101
M
üçün istifadə olunan dəyəridir: maldan rüsum tutulması üçün; xarici
iqtisadi əlaqələr və gömrük statistikasının aparılması, ticarət-iqtisadi
münasibətlərin dövlət tənzimlənməsi, o cümlədən xarici iqtisadi
əməliyyatlara valyuta nəzarəti; bu sahədə bank hesablaşmalarının
həyata keçirilməsi ilə bağlı tədbirlər üçün.
Malın idxalı (commodity import) – rəsmi qanunvericiliyə əsasən,
gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların
Azərbaycan Respublikası ərazisinə gətirilməsi.
Malın ixracı (commodity export) – rəsmi qanunvericiliyə əsasən,
gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən
malların Azərbaycan Respublikası ərazisindən çıxarılması.
Malın mənşə ölkəsi (country of commodity origin) – malın mənşə
ölkəsi dedikdə, malın tamamilə həmin ölkədə istehsal olunduğu və
ya müəyyən meyarlar əsasında kifayət qədər yenidən emala məruz
qaldığı ölkə başa düşülür.
Malın təkrar idxalı (commodity regain import) – gömrük
qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan malları
təqdim etmədən və ixrac olunduğu andakı vəziyyətdə ixrac etmiş
şəxsin həmin malları idxal etməsi.
Malın təkrar ixracı (commodity regain export) – gömrük
qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal
etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və
idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi.
Malın təqdim edilməsi (commodity disclosing) – mallar üzərində
mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, bunlarla
məhdudlaşdırılmayan malların satışı, mübadiləsi, hədiyyə verilməsi,
natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər
ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun
girov saxlayana və ya digər şəxsə keçməsi.
Maliyyə aktyorları (financial actors) – maliyyə tənzimlənməsini üç
fərqli kateqoriya üçün – səlahiyyət verən məmur, avans administratoru
– əsasən nümayəndə heyətlərində, avans hesabı idarə edən rəsmidir
və mühasibat məmuru üçün təmin edir. Daxili auditor maliyyə aktyoru
deyil, o, idarəetmənin maliyyələşdirilməsi ilə məşğul olmur.
Maliyyə bəyanatı (financial statement) – hüquqi şəxslərin maliyyə
mövqelərini vaxtında əlaqələndirmək üçün nəzərdə tutulmuş mühasibat
10
M
balansı, gəlir və nağd pul axınının verildiyi iqtisadi göstəricilər sisteminin
prezentasiyasıdır.
Maliyyə hesabatlarının beynəlxalq standartları (international
standarts of finacial reports) – Mühasibat Uçotunun Beynəlxalq
Standartlar Şurası tərəfindən işlənib hazırlanmış, qəbul və ya təsdiq
olunmuş Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə
Hesabatlarının Beynəlxalq Standartları və Şərhlər üzrə Daimi
Komitəsinin şərhləri, habelə Maliyyə Hesabatları Şərhi üzrə Beynəlxalq
Komitənin müvafiq şərhləridir.
Maliyyələşdirilmiş borc (funded debt) – ümumi mənada uzunmüddətli
borca konvertasiya olunan qısamüddətli borcdur.
Maliyyə perspektivi (financial perspective) – adətən maliyyə planı
üçün işlədilən başqa bir termindir. Uzunmüddətli maliyyə perspektivi
hər ilə ümummilli məhsulun və qiymətlərin hərəkətini hesablamaqla
uyğunlaşdırıla bilər. Buna, həmçinin, vaxtaşırı bunu imzalayanlar
arasında razılaşma ilə yenidən baxıla bilər. Bu, həm də genişlənməyə
xidmət etmək üçün uyğunlaşa bilər.
Maliyyə planı (financial framework) – maliyyə planı çoxillik xərclər
planı olmaqla xərc limitlərini, beləliklə də büdcə intizamını təyin edir.
Maliyyə planı xərclərin əsas kateqoriyaları üçün öhdəliklərin maksimum
miqdarını (“tavanı”) və bütün ödəniş “tavan”ını müəyyən edir. Bu
termin layihə konstitusiyasında istifadə olunur və bunun üçün maliyyə
perspektivi adlanır. Bu termin maliyyə planı ilə qarışıq salınmamalıdır,
bura qanunverici qərarlar, proqramın müddəti boyu onunla bağlı
kəmiyyət göstəricisi daxildir.
Maliyyə planında elastiklik (flexibility in the financial framework) –
maliyyə intizamına nəticədir. Maliyyə planı qəbul edilərkən
proqnozlaşdırılmayan hadisələrlə üzləşmək zəruridir. Elastikliyə
xüsusən ciddi şərtlər altında yenidən baxmaq və tənzimləmək
mümkünlüyü ilə zəmanət verilir. Elastiklik büdcə prosesi dövründə
maliyyə planının “tavan”ları üzərində yaradıla və mobillləşdirilə bilər.
Maliyyə sağlamlaşdırılması tədbirləri (financial rehabilitation
measures) – bank aktivlərində əhəmiyyətli xüsusi çəkiyə malik olması,
böyük sayda əmanət hesablarına xidmət göstərməsi və banklararası
hesablaşmalarda mühüm paya malik olması ilə əlaqədar maliyyə
sabitliyinin pozulması banklararası ödəmələrdə sistem xarakterli
böhrana, əmanətçilərin pul vəsaitlərinin kütləvi surətdə itirilməsinə və
bank sisteminə etimada ciddi təhlükə yaradılmasına səbəb ola biləcək
ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bank barəsində
10
M
dövlət vəsaitləri cəlb etməklə maliyyə sağlamlaşdırılması tədbirləri
həyata keçirilə bilər.
Maliyyə tənzimlənməsi (financial regulation) – konkret olaraq AB-
də Avropa Parlamenti və Auditorlar Palatasının şərtləri əsasında şura
tərəfindən qəbul edilir və bu tənzimləmə Avropa birliklərinin ümumi
büdcəsinin yaradılması və həyata keçirilməsini təmin edir.
Manatın çarpaz məzənnəsi (cross course of the manat) – manatın
xarici valyutalara nisbətən məzənnəsi həmin valyutaların və manatın
ABŞ dollarına nisbətən məzənnələri əsasında müəyyənləşdirilir.
Milli valyutaların ABŞ dollarına nisbətən məzənnələrini milli banklar
ölkələrin valyuta birjalarında tələb və təklif arasındakı nisbətə əsasən
müəyyənləşdirirlər. Milli banklar valyuta məzənnələri haqqında
məlumatları milli valyuta birjalarında gedən alqı-satqının yekunları
əsasında rəsmi bildiriş şəklində mütəmadi olaraq nəşr etdirirlər.
Maraq konflikti (conflict of interest) – maraq konflikti şəxsin
formal məsuliyyəti ilə kütləyə xidmət etmək üçün onun professional
mühakiməsini, obyektivliyini və müstəqilliyini təhlükə altına qoyan
ictimai fəaliyyətdə iştirak edəndə əmələ gəlir. Tez-tez bu fəaliyyətlər
(şəxsi işgüzar kimi), hər şeydən əvvəl, şəxsi maraqlara xidmət edir və
şəxsin rəsmi vəzifələrinin obyektiv tapşırığına potensial təsir göstərir.
Mədən vergisi (royalty) – rəsmi qanunvericiliyə əsasən, ölkə
qanunvericiliyində nəzərdə tutulmuş vergi növlərindən biridir və ölkə
ərazisindəki və Xəzər dənizinin (gölünün) şelfindəki faydalı qazıntıların
çıxarılmasına görə tutulur. Bu vergini yerin təkindən faydalı qazıntıları
çıxaran fiziki şəxslər və müəssisələr ödəyirlər. Mədən vergisi
hasilatçıdan yerin təkindəki faydalı qazıntını hasil etdiyinə görə tutulur.
Ölkə ərazisində mövcud faydalı qazıntıların (məsələn, neft, qaz, filiz
ehtiyatları və s.) çıxarılmasına görə mədən vergisi tətbiq olunur. Mədən
vergisinin vergitutma bazası faydalı qazıntıların topdansatış qiymətidir.
Məhdud məsuliyyətli cəmiyyət (limited company) – bir və ya bir
neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə
müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir. MMC-nin
iştirakçıları onun öhdəliklərinə və cəmiyyətin fəaliyyəti ilə bağlı zərərə
görə məsuliyyət daşımır. Onlar cəmiyyətin fəaliyyəti ilə bağlı qoyduqları
payların dəyəri həddində risk daşıyırlar.
Məhsul və хidmətlər hesаbı (goods and services account) – хüsusi
tоplu cədvəldən ibаrətdir. Digər hesаblаr кimi, bu hesаb dа iкi hissədən
ibаrətdir: “ehtiyаtlаr” hissəsində burахılış, məhsul və хidmətlərin idхаlı,
Dostları ilə paylaş: |