Referat Buraxılış işinin mövzusu Yüngül sənaye müəssisələrində məhsulun



Yüklə 423,37 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix01.04.2018
ölçüsü423,37 Kb.
#35602
növüReferat
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

39 

 

Sadə  üsullar,  onların  nisbətən  sadəliyi,  qaneediciliyi  və  əlverişliliyi 



səbəbindən daha geniş yayılmışdır. Ümumilikdə bu üsullar, keyfiyyətin nəzarəti və 

təhlilinin  effektiv  metodlar  sistemini  təşkil  edir.  Onların  köməyi  ilə  istehsalçıların 

diqqət mərkəzində olan bütün problemlərin 95%-ni həll etmək olar.  

Keyfiyyəti  idarəetmənin  yeni  üsulları  özündə  beyin  hücumu,  eynilik 

diaqramı,  axın  şəkilli  diaqram,  əlaqələr  diaqramı,  ağacşəkilli  diaqram,  matris 

diaqramı,  birincilik  (prioritetlər)  matrisası  metodlarını  birləşdirir.  Bu  metodlar, 

faktların  təhlili  zamanı  keyfiyyəti  idarəetmə  üzrə  problemləri  həll  etməyə  imkan 

verir.  


Keyfiyyəti  idarəetmənin  ən  yeni  üsullarına  keyfiyyət  funksiyasının 

genişləndirilməsi  (QFD-təhlili),  bençmarkinq  (müqayisəli  təhlil  metodologiyası), 

dayanmaların  forma  və  nəticələrinin  təhlili  (FMEA-təhlil),bölmələrin  fəaliyyəti 

üzrə  təhlil,  “0  qüsur  sistemi,  “tam  vaxtında”  sistemi,  funksional  dəyərli  təhlil 

daxildir.  

Keyfiyyəti  idarəetmənin  bu  üsulları  mümkün  uğursuzluğun  səbəblərini  və 

keyfiyyətin  yaxşılaşdırılması  üzrə  potensial  imkanları  eyniləşdirmək  üçün  istifadə 

edilir. 


Yüngül sənayedə  istehsal edilən  məhsulların keyfiyyətinin  yaxşılaşdırılması 

üçün  keyfiyyəti  idarəetmənin  bu  üsullarının  tətbiq  edilməsinin  xüsusi  əhəmiyyəti 

vardır.  Bu  üsulların  tətbiq  edilməsində  məqsəd  keyfiyyətsiz  məhsulun  mümkün 

səbəblərini  aradan  qaldırmaq  və  ya  keyfiyyətin  yaxşılaşdırılması  yollarının  nəzər-

diqqətdən  kənarda  qalmasına  yol  verməməkdir.  Bu  baxımdan  da  buraxılış  işinin 

mövzusu çox actuallıq kəsb edir.  

 



40 

 

5.Yüngül sənaye müəssisələrində keyfiyyətin idarə 



edilməsi sisteminin işlənib hazırlanması və   

tətbiqinin zəruriliyinin əsaslandırılması 

 

 



Yüngül  sənaye  müəssisəsində  keyfiyyətin  idarə  edilməsi  sisteminin 

yaradılması  üçün  yüksək  rəhbərlikdən  strateji  göstərişlər  tələb  olunur.  Sistemin 

işlənməsi  və  həyata  keçirilməsinə  dəyişən  tələblər,  konkret  məqsəd,  buraxılan 

məhsul,  tətbiq  olunan  proseslər,  müəssisənin  strukturu  və  ölçüsü  təsir  edir.  İSO 

9000 seriyalı 2000-ci il versiyalı standartları keyfiyyətin idarə edilməsi  sisteminin 

səkkiz  prinsipinə  əsaslanaraq,  keyfiyyətin  idarə  edilməsi  sisteminin  strukturunun 

və ya onun sənədlərinin oxşar olmasını ehtimal etmir. 

 

Istehlakçılara  onların  istəklərini  və  tələbatlarını  təmin  edə  bilən  xarakte-



ristikalara  məxsus  məhsul  lazımdır.  Bu  istəklər  və  tələbatlar  bir  qayda  olaraq, 

məhsulun  texniki  şərtlərində  əks  olunur  və  adətən  istehlakçıların  tələbləri  hesab 

olunur.  Tələblər  istehlakçılar  tərəfindən  sazişdə  və  ya  təşkilatın  özü  tərəfindən 

müəyyən  edilə  bilər.  Hər  halda  son  nəticədə,  məhsulun  yararlılığını  istehlakçı 

müəyyən  edir.  Nəzərə  alsaq  ki,  istehlakçıların  istəkləri  və  tələbatları  hər  zaman 

dəyişir  və texniki tərəqqi  və rəqabət şəraitində bazara təzyiq də  güclənir  müəssisə 

öz məhsulunu və proseslərini daim təkmilləşdirməlidir. 

 

Keyfiyyət  menecmentinə  sistemli  yanaşma  müəssisəni  məcbur  edir  ki, 



istehlakçıların tələblərini araşdirsın, istehlakçının qəbul edə biləcəyi məhsulu hasil 

etmək  üçün  prosesləri  müəyyənləşdirsin,  və  həmçinin  bu  prosesləri  idarə  edilə 

bilən  vəziyyətdə  saxlamağa  vadar  etsin.  Keyfiyyət  menecmenti  sistemi  həm 

istehlakşıların  və  həm  də  digər  maraqlı  tərəflərin  məmnunluğunu  artırmaq 

məqsədilə  daim  yaxşılaşmanın  əsası  ola  bilər.  O,  həmin  müəssisəyə  və  onun 

istehlakçılarına məhsulların müvafiq tələblərə uyğun olduğuna inam yaradır. 




41 

 

 



Rəhbərlik  problemin  yaranmasını  gözləyərək  onun  yaxşılaşdırma  imkanını 

axtarmaqdansa  ilk  növbədə 

müəssisənin  proseslərinin  nəticəliliyinə  və 

səmərəliliyinin  yaxşılaşdırılmasına  çalışmalıdır.  Yaxşılaşma  diapazonu,  tədricən 

daimi olaraq davam edən yaxşılaşdırmadan ibarət ola bilər. Müəssisəyə proseslərin 

müəyyən  edilməsı  və  menecmentin  fəaliyyətinin  yaxşılaşdırılması  lazımdır.  Bu 

yaxşılaşdırma  məhsulda  və  proseslərdə  dəyişikliyə  gətirib  çıxarar  və  hətta, 

keyfiyyət menecmenti sistemində və ya müəssisədə dəyişikliklər yarada bilər”. 

 

BS İSO 9001:2000 standartlarında sənədləşdirməyə tələblər nəzərə çarpacaq 



dərəcədə  azaldılmışdır.  Bu  standartlarda  əvvəlkilərə  nisbətən  daha  az  tövsiyyələr 

vardır.  Bu  da  istənilən  bir  müəssisəyə  keyfiyyət  menecmenti  sisteminin 

sənədlərinin  işlənilməsi  üsullarının seçilməsi  və təqdim edilməsi zamanı daha çox 

sərbəstlik  və  mahirlik  göstərməyə  imkan  verir.  Bu  hər  bir  müəssisəyə 

planlaşdırmanın  effektivliyini  nümayiş  etdirmək,  prosesləri  yerinə  yetirmək  və 

onları  idarə  etmək  üçün  lazım  olan  sənədlərin  minimum  həddə  hazırlanmasına 

imkan  verir  və  həmçinin,  onun  keyfiyyət  menecmenti  sisteminin  daim 

yaxşılaşdırılmasının həyata keçirilməsinə imkan verir.  

 

Ona xüsusi diqqət yetirmək lazımdır ki, BS İSO 9001:2000, “sənədləşdirmə 



sistemi”  yox  “Keyfiyyət  menecmenti  sisteminin  sənədləşdirilməsi”  ifadəsinin 

işlədilməsi tələb edir.  

 

Müxtəlif  müəssisələrin  keyfiyyət  menecmenti  sisteminin  sənədləşdirilmə 



dərəcəsi  müəssisənin  ölçüsü  və  fəaliyyət  dairəsi,  proseslərin  mürəkkəbliyi  və 

qarşılıqlı əlaqəsi, həmçinin, personalın bacarığından asılı olaraq müxtəlifdir. 

  

Sənədləşdirmə  istənilən  formada  və  hər  hansı  bir  daşıyıcıda  təqdim  oluna 



bilər. 

 

Başqa  müəssisələrdən  də  həmçinin,  əlavə  proseduralar  tələb  edə  bilərlər, 



əgər  belə  müəssisələrinin  ölçüsü  və  ya  onun  daxili  səviyyəsi  bu  prosedurları 

sənədləşdirmədən  səmərəli  yerinə  yetirməyə  imkan  verirsə,  onda  bu  mümkündür. 




Yüklə 423,37 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə