Ə
gəlirlərinin ölçüsünə görə bölgüsü
müəyyən intervallar üzrə adambaşına
pul gəlirlərinin ölçüsünə görə əhalinin sayını (xüsusi çəkisini) və maddi
vəziyyətinin ölçüsünə görə təbəqələşməsini səciyyələndirir. Əhalinin
sərəncamında olan real gəlirləri
istehlak qiymətlərinin dəyişməsi
nəzərə alınmaqla şəxsi sərəncamda olan gəlirlərdir.
Əhalinin pul xərcləri (expenses of population) – əhali tərəfindən
dövlət və qeyri-dövlət müəssisə-təşkilatlarına, ictimai təşkilatlara pul
ödənməsi ilə əlaqədar xərclər (əmtəələrin satın alınması və xidmətlərin
ödənməsi, habelə vergi, rüsum, sığorta ödəmələri şəklində məcburi
tədiyə və müxtəlif haqlar) daxildir.
Əhalinin şəxsi sərəncamında olan gəlirlər (population revenues
in private order) – əhalinin şəxsi gəlirlərindən vergilər, məcburi
ödəmələr və könüllü olaraq ictimai təşkilatlara ödəmələr çıxıldıqdan
sonra qalan məbləğ aid edilir. Gəlirlərin alıcılıq qabiliyyətini vaxta görə
ümumiləşdirilmiş formada qiymətləndirmək üçün əhalinin ümumi real
gəlirləri göstəricisindən istifadə olunur.
Əhalinin ümumi real gəlirləri (total real revenues of opulation) – istehlak
qiymətlərinin dəyişməsi nəzərə alınmaqla, dövlət və qeyri-dövlət
mənbələrindən əhaliyə verilən ödənişsiz və ya güzəştli gəlirlərin
dəyərinin əhalinin şəxsi sərəncamında olan gəlirlərə əlavə edilməsi
yolu ilə müəyyənləşdirilir.
– termin ümumi
olaraq illik büdcə təqdimatına daxil edilməyən dövlət razılaşmalarının
yığımına istinad edir. Bu, yoxlama və mühasibat standartlarına illik
büdcə səviyyəsində daxil edilmir. Əlavə büdcə razılaşmalarının geniş
müxtəlifliyindən istifadə olunur. Bunlara aşağıdakılar daxildir: ayrı
qanunvericilik əsasında yaradılan fondlar (sosial müdafiə fondu);
əmtəə yardımlarının daxil edildiyi əmtəə fondu; müxtəlif məqsədlər
üçün gəlirin spesifik növlərindən yararlanmaq üçün fondlar.
Əlavə rezerv imkanları (Supplemental Reserve Facility) – BVF-in
çox qısa müddətdə valyuta rezervlərində kəskin azalma olan ölkələrə
təqdim etdiyi əlavə maliyyələşmə imkanı. Bu məbləğ hər bir ölkənin
kvotasının bir neçə misli ola bilər.
Əmanət (deposit) – hesablanmış faizlər də daxil olmaqla, bankın
milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və
ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləri. Əmanətçi
bankda əmanəti olan, habelə qanunvericiliyə və/və ya müqaviləyə
əsasən əmanətə sərəncam vermək hüququ olan şəxsdir.
Ə
Əmanətə hesablanan faizlər (calculated interests) – faiz
hesablamaları bankın əmanətçiyə verdiyi pul məbləğləridir. Bir
qayda olaraq faiz ödəmələrinin miqdarı əmanətin müddətindən, faiz
dərəcəsindən və əmanətin valyutasından asılıdır. Əmanətin növündən
asılı olaraq hesablanmış faizlər hər ay, hər rüb, hər il və ya əmanətin
müddəti başa çatdıqdan sonra ödənilə bilər.
Əmanətlərin Sığortalanması Fondu (Deposit Insurance Foun-
dation) – əhalinin kommersiya banklarına qoyduğu əmanətlərin
mümkün risklərdən sığortalanması üçün formalaşdırılan fondlardır.
Azərbaycanda artıq əmanətlərin sığortalanması məqsədləri üçün
Əmanətlərin Sığortalanması Fondu yaradılıb. Fond hüquqi şəxsdir,
qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. O,
üzərində öz adı olan möhürə, habelə Milli Bankda və müəyyən olunmuş
qaydada digər banklarda hesablara malikdir. Fondun əsas məqsədi
mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün
mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Dövlət və Milli
Bank fondun öhdəlikləri üzrə, fond isə dövlətin və Milli Bankın öhdəlikləri
üzrə məsuliyyət daşımır. Sığorta qanunvericiliyinin müddəaları fondun
fəaliyyətinə şamil edilmir və bu fəaliyyət üçün xüsusi razılıq (lisenziya)
tələb olunmur. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün
bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli
filialları fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan
Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər
fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.
Xarici bankın öz ölkəsindəki əmanətlərin (depozitlərin) sığorta sistemi
onun Azərbaycan Respublikasında fəaliyyət göstərən filialını (filiallarını)
əhatə etdikdə xarici bankın yerli filialındakı əmanətlər Fond tərəfindən
sığorta olunmur, bu şərtlə ki, həmin ölkədə əmanətlərin sığortalanması
sisteminin qaydaları müəyyən olunmuş şərtlərdən az əlverişli olmasın.
Əks təqdirdə xarici bankın yerli filialındakı əmanətlər müəyyən edilmiş
qaydada əlavə sığortalanmalıdır. Fond ali idarəetmə orqanı olan
Himayəçilik Şurası və icra orqanı olan icraçı direktor tərəfindən idarə
olunur. İştirakçı bank fonda sığorta haqları ödəmək öhdəlikləri daşıyan
bank və ya xarici bankın yerli filialıdır.
Əmək pensiyası (work pension) – nəzərdə tutulmuş qayda və şərtlərlə
müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin
onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı
və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar
onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə
vətəndaşlara aylıq pul ödənişidir.
Dostları ilə paylaş: |