Referat Buraxılış işinin mövzusu Yüngül sənaye müəssisələrində məhsulun



Yüklə 423,37 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix01.04.2018
ölçüsü423,37 Kb.
#35602
növüReferat
1   ...   10   11   12   13   14   15   16   17   18

51 

 

onun,  proseslər  arasındakı  interfeysi  müəyyənləşdirmək  hesabına  uyğunluğa  və 



koordinasiyaya ehtiyacı var. 

 

Əgər  müəssisə  məhsulunun  uyğunluğuna təsir edəcək hər  hansı bir prosesin 



kənar  müəssisəyə  verilməsini  qərara  alıbsa,  onda,  bu  müəssisə  öz  tərəfindən  bu 

proseslərə nəzarəti təmin etməlidir. Onlara nəzarət edilməsi keyfiyyət menecmenti 

sistemində nəzərdə tutulmalıdır. 

 

Keyfiyyət  menecmenti  sisteminə  lazım  olan  proseslərə,  rəhbərliyin  idarə-



etmə  fəaliyyətini,  resurslarla  təmin  edilməli,  məhsulun  həyat  tsikli,  və  ölçmələri 

proseslərə daxil etmək lazımdır. 

  Keyfiyyətin  ümumi  idarəetməsinin  üçüncü  mərhələsi  əsas  vurğunun 

qüsurların  üzə  çıxarılmasından  onların  qarşısının  qabaqcadan  alınması  üzərinə 

keçirilməsi ilə, keyfiyyətin texniki idarəetməsinə əlavə olaraq inzibati idarəetmənin 

də geniş tətbiqi ilə xarakterizə edilir [3].    

Birinci  iki  mərhələdə  işlər  əsasən,  üzə  çıxdıqları  vaxt  düzəliş  tədbirlərinin 

aparıldığı,  aşkara  çıxarılmış  qüsurlar  üzrə  aparılırdı.  Lakin  o  zaman  qüsurların 

qarşısının  qabaqcadan  alınması  üçün  demək  olar  ki  hər  hansı  tədbir  görülmürdü. 

Qeyd  etmək  lazımdır  ki,  istənilən  istedadlı  fəhlə  qüsurların  üzə  çıxmasının 

qarşısını qabaqcadan almağa can atır. Bu mənada üçüncü mərhələnin başlanmasına 

qədər  qarşıalma  tədbirlərinin  mövcud  olmadığını  təsdiqləmək  düzgün  olmazdı. 

Lakin  əgər  əvvəlki  mərhələlərdə  qüsurların  üzə  çıxmasının  qarşısınin  qabaqcadan 

alınmasına  kifayət  qədər  diqqət  yetirilmirdisə,  üçüncü  mərhələdə  isə  bu  ış  artıq 

əsas  məsələyə  çevrilib.  Heç  də  əbəs  yerə  MC  İSO  9001:1994-  dəki  keyfiyyət 

sisteminin  4.14-cü  elementi  “düzəliş  etmə  və  qabaqcadan  qarşıalma  tədbirləri” 

adlanırdı. 

Üçüncü  mərhələ  üçün  keyfiyyət  üzrə  dərsliklərin,  keyfiyyət  proqramlarının, 

texnoloji  və  işçi  təlimatların  çap  edilməsi  səciyyəvidir.  Beləliklə,  bu  mərhələ 



52 

 

sertifikatlaşdırılmış  keyfiyyət  sisteminə  malik  olan  müəssisə  səviyyəsinə  uyğun 



gəlir.  

Birnci  və  ikinci  mərhələlərdə  əsas  diqqət  məhsulun  keyfiyyətinə  yönəl-

dilmişdi.  Üçüncü  mərhələ  üçün  isə  səciyyəvi  cəhət  əsas  diqqətin,  bir  tərəfdən, 

aşkarlama  üzərindən qabaqcadan qarşıalma üzərinə, digər tərəfdən  isə bu diqqətin 

məhsulun keyfiyyətindən proses və sistemlərin keyfiyyəti üzərinə keçirilməsidir. 

Keyfiyyətli  məhsul  istehsal  etmək  üçün  keyfiyyətli  proses  gedişi  təmin 

edilməlidir.  Bu,  o  deməkdir  ki,  fəhləni  yaxşı  tədarük  malları,  qaydaya  salınmış 

dəzgahla,  saz  alətlər  və  tələb  olunan  vəsaitlərlə  təmin  etmək  lazımdır  (deyək  ki, 

məsələn,  iş  vaxtı  elektrik  enerjisinin  kəsilməməsi  üçün,  fəhlənin  təlim  almış 

olması, uyğun ixtisasa sahib olması üçün və s.). 

Bu mərhələdə hələ ki müəssisənin bütün bölmələri keyfiyyətin təmin edilməsi  

işlərinə  cəlb  edilməyib.    MC  İSO  9001:1994    (  ГОСТ  R  İSO  9001  –  1996-ya 

çevrilib,  hal  hazırda  isə  yeni  variant  olan  ГОСТ  R  İSO  9001  –  2001-ə  çevrilib) 

modelinin  tələblərinə  müvafiq  olaraq,  keyfiyyət  sisteminin  sertifikatlaşdırılmasına 

hazırlıq vaxtı təşkilatın bu işə bəzi bölmələri daxil etməmək hüququ vardır.    

Əgər Total Quality Management (TQM)  termini ingilis dilindən rus dilinə bu 

gün tərcümə olunsaydı, onda bu termin daha çox “keyfiyyətin ümumi menecmenti” 

və  ya  “  keyfiyyətin  total  menecmenti”  kimi  səslənərdi  [3].  Bu  termini  16-18  il 

bundan əvvəl ilk dəfə rus dilinə tərcümə edən zaman “menecment” sözü belə geniş 

işlədilmirdi,  buna  görə  də  onun,  TQM  abbreviaturası  ilə  bərabər,  hamı  tərəfindən 

qəbul  edilən  ”keyfiyyətin  ümumi  idarəetməsi”  kimi  rus  dilindəki  analoqu  qəbul 

edilmişdi.  

        MC  İSO  8402:1994  [4]-də  ”keyfiyyətin  ümumi  idarəetməsi”  termini 

aşağıdakı kimi müəyyən edilib: 




53 

 

        “Keyfiyyətin  ümumi  idarəetməsi  –  üzvlərinin  hamısının  iştirakına  əsaslanan 



və  istehlakçının  tələblərinin  ödənilməsi  yolu  ilə  və  təşkilatın  üzvlərinin  və 

cəmiyyətin  faydalanması  üçün  keyfiyyətə  yönəlmiş  olan  təşkilata    rəhbərlik 

edilməsinə yanaşma tərzidir. 

1. 


 “Bütün  üzvlər”  termini  təşkilati  strukturun  bütün  bölmələri  və  bütün 

səviyyələrindəki personalı nəzərdə tutur. 

2. 

Göstərilən  yanaşmanın  uğurlu  şəkildə  həyata  keçirilməsi  üçün  ən  yüksək 



rəhbərlik  tərəfindən  güclü  və  inadkar  rəhbərliyin  həyata  keçirilməsi, 

təşkilatın bütün üzvlərinin təlim və hazırlığı mühüm şərtlərdir.  

3. 

Keyfiyyətin  ümumi  idarəetməsində  keyfiyyət  konsepsiyası  idarəetmənin 



bütün məqsədlərinə nail olunması ilə əlaqəlidir. 

4. 


“cəmiyyətin  faydalanması”  cəmiyyətin  tələblərinin  yerinə  yetirilməsini 

nəzərdə tutur. 

5. 

Total Quality Management (TQM) (keyfiyyətin ümumi idarəetməsi) və ya 



onun  tərkib  hissələrini  bəzən  total  quality  (ümumi  keyfiyyət),  CWQC 

(Copany  Wide  Quality  Control)  (şirkət  miqyasında  keyfiyyətin  idarə 

olunması),  TQC  (Total  Quality  Control)  (  keyfiyyətə  ümumi  nəzarət) 

adlandırırlar və s.” 

Bu təyinə müvafiq olaraq təşkilatda keyfiyyətin ümumi idarəetməsi prinsipləri 

tətbiq  edilən  zaman  bütün  tərəflər  –  təşkilatın  özü,  onun  işçiləri,  istehlakçılar, 

təchizatçılar  və  sahibkarlar  və  bütövlükdə  cəmiyyət  razı  qalmalıdır.  Şüar  kimi 

səslənsə də, o təmamilə real bir şüardır.  

Ən  azından  demək  olar  ki,  Qərb  müəssisələrinin  bir  çoxu  artıq  praktiki 

olaraq TQM fəlsəfəsindən faydalanırlar. 

“Keyfiyyətin ümumi idarəetməsi” termininin tərifinə edilən şərhlər: 

 

“onun  bütün  üzvləri”  –  bu  o  deməkdir  ki,  təşkilati  strukturun  bütün  böl-



mələrinin  və  bütün  səviyyələrinin  personalı  (açıq  səhmdar  cəmiyyətinin 


Yüklə 423,37 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə