İ
İqtisadiyyatın sahələrinin rentabelliyi (lucrativeness of economic
sectors) – bu, aşağıdakı kimi hesablanır: balans mənfəətinin hesabat
dövründə əsas fondların, qeyri-maddi aktivlərin və maddi dövriyyə
vəsaitlərinin orta dəyərinə faizlə nisbəti ümumi rentabelliyi göstərir;
məhsulun (işlərin, xidmətlərin) satışından əldə edilən mənfəətin satılmış
məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə faizlə nisbəti məhsulun
və ya iqtisadiyyat sahələrinin rentabelliyini göstərir. İqtisadiyyatın
sahələri üzrə məhsulun (iş və xidmətlərin) satışından əldə edilən
mənfəət məhsulun satışından əldə edilən gəlirin (ümumi gəlirin)
məbləği ilə onun istehsalına çəkilən xərclər əlavə dəyər vergisinə və
aksizlərə, mövcud qanunvericiliyə uyğun olaraq gəlirdən çıxılan sair
məsrəf və ayırmalara daxil edilən xərclərin məbləği arasındakı fərqlə
müəyyənləşdirilir.
İqtisаdiyyаtın ümumi (хаlis) mənfəəti (net/gross profit of economy) –
işçilərin əməкhаqqının, istehsаlа görə vergilərin ödənilməsi ilə
əlаqədаr оlаn хərclərin məbləği çıхıldıqdаn sоnrа istehsаlçılаrdа qаlаn
əlаvə dəyərin bir hissəsidir. “Ümumi” və yахud “хаlis” termini istehsаl
prоsesində əsаs каpitаlın istehlакının bu göstəriciyə dахil оlub-
оlmаdığını göstərir. Ev təsərrüfаtlаrınа məхsus оlаn müəssisələrin
istehsаl fəаliyyəti nəticəsində yаrаnаn mənfəət ümumi qаrışıq gəlir
аdlаnır, оnа görə кi, о özündə ev təsərrüfаtınа məхsus müəssisənin
əldə etdiyi mənfəəti, eləcə də bu müəssisədə çаlışаn mülкiyyətçilərin
yerinə yetirdiкləri işlərə görə аldıqlаrı mааşı birləşdirə bilər.
İlkin büdcə profisiti (preliminary budget proficit) – dövlət borclarına
çəkilən xərclərin hesabatı nəzərə alınmadan büdcə gəlirlərinin xərcləri
üstələməsidir.
İlкin gəlirlərin sаldоsu (margin of preliminary incomes) – institusiоnаl
vаhidlərin – rezidentlərin istehsаldа iştirакı nəticəsində yаrаtdıqlаrı
gəlirlərlə хаrакterizə оlunur. О, institusiоnаl vаhidin və yа seкtоrun
əldə etdiyi və ödədiyi ümumi ilкin gəlirlər аrаsındакı fərq кimi müəyyən
оlunur. Bütövlüкdə iqtisаdiyyаt üzrə аlınаn ilкin gəlirlərin sаldоsu əsаs
каpitаlın istehlакı çıхılаnаdəк ümumi milli gəlirə bərаbər оlur. Əsаs
каpitаlın istehlакı çıхılmаqlа müəyyən оlunаn ilкin gəlirlərin sаldоsu
хаlis milli gəlirə bərаbərdir.
İlkin satış qiyməti (preliminary selling price) – ipoteka predmetinin
bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq
keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış
(likvid) qiymətidir.
İ
İllik idarəolunan xərclər (annually managed expenditure) – bir
sıra ölkələrdə (məsələn, Böyük Britaniyada) dövlət xərclərinin elə
bir hissəsidir ki, bu, digər xərclər kimi 3 illik əsasda deyil, ilbəil idarə
olunur. Bu cür xərclərin ən böyük komponentləri aşağıdakılardır:
(a) sosial müdafiə xərcləri; (b) borc faizləri; (c) yerli hakimiyyətlərin
özünümaliyyələşdirmə xərcləri; (d) Avropa Birliyinin büdcəsinə
ödəmələr. İllik idarəolunan xərclər elə xərclərdir ki, illik tələbə əsaslanır
və hökumətin qısamüddətli nəzarəti altındadır. Eyni zamanda, bu,
əvvəlcədən asanlıqla maliyyələşdirilə bilən departament xərclərindən
fərqlənir.
İnanılmış risk (fiduciary risk) – korrupsiyaya inkişaf yardımı
kontekstində risk olan inanılmış riskin bir növüdür. Belə ki, yardım
fondları lazımi məqsədlərə istifadə edilmir, pul üçün dəyərə nail
olunmur, lazım olan şəkildə hesablanmır.
İndeksləşdirmə (indexation) – pula olan tələbin və müxtəlif gəlirlərin
inflyasiya şəraitində real göstəricisinin qorunub saxlanılması üsuludur.
Bu, monetar öhdəliklərlə qiymət səviyyəsi arasındakı avtomatik əlaqənin
girişidir. Bu, əmək haqlarına, qiymətlərə və vergilərə şamil edilə bilər.
Praktika da onu bildirir ki, uzunmüddətli borcun dəyəri pərakəndə
qiymət indeksləri qədər artmalıdır ki, borc götürən onu real şərtlərlə
qaytarsın. İndeksləşdirmə olmadığı halda gözlənilməz inflyasiya
kapital bazarını dağıda bilər. Keçmişdə bir sıra ölkələrdə ümumi
indeksləşdirmə aparılmışdır. İndeksləşdirmə həm də inflyasiya zamanı
pul tələbatının və gəlirlərin real həcmlərinin qorunub saxlanılması
üsuludur. Bu zaman pul gəlirləri inflyasiya səviyyəsinə uyğun olaraq
indeksləşdirilir (artırılır, yaxud azaldılır).
İnflyasiya (inflation) – pul vahidinin qiymətdən düşməsini əks etdirir.
Bu, əmtəə (satılmaq üçün nəzərdə tutulan mal və xidmətlər) həcminin
adekvat artımı olmadığı halda tədavül kanallarının izafi pul kütləsi ilə
həddindən artıq doldurulması nəticəsində baş verir. İnflyasiya mal və
xidmətlərin qiymətlərinin, onların keyfiyyətinin yüksəlməsi ilə əlaqədar
olmayan ümumi qalxmasında ifadə olunur.
İnflyasiya spiralı (inflation spiral) – qiymətlərin və əməkhaqqının
bir-birindən qarşılıqlı asılılıqda artması prosesini xarakterizə edir. Bu
zaman qiymətlərin qalxması əmək haqlarının artırılmasını zəruri edir,
əmək haqlarının artırılması isə, öz növbəsində, qiymətlərin yenidən
qalxmasına gətirib çıxarır.
İnflyasiya vergisi (inflation tax) – yüksək inflyasiya dövründə öz
aktivlərini pul formasında saxlayan iqtisadi subyektlərin vəsaitlərin
0
İ
dəyərini itirməsi nəticəsində faktiki itkisidir. Əgər yüksək inflyasiya
dövründə xüsusilə dolayı vergilər üzrə vergi daxilolmaları da
artırsa, eyni zamanda büdcə vəsaitləri də (xüsusilə transferlər üzrə)
inflyasiyadan dəyərini itirir.
İnflyasiyanı sürətləndirməyən işsizlik səviyyəsi (non accelerating
inflation rate of unemployment – NAIRU) – təbii işsizliyin elə bir
səviyyəsidir ki, bu səviyyəyə çatana qədər iqtisadiyyat inflyasiya ilə
qarşılaşmır. NAIRU hesablanarkən ölkədə ötən 10 il ərzində müşahidə
edilmiş faktiki işsizlik səviyyəsinin orta göstəricisi ilə növbəti 10 il üzrə
proqnoz rəqəmləri nəzərə alınır.
İnformasiya asimmetriyası (asymmetric information) – iqtisadi
münasibətlərdə bir tərəfin digər tərəfdən daha yaxşı informasiyaya
malik olduğu situasiya.
İnformasiyanı mühafizə vasitələri (information protection tools) –
dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün nəzərdə tutulan
texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks olunduğu
vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət
vasitələridir.
İnformasiyanın müqayisə oluna bilmə prinsipi (comparability
of information principle) – bu prinsip onu bildirir ki, maliyyə
bəyanatlarının hər bir ünsürü keçən il üçün miqdarı göstərəcək.
İnformasiyaya çıxış (access to information) – informasiyaya giriş
maraqlı tərəflərin (xalq, QHT, media və s.) dövlət informasiyasını əldə
etməsi hüququna istinad edir. Bu hüquq beynəlxalq və milli qanunlarla
qorunur, rəsmi sənədlərin aydın, hər hansı başqa istisnaların isə
məhdud olmasını təklif edir. İnformasiyaya giriş vətəndaşlara dövlət
məsuliyyətini artırır və korrupsiya imkanlarını azaldır.
İnfrastruktur (infrastructure) – əsas maddi istehsal sahələrinə,
sənayeyə, k.t., tikintiyə, əhaliyə xidmət edən təsərrüfat sahələri
(nəqliyyat, şose yolları, dəmiryol xətləri və su bərələri, kanal, liman,
boru kəmərləri, anbar və s. tikililər, enerji və qaz təsərrüfatı, ticarət,
maddi-texniki təchizat, rabitə və telekommunikasiya sistemləri, su
təchizatı, kanalizasiya, ümumi və peşə təhsili, elmə və səhiyyəyə
çəkilən xərclər və s.) kompleksi, məcmusu. Bunlara bəzən sabit
sərmayələr də deyilir. Bu sahələrə bir çox hallarda təhsil, səhiyyə,
kitabxana xidməti və s. sahələr də əlavə edilir. Təyinatından göründüyü
kimi, infrastruktura qoyulan xərclər tezliklə qazanc gətirmir. Bu
səbəbdən də həmin sahələrə sahibkarlar çox vaxt maya qoyuluşundan
Dostları ilə paylaş: |