D
tabe etməsini ifadə edən fenomendir. Dövləti ələ keçirmə anlayışı
korrupsiyanın ənənəvi konsepsiyalarından kənara meyil edir – belə
ki, bürokrat gücsüz adamlardan rüşvəti zorla ala və ya şirkətlər, ya
siyasətçilər özləri dövlət avadanlıqlarını oğurlaya bilərdi. Tranzitiv
ölkələrdə daha dərin olan problem ən dağıdıcı və təhlükəli korrupsiya
problemidir.
Dövlətin fiaskosu (government failure) – hökumət qərarlarının
səmərəsizliyi və resurs bölgüsünün ədalətsizliyi ilə xarakterizə olunan
tendensiya. Bunun əsas səbəbi məmurların informasiya da daxil
olmaqla, bütün resurslar üzərində monopol olmasıyla öz maraqlarına
xidmət etmələridir.
Dövlətin gəlirlər siyasəti (government’s income policy) – dövlətin
gəlirlər siyasəti sosial siyasətin tərkib hissəsi olmaqla 2 mühüm
məsələnin həllinə yönəlmişdir:
1) Sosial təminat sistemi vasitəsilə əhalinin yoxsul təbəqələrinə birbaşa
yardım göstərilməsi.
2) Əhalinin gəlir və əmanətlərinin inflyasiya nəticəsində dəyərdən
düşməsinin qarşısını almaq (indeksasiya vasitəsilə).
Bu siyasət gəlirlərin dövlət büdcəsi vasitəsilə təkrarbölgüsü prosesindən
birbaşa asılıdır. Belə təkrarbölgü diferensial vergitutmaya əsaslanaraq
milli gəlirin müəyyən hissəsinin əhalinin yüksək gəlirli təbəqələrindən
aşağı gəlirli təbəqələrinə doğru hərəkətini təmin edir. Sosial transferlər
siyasətin mühüm icra vasitəsidir. Sosial transferlər – vətəndaşlara
keçmişdə və indi, təsərrüfat fəaliyyətində iştirakından asılı olmayaraq
verilən natural və ya pul ödənişləri sistemidir. Dövlət öz gəlirlər siyasəti
vasitəsilə nəinki aztəminatlı ailələrin gəlirlərini artırır, işçi qüvvəsinə
normal həyat şəraiti yaradır, həmçinin sosial gərginliyin azalmasına
cəhd göstərmiş olur.
Dövlətin iqtisadi siyasəti (government’s economic policy) – istehsal,
bölgü, mübadilə, istehlak, yığım, idxal, ixrac sahələrində dövlətin
həyata keçirdiyi tədbirlər kompleksi və ümumi fəaliyyət istiqamətidir.
Onun tərkibinə aşağıdakılar daxildir:
a) Büdcə-vergi siyasəti;
b) Struktur siyasəti;
c) İnvestisiya siyasəti;
ç) Qiymət siyasəti;
d) Maliyyə-kredit siyasəti;
e) Xarici ticarət siyasəti;
f) Sosial siyasət;
g) İnstitusional siyasət;
h) Əmək-məşğulluq siyasəti.
0
D
Dövrün axırına ssudaların qalığı, DASQ (ending period loan margin)–
DASQ = dövrün əvvəlinə ssudaların qalığı + cari dövrdə verilən kreditlər
– cari dövrdə ödənilən kreditlər.
DuPont modeli (DuPont model) – bu model ənənəvi performans
menecmenti alətləri ilə bu və ya digər təşkilatın mənfəətliliyini ölçməyə
imkan verir. DuPont modeli aşağıdakı formula əsaslanır: Rentabellik
(return on assets) = Xalis mənfəət marjası * Ümumi aktiv dövriyyəsi =
= vergi çıxılmaqla xalis əməliyyat mənfəəti/Satış həcmi * Satış həcmi/
Orta xalis aktivlər.
Dünya Bankı (World Bank) – dünyada qlobal iqtisadi inkişaf məqsəd-
lərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən
ən böyük donor təşkilatlardan biri. Bankın əsas məqsədi kasıb
ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun
azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı
inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından,
yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir. Dünya
Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. BMT
tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Həmin ölkələr
bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə
olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli
kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də
struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. DB-
nin strukturları: IBRD;
IFC (International Finance Corporation); IDA
(International Development Agency );
MIGA (Multinational Investment
Guarantee Agency);
ICSID (International Center for Settlement of
Investment Disputes).
Düzgünlük paktı (integrity pact) – düzgünlük paktı ictimai müqavilə-
lərdə korrupsiyanın qarşısını almaq üçün razılaşmadır. Tərəflərdən biri
mərkəzi, lokal və ya bələdiyyə hökumətini, dövlətə məxsus müəssisəni
təmsil edir. Digər tərəf isə adətən müqavilə imzalamaq və ya öz
xeyrinə müqaviləni həyata keçirmək istəyən özəl kompaniyadır. Hər
iki tərəf qiymətqoyma, müqavilə və onun icrası məsələsində rüşvət
götürməmək haqqında razılığa gəlir.
1
E
E
Edgevort qutusu (Edgeworth box) – resursların müxtəlif bölgüsünü
göstərən xüsusi metod.
Ehtiyat hesabı (reserve account) – kommersiya banklarının mərkəzi
bankda ehtiyat tələbi hesabı.
Ehtiyat tələbi (reserve requirements) – kommersiya banklarının
mərkəzi bankda xüsusi hesabda cəlb edilmiş, nağd pul vəsaitinin və
digər likvid aktivlərinin müəyyən məbləğdə saxlanması üzrə mərkəzi
bank tərəfindən kommersiya banklarına tələbi.
Ehtiyatlar (reserves) – tədiyə balansının kapital hesabında ayrıca maddə.
Ehtiyatlar, mərkəzi hakimiyyət tərəfindən ölkənin beynəlxalq ödəmələri
üzrə öhdəliklərini ödəmək üçün (qızıl, hökumətin xarici banklardakı
depozitləri, BVF-də ehtiyatları və s.) nəzərdə tutulan aktivlərdir.
Ehtiyat valyuta (reserve currency) – dövlət və beynəlxalq institutların
qızıl və xarici valyuta ehtiyatlarında saxladığı və xarici ticarətin
əhəmiyyətli proporsiyasını maliyyələşdirmək üçün istifadə etdiyi
valyutadır. Bunun üçün iki şərt tələb olunur: başqa valyutalara nisbətən
bu valyutanın dəyəri sabit olmalıdır, dünya ticarətində əhəmiyyətli paya
malik ölkənin valyutası olmalıdır, çevrilən valyuta olmalıdır və inkişaf
etmiş maliyyə institutlarına malik ölkənin valyutası olmalıdır. BVF-ə
görə, hazırda ehtiyat valyutaların 69%-i ABŞ dollarının payına düşür.
Ekspertiza (expertise) – nəzarət obyektində maliyyə məsələləri üzrə
qərarların iqtisadi səmərəliliyini və hüquqi nəticələrini müəyyən etmək
məqsədilə onların qəbul edilməsinin ilkin qiymətləndirilməsidir.
Emissiya krediti (emission credit) – ümumilikdə dövlətin hökuməti
(Nazirlər Kabineti) kreditləşdirdiyi bir formadır. Emissiya yolu ilə verilən
krediti qaytarmaq barədə hökumət öhdəlik götürür. Emissiya kreditinin
mənası heç də kreditləşdirmə deyil, onun əsas iqtisadi məqsədi növbəti
ildə büdcə kəsirinin real azaldılması üçün hökumətin məsuliyyətini
artırmaqdır.
Ev təsərrüfatlarında ərzağın dəyəri (value of product in households) – ev
təsərrüfatlarında istehlak üçün alınmış ərzaq məhsullarının alınmasına
və evdən kənarda qidalanmaya çəkilən pul xərclərindən, eləcə də
natura şəklində daxil olmuş ərzaq məhsullarının dəyərindən ibarətdir.
Dostları ilə paylaş: |