LüĞƏTİ Müəllif qrupu


Qısamüddətli  kreditlər  (short-term  credits)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   31   32   33   34   35   36   37   38   ...   53


Q
Qısamüddətli  kreditlər  (short-term  credits)  –  öz  dövriyyə  vəsaitini 
artırmaq  və  əmtəə  material  dəyərlərini  kreditləşdirmək  üçün  banklar 
tərəfindən müəssisə və təşkilatlara təqdim olunur. 
Qızıl  qayda  (golden  rule)  –  dövlətin  cari  xərcləri  maliyyələşdirmək 
üçün yox, yalnız investisiyanı maliyyələşdirmək üçün borc götürməsinə 
dair  ideya.  Bu  ideya  cari  büdcənin  balansda  olması  fikrini  irəli  sürür. 
Qızıl  qayda  iqtisadi  tsikl  boyunca  1997-ci  ildə  Böyük  Britaniyanın 
rəsmi  siyasəti  olmuşdur.  Bu  zaman  investisiya  xərcləri  həmin  vaxt 
ÜDM-in  1%-dən  də  az  olmuşdur. Yığımın  və  investisiyanın  səviyyəsi 
isə  balanslaşdırılmış  artım  olan  iqtisadiyyatda  adambaşına  düşən 
istehlakın  uzunmüddətli  dəyərini  maksimumlaşdırmaq  üçün  istifadə 
olunur.
Qızıl standart (gold standart) – valyuta sistemi qəti müəyyən edilmiş 
valyuta  kursuna  və  aşağıdakı  əsas  şərtlərə  əsaslanır.  Ölkənin  pul 
vahidinin qızıl məzmununun müəyyən edilməsi. Ölkə daxilindəki nağd 
pul  kütləsi  ilə  ölkənin  qızıl  ehtiyatı  arasında  nisbətin  gözlənilməsi. 
Qızılın  sərbəst  idxal  və  ixracına  heç  bir  maneənin  olmaması.  1879-
1934-cü illərdə qızıl standart mövcud olmuşdur.
Qızıl  və  xarici  valyuta  ehtiyatları  (gold  and  foreign  exchange 
reserves)  –  borcun  yerləşdirilməsi  üçün  kreditorların  tələbini 
maliyyələşdirən qızıl və xarici valyuta səhmləri.
Qiymətin  dövlət  tənzimlənməsi  (state  regulation  of  prices)  – 
əhalinin aztəminatlı təbəqələrinin gəlirlərinin sabit qalması və iqtisadi 
rentabelliyin  azalmaması  məqsədilə  qiymətlərin  ümumi  səviyyəsinə 
təsir  edən  dövlət  tədbirlərinin  məcmusu.  Başqa  sözlə,  dövlət  çalışır 
ki,  qiymətlərin  ümumi  səviyyəsi  həddindən  artıq  aşağı  düşməsin  və 
həddindən artıq yüksəlməsin. Dövlət qiymət siyasəti yeritməklə gəlirləri 
yenidən  bölüşdürməyi  də  məqsəd  kimi  qarşısına  qoyur.  Dövlətin 
qiymətlərə  təsir  göstərmək  metodları  həm  iqtisadi  (tələb  və  təklifə, 
həmçinin  qiymətin  tərkib  elementlərinə  təsir  göstərməklə),  həm  də 
inzibati  (qiymətlərin  dövlət  tərəfindən  müəyyənləşdirilməsi)  xarakterli 
ola bilər.
Qloballaşma  (globalization)  –  dünyanın  homogenləşməsi,  vahid 
prinsiplərə əsaslanaraq vahid bəşəri dəyərlərə sadiqlik, eyni ənənələr 
və davranış normalarını həyata keçirmək kimi mühüm məsələləri əhatə 
edən;  qarşılıqlı  asılılıqların  etiraf  edilməsi  və  geniş  miqyasda  yeni 
quruluşlar kimi xarakterizə olunan qlobal firmalar, dini qurplaşmalar və 
tarnsmilli  idarəetmə  strukturlarının  təsiri  və  milli  dövlət  suverenliyinin 
aradan qaldırılmasını da ehtiva edən; uzun illər ərzində inkişaf etməkdə 



Q
olan tarixi proses. İlk dəfə olaraq bu termin amerikalı tədqiqatçı alimlər 
tərəfindən irəli sürülmüş və 1983-cü ildə T.Lenittanın «Harvard biznes 
revyu» jurnalında dərc olunmuş məqaləsində işlədilmişdir. O bu termin 
vasitəsilə  nəhəng  korporasiyalar  tərəfindən  istehsal  olunan  ayrı-ayrı 
məhsul bazarlarının birləşməsi fenomenini izah etməyə çalışmışdır.
Qloballaşma ictimai həyatın bütün sahələrində inkişaf edən real proses 
kimi xarakterizə edilir. Lakin bu, çox halda qloballaşma fenomenini izah 
etməyə çalışmışdır. 
Qloballaşma ictimai həyatın bütün sahələrində inkişaf edən real proses 
kimi  xarakterizə  edilir.  Lakin  bir  çox  halda  qloballaşma  fenomeni 
araşdırılarkən  iqtisadi  aspekt  ön  plana  çəkilir  və  diqqət  3  istiqamətə 
yönəldilir:
1. maliyyə qloballaşması;
2. qlobal çoxmillətli korporasiyaların meydana gəlməsi;
3. dünya iqtisadiyyatının regionlara bölünməsi və konvensiya meyilləri.
Bunlarla  yanaşı,  qloballaşma  çərçivəsində  mədəniyyətin  universar-
laşması,  sivilizasiyalararası  münasibətlər,  informasiya  və  telekom-
munikasiya  inqilabı,  mondializm  (vahid  dünya  hökuməti  yaratmaq 
meyli)  və  s.  mühüm  amillərdir.  Bir  sözlə,  qloballaşma  –  dünya 
təsərrüfatının  vahid  əmtəə,  xidmət,  işçi  qüvvəsi  və  kapital  bazarına 
çevrilməsi prosesi.
Qohumbazlıq  (nepotism)  –  qohumbazlıq  favoritizmin  bir  növü 
olub  ailə  əlaqələri  nəticəsində  yaranır.  Qohumbazlıq  qohumlarının 
xeyrinə  şəxsin  öz  səlahiyyətlərini  istismar  etməsidir.  Dövlətin  bütün 
səviyyələrində qohumbazlığa rast gəlmək olar: xırda bürokratdan nazirə 
qədər. Bəzi prezidentlər öz postlarını qorumaqdan ötrü ailə üzvlərinin 
namizədliklərini  siyasi,  iqtisadi  və  hərbi-təhlükəsizlik  aparatlarına  irəli 
sürməyə cəhd etmişlər.
Qorunan açıqlıq (protected disclosure) – ciddi bir qəbahət, məsələn, 
korrupsiyaya qurşanmaq, zəif idarəetmə və ictimai pulun bədxərcliklə 
xərclənməsi haqqında bəyanatdır.
Qorunan əmanət (protected deposit) – rəsmi qanunvericiliyə əsasən, 
sığorta  hadisəsi  baş  verdikdə  Əmanətlərin  Sığortalanması  Fondu 
tərəfindən  qorunan,  əmanətçiyə  kompensasiya  olunan  əmanətdir. 
Aşağıdakı  əmanətlər  qorunan  əmanətlərə  aid  edilmir:  adsız  borc 
qiymətli  kağızlarının  (adsız  depozit  sertifikatlarının)  yerləşdirilməsi 
yolu ilə cəlb edilmiş pul vəsaitləri; bankın Azərbaycan Respublikasının 
ərazisindən  kənarda  açılmış  bölmələri  tərəfindən  cəlb  olunmuş 
əmanətlər; qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitinin leqallaşdırılması 
və  terrorçuluğun  maliyyələşdirilməsi  ilə  bağlı  şübhəli  əməliyyatlar 
nəticəsində  qanunvericiliyə  müvafiq  qaydada  müəyyən  edilmiş 



Q
əmanətlər; cinayət törədilməsi nəticəsində yaranması məhkəmə qərarı 
ilə  təsdiq  edilmiş  əmanətlər;  üzərinə  həbs  qoyulmuş  əmanətlər;  cəlb 
edildiyi günə Azərbaycan Respublikası Milli Bankının uçot dərəcəsinin 
1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; fiziki 
şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 
pul  vəsaitləri;  fiziki  şəxslərin  bankın  vəkalətli  idarəetməsində  olan 
pul  vəsaitləri;  ödəniş  müddətlərinin  başa  çatıb-çatmamasından 
asılı  olmayaraq  əmanətçinin  banka  olan  borcunun  əsas  məbləği  və 
faizləri həcmində əmanəti; bank qarşısında öhdəliklərin təminatı olan 
əmanətlər.
Qorunan  əmanətçi  (protected  depositor)  –  aşağıdakılar  istisna 
olunmaqla,  bankda  əmanəti  olan  fiziki  şəxsdir:  bankın  müşahidə 
şurasının,  audit  komitəsinin,  idarə  heyətinin  üzvləri  və  onların  yaxın 
qohumları  (ər/arvad,  onların  valideynləri  və  övladları,  o  cümlədən 
övladlığa  götürülənlər,  bacı  və  qardaşları);  bankın  10  faiz  və  daha 
çox səsvermə hüququ verən səhmlərinə malik olan şəxslər və onların 
yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən 
övladlığa  götürülənlər,  bacı  və  qardaşları);  kompensasiyaların 
ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən əvvəlki təqvim 
ili ərzində bankın auditini keçirmiş kənar auditorlar.
Qrant  (grant)  –  humanitar,  sosial  və  ekoloji  layihələri,  müharibə  və 
təbii  fəlakət  nəticəsində  ziyan  çəkmiş  ərazilərdə  dağılmış  istehsal, 
sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, 
səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman 
sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, 
dövlət  və  cəmiyyət  üçün  əhəmiyyət  kəsb  edən  digər  proqramları 
hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır. Qrant yalnız 
konkret  məqsədlər  üçün  verilir.  Qrant  maliyyə  vəsaiti  şəklində  və  ya 
başqa  maddi  formada  verilir.  Qrant  təmənnasız  verilir,  onun  əvəzi 
hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək 
üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan 
layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı 
maliyyə  vəsaiti  və  ya  başqa  maddi  vəsait  qalarsa,  qrant  haqqında 
müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, 
bu  vəsait,  qrant  alanın  mülahizəsinə  görə,  qrant  predmeti  ola  bilən 
layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Bilavasitə 
siyasi  hakimiyyət  uğrunda  mübarizə  məqsədləri,  qanunların  və  digər 
qanunvericilik  aktlarının  qəbul  etdirilməsi  üzrə  lobbiçilik  fəaliyyəti, 
siyasi  reklam,  hər  hansı  siyasi  təşkilatın  və  ya  siyasi  xadimin  seçki 
kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım 
qrant sayılmır. Qrant alanla münasibətlərində qrant verən donor sayılır. 
Donorla münasibətlərində qrant alan resipiyent sayılır.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə