L
– fond aydın şəkildə strategiyalarını və məqsədlərini açıqlayır;
– əgər tətbiq olunandırsa, fond subsidiyalarının əlaqə məlumatlarını
açıqlayır;
– əgər tətbiq olunandırsa, fond xarici menecerlərini bəyan edir;
– fond özünün veb-səhifəsinə malikdir;
– fond öz əsas ofisinin yerləşmə ünvanını, telefon və faks nömrələri
kimi əlaqə informasiyalarını açıqlayır.
Bu indeks üzrə Azərbaycan Dövlət Neft Fondu 2008-ci ildə kifayət
qədər yüksək hesab olunan 9 bal toplayaraq 50-yə yaxın müxtəlif
ölkə fondları arasında 7-ci olmuşdur. Eyni zamanda, bizim regionun
iri neft fondlarına malik digər iki ölkəsi olan Rusiya və Qazaxıstanı da
qabaqlamışdır.
Lindahl qiyməti (Lindahl prices) – fərdin vergi payı ictimai əmtəənin
vahidi üçün ödənməlidir.
Lizinq (leasing) – maşın və avadanlıqların, nəqliyyat vasitələrinin,
istehsal qurğularının, uzun müddət işlədilən malların və s. icarə
forması; onların uzun müddətə icarəyə götürülməsi. Bu icarə formasının
tətbiqi icarəçiyə böyük məbləğdə ilkin kapital qoyuluşları sərf etmədən
müasir, baha və yüksək qiymətli texnikadan istifadə etmək və icarə
haqqını yavaş-yavaş həmin avadanlıqların və dikər texniki vasitələrin
istismarından əldə olunan mənfəət hesabına ödəməyə imkan verir;
icarəyə verən isə tərəf-müqabilinin borcunu ödəyə bilməmək riskinin
əhəmiyyətli dərəcədə azaldığına əmin olaraq satış həcmini artıra
bilir. Çox zaman lizinq müqavilələrində icarə vaxtı bitdikdən sonra
icarəçinin istismar etdiyi əmlakı satın alması hüququ nəzərdə tutulur.
Başqa sözlə, lizinq şirkətləri avadanlıq alıb 5-8 il və daha çox müddətə
icarədar müəssisəyə, şirkətə və ya firmaya icarəyə verir. İcarədar
firma əmlakdan istifadə etdikcə tədricən lizinq şirkətlərinə öz borclarını
ödəyir. Müqavilənin müddəti başa çatdıqdan sonra icarədar qalıq
məbləğlər dəyəri ilə avadanlığı almaq hüququna malikdir. Bu mülkiyyət
hüququ onun yeni sahibinə keçir; müqavilənin vaxtını uzatmaq
– yeni saziş bağlamaq; maddi sərvətləri (dəyərləri) lizinq şirkətlərinə
qaytarmaq hüququ qazanır. Maşın və avadanlıq əldə olunması üçün
lizinq şirkətləri özünün şəxsi vəsaitindən və ya borç aldığı vəsaitdən
də istifadə edə bilər. Dövlət lizinq şirkətlərinə bank krediti almaq üçün
şərait yaradır. Bu isə mütərəqqi icarə formasını inkişaf etdirməyə kömək
edir. Lizinqin aşağıdakı növləri mövcuddur: maliyyə lizinqi – əvvəlcədən
müəyyənləşdirilən müddətdə lizinq verənin kapital qoyuluşlarının tam
amortizasiyası üçün kifayət olan məbləğin ödənilməsini nəzərdə tutan
müqavilə; b) əməliyyat lizinqi – icarə müddəti razılaşdırılmamış və
yaxud icarəyə götürülən əmlakın tam amortizasiyasını əhatə etməyən
müddətə saziş; v) beynəlxalq lizinq – müxtəlif ölkələrdə yerləşən lizinq
şirkəti ilə lizinq alan arasında müqavilədir.
L
Lobbiçilik (lobbysm) – qanunvericilik orqanında qanunlar qəbul
edilərkən və ya hökumət sifarişləri verilərkən prosesə müəyyən iri
korporasiyaların və ya digər güc mərkəzlərinin xeyrinə təsir etmək
məqsədilə formalaşdırılan xüsusi agentliklərin və ya qrupların
fəaliyyəti.
Logistika (logistics) – istehsal, bölgü, mübadilə və istehlak
sferalarında material resursları axınının səmərəli qaydada ən az xərclə
çatdırılmasını təmin edə biləcək təsərrüfat fəaliyyətinin məcmusudur.
Logistika materialların logistik (materialötürücü) sistemə daxil olduğu
andan başlamış son satış prosesinə kimi material və informasiya
axınının idarə edilməsi ilə məşğul olur, maddi-texniki təminatı həyata
keçirir. İnformasiya axınının öyrənilməsi material axınının optimal
variantda həyata keçirilməsi üçün zəruridir.
Loqrollinq (logrolling) – parlamentdə millət vəkillərinin öz səslərinin
bir növ “ticarəti”ni apararaq qarşılıqlı şəkildə bir-birlərinin maraqlarını
güdən qanun layihələrinə və təkliflərə dəstək vermələri. Loqrollinqə
qanunverici təkliflər paketinin keçidini əldə etmək üçün səslərin alveri
kimi də baxmaq olar.
London klubu (London Club) – xarici borclarını ödəməkdə çətinlik
çəkən ölkələrin başqa ölkələrin özəl maliyyə qurumlarından aldıqları
borcların (özəl sektordan dövlətə borclar) restrukturizasiyasına
(strukturunun yenidəntəşkili) aid görüşmələrin təşkil edildiyi rəsmi
toplantı platformu.
100
M
M
Mаddi dövriyyə vəsаitləri ehtiyаtlаrının dəyişməsi (changing
tangible turnover active reserves) – istehsаl ehtiyаtlаrının, bitməmiş
istehsаlın, hаzır məhsulun və təкrаr sаtılmаq üçün nəzərdə tutulmuş
məhsulun dəyərinin dəyişməsini əкs etdirir. Mаddi dövriyyə vəsаitləri
ehtiyаtlаrının dəyərinin dəyişməsi ehtiyаtа dахil оlаn məhsulun
dəyəri ilə ehtiyаtdаn çıхаrılmış məhsulun dəyəri аrаsındакı fərqlə
müəyyənləşdirilir. Bu hаldа məhsul dахilоlmа və yа çıхаrılmа vахtı
istifаdə edilən bаzаr qiymətləri ilə qiymətləndirilməlidir. Lакin prакtiкаdа
hesаbаt dövründə bütün məhsul dахilоlmаlаrı və çıхаrmаlаrı hаqqındа
məlumаtı əldə etməк çətindir, bunа görə də ehtiyаtlаrın dəyişməsi
аdətən müəssisənin mühаsibаt hesаbаtlаrının məlumаtlаrınа əsаsən
dövrün ахırınа və əvvəlinə оlаn ehtiyаtlаrın dəyərləri аrаsındакı fərq
кimi hesаblаnır. Bu hаldа məhsulun ehtiyаtdа оlduğu vахt ərzində
qiymətlərin dəyişməsi nəticəsində оnun dəyərinin dəyişməsini (hоldinq
mənfəətini) istisnа etməк lаzımdır.
Mаddi хərclər (tangible expenses) – istehsаl prоsesində tаm istifаdə
edilən mаddi və аşındıqcа dəyəri məhsulun dəyərinə кeçən əməк
vаsitələrindən ibаrət оlаn nemətlərin dəyərini ifаdə edir. İstehsаl mаddi
хərclərə аiddir: хаmmаl və mаteriаllаrın, tохum, yem, gübrə və zəhərli
кimyəvi mаddələrin, yаnаcаq və enerjinin məsrəfi; mаddi хidmətlərin
(кənаr müəssisə və təşкilаtlаr tərəfindən yerinə yetirilən istehsаl
хаrакterli işlərin, rаbitə хidmətlərinin və s.) ödənilməsi; dаşınаrкən və
ticаrət, mаddi-teхniкi təchizаt, tədаrüк müəssisələrində sахlаnılаrкən
məhsul itкiləri; хüsusi geyimə, müаlicə-prоfilакtiк yeməyə və s. sərf
оlunаn хərclər də dахil edilməкlə istehsаlа çəкilən sаir mаddi хərclər.
Makroiqtisadi siyasət (makroeconomic policy) – yüksək iqtisadi
artım templərinə, tam məşğulluğa, məhdud inflyasiya səviyyəsinə və
rasional (optimal) xarici ticarət balansına nail olmaq üçün dövlətin
iqtisadi tənzimləmə fəaliyyəti. Makroiqtisadi siyasətin ən ümdə vəzifəsi
işsizliklə inflyasiya arasında balans yaratmaqdır. Makroiqtisadi siyasətin
əsas bölmələri: a) fiskal (büdcə-vergi) siyasət; b) monetar (pul-kredit və
valyuta) siyasət; c) gəlirlər və qiymət siyasəti; ç) xarici ticarət siyasəti.
Mal (commodity) – dövlətin gömrük sərhədindən keçirilən istənilən
əmlak, o cümlədən istilik, elektrik enerjisi və enerjinin digər növləri.
Malın gömrük dəyəri (custom values of the commodities) – malın
müəyyən qaydada müəyyənləşdirilən və aşağıdakı məqsədlər
Dostları ilə paylaş: |