planı çəkməlidir. Bura, alınan sinxron və ya stəndaplar daxil deyil. Yalnız ara 
planlar qeyd olunan sayda olmalıdır. Təbii ki, həmin planların heç də hamısı efir 
üçün yararlı olmayacaq. Hətta belə olan halda, reportyor çəkilən 60 plandan 40 ən 
yaxşısını  seçməklə montaj prosesini uğurla başa vura bilər. Əks halda, teleoperator 
t
ənbəllik edərsə,  seçim  imkanı  da  az  olacaq  ki,  bu  da  istər  –  istəməz  reportajın 
keyfiyy
ətinə təsir göstərəcək. 
 
Ünvan  planları  (hadisə  yerini  açıqlayan  detallar)  –  Reportajda məkan 
amili olduqca mühüm ön
əm kəsb edir. Məkan müxtəlifliyi nə qədər zəngin olarsa 
süjet d
ə  bir o qədər fərqli və  peşəkar  alınacaq.  Məkan müxtəlifliyi  həmçinin 
hadis
əni  daha  uğurlu  təhlil etməyə, süjet xəttinin daha maraqlı  olmasına  şərait 
yarad
ır. 1.30 və  ya 2 dəqiqəlik materialda adi halda 4 məkandan istifadə  etmək 
daha m
əqsədəuyğundur. Lakin məkanlar müxtəlif olsa da, bir-biri ilə bağlanmalı, 
ünvan planlar
ı, qəhrəmanların keçidləri, hərəkətli planlarla əlaqələndirilməlidir.  
Ünvan planlarına müxtəlif hökumət və ya qeyri-hökumət binalarının ümumi 
görünüşü, həmin binalarda fəaliyyət göstərən idarələrin adını bildirən lövhələr, yol 
göst
əriciləri və s. aiddir. Həmin planların özü ayrıca informativ dəyər kəsb edir və 
süjetd
ə məkan müxtəlifliyi yaratmaqla hadisələri bir – biri ilə əlaqələndirir.  
 
  
  
 
 
Reportajda dinamika yaratmaq v
ə  hadisələri məntiqi  ardıcıllıqla  təqdim 
etm
əkdən ötrü jurnalist  istər qəhrəmanın,  istərsə  də  mütəxəssisin sinxronunu 
verm
əzdən  əvvəl həmin  insanlarla  görüşmək  üçün  hara  yollandığını,  hətta 
müsahibl
ə  necə  görüşdüyünü,  yaxud  müsahibin  hər  hansı  məkana necə  daxil 
olduğunu  göstərməlidir.  Başqa  sözlə,  ünvan  planları  istər  materialı  daha  da 


z
ənginləşdirmək, istər hadisələrin  ardıcıllığını  qorumaq,  istərsə  də  əlavə 
informasiya verm
ək cəhətdən mühüm önəm kəsb edir.       
Panoram  –  h
ərəkətli plandır. Panoram çəkilişi zamanı kadr soldan – sağa, 
sağdan  –  sola,  yaxud  aşağıdan  –  yuxarı  və  yuxarıdan  -  aşağı  hərəkət edir.  Bu 
zaman tamaşaçı hadisə yerində olan detalları növbə ilə, daha aydın şəkildə görmək 
imkanı əldə edir. Panoram hərəkətli plan olduğundan tamaşaçını yormur və daha 
çox obyekti 
əks etdirir.  
Bununla bel
ə,  yadda  saxlamaq  lazımdır  ki,  panoramı  yarımçıq  kəsmək 
olmaz. Bu plan “A” nöqt
əsindən  başlayıb,  “B”  nöqtəsində  bitməlidir. Onun 
yarımçıq kəsilməsi kadr sıçrayışına səbəb olacaq. Odur ki, panoram planı çəkərkən 
teleoperator bu amili mütl
əq nəzərə almalı və bir qədər sürətli hərəkətə üstünlük 
verm
əlidir. Qeyd olunan məsələ panoramın mənfi keyfiyyətlərindən biridir. Lakin 
Bu planın yaratdığı problemlər yalnız bununla bitmir: 
-
 
Panoram  daha  çox  efir  vaxtı  aparır  və  montaj  zamanı  3  saniyəlik 
kadr prinsipini pozur. Bu plan b
əzən 5-6, hətta 10 saniyə davam edir. 
Bel
ə olan halda siz vermək istədiyiniz 2-3 plan əvəzinə yalnız biri ilə 
kifay
ətlənir, digər  maraqlı  planları  ixtisar  etmək məcburiyyətində 
qalırsınız; 
-
 
Planın  uzun  olması  bilavasitə  süjetin tempinə  də  təsir edir və 
material  darıxdırıcı  olmaqla  yanaşı,  çətin  qavranılır,  əksər hallarda 
sözl
ə təsvir üst-üstə düşmür; 
-
 
Panoramın  çəkilişi  zamanı  teleoperator  əksər  hallarda  kameranın 
əsməsi, obyektivə  arzulanmayan,  yad  insanların  və  əşyaların 
düşməsi kimi problemlərlə  qarşılaşır.  Məhz buna görə  də, 
tele
operator daha uğurlu panoramı çəkmək üçün bir neçə dubl etməli 
olur ki, bu da 
əlavə vaxt itkisi deməkdir.  
 
 
Qeyd etdiyimiz kimi, panoramın ən böyük mənfi xüsusiyyəti daha çox efir 
vaxtı aparmasıdır. Lakin bəzən panoramsız ötüşmək də mümkün deyil. Xüsusən, 
q
əzaların baş verdiyi ərazilərin ümumi planda panoramını verən teleoperator həm 
hadis
ə yerinin geniş mənzərəsini yaradır, həm də olay yerindəki detallar arasında 


əlaqələri  aydın  şəkildə, növbə  ilə  tamaşaçıya  göstərir.  O  ki  qaldı  efir  vaxtına  və 
panoramın uzunluğuna, bu problemdən də çıxış yolu var. Mütəxəssislərin fikrincə, 
ən  uğurlu  panoram  3  saniyə  davam  edir.  Odur  ki,  bu  planı  çəkən teleoperator 
ür
əyində  üçə  kimi  saymalı  və  panoramı  da  məhz bu vaxt çərçivəsində 
yekunlaşdırmalıdır.  Əks  halda  yuxarıda  qeyd olunan problemlərin  yaranması 
qaçılmazdır.    
 
Yekun plan –  hadis
ənin bitdiyini bildirən  kadrdır.  Məsələn,  tamaşanın 
yekununda  insanların  yerlərindən qalxaraq əl  çalması  və  zalı  tərk etməsi, futbol 
görüşünün  sonunda  futbolçuların  meydandan  çıxması  və  s.  yekun  plan  sayılır. 
Operativ  çalışmaqla  materialı  tez  bir  zamanda  efirə  təqdim etməyi  düşünən 
reportyor  komandası  əksər hallarda hadisənin sonunu gözləyə  bilmir və  süjetin 
əvvəlində  olduğu  kimi,  sonunda  da  köklənmə  planı  təqdim  edir.  Əlbəttə, 
v
əziyyətdən çıxış yolu kimi kifayət qədər geniş yayılan bu üsul səhv sayıla bilməz. 
Lakin sonluq yekun plan üz
ərində qurulsa, həm material daha zəngin və maraqlı 
alınar, həm ümumi fikir tamamlanar, həm də kadrların məntiqi ardıcıllığı yerində 
olar.  
  
  
 
 
Yekun plan ç
əkməyi  düşünürsünüzsə,  teleoperatorunuza nəzarət edin. Bu 
plan 
ən azı 20-25 saniyə çəkilməlidir. Nəzərə alın ki, materialınızın son cümləsi ilə 
yanaşı, süjeti hazırlayan reportyor və teleoperatorun (R.M. bəzən teleoperatorların) 
adı və soyadı da məhz yekun plan üzərində deyilir.  
 
Unutmayın,  materialda yekun plan daha çox yaddaqalan olur.  Süjetinizin 
sonluğu  istər söz,  istərsə  də  təsvir  baxımından  uğurlu  olarsa,  süjetiniz də  bir o 
q
ədər gözəl və maraqlı alınacaq. Hadisənin bitdiyini bildirən hər plan yekun kadr 
kimi istifad
ə oluna bilməz. Odur ki, daha uğurlu yekun plan axtarın və  tapdığınız 
halda teleoperatordan onu genişbucaqlı obyektivlə çəkməyini xahiş edin. Lakin öz 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə