Referat Buraxılış işinin mövzusu Yüngül sənaye müəssisələrində məhsulun



Yüklə 423,37 Kb.

səhifə1/18
tarix01.04.2018
ölçüsü423,37 Kb.
növüReferat
  1   2   3   4   5   6   7   8   9   ...   18


 

 



 


 

 



 


 

Referat 

Buraxılış  işinin  mövzusu  Yüngül  sənaye  müəssisələrində  məhsulun 

keyfiyyətinin  yüksəldilməsinin  məqsəd  və  vəzifələrinin  təhlili  mövzusuna  həsr 

edilmişdir.  Burada  Yüngül  sənayedə  məhsulun  keyfiyyətinin  yaxşılaşdırılmasının 

məqsəd  və  vəzifələri,  həmçinin Yüngül sənayedə  məhsulun  rəqabət qabiliyyətinin 

yüksəldilməsinə  kömək  edən  keyfiyyətin  daha  effektiv  işçi  modelləri 

araşdırılmışdır.Yüngül  sənaye  müəssisəsinin  keyfiyyət  sahəsində  siyasəti,  yüngül 

sənayedə  məhsulun  keyfiyyətinin  idarə  edilməsi  üsulları  və  Yüngül  sənaye 

müəssisələrində  keyfiyyətin  idarə  edilməsi  sisteminin  işlənib  hazırlanması  və 

tətbiqinin zəruriliyinin əsaslandırılması məsələləri şərh olunmuşdur. Bundan başqa 

keyfiyyətin  idarə  edilməsi  sistemlərinin  yüngül  sənaye  müəssisələrinə  tətbiqi 

zamanı  keyfiyyətin  yaxşılaşdırılması  işində  əldə  edilən  üstünlüklər  təhlil 

edilmişdir. 

Yüngül  sənayedə  istehsal  olunan  məhsulun  keyfiyyətinin  yaxşılaşdırılması 

müasir  bazar  münasibətləri  şəraitində  başlıca  amillərdən  biridir.  İstehsal  olunan 

məhsulun  keyfiyyətini  tələb  olunan  səviyyəyə  qədər  yaxşılaşdırmaq  üçün  sahədə 

keyfiyyətin  idarə  edilməsi  üsullarının  tətbiqi  və  İSO  9000  seriyalı  keyfiyyət 

standartlarına  keçilməsi  məqsədəuyğundur.  Odurki,  buraxiliş  işində  Yüngül 

sənayedə  istehsal  edilən  məhsulların  keyfiyyətinin  yaxşılaşdırılması  üçün 

keyfiyyətin  idarəedilməsi  üsullarının  tətbiq  edilməsinin  xüsusi  əhəmiyyətinin 

olduğu  göstərilmişdir.  Araşdırmalar  zamanı  müəyyən  edilmişdir  ki,  bu  üsulların 

Yüngül 

sənaye 


müəssisələrində 

tətbiq 


edilməsi 

perspektivdə 

mümkün 

uğursuzluğun  səbəblərini  dərhal  aşkar  etməyə  və  məhsulun  keyfiyyətinin 



yaxşılaşdırılması  üzrə  potensial  imkanların  əldə  edilməsinə  bilavasitə    kömək 

edəcəkdir.  

Buraxılış  işi  giriş,  6  paraqraf,  nəticə  və  təkliflər,  həmçinin  istifadə  edilmiş 

ədəbiyyatların siyahısı da daxil olmaqla  64 səhifə əl yazması həcmindədir. 




 

Giriş 

Müasir  dövrdə  keyfiyyətli 

məhsul  istehsal  edən  ölkələr  dünya 

iqtisadiyyatında, social və mədəni inkişafda üstün mövqeyə malikdirlər. Keyfiyyət 

dedikdə,  məhsulun  xüsusiyyətlərinin  müəyyən  edilmiş  tələbat  və  ya  istəklərə 

uyğunluq  səviyyəsi  nəzərdə  tutulur.  Yüngül  sənayedə  rəqabətədavamlı  məhsul 

istehsalına  nail  olmaq  üçün  keyfiyyətin  effektiv  planlaşdırılması,  təmin  edilməsi, 

idarə  edilməsi  və  yaxşılaşdırılması  vacib  şərtlərdəndir.  Hazırda  keyfiyyəti  idarə 

etmək  üçün  dünyada  uğurlu  istifadə  olunan  çoxlu  sayda  vasitələr  mövcuddur  ki, 

onları da şərti olaraq  üç hissəyə bölmək olar: sadə üsullar,  yeni üsullar və ən yeni 

üsullar. 

Keyfiyyəti  idarəetmənin  sadə  üsuluna  nəzarət  vərəqəsi,  histoqram, 

strafikasiya üsulu (qruplaşdırma, hissələrə ayırma), səbəb-nəticə diaqramı (İsakava 

diaqramı),  Pareto  diaqramı,  Səpələnmə  (yayılma)  diaqramı  və  proseslərə  nəzarət 

kartları daxildir.     

Sadə  üsullar,  onların  nisbətən  sadəliyi,  qaneediciliyi  və  əlverişliliyi 

səbəbindən daha geniş yayılmışdır. Ümumilikdə bu üsullar, keyfiyyətin nəzarəti və 

təhlilinin  effektiv  metodlar  sistemini  təşkil  edir.  Onların  köməyi  ilə  istehsalçıların 

diqqət mərkəzində olan bütün problemlərin 95%-ni həll etmək olar.  

Keyfiyyəti  idarəetmənin  yeni  üsulları  özündə  beyin  hücumu,  eynilik 

diaqramı,  axın  şəkilli  diaqram,  əlaqələr  diaqramı,  ağacşəkilli  diaqram,  matris 

diaqramı,  birincilik  (prioritetlər)  matrisası  metodlarını  birləşdirir.  Bu  metodlar, 

faktların  təhlili  zamanı  keyfiyyəti  idarəetmə  üzrə  problemləri  həll  etməyə  imkan 

verir.  

Keyfiyyəti  idarəetmənin  ən  yeni  üsullarına  keyfiyyət  funksiyasının 

genişləndirilməsi  (QFD-təhlili),  bençmarkinq  (müqayisəli  təhlil  metodologiyası), 

dayanmaların  forma  və  nəticələrinin  təhlili  (FMEA-təhlil),bölmələrin  fəaliyyəti 




 

üzrə  təhlil,  “0  qüsur  sistemi,  “tam  vaxtında”  sistemi,  funksional  dəyərli  təhlil 



daxildir.  

Keyfiyyəti  idarəetmənin  bu  üsulları  mümkün  uğursuzluğun  səbəblərini  və 

keyfiyyətin  yaxşılaşdırılması  üzrə  potensial  imkanları  eyniləşdirmək  üçün  istifadə 

edilir. 


Yüngül sənayedə  istehsal edilən  məhsulların keyfiyyətinin  yaxşılaşdırılması 

üçün  keyfiyyəti  idarəetmənin  bu  üsullarının  tətbiq  edilməsinin  xüsusi  əhəmiyyəti 

vardır.  Bu  üsulların  tətbiq  edilməsində  məqsəd  keyfiyyətsiz  məhsulun  mümkün 

səbəblərini  aradan  qaldırmaq  və  ya  keyfiyyətin  yaxşılaşdırılması  yollarının  nəzər-

diqqətdən  kənarda  qalmasına  yol  verməməkdir.  Bu  baxımdan  da  buraxılış  işinin 

mövzusu çox aktuallıq kəsb edir.  



 

 

 

 

 

 

 

 

 

 

 

 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə