Referat Buraxılış işinin mövzusu Yüngül sənaye müəssisələrində məhsulun



Yüklə 423,37 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix01.04.2018
ölçüsü423,37 Kb.
#35602
növüReferat
1   ...   10   11   12   13   14   15   16   17   18

54 

 

baş direktorundan,  və  ya prezidentindən tutmuş  xadimə, və  ya gözətçisinə 



qədər) bu işə cəlb edilməlidir; 

 

işə  inadkarlıqla  rəhbərlik  etməli  olan  təşkilat  rəhbərliyinin  keyfiyyət 



uğrunda  mübarizə aparmaq barədə elan etməsi ilə bərabər, əslində özünün 

heç  nə  etməməsi  yolverilməz  haldır;  bu  isə  eyni  dərəcədə  həm  TQM-ə, 

həm də keyfiyyətin menecmenti sisteminə aiddir; 

 

TQM-də  keyfiyyət  konsepsiyası  idarəetmənin  bütün  məqsədlərinin  əldə 



olunması  ilə  əlaqəlidir,  yəni  onun  hüdudları  daxilində  keyfiyyət  məhfumu 

ən  geniş  anlama  malikdir.  Həm  də  bu  vaxt  cəmiyyətin  faydalanması 

dedikdə  onun  bütün  tələb  və  gözlədiklərinin  yerinə  yetirilməsi  nəzərdə 

tutulur. 

 Bizim  ölkəmizdə  keyfiyyətin  ümumi  idarəetməsi  mərhələsində  olduqları 

hesab edilə bilən təşkilatlar olsa da belə, onların sayı olduqca azdır. 

Sertifikatlaşdırılmış  keyfiyyətin  menecmenti  sisteminə  malik  olan,  və  ya 

dördüncü  mərhələdə  -  “keyfiyyətin  ümumi  idarəetməsi”  mərhələsində  olan  şirkət 

üçün aşağıdakılar xarakterikdir [3]: 

  rəhbərlər və bütün personal rahat şəkildə işləyir; 

  materiallar,  komplektləşdirici  detallar  və  s.  ilə    təchizat  problemləri 

tədarükçü  ilə razılaşdırılıb; 

  planlaşdırma-xəbərdarlıq etmə  işlərinin aparılması  nəticəsində avadanlığın 

boşdayanma vaxtı minimuma qədər endirilib;  

  əməkdaşlar  lazımi  hazırlığa  malikdirlər  və  onların  əvəzlənməsi  sakit 

tərzdə, münaqişəsiz və anlaşılmazlıq olmadan baş verir. 

Keyfiyyətin  menecmenti  sisteminə  malik  olmayan  və  TQM  prinsipləri  ilə 

işləməyən  müəssisədə hər kəs hər bir an ortaya çıxan vəziyyəti qaydaya salmaqla, 

“yanğının  söndürülməsi”  ilə  məşğuldur  [3]  (TQM  şəraitində  praktiki  olaraq  belə 

vəziyyətlər olmamalıdır, hətta olduqda belə, onların sayı minimal olur).  




55 

 

Bu  barədə  Filip  Krosbi  deyirdi:  “Keyfiyyətin  təmin  edilməsi  –  baletdir, 



xokkey deyil”. Bəs burada o nəyi nəzərdə tuturdu? 

Baletdə  xoreoqrafiya  düşünülmüş  olur,  məşqlər  aparılıb  və  rəqqaslar  öz 

partiyalarını  zahiri  bir  asanlıqla  yerinə  yetirirlər  (keyfiyyətin  menecmenti 

sistemini,  və  ya  TQM  prinsiplərini  tətbiq  etmiş  təşkilatın  işi  ilə  müqayisə  edin). 

Xokkeydə  isə  maksimal  gərginlik  zamanı  (xokkeyçi  meydançada  iki-üç  dəqiqə 

ərzində  son  həddə  qədər  güc  sərf  edərək  oynayır)  hər  şey,  “köhnə”  üsulla  işləyən 

təşkilatlardakı kimi improvizasiya nəticəsində, gözlənilmədən baş verir. 

        МС İSO 8402:1994 [4] –də “proses” anlayışı daxil edilib və o, aşağıdakı kimi 

müəyyən edilirdi. 

“Proses  –  giriş  elementlərini  çıxış  elementlərinə  çevirən  qarşılıqlı  əlaqəli 

vəsait və fəaliyyətlər məcmusudur. 

2000-ci  ilin  variantı  olan  9000  seriyalı  İSO  standartlarında  “proses”  termini 

belə müəyyən edilir [5]: 

 “Proses”  -    girişi  çıxışa  çevirən  qarşılıqlı  əlaqəli  və  qarşılıqlı  təsirdə  olan 

fəaliyyətlərin məcmusudur. 

Prosesin  çıxışları  bunlar  ola  bilər:  məhsulun  dörd  kateqoriyalarından  biri 

(texniki vasitələr, proqram vasitələri, işlənilmiş materiallar, xidmətlər), məlumatlar 

(texnologiya,  metodika,  hekayə,  poema,  teorem  və  s),  sənəd  (məktub,  çertyoj, 

təlimat və s.). 

          Beləliklə,  proses  –  yalnız  istehsal  fəaliyyəti  deyildir,  o,  istənilən  fəaliyyət 

növüdür,  həm  də  keyfiyyətin  menecmenti  sistemində  ilk  növbədə  inzibati 

idarəetmə (menecment) prosesləri nəzərdən keçirilir. 

“Prosesin  sahibi  –  icraetməyə  və  ya  fəaliyyətin  idarə  edilməsinə  görə 

məsuliyyət daşıyan şəxsdir” [3]. 



56 

 

Bu  tərif  prosesə  iqtisadi  sahiblik  edilməsi  ilə  bağlı  deyil  və  o  yalnız  bu 



prosesin  yerinə  yetirilməsinə  və  ya  onun  idarə  edilməsinə  görə  məsuliyyətlə 

bağlıdır.  Deyildiyi  kimi,  proses  –  giriş  elementlərini  çıxış  elementlərinə  çevirən 

qarşılıqlı  əlaqəli  vəsait  və  fəaliyyətlərin  məcmusudur.  Tokar  çalışdığı  dəzgahın 

sahibi  deyil,  lakin  o,  bu  prosesin  yerinə  yetirilməsi  üzrə  öz  fəaliyyətini  idarə 

etməyə görə səlahiyyət daşıması baxımından prosesin sahibidir. 

ГОСT  R  40.003  –  2000  [4]  –də  “xüsusi  proses  termini  aşağıdakı  kimi 

müəyyən edilir: 

“ Xüsusi proses – məhsulun novbəti nəzarəti və sinağı vasitəsi ilə nəticələrinin 

tam  yoxlanılması  mümkün  olmayan  və  çatışmamazlıqlarının  yalnız  məhsuldan 

istifadə edildiyi vaxt üzə çıxan prosesdir”. 

ГОСT R İSO 9000 – 2000 –də xüsusi proses haqqında belə deyilir: 

“Son  məhsulun  uyğunluğunun  təsdiq  edilməsi  çətin  olan,və  ya  iqtisadi 

cəhətdən sərfəli olmayan proses çox vaxt “ xüsusi proseslərə” aid olur.  

Buradan  belə  çıxır  ki,  xüsusi  proseslər  ixtisaslı  işçilər  tərəfindən  yerinə 

yetirilməlidir, və ya müəyyən edilmiş tələblərin yerinə yetirilməsinin təminatı üçün 

bu proseslərin parametrləri daim nəzarətdə saxlanmalı və idarə olunmalıdır. Başqa 

sözlə desək, əgər prosesin çıxış parametrlərini başa çatan kimi yoxlamaq mümkün 

deyilsə (və  ya  iqtisadi cəhətdən sərfəli deyilsə), onda belə proses xüsusi prosesdir 

və  onun  icrası  vaxtı    giriş  parametrləri,  idarəedici  təsirləri,    vəsaitləri,  həmçinin 

proses  icrasının  aralıq  mərhələlərinə  nəzarət  edilməli  və  onlar  idarə  olunmalıdır. 

Bu  şərtlər  daxilində  xüsusi  prosesin  çıxışı  doğru  olmalıdır.  Deyildiyi  kimi  burada 

vacib  şərt  ondan  ibarətdir  ki,  belə  prosesin  icrasına  ixtisaslı  fəhlələr  və 

attestasiyadan keçmiş avadanlıqlar cəlb edilməlidir. 



Yüklə 423,37 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə