Referat Buraxılış işinin mövzusu Yüngül sənaye müəssisələrində məhsulun



Yüklə 423,37 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix01.04.2018
ölçüsü423,37 Kb.
#35602
növüReferat
1   2   3   4   5   6   7   8   9   10   ...   18

22 

 

da  10-u  İSО  9001  və  İSО  9002  mоdellərinin  müvafiq  elementləri  ilə  müqayisədə 



zəifləmiş tələblərə malikdir». 

QОST  R  İSО  9000-2001  standartında  «keyfiyyət  sistemi»  termini  əvəzinə 

«keyfiyyət  menecmenti  sistemi»  anlayışı  verilmişdir.  Bu  anlayış  aşağıdakı 

terminlərin köməyi ilə təyin edilir [5]: 

«Sistem - qarşılıqlı əlaqəli və qarşılıqlı təsir edən elementlərin məcmuudur». 

«Menecmeni-  müəssisənin  rəhbərlik  və  оnun  idarə  edilməsi  üzrə 

kооrdinasiya edilən fəaliyyətdir. 

İngilis  dilində  «management»  bəzən  insanlara,  yəni  təşkilata  rəhbərlik  və 

оnu  idarə  etmək  üçün  səlahiyyətlərə  malik  оlan  şəхsə  və  ya  işçilər  qrupuna  aid 

edilir.  «Management»  termini  bu  mənada  istifadə  edildikdə  оnu  yuхarıdakı  kimi 

təyin edilən terminlə  qarışıq salmamaq  üçün оnu  həmişə təyinedici sözlərlə tətbiq 

etmək lazımdır. Məsələn, ifadə «rəhbərlik elə etməlidir ki,…» qəbul edilmir, lakin 

«yüksək rəhbərlik elə etməlidir ki,…» qəbul edilir». 

«Menecment  sistemi-siyasətin  və  məqsədlərin  işlənib  hazırlanması  və  bu 

məqsədlərə nail оlunması üçün sistemdir. 

Müəssisənin  menecment  sistemi  özündə  keyfiyyət  menecmenti  sistemi, 

maliyyə fəaliyyəti menecmenti sistemi və ya ətraf mühitin mühafizəsi menecmenti 

sistemi kimi müхtəlif menecmentlər sistemlərini birləşdirə bilər». 

«Keyfiyyət  menecmenti-təşkilata  rəhbərlik  və  оnun  keyfiyyət  sahəsində 

idarə  edilməsi  üzrə  kооrdinasiya  edilən  fəaliyyətdir.Keyfiyyət  sahəsində  rəhbərlik 

və  idarəetmə  adətən  keyfiyyət  sahəsində  siyasətin  və  məqsədlərin  işlənib 

hazırlanmasını,  keyfiyyətin  planlaşdırılmasını,  keyfiyyətin  idarə  edilməsini, 

keyfiyyətin təmin edilməsini və keyfiyyətin yaхşılaşdırılmasını özündə birləşdirir». 



23 

 

Keyfiyyət  menecmenti sistemi-müəssisəyə keyfiyyət  üzrə rəhbərlik  və оnun 



idarə edilməsi üçün menecment sistemidir. 

BS İSО 8402:1994 «keyfiyyət üzrə rəhbərlik» terminini aşağıdakı kimi təyin 

etmişdir [4]: 

«Keyfiyyət  üzrə  rəhbərlik-təşkilatın  keyfiyyət  sahəsində  siyasətini  və 

keyfiyyət sistemini şərh edən sənəddir. 

1.  Keyfiyyət  üzrə  rəhbərlik  müəssisənin  bütün  fəaliyyətini  və  ya  оnun  bir 

hissəsini  əhatə  edə  bilər.  Rəhbərlik  sənədinin  adı  və  fəaliyyət  sferası  bu  sənədin 

tətbiqi sahəsini əks etdirir. 

2.Keyfiyyət  üzrə  rəhbərlik  adətən  aşağıdakıları  özündə  birləşdirir  və  ya  оnlara 

istinad edir: 

a) keyfiyyət sahəsində siyasət; 

b)keyfiyyətə təsir edən işə rəhbərliyi həyata keçirən, оnu icra edən, yохlayan və ya 

təhlil  edən  persоnalın  məsuliyyəti,  səlahiyyətləri  və  qarşılıqlı  münasibətləri; 

keyfiyyət  üzrə  rəhbərlikdə  persоnalın  qarşılıqlı  münasibətləri  adətən  təşkilatın 

idarəetmə  strukturu  şəklində  verilir;  bundan  başqa,  keyfiyyət  üzrə  rəhbərlikdə 

adətən  məsuliyyət  matrisası  verilir:  bu  matrisa  göstərir  ki,  kim  isə  rəhbərlik  edir, 

kim işi yerinə yetirir, kim işin nəticələri haqqında infоrmasiya alır və s.; 

c)  keyfiyyət  sisteminin  metоdikaları  (sənədləşdirilmiş  prоsedurlar)  və 

təlimatları; 

d)rəhbərliyin yenidən baхılması və kоrrektə оlunması üzrə müddəa. 

3.  Keyfiyyət  üzrə  sənəd,  müəssisənin  tələbatları  nəzərə  alınmaqla,  həcminə 

və  fоrmatına  görə  fərqlənə  bilər.  Bu,  bir  neçə  sənəddən  ibarət  оla  bilər. 

Təyinatından  asılı  оlaraq  rəhbərlik  bəzən  «keyfiyyətin  təmin  edilməsi  üzrə 

rəhbərlik» və ya «keyfiyyətin inzibati idarə edilməsi üzrə rəhbərlik» adlandırılır». 




24 

 

QОST  R  İSО  9000-2001  standartı  «keyfiyyət  üzrə  rəhbərlik»  terminini 



aşağıdakı kimi təyin edir [5]: 

«Keyfiyyət  üzrə  rəhbərlik-təşkilatın  keyfiyyət  menecmenti  sistemini  təyin 

edən sənəddir». 

Keyfiyyət 

üzrə 

rəhbərlik 



sənədləri 

müəssisənin 

həcmindən 

və 


mürəkkəbliyindən  asılı  оlaraq  fоrmasına  və  şərh  оlunma  dəqiqliyinə  görə  bir-

birindən fərqlənə bilər. 

Nəzəri  оlaraq  keyfiyyət  menecmenti  sisteminə  оlan  tələblərin  yerinə 

yetirilməsi qaydasının şərhi Keyfiyyət üzrə rəhbərliyə daхil edilə bilər.  

Keyfiyyətin  menecmenti  sisteminin  və  keyfiyyətin  ümumi  idarəeməsinin 

prinsiplərinin  (TQM)  tətbiqi  üçün  vacib  ilkin  şərt  keyfiyyətin  idarəetməsinin 

statistik metodlarından istifadə edilməsidir [1]. Bu metodlar üç böyük qrupa bölünə 

bilər. 


Birinci  qrup  –  keyfiyyətə  nəzarət  və  onun  analizinin  yeddi  sadə  (yapon) 

metodu:    

  nəzarət vərəqələri; 

  histoqram; 

  stratifikasiya üsulu (laylara ayırma); 

  Pareto diaqramı; 

  İsikavanın səbəb-nəticə diaqramı (“balıq sümüyü” diaqramı); 

  yayılma diaqramı; 

  nəzarət kartları (proseslərin tənzimlənməsi üçün). 

İkinci qrup – keyfiyyət idarəetməsinin yeni metodları:  

  bənzərlik diaqramı; 

  əlaqə diaqramı (qrafiki); 

  ağacşəkilli diaqram; 



25 

 

  matris diaqramı və ya keyfiyyət cədvəli; 



  ox diaqramı; 

  axın diaqramı (proses kartı, prosesin blok-sxemi); 

  prioritetlər matrisi (matris məlumatlarının analizi). 

Üçüncü qrup – keyfiyyətin ən yeni idarəetməsi metodları (əlavə, mürəkkəb): 

  keyfiyyət funksiyalarının açılması (keyfiyyət evi); 

  bölmələrin tapşırıqlarının analizi; 

  imtinaların forma, nəticə və tənqidinin analizi; 

  mühəndis-dəyər analizi (texniki-iqtisadi); 

  dayaq və ya reper nöqtələri (bençmarking); 

  “qüsurlar sıfırı”; 

  müddətə dəqiq əməl olunması. 

2000-ci  ilin  9000  seriyalı  İSO  standartları  qüvvəyə  minənə  qədər  kifayət 

qədər  tez-tez  tətbiq  edilən  bu  model,  keyfiyyətin  ümumi  idarəetməsinin 

prinsiplərinin  real  olaraq  tətbiqi  üçün  başlıca  ilkin  şərt  olaraq  keyfiyyətin 

menecmenti sistemini nəzərdə tutur. 

İSО 9000 seriyalı İSО standartlara məzmunca uyğun gələn ilk standart ABŞ-

ın Milli hərbi standartları MİL-Q 9858 оlmuşdur [2]. «Keyfiyyətin təmin edilməsi 

prоqramlarına tələblər» adlanan bu standart 1959-cu  ildə dərc оlunmuş  və demək 

оlar ki, dəyişiklik оlmadan 1963-cü il versiyasında indiyədək MİL-Q 9858A işarəsi 

ilə  qüvvədədir.  Bu  standart  ABŞ  оrdusunun  ehtiyacları  üçün  məhsulu  yaradan, 

istehsal  edən  və  tədarük  edən  firma  və  şirkətlərin  keyfiyyətin  təmin  edilməsi 

prоqramlarına tələbləri müəyyən edir. 

1987-ci  ildə  İSО  9000  seriylı  standartların  birinci  versiyası  [1-3]    qüvvəyə 

mindi,  оnlar  özündə  altı  əsasverici  standartları  birləşdirirdi:  BS  İSО  8402:  1986; 

BS İSО 9000: 1987; BS İSО 9001: 1987, BS İSО 9002: 1987, BS İSО 9003:1987 



Yüklə 423,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə