0
K
Konsolidə edilmiş büdcə (consolidated budget) – büdcə sisteminə
daxil olan müxtəlif səviyyəli büdcələrin (mərkəzi büdcə, yerli büdcələr,
yerli özünüidarəetmə orqanlarının büdcələri və s.) yekunu və ya
məcmusu.
Konsorsium (consortium) – maliyyə, təşkilati, texniki və ya başqa
səbəblərdən bir neçə tərəfdaşın qüvvəsini birləşdirməyi tələb edən
irimiqyaslı layihələrin həyata keçirilməsi üçün tərəfdaşların yaratdıqları
təşkilati-hüquqi birlik formasıdır. Konsorsium iştirakçıları tam
müstəqilliyi saxlayırlar. Birgə formalaşdırılmış rəhbərliyə fəaliyyətlərinin
ancaq konsorsiumun məqsədlərinə nail olmağa yönəldən hissəsi ilə
tabe olurlar.
Korporativ layihə kapitalı (corporate venture capital (CVC)) – iri
firmalar tərəfindən kiçik müəssisələrin risk kapitalına qoyulan
investisiyadır. Kompaniyaların belə fəaliyyəti adətən strateji məqsədlər
üçün təchizat kapitalında azlıq paylar formasından, maliyyə və sosial
məsuliyyət səbəblərindən baş verir. Bu investisiya üçün motivasiya, hər
şeydən əvvəl, strateji məqsədlərdir: bu, yeni texnologiya və bazarlar
üçün geniş imkanlar açır. CVC-nin arxasında əsas güc texnoloji
dəyişikliklərdir.
Korrupsiya (corruption) – vəzifəli şəxslərin öz statusundan, təmsil
etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin
status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə
qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə
etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və
sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli
şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin
vəzifəli şəxslərin ələ alınmasıdır.
Kredit plastik kartı (plastic credit card) – müvafiq kart hesabında
faktiki olan məbləğdən əlavə bank tərəfindən açılmış kredit xətti
daxilində vəsaitlərin xərclənməsinə imkan verir. Kredit xəttinin miqdarı
bankla müştəri arasında danışıq yolu ilə müəyyən edilir.
Kredit təşkilatı (credit organization) – bank, xarici bankın yerli filialı
və ya bank olmayan kredit təşkilatıdır. Kredit təşkilatlarından olan
kommersiya bankları tərəfindən müəssisələrə, təşkilatlara və əhaliyə
verilən kreditlər
isə qaytarılmaq, təcililik, təminatlılıq və öhdəçilik şərti
ilə təsərrüfatlara və əhaliyə verilən pulun məbləğini göstərir.
Kronizm (cronyism) – “tanışlıq” zəminində bir qrup insana əlverişli
şərait yaradılması.
1
K
Kross-kurs (cross-course) – iki xarici valyutanın milli valyuta bazasında
məzənnəsinin müəyyən edilməsidir. Bu, bəzi sövdələşmələrdə istifadə
edilən məzənnədir.
Kvazifiskal fəaliyyətlər (quasi-fiscal activities) – mərkəzi bankların,
ictimai vəsait institutlarının və qeyri-maliyyə müəssisələrinin fiskal
xarakterli fəaliyyətləridir. Prinsipcə onlar müəyyən fiskal göstəricilər
– vergilər, subsidiyalar və başqa birbaşa xərclər vasitəsilə təkrar oluna
bilər, hətta dəqiq miqdarın təyin olunması bəzi hallarda çox çətin ola
bilər. Nümunə kimi subsidiya verilmiş bank kreditləri və müəssisə
tərəfindən qeyri-kommersiya xarakterli ictimai xidmətlər göstərilməsini
misal göstərmək olar.
Kvintil (quintil) – əhali qrupları üzrə göstəricilər alınarkən ev
təsərrüfatlarının adambaşına sərəncamda qalan gəlirləri artan qaydada
düzülərək ev təsərrüfatlarının sayına görə 5 bərabər 20%-lik qrup
yaradılır. Bu zaman birinci kvintilə ən az gəlirləri olanlar, beşinci kvintilə
isə ən çox gəlirləri olan ev təsərrüfatları düşür.
Q
Q
Qeyri-adi yüksək gəlirdən vergi (windfall tax) – hər hansı müəssisənin
monopolist mövqeyindən istifadə edərək normadan artıq əldə etdiyi
əlavə gəlirin vergiyə cəlb edilməsini nəzərdə tutan vergi növü.
Qeyri-dövlət qiymətli kağızlarının buraxılışı (emission of non-state
securities) – emitentlər, yəni səhmdar cəmiyyətləri, fond birjaları,
investisiya fondları, banklar və öz qiymətli kağızlarını (səhmlərini,
istiqraz vərəqələrini və s.) buraxan digər təşkilatlar tərəfindən buraxılan
qiymətli kağızların məbləği və miqdarını göstərir.
Qeyri-kommersiya fəaliyyəti (non-commercial activity) – məqsədi
gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya
məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə
etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata
keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır.
Qeyri-maddi aktivlər (intangible actives) – intellektual, o cümlədən
ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq
qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət
hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar.
Qeyri-rezident (non-resident) – rəsmi qanunvericiliyə əsasən,
Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq
statusu olan şəxs və onun ailə üzvləri; Azərbaycan Respublikasının
ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş
beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında
xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə
üzvləri; məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir
xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs. Azərbaycan
Respublikasının ərazisində yerləşən, diplomatik imtiyazları və
immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və
xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar
və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul
olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.
“Qərəzli” – odioz borclar (odious debt) – beynəlxalq hüquqda siyasi
rejimlərin hökumət adından öz rejim maraqları üçün cəlb etdikləri xarici
borclardır. Belə borclar rejim dəyişikliyi baş verdikdə ciddi problemə
çevrilir və əksər hallarda qaytarılmasına xitam verilir. Bəzi hallarda isə
məcburetmə sanksiyalarının tətbiqinə gətirib çıxarır.
Dostları ilə paylaş: |