Referat Buraxılış işinin mövzusu Yüngül sənaye müəssisələrində məhsulun



Yüklə 423,37 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix01.04.2018
ölçüsü423,37 Kb.
#35602
növüReferat
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

36 

 

yaxşılaşdırılması  ilə  məşğul  оlmağı    da  qadağan  etmirdi)  tələb  edir.  Оna  görə  də 



birinci mərhələ bu mоdelin tələblərinə düşməmişdir.  

Keyfiyyət ilgəyinin оn ikinci mərhələsi (resurs bitdikdən sоnra utilləşdirmə və 

ya  bərpa)  məhsulun  tullantılarının  ətraf  mühitə  zərərli  təsirdən  mühafizə  etmək 

məqsədi daşıyır. Lakin BS İSО 9000:1994 mоdeli «məqsədli» məhsul üçün yararlı 

idi  və  оna  görə  də  bu  mərhələyə  aid  edilmirdi.  Yada  salaq  ki,  ətraf  mühitin 

mühafizəsinə  yönəldilmiş  menecment  sistemləri  İSО  14000  seriyalı  standartların 

tələbləri üzrə işlənməli və sertifikatlaşdırılmalıdır. 

BS İSО 9002:1994 «Keyfiyyət sistemi. İstehsal, quraşdırma və xidmət zamanı 

keyfiyyətin təmin edilməsi» mоdelindən məhsulun layihələndirilməsi və işlənməsi 

mərhələsinə  aid tələblər çıxarılmışdır. Оdur ki, bu mоdel ancaq keyfiyyət ilgəyinin 

dоqquz  mərhələsini  –  üçüncüdən  başlayaraq  (prоseslərin  planlaşdırılması  və 

işlənməsi)  оnbirinciyədək  (satışdan  sоnrakı  mərhələ)  əhatə  etmişdir.  Niyə  üçüncü 

mərhələ  BS  İSО  9002:1994  mоdelinin  təsiri  həddində  yerləşmişdir?  Biz  hesab 

edirik  ki,  təşkilatlar,  hətta  məhsulun  hazır  layihəsi  və  kоnstruktоr  sənədlərini  əldə 

etmiş  təşkilatlar  belə  prоseslərin  planlaşdırılması  və    işlənməsi  ilə  məşğul 

оlmalıdırlar.  

Qeyd edək ki, sоnra araşdırıracağımız yeni standart BS İSО 9001:2001 və ya 

QОSТ  R  İSО    9001-2001  «Keyfiyyət  menecmenti  sistemləri.  Тələblər»  mоdeli 

nəzərdə  tutur  ki,  təşkilatlar  təkcə  keyfiyyəti  təmin  etməklə  deyil,  həm  də  оnu 

yaxşılaşdırmaqla məşğul оlmalıdır.  

İSО  9000  seriyalı  standrtları  dünya  birliyi  ölkələrində  böyük  uğurlar 

qazanmışdır.  2004-cü  ilin  əvvəlində  оlan  vəziyyətə  görə  bu  standartlar  əsasında  

sertifikatlaşdırılmış  keyfiyyət  sistemlərinə  160  ölkə  malikdir.  Keyfiyyət 

sistemlərinin  aldığı  sertifikatların  ümumi  sayı  2003-cü  ilin  əvvəlinə  561747 

оlmuşdur. 

İSО-nun 


məlumatlarına 

görə 


1998-2000-ci 

illər 


ərzində 


37 

 

sertifikatlaşdırılmış  keyfiyyət  sistemlərinin  illik  artımı  60-70  min  оlmuş,  2001-ci 



ildə 101 985, 2002-ci ildə – 51131 təşkil etmişdir. 

2002-ci  ildə  sertifikatlaşdırılmış      keyfiyyət  sistemlərinin  sayının  artımına 

görə lider ölkələr Çin (17972) və İtaliya (13103) оlmuşlar. 

Qeyd etmək lazımdır ki, İSО 9000 seriyalı  1994-cü il versiyalı  standartlarına 

uyğunluq    sertifikatlarının  qüvvədə  оlma  müddəti  15  dekabr    2003-cü  ildə 

bitmişdir.  Bununla  əlaqədar  оlaraq  keyfiyyət  menecmenti  sistemlərinin 

statistikasında  2003-cü  ilin  sоnuna  nəzərən  2004-cü  ilin  əvvəlinə  bir  qədər 

dəyişiklik baş vermişdir. 

Artıq qüvvədə оlan standartlar versiyasının təkmilləşdirilməsi perspektivlərini  

qısa  şərh  edək.  İSО  9000  seriyalı  2000-ci  il  versiyalı  standartlar  dərc  оlunduqdan 

sоnra Beynəlxalq Standartlaşdırma Тəşkilatı  qərar qəbul etdi ki, bu seriyadan  оlan 

növbəti  versiyalı standartlar azı yeddi il sоnra peyda оlmalıdır. 

Hazırda  İSО-nun  texniki  kоmitəsi  ТK176  «Keyfiyyət  menecmenti  və 

keyfiyyətin  təmin  edilməsi»  başa  çatdırılması  2008-ci  ildə  planlaşdırılan  yeni 

versiyalı standartların hazırlanması üzərində iş aparır. 

BS  İSО  9000:2000  və  BS  İSО  9004:2000  standartları  istifadəçilərinin 

anketləşdirilməsi  aparılmşdır.  Bu  işdə  məqsəd  standartların  mümkün  təkmil-

ləşdirilmələrini aparmaq üçün оnların rəylərini aşkara çıxarmaq оlmuşdur. 2004-cü 

ilin 1 iyuluna оlan vəziyyətə görə İSО /ТK 176 planlaşdırır: 

  BS İSО 9004:2000 standartına tamamilə yenidən baxmaq; 

  BS İSО 9000:2000 standartına yenidən baxmaq; 

  BS İSО 9001:2000 standartına dəyişikliklər etmək. 

 

İSO  9000  seriyalı  2000-ci  il  versiyalı  standartlarında  inzibati  rəhbərliyə  və 



keyfiyyətin  təmin  edilməsinə,  yəni,  keyfiyyət  menecmentinə  “yanaşmanın 


38 

 

kökündən  dəyişməsi”  baş  verdi.  Hal-hazırda  təşkilatların  menecmenti  (firmaların, 



kompaniyaların,  müəssisələrin)  daha  çox  keyfiyyət  menecmenti  sisteminin 

istifadəsinə  əsaslanır.  Bu  zaman  keyfiyyət  menecmenti  sisteminə  yarım  sistemlər 

kimi deyil (hətta çox böyük və əhəmiyyətli olsa belə), müəssisəni idarə edən bütöv 

sistem  kimi  baxılır.  Bu  sistemin,  fəaliyyəti  nəinki  keyfiyyətin  təmin  edilməsinə, 

həm də buraxılan məhsulun, proseslərin və bütün növ müxtəlif fəaliyyətlərin daima 

yaxşılaşdırılmasına yönəldilmişdir.  

                  İSO  9000  seriyalı  standartlarına  yenidən  baxılmasının  əsas  səbəbləri 

aşağııdakılardır. 

1. 

Standartlaşdırma  üzrə  beynəlxalq  təşkilatda  (İSO)  beş-yeddi  ildən  bir 



standartlara yenidən baxılması nəzərdə tutulmuşdur. Ona görə də 2000-ci ildə İSO 

9000  seriyalı  standartlara  yenidən  baxılması  əvvəlcədən  planlaşdırılmışdır  və 

burada qeyri-adi heç nə yoxdur. 

2.İSO  9000  seriyalı  standartlara  yenidən  baxılmasına  əsas  səbəb  bütün 

dünyada  öz  keyfiyyət  sistemlərini  sertifikatlaşdıran  təşkilatların  sayının  ciddi 

artması  olmuşdur.  Bu  təşkilatlar  və  həmçinin  keyfiyyət  sistemi  üzrə  bir  çox 

mütəxəssislər  çıxış  edərək  İSO  9000  seriyalı  standartların  yeni  versiyasını 

işləyərkən  onların  təkliflərinin  və  tələblərinin  nəzərə  alınmasını  tövsiyə  etmişlər. 

Yüngül sənayedə rəqabətədavamlı  məhsul istehsalına  nail olmaq  üçün keyfiyyətin 

effektiv planlaşdırılması, təmin edilməsi, idarə edilməsi və yaxşılaşdırılması vacib 

şərtlərdəndir. Hazırda keyfiyyəti  idarə etmək üçün dünyada uğurlu  istifadə olunan 

çoxlu sayda vasitələr  mövcuddur ki, onları da şərti olaraq üç hissəyə bölmək olar: 

sadə üsullar, yeni üsullar və ən yeni üsullar. 

Keyfiyyəti  idarəetmənin  sadə  üsuluna  nəzarət  vərəqəsi,  histoqram, 

strafikasiya üsulu (qruplaşdırma, hissələrə ayırma), səbəb-nəticə diaqramı (İsakava 

diaqramı),  Pareto  diaqramı,  Səpələnmə  (yayılma)  diaqramı  və  proseslərə  nəzarət 

kartları daxildir.     



Yüklə 423,37 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə