LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə29/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   25   26   27   28   29   30   31   32   ...   53


İ
İ
İcarə (rent) – icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə 
əsasinda,  əvəzi  ödənilməklə  müddətli  sahib  olmaq  və  bunlardan 
istifadə  etməkdir.  İcarəyə  iqtisadiyyatin  bütün  sahələrində  yol  verilir 
və  o,  mülkiyyətin  bütün  formalarının  və  növlərinin  əmlakı  barəsində 
tətbiq  edilə  bilər.  İcarə  münasibətlərini  (icarəyə  verənin  icarəçi  ilə 
münasibətləri)  tənzimləyən  əsas  sənəd  icarə  müqaviləsidir.  İcarə 
müqaviləsində  aşağıdakılar  nəzərdə  tutulur:  icarəyə  verilən  əmlakın 
tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddəti və s. İcarə 
haqqı  tərəflərin  razılığı  ilə  natura  formasında,  pul  formasında  və  ya 
qarışıq formada təyin edilə bilər. Dövlət əmlakının (mənzil fondundan 
başqa)  icarəyə  verilməsi  üçün  icarə  haqqının  minimum  məbləği 
əvvəlcədən normativ qaydada müəyyən edilir.
İcarə haqqı (rentals) – xarici şirkətlərlə bağlanmış sazişlər (məsələn, 
hasilatın  pay  bölgüsü)  çərçivəsində  dövlət  əmlakından  istifadə  üçün 
ödənilən haqlardır.
İcra-nəticə  əsaslı  büdcələşdirmə  (performance  or  result  based 
budgeting) – əsas etibarilə büdcə xərclərinin büdcə təşkilatının strateji 
məqsədləri, bu məqsədlərə çatmaq üçün icra olunan işlərin nəticəliliyi 
əsasında tərtibi.
İcbari xərclər (compulsory expenditure) – bilavasitə bu və ya digər 
razılaşma və bunun əsasında qəbul edilmiş alətlər nəticəsində yaranan 
xərclərdir.  AB-də  bu,  daha  çox  kənd  təsərrüfatı  və  baytar  xərcləri, 
beynəlxalq razılaşmaların maliyyələşdirilməsi, heyət təqaüdlərini bildirir. 
AB-də 1999-cu il mayın 6-da qəbul edilmiş IV Əlavə razılaşma icbari 
və qeyri-icbari xərclərin detallarını müəyyən etmişdir. AB Şurası icbari 
xərclər qərarında son söz hüququna malikdir, qeyri-icbari xərclərdə isə 
bu hüquq AB Parlamentinə məxsusdur.
İctimai  əhəmiyyətli  qurumlar  (publicly  important  bodies)  –  kredit 
təşkilatları,  sığorta  şirkətləri,  investisiya  fondları,  qeyri-dövlət  (özəl) 
sosial  fondları,  qiymətli  kağızları  fond  birjasında  dövriyyədə  olan 
hüquqi şəxslər və maliyyə hesabatlarının tərtibi tarixində müvafiq icra 
hakimiyyəti  orqanının  müəyyənləşdirdiyi  meyar  göstəricilərinin  (illik 
gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği) 
ikisindən yuxarı olan göstəricilərə malik kommersiya təşkilatlarıdır. 



İ
İctimai  sektor  üçün  mühasibat  uçotunun  beynəlxalq  standartları 
(international  accounting  standarts  for  public  sector)  – 
Mühasiblərin Beynəlxalq Federasiyasının İctimai Sektor üzrə Komitəsi 
tərəfindən  işlənib  hazırlanmış,  qəbul  və  təsdiq  olunmuş  mühasibat 
uçotu standartlarıdır.
İctimai vəsaitin idarəolunması (İVİ) (public financial management) – 
İVİ  büdcə  tsiklinin  bütün  fazalarına  –  büdcə  hazırlanması,  daxili 
yoxlama  və  audit  təminat,  monitorinq  və  razılaşmalar  haqda  məruzə 
və xarici auditə qanuni və təşkilati nəzarət strukturudur. İVİ-nin geniş 
məqsədlərinə fiskal intizama nail olmaq, resursların prioritet ehtiyaclara 
bölüşdürülməsi və ictimai xidmətin effektiv və səmərəli təşkili daxildir.
İdarəolunan  və  idarəolunmayan  korrupsiya  (controlled  vs. 
uncontrolled  corruption)  –  bəzi  ölkələrdə  mərkəzləşdirilmiş, 
uzlaşdırılmış 
və 
intizamlı 
(idarəolunan), 
digər 
ölkələrdə 
mərkəzləşdirilməmiş,  qarışıq,  qaydasız  korrupsiya  mövcud  olur. 
Bunlar  ideal  tiplərdir.  Çox  ölkələr  haradasa  aralıq  kateqoriya  kimi 
səciyyələndirilə bilər. İdarəolunan korrupsiya hadisələrində idarə edən 
elita  korrupsiya  proseslərinə  və  prosedurlara  nisbətən  ciddi  nəzarət 
edir. Məsələn, keçmiş Sovet İttifaqı və Asiya əjdahaları Cənubi Koreya 
və  Tayvan  iqtisadi  genişlənməni  korrupsiya  (idarəolunan)  ilə  birgə 
təcrübədən keçirdi. İdarəolunan korrupsiya hadisələrində müəssisələr 
korrupsiyanın  səviyyəsini  proqnozlaşdıra  və  hesablaya  bilir  və  onu 
ölçülə  bilən  xərc  kimi  xərclərinə  daxil  edirlər.  Buna  görə  idarəolunan 
korrupsiya  ticarətə  və  investisiyaya  mənfəət  norması  baxımından 
əsas  maneə  olmaya  bilər.  İdarəolunmayan  korrupsiya  olan  ölkələrdə 
korrupsiya  ümumi  və  əvvəlcədən  müəyyənləşdirilməyən  olur.  Kimin 
nə qədər fayda alacağı və nədən alacağı idarəedicilərin komandanlığı 
altında deyil. Ümumən idarəolunmayan korrupsiya iqtisadiyyata daha 
zərərli  hesab  olunur,  lakin  uzunmüddətli  dövrdə  idarəolunan  da  ölkə 
iqtisadiyyatına mənfi təsir edə bilər.
İkiqat vergiqoyma (double taxation) – korporasiya gəlirlərindən birinci 
dəfə korporasiya gəlir əldə edəndə korporativ gəlir vergisi, ikinci dəfə 
isə bu gəlirlər dividend şəklində öz səhmdarlarına verildikdə fərdi gəlir 
vergisi tutan sistem.
İkili  mühasibat  yazılışı  (double-entry  bookkeeping)  –  mühasibatda 
hesabın  sol  tərəfi  debet,  sağ  tərəfi  isə  kredit  adlanır.  Ümumi  debet 
kreditə bərabər olmalıdır.
İqtisadi həyatın kriminallaşması (criminalizition of economic life) – 
aşağıdakılarda ifadə olunan tendensiya: a) Əhalinin gəlirlərinin mühüm 
bir qisminin cinayətkar yollarla əldə edilməsi;



İ
b)  Mütəşəkkil  cinayətkarlığın  təsərrüfat  subyektləri  üzərində  nəzarət 
etməsi;
c)  Mülkiyyətin  cinayətkar  əməllərlə  təkrar  bölgüsü  (qarət,  fırıldaqçılıq 
və s.);
ç) Vergi ödənməyən sövdələşmələrin geniş yayılması.
İqtisadi renta (economic rent) – istehsal faktoru əsasında əldə edilmiş 
gəlirlə hazırkı peşədəki faktorunun saxlanılması üçün zəruri olan gəlir 
arasında fərq. 
İqtisadi rifahın göstəriciləri (economic welfare indicators) – bunlara 
daxildir: adambaşına düşən ÜDM; iqtisadi artım (ÜDM-in səviyyəsində 
baş  verən  dəyişikliklər);  gəlirlərin  bölgüsü  və  yenidənbölgüsündə 
bərabərlik;  həyat  əhəmiyyətli  və  qeyri-həyat  əhəmiyyətli  məhsul  və 
xidmətlərlə  təminat  səviyyəsi;  iş  fəaliyyətinin  keyfiyyəti  (iş  yerində 
sağlamlıq  və  təhlükəsizlik);  mədəniyyət  xarakterli  xidmətlərin 
mövcudluğu və onlarla təminat dərəcəsi.
İqtisadi  təsnifat  (economic  classification)  –  hazırkı  GFS  Manual 
(Government Finance Statistics Manual – Dövlət Maliyyə Statistikası 
Təlimatı)  xüsusi  olaraq  xərclərin  razılaşmaların  təbiətinə  görə 
təsnifatına istinad edir. Razılaşmaların təbiəti dedikdə, haqqı ödənilmiş 
və  ödənilməmiş,  cari  və  ya  kapital  məqsədləri  üçün,  əldə  edilmiş 
xidmət və əmtəələrin xarakterinə görə və sektor və subsektor qəbulu 
razılaşmaları  başa  düşülür.  Bu,  ümumiyyətlə  dövlət  əməliyyatlarının 
təbii  və  iqtisadi  effektlərini  müəyyənləşdirmək  üçün  istifadə  edilir. 
Baxmayaraq ki, GFS-də formal olaraq “iqtisadi” kimi təsvir edilməmiş 
gəlirlərin təsnifatına daxil olan cari (vergi və başqa ödəmələr), kapital 
və qrantlar oxşar məqsədlərə xidmət edir. 
İqtisadiyyata kredit qoyuluşları (crediting in economy) – bankların 
əsas  aktiv  əməliyyatlarından  biri  olub,  onların  sərbəst  resurslarının 
yerləşdirilməsini – müştərilərə kredit verilməsini xarakterizə edir.
İqtisadiyyatın dövlət tənzimlənməsi (state regulation of economy) – 
bazar  mexanizminin  normal  fəaliyyət  göstərməsi,  iqtisadi  və  sosial 
problemlərin həlli məqsədilə dövlətin təsərrüfat subyektləri fəaliyyətinə 
və  bazar  konyunkturuna  təsirinin  forma  və  metodlarının  cəmi. 
İqtisadiyyatın  dövlət  tənzimlənməsinin  2  əsas  forması  mövcuddur: 
birbaşa – dövlət mülkiyyətinin genişlənməsi, qanunvericilik və idarəçilik 
vasitəsilə və dolayı – iqtisadi siyasət tədbirləri əsasında: investisiyaların 
stimullaşdırılması,  məşğulluğun  təmin  olunması,  antiinflyasiya 
tədbirləri, ixrac və idxalın stimullaşdırılması. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə