Referat Buraxılış işinin mövzusu Yüngül sənaye müəssisələrində məhsulun



Yüklə 423,37 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix01.04.2018
ölçüsü423,37 Kb.
#35602
növüReferat
1   ...   10   11   12   13   14   15   16   17   18

48 

 

 



ehtiyatların  və  xərclərin  optimallaşdırılması  və  həmçinin,  bazarın  dəyişməsinə 

birgə  tez  və  çevik  reaksiya  verməklə  həm  müəssisə  üçün,  və  həm  də 

təchizatçılar üçün sərvət yaratmaq bacarığı. 

 

Hər  bir  müəssisənin  fəaliyyətində  maraqlı  ilan  tərəflər  vardır  ki,  onların  da 



hər birinin öz tələbi və istəyi vardır. 

 

İSO  9000  seriyalı  standartlarda  keyfiyyət  menecmenti  sisteminə  qoyulan 



tələblər məhsulun (xidmətin) tələblərindən fərqlənir, buna görə də onlar bütün əsas 

kateqoriyadan  olan  məhsul  istehsal  edən  müəssisələr  üçün  qəbul  ediləndir. 

Məhsulun  (xidmətin)  texniki  tələblərinə  nəzərən,  keyfiyyət  menecmenti  sisteminə 

qoyulan tələblər əlavələr tələblərdir [7]

 

Keyfiyyət  menecmenti  sisteminin  işlənib  hazırlanmasına  və  tətbiq 



edilməsinə yanaşma aşağıdakıları nəzərdə tutan bir neçə pillədən ibarətdir:  

a) istehlakçıların  və  digər  maraqlı  tərəflərin  tələbatlarını  və  gözləmələrini 

müəyyən etmək; 

b) müəssisənin  keyfiyyət  sahəsindəki  məqsədini  və  siyasətini  işləyib 

hazırlanmaq; 

c) keyfiyyət  sahəsinə  lazım  olan  məqsədə  çatmaq  üçün  proseslərin  və 

məsuliyyətin müəyyən edilməsi; 

d) keyfiyyət  sahəsində  məqsədə  çatmaq  üçün  lazımi  resursların  təyin 

edilməsi; 

e) hər  bir  prosesin  nəticəsini  və  səmərəliliyinin  ölçmə  metodlarının  işlənib 

hazırlanması; 

f) bu  ölçmələrin  nəticələrindən  istifadə  edərək  hər  bir  prosesin 

səmərəliliyini müəyyən etmək; 

g) uyğunsuzluqlar haqqında xəbərdarlıq və onların aradan qaldırılması üçün 

lazım olan avadanlıqların təyin edilməsi; 



49 

 

h) Keyfiyyət  menecmenti  sistemini  daima  yaxşılaşdırmaq  üçün  prosesin 



işlənib hazırlanması və onu həyata keçirilməsi. 

 

Belə  yanaşma  həmçinin keyfiyyət  menecmenti sisteminini  işçi  vəziyyətində 



saxlamaq və onu laxşılaşdırmaq üçün tətbiq edilir. 

 

Müəssisə yuxarıda göstərilən yanaşmalardan istifadə edərək, öz proseslərinin 



imkanına  və  məhsulunun  keyfiyyətinə  inam  yaradır  və  daim  yaxşılaşdırmanın 

əsasını  təmin  edir  ki,  bu  da  istehlakçıların  və  digər  maraqlı  tərəflərin 

məmnunluğuna və müəssisənin müvəffəqiyyətinə gətirib çıxarır. 

 

Qeyd  olunduğu  kimi  İSO  9000  seriyalı  standartları  məhsulun  dörd  əsas 



kateqoriyasına baxır : 

a)  texniki vasitələr (məsələn,mühərrikin düyünü); 

b)  proqram  vasitələri  (məsələn,  kompüter  proqramı,  lüğət,  informasiya, 

əməliyyat, prosedur); 

c)  emal edilən materiallar (məsələn, yağlama); 

d)  xidmətlər (məsələn, daşımalar, təhsil xidmətləri). 

Əksər  müəssisələr  istehlakçılara  eyni  zamanda  iki,  üç  və  ya  dörd  kateqoriyada 

məhsul  təqdim  edir.  Müəssisənin  istehlakçıya  təkcə  bir  kateqoriya  məhsul  təqdim 

etməsi nadir hallarda olur.  

Məhsul  və  xidmətlərin  keyfiyyəti  üçün  əsas  olan  dörd  aspekt  aşağıdakı  kimi 

müəyyən edilir[2,3]: 

a)  keyfiyyət, təyinatına görə məhsula (xidmətə) istehlakçıların tələbatıdır; 

b)  keyfiyyət  konstruksiyaya  görə  (bu  konstruksiyanın  elə  bir  xüsusiyyətidir 

ki,  dəyişən  şəraitdə  istehlakı  və  istifadəsi,  məhsulun  keyfiyyətinə  və 

fasiləsiz işinə təsir edir); 

c)  keyfiyyət,  konstruksiyasının  uyğunluğuna  görə  (məhsulun,  layihədə 

göstərilmiş  arzu  olunan  xarakteristikalarını  realizə  etmək  üçün  istehsal 

texnologiyasına düzgün əməl etməkdir); 




50 

 

d)  keyfiyyət  məhsulun  texniki  qulluğuna  görə  (məhsuiun  istifadə 



müddətində  istehlakçılar  və  digər  maraqlı  tərəflərə  münasib  qiymət  və 

arzu olunan xarakteristikaların saxlanılmasıdır). 

İSO  9000  seriyalı  standartların  məqsədi  istehlakçıların  və  digər  maraqlı  tərəflərin 

tələblərini bu dörd mülahizələrlə təmin etməkdir. 

 

Hər-hansı  bir  fəaliyyətin  yerinə  yetirilməsi  üçün  girişləri  çıxışlara  çevirən 



resurslardan istifadə edilirsə, onda buna proses kimi baxmaq olar[5]. 

Səmərəli  fəaliyyət  göstərmək  üçün  müəssisə  proseslərin  çoxsaylı  qarşılıqlı 

əlaqələrini və qarşılıqlı təsir dairəsini  müəyyənləşdirməli və onları idarə etməlidir. 

Tez-tez  bir  prosesin  çıxışı  digər  bir  prosesin  girişi  olur.  Müəssisədə  sistematik 

olaraq  identifikasiya  və  menecment  proseslərinin  tətbiqi  və  əsasən  də  bu 

proseslərin qarşılıqlı təsiri “prosesli yanaşma” hesab oluna bilər. İSO 9000 seriyalı 

2000-ci  il  versiyalı  standartların  təyinatı  –  müəssisəni  menecmentə  prosesli 

yanaşmaya sövq etməkdir. 

 

İSO 9000 seriyalı 1994-cü il versiyalı standartlara əsasən ”keyfiyyət sistemi” 



belə təyin olunmuşdur [4]: 

 

“Keyfiyyət  sistemi  -  bu  keyfiyyətə  ümumi  rəhbərliyi  həyata  keçirmək  üçün 

lazım  olan  təşkilati  strukturun,  metodikaların,  proseslərin  və  resursların 

məcmuudur”. 

Buradan belə çıxır ki, keyfiyyət sistemi proseslər vasitəsilə həyata keçirilir. 

 

Bundan  əlavə  prosesli  yanaşma  nəinki  məhsulun  həyat  tsiklinin  proseslə-



rində  tətbiq  olunur,  həm  də  bütün  proseslərdə  özünü  göstərir.  Sistemin  səmərəli 

olması üçün, bu proseslər və onlarla bağlı öhdəliklər, səlahiyyətlər, prosedurlar və 

resurslar  müəyyən  edilməli  və  lazımi  ardıcıllıqla  yerinə  yetirilməlidir.  Sistem  - 

proseslərin  cəmindən  fərqli  olaraq  daha  geniş  məfhumdur.  Səmərəli  olması  üçün 




Yüklə 423,37 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə