Referat Buraxılış işinin mövzusu Yüngül sənaye müəssisələrində məhsulun



Yüklə 423,37 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix01.04.2018
ölçüsü423,37 Kb.
#35602
növüReferat
1   ...   10   11   12   13   14   15   16   17   18

42 

 

belə  müəssisələr,  BS  İSO  9001:2000  standartlarının  tələblərinə  uyğunluğunu 



göstətmək  üçün,  onun  keyfiyyət  menecmenti  sisteminin  səmərəliliyi  barədə 

obyektiv dəlil (hətta sənədləşdirilməmiş olsa belə) təqdim etməyi bacarmalıdır.  

 

Müəssisənin  müvəffəqiyyətlə  fəaliyyət  göstərməsi  üçün  onu  sistematik  və 



şəffaf  üsulla  idarə  etmək  lazımdır.  Bütün  maraqlı  tərəflərin  tələbatları  nəzərə 

alınmaqla fəaliyyətin daima yaxşılaşdırılması üçün işlənmiş, keyfiyyət menecmenti 

sistemini  tətbiq  etmək  və  işlək  vəziyyətdə  saxlamaqla  müvəffəqiyyətə  nail  olmaq 

mümkündür. Müəssisənin idarə edilməsi, menecmentin başqa aspektləri ilə bərabər 

keyfiyyət menecmentini də özündə birləşdirir.  

 

Müəssisə öz istehlakçılarlndan asılıdır, ona görə də onların indiki və gələcək 



tələbatlarını başa düşməli, onların tələblərini yerinə yetirmək lazımdır [7]. 

 

məhsulun  keyfiyyəti,  göndərilmə  rejimi,  qiyməti  və  s.  daxil  olmaqla, 



istehlakçıların istəklərini və tələblərini dərk etmək; 

 

istehlakçıların  və  başqa  maraqlı  tərəflərin(sahibkarlar,  səhmdarlar,  təda-



rükçülər,  yerli  əhali  və  ümumilikdə  cəmiyyət)  ehtiyaclarına  mütənasib 

yanaşmanı təmin etmək; 

 

bu  ehtiyacları  və  tələbatları  müəssisənin  bütün  personalının  nəzərinə 



çatdırmaq; 

 

istehlakçıların məmnunluğunu ölçmək, lazım olan xəbərdarlıq və fəaliyyətini 



 

həyata keçirmək; 

 

istehlakçılarla qarşılıqlı əlaqələri idarə etmək. 



 

bazarın  ehtiyaclarına  cəld  və  çevik  cavab  verməklə,  əldə  edilən  gəlirlərin 

artması və bazarlarda iştirakın genişlənməsi; 

 

istehlakçıların  loyallığının  artması  ilə,  biznesdə  sabitliyin  və  yaxşı  rəy 



qazanılması. 


43 

 

 



Rəhbərlər  müəssisənin  fəaliyyətinin  istiqamətini  və  məqsədyönlülüyünü 

təmin  edirlər.  Onla,  işçilərin  təşkilatın  məsələlərinin  həll  edilməsinə  cəlb 

olunmaları üçün daxili mühiti yaratmalı və saxlamağı bacarmalıdırlar. 

 

öz timsalında keyfiyyətə sədaqətli olduğunun göstərilməsi;  



 

xarici dəyişikliklərin anlaşılması və ona münasibət göstərilməsi; 

 

bütün maraqlı tərəflərin tələbatlarına istiqamətlənilmə; 



 

müəssisənin inkişaf perspektivlərinin dəqiq müəyyənləşdirilməsi; 

 

inam mühiti və qorxusuz iş şəraitinin yaradılması; 



 

personalın lazımi resurslarla və öz məsuliyyəti çərçivəsində sərbəstliklə təmin 

edilməsi; 

 

işçilərin əməyinin, təşəbbüskarlığının və həvəsləndirilməsi və qəbul edilməsi; 



 

düzgün və səmimi münasibətlərin yaradılması; 

 

işçilərin öyrədilməsi və “tərbiyələndirilməsi”; 



 

cəsarətli  məqsədlərin  qoyulması  və  onların  yerinə  yetirilməsi  üçün 

strateqiyanın işlənməsi. 

 

işçilər  təşkiların  məqsəd  və  vəzifələrini  başa  düşəcəklər  və  onun  yerinə 

yetirilməsinə çalışacaqlar; 

 

təşkilatın  fəaliyyəti  qiymətləndirilir,  razılaşdırılır  və  vahid  prinsiplə  həyata 



keçirilir; 

 

rəhbərlərin nümunəviliyi fasiləsiz yaxşılaşdırılmaya aparılır. 



 

Bütün  səviyyələrdən  olan  işçilər  təşkilatın  əsasını  təşkil  edir  və  onların  işə 

tam  cəlb  olunması,  onların  bacarığından  təşkilatın  xeyrinə  istifadə  etməyə  imkan 

verir. 


 

problemlərin həll edilməsində məsuliyyət və təşəbbüskarlıq; 

 

yaxşılaşdırma üçün imkanların aktiv axtarılması; 



 

biliyin, təcrübənin və bacarığın daima yüksəldilməsi; 

 

təcrübənin və biliyin komandanın digər üzvlərinə ötürülməsi; 




44 

 

 



istehlakçılar üçün əlavə sərvətlərin yaradılmasına istiqamətlənmək; 

 

öz  müəssisəsini  istehlakçılara  və  bütün  maraqlı  tərəflərə  yaxşı  cəhətdən 



göstərmək. 

Təşkilatın  rəhbərliyindən  personalın  işdən  məmnun  qalması  və  öz  müəssisəsi  ilə 

fərəhlənməsinə şərait yaratması tələb olunur. 

 

müəssisəyə ürəkdın sadaqətli və işə maksimum cəlb olunmuş personal; 



 

personal öz əməyinin nəticələrinə görə özündə məsuliyyət hiss edir; 

 

personal  daim  yaxşılaşdırma  fəaliyyətinə  görə  öz  əməyini  sərf  etməyə  can 



atır. 

 

Arzu  olunan  nəticə  o  vaxt  daha  səmərəli  olur  ki,  fəaliyyət  və  müvafiq 



resurslar proses kimi idarə edilsin. 

 

prosesə girişi və onun nəticələrini ölçmək və eyniləşdirmək; 



 

müəssisəsinin funksiyası ilə prosesin qarşılıqlı əlaqəsini müəyyən etmək; 

 

cəsarəti nəticələri və prosesin istehlakçılara və digər maraqlı tərəflərə təsirini 



qiymətləndirmək; 

 

prosesin  idarə  edilməsi  üçün  dəqiq  qaydalar,  səlahiyyətlər  və  məsuliyyətləri 



müəyyən etmək; 

 

daxili  və  xaricə  istehlakçıları,  təchizatçıları  və  digər  maraqlı  tərəfləri 



müəyyənləşdirmək; 

 

layihələndirmənin  bütün  mərhələlərində  proseslərə,  onların  resurslarla 



təminatına,  ölçmələrinə  (yoxlamalar)  və  personalın  öyrədilməsi  tələbinin 

təyin edilməsinə diqqət yetirməli; 

 

xərclərin  azaldılması  və  resurslardan  qənaətlə  istifadə  edilməsi  sayəsində 



tsiklin vaxtını qısaltmaq; 

 

yaxşılaşdırılmış, razılaşdırılmış və proqnozlaşdırılmış nəticələr; 



  yaxşılaşdırma  obyektlərinin  seçilməsinə  diqqət  yetirməli  və  onların 

üstünlüyünü təmin etməli   




Yüklə 423,37 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə