89
Bu qısa fəlsəfi ekskursdan sonra təkrarən
nəzərdən keçirdiyi-
miz “dərk olunan minimal vahid” anlayışı üzərinə qayıdaraq qeyd
edək ki, bu tədqiqat çərçivəsində
“gerçəklik elementi” - dedikdə,
obyektiv aləmdə real şəkildə mövcud olan və ya mövcud olduğu
qəbul edilən əşya, varlıq və hadisələr, anlayış, norma və prinsiplər,
həmçinin onların real və ya təsəvvür olunan əlamət, keyfiyyət, xüsu-
siyyət və hərəkətləri nəzərdə tutulur.
§2.1.2. Xarici aləmdə mövcud olan əşya və hadisələrin insan
tərəfindən dərk olunması və ya ətraf mühitdə müşahidə olunan var-
lıqların canlıların beynində inikasına şərait yaradan, yaxud bu prose-
sin reallaşmasını təmin edən ilkin vahid və ya elementlərin məhz nə
olması ilə bağlı psixologiya tarixində müxtəlif
fikirlər mövcud ol-
muşdur. Bəzi tədqiqatçılar onu təfəkkür elementi
1
, bəziləri diferensial
element və ya kinakem
2
, bəziləri “işə cevrilmiş söz”
3
, bəziləri isə
“real və virtual işarə”
4
adlandırmışlar.
Əvvəl mövcud olan terminlərdən istifadə etmək istəməməyi-
mizin ümumi bir səbəbi ondan ibarətdir ki, terminoloji dəqiqləşdirmə
bölməsində də qeyd etdiyimiz kimi, çox vaxt başqa bir tədqiqatçı
tərəfindən yaradılmış hər hansı bir terminin qəbul edilməsi yaxşı
halda həmin tədqiqatçının bu terminlə bağlı bütün fikir və mülahizə-
lərinin qəbul edilməsi kimi başa düşülür.
Bəzi hallarda isə həmin təd-
qiqatçının yol verdiyi bütün xətalar avtomatik olaraq həmin ter-
mindən istifadə etməklə yazılmış tədqiqat əsərlərinə də şamil edilir.
Bundan başqa, mövcud terminlərdən istifadə etmək istəməmə-
yimizin konkret səbəbləri də vardır, məsələn, “təfəkkür elementi”,
“diferensial element” və ya “kinakem” terminləri təxminən “dərket-
mə vahidi” termini kimi həm “dərk olunan minimal vahid”, həm də
“dərketmə və təfəkkür prosesinin reallaşmasına şərait yaradan mini-
1
Wundt W.Völkerpsychologie.Eine untersuchung der Entwicklungsgesetze von Sprache,
Mythos und Sitte. Die Sprache. Stuttgart, 1900..
2
Леонтьев А.А. Психолингвистика. Ленинград, «Наука» 1967, с. 96.
3
Выготский Л.С. Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 469.
4
Леонтьев А.А. Слово в речевой деятельности. Москва, «Наука», 1965, с. 26.
90
mal apellyativ vahid” mənasında işlədilir. Yəni “dərketmə vahidi”
termininin bunlardan hər hansı biri ilə əvəz edilməsi mahiyyətdə heç
nəyi dəyişmir, eyni dolaşıqlığın olduğu kimi qalmasına şərait yaradır.
“İşə çevrilmiş söz” anlayışını və ya terminini isə, “dərketmə
və təfəkkür prosesinin reallaşmasına şərait
yaradan minimal apellya-
tiv vahid” mənasında qəbul etməyimiz ümumiyyətlə mümkün deyil.
Çünki həmin termin və ya anlayışı qeyd edilən rakursda təqdim edən
L.Vıqotskinin bu nəzəri mövqeyi ilə bizim nəzəri mövqeyimiz
arasında prinsipial ziddiyyətlər mövcuddur və irəlidə dərketmənin
fazalarından danışarkən, L.Vıqotskinin mövqeyinin yanlışlığı bütün
çılpaqlığı ilə üzə çıxacaqdır.
Biz bu araşdırma çərçivəsində “dərketmə və təfəkkür prosesi-
nin reallaşmasına şərait yaradan minimal apellyativ vahid” mənasın-
da
“intellekt obrazı” terminindən istifadə edirik və ümumi şəkildə
qeyd etməyi lazım bilirik ki, “intellekt obrazı” dedikdə, gerçəklik ele-
mentinin və ya onun hissələrinin real obrazına ekvivalent olan təfək-
kür vahidi nəzərdə tutulur.
Yanlış anlaşılmasın deyə verdiyimiz bu tərifdən sonra belə
intellekt obrazının mahiyyətini, iş prinsipini bir qədər də açıqlamağı,
daha detallı şəkildə şərh etməyi lazım bilirik.
İstər psixologiya, istərsə də dilçilik elminə indi daxil olan bu
anlayışın şərhində analogiya prinsipindən başqa bir yolun olmaması
səbəbindən opponentlərimizin A.Leontyevdən daha insaflı və obyek-
tiv olacağı, bizi də kompüterlə insan beynini eyniləşdirməkdə suçla-
nan N.Xomskinin aqibətinin gözləməyəcəyi
ümidi ilə dərketmə pro-
sesinin şərhində “məlumatın kompüterin yaddaşına daxil edilməsi”
analogiyasından istifadə edəcəyik.
§2.1.2.1. Əvvəldə müasir kompüterlərin insan beyninin texniki
modelinə bənzədiyini qeyd etmişdik. Belə ki, konkret bir şəklin,
rəqəmlərdən ibarət cədvəlin və ya yazının kompüterə daxil edilməsi,
mahiyyət etibarı ilə olmasa da, iş ardıcıllığı və ya iş prinsipi etibarı ilə
gerçəklik elementinə ekvivalent olan hər hansı məlumatın insan bey-
ninə daxil olması ardıcıllığı və ya prinsipinə uyğundur. Yəni həm
91
kompüterin, həm də insanın yaddaşında məlumat transformasiya
olunmuş və ya çevrilmiş şəkildə qeyd edilir. Bu mövqeyi “Nitq
fəaliyyəti nəzəriyyəsi” tərəfdarları da qəbul edirlər.
A.Leontyev hər cür dərketmə və təfəkkür proseslərini fəaliy-
yət adlandırararaq yazır:“Fəaliyyət insan beynində dünyanın psixi
obrazını yaradan prosesdir, yəni əks olunanlar psixi obrazlara çevrilir,
digər tərəfdən isə bu proses psixi obrazlar vasitəsi ilə idarə olunur”
1
.
Texniki tədqiqatlar kompüterin yaddaşının
minimal elementi-
nin maqnit dalğaları olduğunu sübut etmişdir. Televiziya verilişləri-
nin, telefon danışıqlarının, maqnitofon səs və görüntü qeydlərinin də
eyni maqnit dalğaları vasitəsilə reallaşdığı məlumdur.Yəni istənilən
məlumat kompüterin yaddaşına baytlarla ölçülən maqnit dalğaları
vasitəsilə daxil edilir, bu şəkildə mühafizə olunur və lazım gəldikdə
müvafiq maqnit dalğaları minlərlə digər analoji dalğalar arasından
seçilib ayrılaraq xüsusi komandalarla aktivləşdirilir, ilkin daxil edildi-
yi formaya və ya başqa bir formaya çevrilərək lazımi məqsədlərlə
istifadə olunur.
İnsanın fiziki şəkildə və ya əqli formada təmasda olduğu ger-
çəklik elementləri ilə bağlı məlumatların onun yaddaşına daxil olma-
sını təmin edən minimal vahidlərin real təbiətini müəyyənləşdirmək,
yəni bu vahidlərin maqnit dalğası, işıq şüası,
istilik enerjisi və ya
başqa bir formada olan maddi varlıqmı, yoxsa “ilahi ruh”mu olduğu-
nu müəyyənləşdirmək bu günə qədər nə dünyəvi, nə də dini elmlərə
müyəssər olmamışdır.
§2.1.2.2 Təbiəti, movcudluq forması bilinməyən və bu tədqi-
qat çərçivəsində
intellekt obrazı adlandırılan həmin vahidlərə kənar-
dan müdaxilə və onlarla manipulyasiya etmək, subyektin iradəsindən
asılı olmadan, yəni insandan xəbərsiz onun yaddaşında olan məlu-
matlardan
istifadə etmək, onları dəyişdirmək, silmək və yeniləmək də
mümkün deyil.
Əgər bu mümkün olsaydı, o halda fantastik filmlərdə gördü-
yümüz kimi, intellekt obrazları ilə manipulyasiya etməyi bacaranlar
1
Леонтьев А.А. Психология общения. Москва 1974. c. 48
92
öz beyinlərini maksimum dərəcədə “zənginləşdirər”, rəqiblərinin və
ya düşmənlərinin yaddaşını silər və oraya özlərinə lazım olan məlu-
matları daxil edərdilər ki, bunun da hansı nəticələrə gətirib çıxaraca-
ğını təsəvvür etmək belə, dəhşətdir. Bunun ən bəsit nümunəsi kimi
beyni yenicə doğulmuş körpənin beyni qədər “təmiz”, tamamilə
“boş”, dediyi yeganə söz “inqəə” olan 40-50 yaşlarında yetkin insan
və ya anadan olduğu günün səhəri Nyuton
binomunu şifahi həll edən,
atomun parçalanması reaksiyasını əzbər deyən körpə təsəvvür edin.
Psixoloq, parapsixoloq və ekstrasenslərin beyin fəaliyyətinə,
yaddaşa cüzi müdaxilə imkanları heç bir halda intellekt obrazı ilə
total manipulyasiya kimi qəbul edilməməlidir. Trans vəziyyətində
olan və ya bu vəziyyətə salınan insanla birbaşa təmas nəticəsində
onun iradəsindən asılı olmadan beyin fəaliyyətində tormozlanma
yaratmaq (insanı yuxulatmaq), onu müxtəlif hərəkətlərin icrasına təh-
rik və ya təlqin etmək, verilən konkret suallara cavablar almaq ilk ba-
xışdan parapsixoloq və ekstrasensin intellekt obrazları ilə manipulya-
siya etməsi kimi görünsə də, seansın başa çatması ilə həmin təsirlər
öz effektini itirir. Yaddaşın total şəkildə oxunması, silinməsi, yeni
yaddaşın yazılması, başqa sözlə desək, intellekt obrazları ilə total
manipulyasiya isə, elmin müasir səviyyəsində hələ ki, mümkün deyil.
Son dövrlərdə eşitmə və görmə qabiliyyətini
itirmiş şəxslər
üçün eşitmə və görmə cihazlarının istehsalı yanlışlıqla süni yolla in-
tellekt obrazlarının yaradılması və ya onlarla manipulyasiya kimi təq-
dim olunur. Amma nəzərə almaq lazımdır ki, bu cihazlar sadəcə süni
qulaq və süni gözdən başqa bir şey deyil. Yəni onlar əl və ayaq
protezləri səviyyəsində olan orqan əvəzləyiciləridir. Onların əl və
ayaq protezlərindən yeganə fərqi ondan ibarətdir ki, bu süni orqanlar
insanın beyin aparatı üçün müvafiq eşitmə və görmə effektinə malik
informasiya vermək qabiliyyətinə malikdir.
Nəzərə almaq lazımdır ki, yaddaşını itirmiş adamların yadda-
şının tibbi müdaxilə yolu ilə bərpası itirilmiş intellekt obrazlarının
yeniləri ilə əvəz olunması şəklində baş vermir. Yaddaşın bərpası za-
manı zədələnmiş beyin qırışlarına kimyəvi-bioloji (dərmanlarla müa-