133
§2.7.6. Dil və təfəkkürün güzgülər prinsipi ilə bir-birini qarşı-
lıqlı surətdə əks etdirmə ardıcıllığının
bəzi mərhələlərini nəzərdən
keçirək. İlkin mərhələdə obyektiv aləmin əşyalar,varlıqlar, hadisələr,
əlamətlər, keyfiyyətlər, xüsusiyyətlər, əlaqələr, münasibətlər və s.
kimi gerçəklik elementləri intellekt obrazları vasitəsilə insan tərəfin-
dən dərk olunur.
Sonrakı mərhələdə gerçəklik elementlərinin insan beynində
mövcud olan intellekt obrazlarının nitqdə ifadəsi, ünsiyyət, informa-
siya mübadiləsi ehtiyacı yaranır. Bu zaman burada verilən ardıcıllığa
uyğun olmasa da, istənilən halda müxtəlif danışıq səsləri, yazı işarə-
ləri, yəni hərflər,
leksik və qrammatik, əsas və yardımçı morfemlər,
leksik, qrammatik, leksik-qrammatik söz qəlibləri, sintaktik vahid-
lərin qəlibləri, müxtəlif qayda və normaların ifadəsi şəklində dildə
əks olunur və beləliklə, dilin maddi tərəfi yaranmış olur.
Burada “yaranmış olur” ifadəsinə xüsusi fikir vermək lazım-
dır. Çünki dilin bu maddi əsası harada isə qeyri-müəyyən bir yerdə
və ya “özündə şey kimi” öz-özünə deyil, məhz insan beynində,
sinktual dərketmə nəticəsində, intellekt obrazları şəklində yaranır.
Bu mərhələdə dil artıq struktur baxımdan səslərdən, hərflər-
dən, leksik və qrammatik, əsas və yardımçı morfemlərdən, leksik,
qrammatik, leksik-qrammatik
söz qəliblərindən, sintaktik vahidlərin
qəliblərindən, müxtəlif qayda və normalardan ibarət olur (daha ətraflı
növbəti fəsildə).
Dilin bütün struktur vahidləri dili əmələ gətirən elementlər ol-
maqla yanaşı,eyni zamanda insan tərəfindən dərk olunmuş gerçəklik
elementləridir. Yəni dərketmə baxımından dilin struktur vahidləri ilə
obyektiv aləmin digər gerçəklikləri arasında, yəni Mars, Venera kimi
planetlər və ya masa, stul kimi əşyalar ilə hal şəkilçisi (-a, -ə, -ın, -in
və s.) və ya ahəng qanunu arasında heç bir fərq yoxdur. Dərketmə
baxımından onların hamısı obyektiv aləmdə mövcud olan gerçəklik
elementləridir.
Bu mərhələdə artıq gerçəklik elementinin yan-yana iki intel-
lekt obrazı ilə əks olunduğunu görürük. Bunlardan birincisi gerçəklik
134
elementinin dərk olunması prosesində yaranmış birinci
intellekt
obrazıdır. İkincisi isə, həmin bu intellekt obrazının dildə ifadə olun-
maqla yenidən gerçəklik elementinə çevrilməsi və bu gerçəklik ele-
mentinin yenidən dərk olunması nəticəsində yaranmış ikinci intellekt
obrazıdır. Başqa sözlə desək, bu mərhələdə beynimizdə, bir tərəfdən,
masanın əşya kimi real obrazına ekvivalent olan birinci intellekt ob-
razı, digər tərəfdən, “masa” şəklində dörd hərfdən (və ya səsdən)
ibarət sözə ekvivalent olan ikinci intellekt obrazı mövcud olur.
Dilin struktur vahidləri kimi təqdim olunan bütün elementləri
eyni prinsiplə, dərketmə və dil arasında ardıcıl şəkildə əks olunmaqla
indiki səviyyəsinə gəlib çatmışdır.
Bir qədər irəli gedərək
belə də deyə bilərik ki, dil struktur
vahidi bir gerçəklik elementinin beynimizdə artıq mövcud olan intel-
lekt obrazını əks etdirməsəydi, o halda onun forması olmasına bax-
mayaraq, heç bir məzmunu ola bilməzdi.
Bu fikrin əksi daha maraqlıdır, yəni dil struktur vahidinin
forma ilə bərabər müəyyən məzmuna da malik olması onun beyni-
mizdə bir gerçəklik elementi ilə bağlı mövcud olan intellekt obrazını
əks etdirməsi sayəsində mümkündür. Dilin və onun struktur vahid-
lərinin semiotikliyi məhz bununla izah oluna bilər. Yəni dilin həm
forma, həm də məzmun cəhətlərinə malik olmasının səbəbi məhz
budur. Sözün səs tərkibi ilə onun mənası arasındakı münasibətləri
şərh edərkən L.Vıqotski göstərir ki, bunları ayırmaq olmaz. Canlı
danışıq səsi yalnız insanın nitqində mövcuddur. Ayırıb onun fizioloji
və akustik yönlərini öyrənmək əhəmiyyətsizdir. Səs-fonеm vəhdəti
yalnız nitqdə mövcuddur
1
.
Sözün ifadə olunan və ifadə еdən mahiyyətinin əsas modеl
kimi irəli sürülməsi,
təbii ki, təfəkkür və ya dərkеtmə nəzəriyyəsi ilə
bağlıdır və buna ilk dəfə F. Dе Sеssürdə rast gəlirik. Sözün semiotik
mahiyyətinin daha gеniş şərhini isə Е.Kassirеrdə görürük
2
.
1
Выготский Л.С. Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 272.
2
Cassirer E. Was ist der Mensch? Versuch einer Pilosopihie der Menschlichen Kultur.
Stuttgart, 1950
135
§2.7.7. Aparılan müşahidələr göstərir ki, peşə, sənət və ixtisa-
sından, təhsil səviyyəsindən asılı olmayaraq hər bir fərdin yaddaşın-
da, ən azı nitqində (şifahi və ya yazılı) istifadə etdiyi qədər səsin, hər-
fin, leksik, qrammatik, leksik-qrammatik söz qəliblərinin, sintaktik
vahidlərin qəliblərinin hər birinin ayrı-ayrı olmaqla dərk edilmiş
gerçəklik elementləri kimi müstəqil intellekt obrazları vardır.
Əgər həmin dil bu fərdin doğma dili deyilsə, fərd bu dili yet-
kin yaşında
müxtəlif dərsliklərin, elmi qrammatikaların köməyi ilə
mənimsəmişdirsə, yuxarıda qeyd olunanlardan əlavə, onun yaddaşın-
da leksik və qrammatik, əsas və yardımçı morfemlərin, dilçilik elmi
ilə bağlı çoxsaylı qayda və normaların hər birinin ayrı-ayrı olmaqla
dərk edilmiş gerçəklik elementləri kimi müstəqil intellekt obrazları və
ya kodları da vardır. Leksik və qrammatik söz qəliblərinin mə-
nimsənilməsinə baxmayaraq, ayrı-ayrı leksik və qrammatik morfem-
ləri müstəqil gerçəklik elementi kimi mənimsəməyən dinləyicilər
müxtəlif leksik və qrammatik vahidləri (formaları) yarada bilmirlər.
Məsələn, öyrənilən dildə leksik vahid kimi
“kitab”, “dəftər”,
“qonşu”, “güzgü”, “ana” sözlərini və mənsubiyyət kateqoriyasının
qəlibi kimi
“söz+mənsubiyyət şəkilçisi” formulunu bilməsinə bax-
mayaraq, mənsubiyyət şəkilçilərinin tam paradiqmasını
(-ım, -im, -
um, -üm, -m) müstəqil gerçəklik elementləri kimi dərk edib yadda
saxlamayan dinləyici həmin sözləri mənsubiyyət şəkilçiləri ilə düz-
gün işlədə bilmir, yəni bu sözlərə konkret
olaraq nə əlavə etmək
lazım gəldiyini bilmir.
Sözləri də, şəkilçiləri də ayrı-ayrılıqda dərk etmiş dinləyici
saitlərin ahəngini müstəqil gerçəklik elementi və ya kodu kimi dərk
etməyibsə, yenə də həmin sözləri mənsubiyyət şəkilçiləri ilə düzgün
işlədə bilmir, yəni hansı sözə şəkilçilərin konkret olaraq hansı varian-
tının artırılmasının lazım gəldiyini müəyyənləşdirə bilmir.
Öyrənmə prosesinin əvvəlində dinləyicilərin nitqində müşahi-
də olunan
“qarışqaxana”,
“qatıqçı” (qarışqa yuvası, qatıq satan
əvəzinə) kimi dildə mövcud olmayan sözlərin işlədilməsi müstəqil
gerçəklik elementləri kimi dərk olunmuş leksik qəliblərin təsiridir.
136
§2.7.8. Fərdlər və qruplar üzərində illərlə apardığımız çoxsaylı
eksperiment və müşahidələr qətiyyətlə belə söyləməyə əsas verir ki,
hər bir fərdin dili həmin fərd tərəfindən gerçəklik elementləri kimi
qəbul edilən və intellekt obrazları formasında dərk olunaraq
mənimsənilən dil struktur vahidlərinin məcmusundan ibarətdir. Bu
mülahizə dərketmə baxımından dilə verilən tərif kimi qəbul oluna
bilər. Bu tərifə Ferdinand de Sessürün “ayrı-ayrı fərdlərin yox, ümu-
milikdə cəmiyyətin” ibarəsini əlavə etməklə bu tərifi yalnız fərdlərin
dilinə deyil, ümumiyyətlə, dilə aid etmək mümkündür:
Dil – cəmiyyət (həmin dildə danışan insanlar) tərəfindən
gerçəklik elementləri kimi intellekt obrazları ilə dərk olunan dil
struktur vahidlərinin məcmusudur.
Bu tərifdə iki vacib məsələ öz əksini tapmışdır:
1) Dərketmə baxımından dilin struktur vahidləri gerçəklik
elementləridir.
2) Dərketmə prosesində dil struktur vahidləri də eyni vizual-
vokal dərketmə üsulu ilə dərk olunaraq intellekt obrazlarına çevri-
lirlər.
İnsanın bütün təfəkkür proseslərinin əsasında dərketmənin da-
yandığını nəzərə almaqla bu tərifin ən dəqiq, məntiqi və düzgün tərif
olduğunu qəbul etmək olardı.Amma deyilən fikrin mütləq gerçək
olmasına baxmayaraq, bu tərifdə dilin tam obrazı, onun fəaliyyət
mexanizmi öz əksini tapmamışdır. Bu səbəbdən formaların, nitqin və
dilin yaranmasını, eləcə də fəaliyyət mexanizmini dərketmə ilə
yanaşı ümumi təfəkkür prosesləri çərçivəsində nəzərdən keçirməyi
lazım bilirik.
§ 2.8. İkinci fəsil üzrə nəticə və təkliflər
Dərketmə və təfəkkürün mexanizminin müəyyən olunması ilə
bağlı bu fəsildə aparılan araşdırmanın
nəticələri aşağıdakılardan
ibarətdir:
1. Dərketmə və təfəkkür proseslərinin izlənə bilməsi, onun