153
Leksik formaların ikinci tipi. Leksik məna
yaratmaq məqsədi
ilə konkret leksik şəkilçilərlə işlənən söz qəlibləri hansı nitq hissəsinə
aid olmasına baxmayaraq, müəyyən mənada kateqoriya xüsusiyyəti
daşıyır. Belə ki, hər bir konkret leksik şəkilçi bu kateqoriyanın şəkli
əlaməti, yaxın və ya bənzər məna çalarları isə ümumi kateqoriya
məzmunu kimi qəbul olunur
1
.
Məsələn,
-çi şəkilçisi müxtəlif adlardan isim düzəldən bir
kateqoriyanın şəkli əlaməti, onun yaratdığı peşə, sənət, fəaliyyət növü
ilə bağlı olan şəxs məzmunu isə, bənzər məna çalarları kimi qəbul
edilir.
Leksik kateqoriyaya daxil olan və ya bu kateqoriya əsasında
yaranan hər bir sözün, formanın birinci intellekt obrazı kök və ya
əsasın birinci intellekt obrazı ilə eyni dərəcədə əhəmiyyət kəsb edən,
amma bununla belə həmin obrazdan əsaslı şəkildə fərqlənən, tama-
milə müstəqil bir intellekt obrazıdır.
Məsələn,
-çi şəkilçisinin köməyi ilə
dəmir sözündən əmələ
gələn
dəmirçi sözü və ya formasının birinci intellekt obrazı, həmin
formanın əmələ gəldiyi kökün (
dəmir) birinci intellekt obrazı ilə eyni
dərəcədə əhəmiyyət kəsb edir. Yəni “dəmir”
sözünün dildə əks etdir-
diyi birinci intellekt obrazına ekvivalent olan gerçəklik elementinin
insan tərəfindən qavranılması üçün həmin birinci intellekt obrazı nə
qədər vacibdirsə, “dəmirçi” sözünün birinci intellekt obrazına ekviva-
lent olan gerçəklik elementinin insan tərəfindən qavranılması üçün də
onun birinci intellekt obrazı o qədər vacibdir. Başqa sözlə desək,
metal parçası olan dəmiri dərk etmək üçün beynimizdə
dəmir adlı
gerçəklik elementinə ekvivalent olan intellekt obrazı yarandığı kimi,
metal məmulatları hazırlayan bir sənətkarı dərk etmək üçün də beyni-
mizdə
dəmirçi adlı gerçəklik elementinə ekvivalent olan tamamilə
fərqli bir intellekt obrazı yaranır. Göründüyü kimi,
bu intellekt obraz-
larından biri bir parça metalın real obrazına, digəri isə müəyyən bilik,
bacarıq və vərdişlərə malik olan insan obrazına ekvivalentdir.
1
Иванов С.Н. Курс турецкой грамматики. Ч.1. Ленинград, 1975, 100 с.; Yenə onun. Курс
турецкой грамматики. Ч.2. Ленинград, 1977, 88 с.
154
İlkin gerçəklik elementi kimi tamamilə müstəqil, hətta biri
canlı insan, digəri isə cansız metal parçası olan bu gerçəklik element-
lərinin dildə bənzər adlarla adlandırılması, hətta onlardan birinin adı-
nın digərinin adından əmələ gəlməsi, birinci intellekt obrazları baxı-
mından tamamilə təsadüfi xarakter daşıyır. Belə ki,
dəmir-dəmirçi,
kömür-kömürçü cütlərinin yanında
daş-bənna, ağac-dülgər-xarrat
kimi heç bir uyğunluğu olmayan analoji cütlər də vardır.
Burada hər hansı bir uyğunluqdan yalnız ikinci intellekt obrazı
səviyyəsində danışmaq olar. Belə ki, tamamilə fərqli mahiyyətə
malik olan gerçəklik elementləri (əşya və insan) dərk olunarkən
onların birinci intellekt obrazları bir-birindən əsaslı surətdə fərqlənir.
Amma
bununla belə, müəyyən olunan bəzi ümumi cəhətləri əsasında
birinci intellekt obrazları bir-birindən əsaslı şəkildə fərqlənən gerçək-
lik elementlərinə bənzər adlar verilir. Beləliklə, onların ikinci intellekt
obrazlarında müəyyən uyğunluq yaranır. İkinci intellekt obrazların-
dakı eyni tip uyğunluqlar (məsələn,
-çı şəkilçisi ilə bağlı əşya və
əşyanın istehsalı, yaxud da satışı və s. ilə məşğul olan şəxs)
V.Q.Quzevin qeyd etdiyi kimi, “leksik kateqoriya olaraq qəbul edilən
analoji leksik formalarla yaranır”
1
.
Bir cəhəti də qeyd edək ki, leksik kateqoriyaların eyni məna
çaları yaradan formaları qohum dillər üzrə bir-birini tamamlayır.
Məsələn, Azərbaycan dilində
dəmirçi, kömürçü formaları olduğu
halda
taxtaçı, daşçı formaları yoxdur.
Bu formalar əvəzinə Azərbay-
can dilində
dülgər, xarrat və
bənna sözləri işlənir. Türk dilində isə
analoji olaraq
ahşapçı (
ahşap – taxta, ağac) və
taşçı formaları işlənir.
Türk dilində işlənən
tişçi, gözcü formalarının yerinə Azərbaycan
dilində
diş həkimi və
göz həkimi ifadələri işlənir. Özbək dilində iş-
lənən
ukituvçi (müəllim),
terimçi (əsasən pambığı, ümumiyyətlə isə,
məhsulu yığan adam),
eskiçi (köhnə əşyalar alan və ya satan adam),
kükçi (göy-göyərti becərən və satan adam),
olmaçi (alma yetişdirən
1
Гузев В.Г. Система тюркских словоизменительных категорий в фукционально-
семантическом аспекте.Диссертация на соискание ученой степени доктора
филологических наук. Ленинград, 1986, 356 с.
155
və ya satan adam) və s. kimi formalara da
Azərbaycan dilində təsadüf
olunmur.
Bunun səbəbi dillərdən birinin zənginliyi, digərinin kasıblığı
yox, əvvəldə də qeyd olunduğu kimi, nitq ehtiyacıdır. Yəni özbək
dilində
terimçi forması – bu forma ilə adlandırılan şəxsləri pambığın
əkilməsi (
ekinçi), suvarılması (
suçi), becərilməsi proseslərində
işləyən işçi və digər muzdlu fəhlələrdən (
botrak) fərqləndirmək,
onların yalnız və yalnız pambığın dərilməsində iştirak etdiyini
vurğulamaq üçün yaranmışdır.
Müəyyən leksik və qrammatik ənənələr yaranıb inkişaf
etdikdən sonra isə, analogiya prinsipinin
məna məsələsindən önə
keçmə ehtimalı yüksəlir. Belə ki, dəmirlə işləyən adama
dəmirçi,
kömürlə işləyən adama
kömürçü deyilməsi ənənəsi yarandıqdan
sonra, kompüter proqramı ilə işləyən adama
proqramçı
1
, perforasiya
ilə məşğul olan şəxsə
perforatorçu
2
deyilməsi artıq məna tərəfindən
deyil, sadəcə analogiyadan və ya ənənədən gələn bir xüsusiyyət kimi
də ortaya çıxa bilər.
Leksik formaların üçüncü tipi. Bu formalar nə birinci tip
kimi kök sözlər, nə də ikinci tip kimi leksik şəkilçilərlə işlənən söz
qəlibləridir. Bu formalar hər iki tipdən olan leksik formaların öz
aralarında birləşməsindən yaranan yeni leksik formalardır.
Burada birləşmə dedikdə, birinci və ikinci tip leksik formaların
birinci və ikinci intellekt obrazlarının deyil, ikinci intellekt obrazları-
nın ekvivalent olduğu söz formalarının və ya qəliblərinin birləşməsi
nəzərdə tutulur. İki leksik formanın ikinci intellekt obrazına ekviva-
lent olan söz formalarının və ya qəliblərinin
müəyyən qrammatik və
ya sintaktik vasitələrlə öz aralarında birləşməsi nəticəsində üçüncü tip
leksik formanın ikinci intellekt obrazına ekvivalent olan söz formaları
və ya qəlibləri əmələ gəlir.
1
Məmmədli N.Alınma terminlər (1920-1995-ci illər). Bakı, “Elm”, 1998, s. 114.
2
İsrafilova S. Azərbaycan dilində informatika terminlərinin leksik-semantik təhlili. Bakı.
“Beynəlxalq universitet”. 2006, s. 90.
156
Məsələn,
şana+pipik = şanapipik,
ağac+dəl+ən = ağacdələn,
quş+əppək+i = quşəppəyi,
dəvə+daban+ı = dəvədabanı,
ayı+döşək+i = ayıdöşəyi və s.
Əlbəttə ki, mürəkkəbin mənası heç də həmişə onu əmələ gəti-
rən sadələrin məna cəminə bərabər olmur
1
. Bu yolla yaranan leksik
formaların birinci intellekt obrazı onu təşkil edən leksik formaların
birinci intellekt obrazlarının hər birindən və hər ikisinin birinci
intellekt obrazları cəmindən əsaslı surətdə fərqlənir. Yəni
şanapipik
forması
şana və
pipik kimi söz formalarının birləşməsindən yaranmış
olsa da,
şanapipik formasının birinci intellekt obrazı
şana və
pipik
formalarının birinci intellekt obrazlarının cəminə ekvivalent deyil.
Yəni bu formanın birinci intellekt obrazı nə
şana, nə
pipik formaları-
nın birinci intellekt obrazları ilə, nə də bu obrazların məcmusu ilə heç
bir eyniyyət təşkil etmir. Belə ki,
şana formasının
birinci intellekt
obrazı
dırmıq,
yaba və ya
daraq kimi gerçəklik elementlərinin reallıq
obrazlarına,
pipik formasının birinci intellekt obrazı quşların başı
üzərindəki daraq formalı ət parçası, topa tük və ya kəkil kimi gerçək-
lik elementlərinə ekvivalent olduğu halda,
şanapipik formasının bi-
rinci intellekt obrazı müstəqil bir canlı varlıq, quş gerçəklik elementi-
nə ekvivalentdir.
Hər üç tipdən olan leksik formaların ikinci intellekt obrazına
ekvivalent olan söz formaları və ya qəlibləri qismən və ya tam
şəkildə bir-birini təkrar etdikdə belə onların birinci intellekt obrazları
tamamilə müstəqil olur.
İkinci intellekt obrazına ekvivalent olan söz formaları və ya
qəlibləri bir-birini tam şəkildə təkrar edən leksik formaların ən geniş
yayılmış nümunəsi dilçilik elmində omonimlər adı ilə tanınan leksik
formalardır. Məsələn, ikinci intellekt obrazına ekvivalent olan söz
forması və ya qəlibi
top olan leksik formaların birinci intellekt obraz-
1
Баранников А.П. Сложновербальные глаголы хиндустани. Ленинград, 1930, с.76