“Lİder tv və radio-azərbaycan” mmc



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə53/58
tarix27.10.2018
ölçüsü2,11 Mb.
#75803
1   ...   50   51   52   53   54   55   56   57   58

fikrini  tamamlamalıdır.  Belə  etdiyiniz halda montaj  zamanı  çətinlik 
ç
əkməyəcəksiniz; 
-
 
Q
arşıdakı obyektin arxasında şüşə və ya parıldayan detal olarsa teleoperator 
mütl
əq filtrdən istifadə etməlidir;  
-
 
İri plan  obyektin üzünü kifayət qədər  aydın  göstərir. Odur ki, kamera 
qarşısında  dayanan  insanın  üz  cizgilərinin  daha  aydın  düşməsi üçün 
işıqqaytarıcını  obyektə  imkan daxilində  yaxın tutmaq lazımdır. Yalnız bu 
halda işıqqaytarıcıdan effektli istifadə etmək olar; 
-
 
İşıqqaytarıcının hər iki üzündən – ağ və qızılı rənglərdən süjetin mövzusuna 
uyğun  yararlanmaq  lazımdır.  Ağ  işıq  (R.M.  buna  soyuq  işıq  da  deyilir) 
ad
ətən operativ çəkilişlərdə, kinoeffekt təsiri  yaradan  qızılı  rəngli  işıq  isə 
s
ənədli və ya bədii filmlərdə istifadə olunur;    
-
 
İki rəngli (ağ-qara) filtrdən daha çox təbiət mənzərələrində, hündürmətbərəli 
binalar
ın çəkilişlərində, bir sözlə  açıq  hava  şəraitində  istifadə  olunur. Bu 
zaman teleoperator filtrin qara v
ə ya tünd hissəsini işığın daha çox düşdüyü 
istiqam
ətə yönəldir. Belə olan halda ətraf aləm bir qədər tünd, jurnalist isə 
aydın  şəkildə  kadra  düşür  və  bu mənzərə  efirə  xüsusi gözəllik verir.  Otaq 
şəraitində həmin qradientdən yararlanmaq olmaz;  
    
ağ rəngli filtr
 
iki r
əngli (ağ-qara) filtr
 


-
 
Yadda saxlayın, teleoperator istənilən çəkiliş məkanında axtarışda olmalı və 
maraqlı  planlar  tutmağa  çalışmalıdır.  Məhz buna görə  də,  peşəkar 
teleoperator ç
əkiliş məkanına daxil olduğu andan müşahidəyə başlayır;  
-
 
Teleoperator x
əbərlər üçün alınan müsahibəni çəkirsə, bir mühüm məqamı 
mütl
əq nəzərə  almalıdır:  müsahib  kadrın ortasında  deyil, kənarında 
dayanmalıdır.  Tamaşaçının  müsahibi  dinləməklə  paralel,  arxa  fonda  baş 
ver
ənləri görməsi üçün bu  çox önəmlidir
-
 
Kadrda ağırlıq nisbəti bölünməlidir. Belə ki, kadrın bir tərəfində ağır əşya  
olarsa o biri t
ərəfdə  də  eyni çəkili  detal  və  insan    olmalıdır.  Teleoperator 
kadr
ın bir tərəfinin yüklənməsinə  imkan verməməlidir. Balans prinsipi 
qorunmal
ıdır. Bunu fokusla da tənzimləmək olar. Kadrın ağır hissəsi (R.M. 
başqa sözlə,  daha  çox  detalın əks olunduğu hissə) fokusdan kənar, yüngül 
hiss
əsi isə aydın, başqa sözlə fokusda olur və bu  vizual balans yaradır;  
-
 
Əgər çəkiliş  prosesi  qapalı  otaqda  aparılırsa,  teleoperator  işıqları 
qur
aşdırmazdan öncə  hadisə  yerində  bütün  işıqları  söndürməli  və  yalnız 
bundan sonra 
işıqları məkana, eləcə də mövzuya uyğun qurmalıdır;  
-
 
Hadis
ə  yerində  olan  işıqlar  birbaşa  insanlara  yönəlməlidir.  Nəzərə  alın  ki, 
i
şığın yuxarı qaldırılması hadisə yerini daha da işıqlandıracaq. Bu isə çəkiliş 
meydanças
ında olan bütün neqativ məqamları və  detalları üzə çıxaracaq; 
-
 
Əyləşən insanı  çəkən zaman kameranın  hündürlüyü  ya  onun  alnı 
s
əviyyəsində, ya da azacıq yuxarı olur. Əgər insanın üzü iri və şişmandırsa, 
yaxud armud formasındadırsa, kadrı yuxarıdan aşağı götürmək lazımdır ki, 
üz daha iri şəkildə düşməsin. Əgər sifət uzundursa, onu frontal vəziyyətdə 
ç
əkmək lazımdır;  
-
 
Kamera  kimi  işiqların hündürlüyü də  insanların üzünün formasına görə 
qurulur;  
 


 
 
-
 
İşıq və kameranı həmçinin insanın xarakterinə və süjetin mövzusuna uyğun 
qurmaq t
ələb olunur;  
-
 
Hadis
ə yerində işıqların düzgün qurulması və daha uğurlu plan tapmaq üçün 
h
ər  şeydən öncə  işıq aparatları  hərəkət etdirilir, teleoperator  düzgün  işıq 
qurmağa  çalışır. Yalnız bundan sonra kamera və  işıqları  konkret yerdə 
b
ərkitmək olar;  
-
 
Müsahib
ə  zamanı  arxa fona mavi rəngli  işıq  effekti  buraxmaq daha 
m
əqsədəuyğundur.  Belə  ki, bu rəng arxa fonu insandan nəzərəçarpacaq 
d
ərəcədə ayırır;  
-
 
Yadda saxlay
ın  ki,  soyuq  işıq insanın bütün cizgilərini, üz qırışlarını 
göst
ərir. Bu,  xüsusi  verilişlər üçün faydalı  olsa da, xəbərlər üçün yararlı 
deyil. Siz isti v
ə ya yumuşaq işıq verməklə çatışmayan məqamları, eləcə də 
qüsurları gizlətmiş olursunuz;  
-
 
Küç
ə  çəkilişləri zamanı  bir qayda olaraq qradient və  polirizasiyalı  filtrlər 
götürm
ək tələb olunur; 
-
 
Arxa fonda yarana bil
əcək işıq parıltıları ilk baxışdan lazımsız hesab olunur 
v
ə  teleoperator vaxt itirmədən həmin  parıltıları  aradan  qaldırmağa  çalışır. 
Lakin t
ələsmək olmaz. Həmin  parıltılardan  da  kadrın gözəlliyi və  maraqlı 
olmas
ı üçün istifadə etmək olar; 


-
 
Müsahib
ənin alınması  prosesində  teleoperatorun bütün diqqəti müsahibdə 
olmal
ı, onun hərəkətlərini izləməlidir.  Hərəkətli müsahibin kadrdan 
ç
ıxmasına yol vermək olmaz. Müsahibin çiyinləri,  əlləri və  qolları  proses 
ərzində kadrda olmalıdır; 
-
 
Müsahib
ə  zamanı  arxa fonda ünvan planı, maraqlı  detal varsa, yaxud 
müsahib h
ər  hansı  detalı  xüsusi  olaraq  qeyd  edirsə, həmin detal mütləq 
ayr
ıca çəkilməli və montajda müsahibənin üzərinə vurulmalıdır; 
-
 
Polirizasiyali filtr yoxdursa, diqq
ət yayındıran və mövzuya uyğun gəlməyən 
parlaq işıq effektinin qarşısını almaq üçün qradient filtirdən istifadə etmək 
olar. Bu zaman qradient filtirin qaranl
ıq tərəfini işiq və ya parıltı olan tərəfə 
salmaq laz
ımdır; 
-
 
Əgər işıqqaytarıcını külək oynadırsa müsahibin üzünə düşən işıqda əsmələr 
olacaq. Odur ki, teleoperator  bu bar
ədə  jurnalistə  məlumat verməli və 
müsahib
ənin həmin hissəsi yenidən çəkilməlidir; 
-
 
Əgər köməkçi yoxdursa,  teleoperatorun  softboksdan istifadə  etməsi 
m
əsləhətdir. Lakin köməkçi  varsa  işıqqaytarıcıdan  yararlanın. Yadda 
saxlay
ın, işıqqaytarıcı təbii işıq verdiyindən müsahibin üzünə daha effektli 
v
ə yumşaq işıq salır;  
-
 
Teleoperator n
əzarət etməlidir ki, müsahibə  zamanı  jurnalist  obyektdən 
(müsahibd
ən) maksimum dərəcədə uzaqda dayansın. Çünki yalnız bu halda 
kadr
ın dərinliyi böyük olur və  arxa fon müsahibdən daha aydın  şəkildə 
f
ərqlənir; 
-
 
Jurnalist par
ıldayan və  damalı köynək geyinibsə teleoperator bu haqda ona 
x
əbərdarlıq etməli və həmin geyimin kadrda yaxşı görünməyəcəyini, parıltı 
ver
əcəyini  bildirməlidir. Ona görə  də  xətli köynəklərdən və  sintetik 
materiallardan imtina etm
ək məsləhətdir;  
-
 
Kadrda balans m
əsələsinə rənglər də təsir edir. Məsələn, kadrın bir tərəfində 
qara, dig
ər tərəfində  isə  ağ  fiqur  varsa,  qara fiqur olan tərəf  daha  ağır 
görs
ənəcək.  Odur  ki,  ağ  fiqur  olan  tərəfdə  havanı  daha çox saxlamaq 
laz
ımdır. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə