261
ictimai quruluşun
dəyişməsini misal göstərir, müxtəlif siniflərin və
sosial qrupların qarşılaşması nəticəsində dil sistemində baş verə bilə-
cək dəyişkənliklərdən danışır. O, qeyd edir ki, həmin sosial qruplar-
dan birində hər hansı müqavimət olmadıqda dil sistemi kəskin şəkil-
də dəyişir və yaşlı nəsillərin həyatdan getməsi ilə bu dəyişmə daha
qabarıq şəkildə müşahidə olunur
1
.
İlk baxışdan belə düşünmək olar ki, ictimai quruluşun dəyiş-
məsi dilin qrammatik və sintaktik qatında böyük dəyişkənliklərə sə-
bəb olmur. Təxminən 50-70 il ərzində dildə baş verən dəyişkənlikləri
araşdırarkən
doğrudan da, belə bir qənaətə gəlmək olar. Amma
müddəti 300-500 il qədər uzatmaqla həmin dildəki dəyişkənlikləri
araşdırsaq,
görərik ki, burada da dəyişkənliklər kifayət qədərdir.
Eyni zamanda L.Şerba B.Kurteneye istinadən dilin müxtəlif
xronoloji mərhələlərini qarışdırmağın, yəni “əvvəlki mərhələyə aid
xüsusiyyətlərin daha sonrakı mərhələyə şamil edilməsinin” yolveril-
məz olduğunu qeyd edir. Çünki “həmin xüsusiyyət bu mərhələdə ya,
ümumiyyətlə, mövcud olmur, ya da arxaikləşmiş element kimi yalnız
adda mövcud olur”
2
.
L.Şerba fərdi dil kimi qəbul edilən nitq məsələsindən başlaya-
raq, qrup nitqi əsasında formalaşan regional və ya zümrə dillərinin
qarşılaşmasından yaranan ümumi dil – ədəbi dil anlayışının yaranma
prinsipini şərh edərək
göstərir ki, yazıçının əsərlərinin dili güclü
şəkildə ədəbi dil normalarına uyğunlaşdırıldığına görə həmin yazıçı-
nın fərdi dili yox, həmin dövrün ədəbi dilidir. Onun nitqi də tam fərdi
hesab olunmamalıdır. Həmin nitq bəzi fərdi elementlər istisna
olmaqla aid olduğu qrup və ya zümrənin dilidir. Çünki fərd öz nitqini
daxil olduğu qrup və ya zümrənin nitqi əsasında, onlara istinadən
formalaşdırır
3
.
Bu qısa ekskursdan sonra yenidən əsas məsələyə qayıdaraq
qeyd edək ki, bəzən ani olaraq yaranan ehtiyac nitqdə və ya dildə in-
1
Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с. 29.
2
Yenə orada, s. 48-49.
3
Yenə orada, s. 31-37.
262
diyə qədər mövcud olmayan yeni bir elementin (səsin, intonasiyanın,
sözün, formanın və s.) işlədilməsini tələb edir. Burada işlənmiş
“bəzən ani olaraq yaranan ehtiyac” deyiminə bir qədər diqqətlə
yanaşsaq, görərik ki, dildəki bütün elementlər (söz və ifadələr, əlaqə
və münasibətlər, yəni istisnasız olaraq bütün leksik və qrammatik
vahidlər, forma və kateqoriyalar) ilk dəfə məhz bu “ani ehtiyac”lar-
dan doğmuşdur.
İlkin mərhələdə bir dəfə yaranmış nitq ehtiyacını ödəmək
məqsədilə işlənən hər hansı bir element (fonem, morfem, leksik,
qrammatik və ya sintaktik vahid) nitqin sonrakı ehtiyacları ilə bağlı
olaraq dəfələrlə təkrarlanır, cilalanır və nəticədə o da müstəqil ger-
çəklik elementləri kimi dərk olunaraq dilin struktur vahidi statusunu
qazanır. Şübhəsiz ki, belə bir statusu qazana bilməyən elementlər də
vardır. Onlardan bir qismi sonrakı mərhələlərdə, ümumiyyətlə nitq
ehtiyacının olmaması səbəbilə dili tərk edir,digər qismi isə dilin sabit
elementləri qədər qabarıq şəkildə nəzərə çarpmasa da, növbəti dəfə
ehtiyac yaranıncaya qədər “gizli qalır”, amma ehtiyac yarandığı an
yenidən “öz varlığını hiss etdirir”. Bu cür elementlər müvəqqəti,
keçici, okkazional ehtiyacları ödədiyinə görə onlara müvəqqəti, situa-
tiv xarakterli, okkazional elementlər deyilir
və onlar dildə sabitləşmə-
miş, amorf formalarla ifadə olunur.
Bundan başqa konkret zaman kəsiyinə qədər adı bilinməyən
və ya ümumiyyətlə adı olmayan bir gerçəklik elementi haqqında
danışmaq lazım gəlirsə, o halda bənzətmə və ya analogiya prinsipləri
əsasında onu forma və ya mahiyyətcə izah etmək, yəni gerçəklik
elementinin obrazını yaratmaq lazım gəlir. Çünki məchulu tapmanın
yeganə düzgün yolu, onu məlumlar əsasında müəyyənləşdirməkdir.
§ 5.3. Dildə forma və məna vəhdətinin kökləri
L.A.Kiselyova yazır: ”Diferensial əlamətlərin müəyyənləşdi-
rilməsi baxımından leksik və qrammatik mənaların parçalanaraq
ayrılıqda öyrənilməsi, onların tutuşdurulması və bir-birinə qarşı qo-
263
yulması cəhdi tamı, yəni sözün bütöv semantikasını daha dərindən
anlaya bilmək üçün onun hissələrinin hərtərəfli analizi baxımından
tamamilə özünü doğruldur. Amma leksik və qrammatik mənaların
belə parçalanması ifrata yol açır və belə bir yanlış fikrin formalaşma-
sına səbəb olur ki, dildə vahid bir tam kimi sözün mənası, bütöv
halda semantikası mövcud deyil”
1
.
Klassik psixolinqvistika tərəfdarlarının, xüsusilə də “
Nitq
fəaliyyəti nəzəriyyəsi” davamçılarının bu kimi fikir və mülahizələri
onların lehinə olmayan belə bir fikrin yaranmasına səbəb olur ki,
nitq
fəaliyyəti nəzəriyyəsi istənilən düşünmə və təfəkkür prosesinin söz
vasitəsilə həyata keçdiyini iddia etdiyinə görə, bu mövqe tərəfdarları
sözün və formanın şərhinə imkan verən intellekt obrazları kimi aktiv
vasitələrdən məhrum edilmiş oldular. Bu səbəbdən onlar formanın
yaranma və mənimsənilmə mexanizmini, onun qrammatik və leksik
hissələrinin bir-birini tamamlayan və ya bir-birində tamamlanan,
amma istənilən halda fərqli forma və məna yükünə malik olduğunu
görə bilmədilər və bu səbəbdən də, təbii ki, onu izah edə bilmədilər.
Yəni
evdən formasının
ev kimi leksik və -
dən şəkilçisi kimi qramma-
tik formaların birləşməsindən yaranmış qəlib olduğunu iddia edə bil-
mələri üçün, onların əlində ən azı
ev kimi gerçəklik elementinə
ekvivalent olan birinci intellekt obrazı və onun dildə əks olunması ilə
yaranan dil struktur vahidinə ekvivalent olan ikinci intellekt obrazı
formasında apellyativ vasitələr olmalı idi. Bu halda abstrakt təsəvvür
mahiyyəti daşıyan gerçəklik elementinə ekvivalent olan
birinci və -
dən şəkilçisi tipində dil struktur vahidinə ekvivalent olan ikinci in-
tellekt obrazı olan qrammatik formanı analiz etmək bu nəzəriyyə
tərəfdarları üçün tabu olmazdı və onların tədqiqatları sırf psixoloji
momentlərin analizi ilə kifayətlənmək məcburiyyətində qalmazdı.
Dərketmə ilə əlaqəsindən danışarkən dilin yaranması məsələ-
sinə qismən toxunmuşduq. Burada bir daha qeyd etmək istəyirik ki,
dilin ikitərəfli ünsiyyət vasitəsi kimi və ya dil struktur vahidlərinin
1
Киселева Л.А. Вопросы теории речевого воздействия. Ленинград, Издательство
“Ленинградского университета”, 1978, с. 67.
264
semiotik vahid kimi mövcudluğu, yəni həm formaya, həm də məz-
muna malik olması onun dərk olunmuş gerçəklik elementlərinin bey-
nimizdəki intellekt obrazları ilə bağlılığındadır. Əgər bir anlığa bu
bağlılıq yox olsaydı, o halda dil mənasız
və məzmunsuz söz və ya səs
yığınından ibarət olardı.Yəni əgər bizim beynimizdə müstəvi forma-
sında səthi və ayaqları olan masa kimi əşyaya ekvivalent olan birinci
intellekt obrazı olmasaydı, oxuduğumuz və ya eşitdiyimiz “masa”
sözü bizim üçün heç bir məna ifadə edə bilməzdi.
Dil təzahürlərinin aspektlər üzrə bölgüsündə böyük şərtilik ol-
duğunu qeyd edən L.Şerba etiraf edir ki, dil sistemi və dil materialı
vahid nitq fəaliyyəti təcrübəsinin müxtəlif aspektləridir. Eyni zaman-
da, anlama prosesindən kənarda mövcud olan dil materialı ölüdür.
Təşkil olunmuş dil materiallarından (yəni, dil sistemindən) kənarda
isə onu (
mövcud olan nitq və ya mətni – M.Ə) anlamaq mümkün
deyil
1
. L.Şerbanın bu fikrini bir qədər də inkişaf etdirərək belə deyə
bilərik ki, ümumilikdə dil beyin məhsuludur və öz funksiyasını yal-
nız dərketmə ilə əlaqəli şəkildə icra edə bilər. Beyindən kənarda aktiv
sistem xüsusiyyətinə malik olan dil mövcud deyil, yalnız onun yazılı
və ya şifahi nitq şəklində təzahür edən fraqmentləri və ya struktur
vahidləri mövcuddur.
Nitq yenidən beyinlə, yəni təfəkkür prosesləri
ilə birləşincəyə qədər bizim üçün heç bir məna ifadə etmir və ya
bizim üçün onun heç bir mənası olmur. Nitqin bu cəhəti ilə biz
gündəlik həyatımızda dəfələrlə rastlaşırıq.
Bilmədiyimiz dildə olan mətni anlamırıq. Bunun ən azı iki
səbəbi vardır. Birincisi, yazıda gördüyümüz və ya eşitdiyimiz nitqin
struktur vahidlərini ayrı-ayrı gerçəklik elementləri kimi mənimsəmə-
mişik. İkincisi, dilin hər bir struktur vahidinin hansı gerçəklik ele-
mentini əks etdirdiyini bilmirik.
İlk dəfə eşitdiyimiz sözü anlamırıq. Öz doğma dilimizdə olan
yeni sözləri belə, ilk dəfə eşitdikdə onu başa düşmürük. Çünki onun
hansı gerçəklik elementi ilə bağlı olduğunu bilmirik. Həmin sözü,
yalnız onun bağlı olduğu
gerçəklik elementini gördükdən, duyduq-
1
Щерба Л.В. Языковая система и речевая деятельность. Ленинград. Наука, 1974, с.. 26.