LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   24   25   26   27   28   29   30   31   ...   53


X
dair öhdəlikdən başqa) qəbul edirsə; bu cür köməyi (yardımı) alan və 
köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər 
sayılırlarsa; bu cür kömək (yardım) hər hansı fiziki və ya hüquqi şəxsə 
seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə. Xeyriyyə təşkilatı, 
xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.
Xərc-fayda  analizi  (cost-benefit  analysis)  –  investisiya  layihəsinin 
bütün  sosial  və  maliyyə  xərc  və  faydalarının  kompleks  təhlili.  Bu 
təhlilin  xüsusi  texnikaları  (discounted  cash  flow,  present  and  future 
value)  investisiyanın  faydalarının  onun  zərərlərini  hansı  müddətə  və 
hansı şərtlərlə üstələyəcəyini aşkar edir. Xərc-fayda təhlili həm dövlət, 
həm  də  özəl  investisiya  layihələri  üçün  önəmlidir.  Xərc-fayda  analizi
 
ictimai  əmtəə  istehsalının  cəmiyyət  üçün  faydasının  və  xərclərinin 
müqayisəsidir.
Xərc-səmərəlilik  analizi  (cost-effectiveness  analysis)  –  bir  sıra 
alternativ xərclərdən mənfəət əldə etmək üçün ən ucuz başa gələnini 
müəyyənləşdirmək.
Xərclərin yekunu (total expenses)  istifadə istiqamətləri üzrə xərclərin 
və qaytarılmalar çıxılmaqla, kreditləşmənin məbləğləri daxildir. 
Xəzinədarlıq (Treasury) – ölkənin Maliyyə Nazirliyinin tərkibində və ya 
muxtar  şəkildə  fəaliyyət  göstərən  xüsusi  bir  qurumdur.  Bu  qurumun 
yaranması  bazar  iqtisadiyyatının  özunəməxsus  tələblərindən  irəli 
gəlir.  Həmin  tələblərə  aşağıdakıları  aid  etmək  olar:  a)  bazara  keçid 
dövründə  büdcənin  icrası  üzrə  informasiya  təminatı  problemlərinin 
aradan  qaldırılması;  b)  ölkədə  mikroiqtisadi  tənzimləmənin  təsirli 
təşkilati  qurumlarının  yaradılması  və  normal  fəaliyyətinin  təşkili;  v) 
radikal  dəyişikliklərə  və  yeniliklərə  operativ  reaksiya  verilməsi;  q) 
dövlət büdcəsinin icrasında qarşıya çıxan cari problemlərin həlli və s. 
Bu  tələblərə  tam  cavab  vermək  iqtidarında  olan  hər  bir  xəzinədarlıq 
dövlətin gəlir və xərclərinə nəzarət edən və pul vəsaitlərinin hərəkətini 
dəqiq tənzimləyən dövlət orqanı kimi təşəkkül tapa bilər.
Xəzinədarlıq səhmi (treasury stock) – şirkətə məxsus səhmlərin həmin 
şirkət tərəfindən sərmayəçilərdən geri alınması. Bu halda səhmlər ləğv 
olunmur, sərmayə kimi şirkət rəhbərliyinin qiymətli kağızlar portfelində 
saxlanılır.
Xəzinədarlıq  sistemi  (Treasury  system)  –  maliyyə  planlaşdırılması, 
büdcənin  icra  edilməsi,  nağd  dövriyyənin  idarə  olunması,  kassa 
əməliyyatları,  maliyyə  uçotu,  daxili  audit,  daxili  və  xarici  borcların 
idarə  edilməsi  funksiyalarını  icra  edən  bütün  təşkilati  qurumların 



X
məcmusudur.  Bu  sistem  çox  mürəkkəb  informasiya  axınlarının  idarə 
edilməsi  sistemidir.  Həmin  sistemin  ən  mühüm  xüsusiyyəti  onun 
xəzinədarlıq  hesabı  açmaq  hüququna  malik  olmasıdır.  Ölkədə  olan 
digər dövlət idarələrindən heç birinin belə hüququ yoxdur. Xəzinədarlıq 
sisteminin  yaradılmasında  əsas  məqsəd  büdcə  təşkilatlarının  fərdi 
maliyyə hesablarına daimi nəzarəti həyata keçirməkdir.
Xırda  korrupsiya  (petty  corruption)  –  xırda  korrupsiya  həm  də 
bürokratik korrupsiya adlanır. Məmurların adamlarla birbaşa ünsiyyətdə 
olduğu  yerlərdə  yaranır.  Xırda  korrupsiya  eyni  zamanda  “ehtiyacdan 
yaranan korrupsiya” kimi təsvir edilir. Korrupsiyanın son dərəcə aşağı 
ödənişli  ailəsinin  yaşayış  və  qida,  uşaqlarının  təhsil  haqları  üçün 
pula  ehtiyacı  olan  gənc  və  orta  yaşlı  məmurlar  tərəfindən  törədilən 
formasıdır. Xırda korrupsiya cəmiyyətin kasıb təbəqəsinə pis təsir edir, 
belə ki, bu təbəqə ictimai xidmət sahələrində rüşvət verməyə məcbur 
olur.
Xidmət  (service)    malların  təqdim  edilməsi  sayılmayan,  nəticələri 
maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə 
və  torpağa  mülkiyyət  hüququnun  başqasına  verilməsi,  həmçinin 
işəgötürənə  muzdlu  işçi  kimi  xidmət  göstərilməsi  istisna  olunur. 
Xidmətlərin  göstərilməsi  zamanı  istifadə  olunan  mallar  ayrıca  təqdim 
edilmirsə  və  ya  xidmətin  dəyərinə  daxil  edilməyən  kompensasiyalı 
xərclər  müqavilədə  və  ya  ödəniş  sənədlərində  ayrıca  göstərilmirsə, 
həmin  mallar  və  ya  xərclər  xidmətin  ayrılmaz  tərkib  hissəsi  hesab 
edilir.
Xüsusi  borclanma  hüququ  (special  drawing  rights,  SDR)    SDR 
beynəlxalq  rezerv  aktivi  və  ödəmə  vasitəsidir.  Bu,  1969-cu  ildə  BVF 
tərəfində  Bretton-Vuds  sisteminə  dəstək  və  üzv  ölkələrin  mövcud 
rəsmi rezervlərinə əlavə kimi formalaşdırılıb. SDR üzv ölkələrə onların 
kvotalarına uyğun olaraq ayrılır və bəzi hesablaşmalarda süni valyuta 
rolunu  oynayır.  Onun  dəyəri  əsas  beynəlxalq  valyutaların  “səbət”inə 
əsaslanaraq formalaşır.
Xüsusi  növ  rüsumlar  (special  duties)  –  rəsmi  qanunvericiliyə 
əsasən,  Azərbaycan  Respublikasının  iqtisadi  mənafeyini  qorumaq 
üçün  idxal  edilən  mallara  müvəqqəti  olaraq  aşağıdakı  xüsusi  növ 
rüsumlar  tətbiq  oluna  bilər:  xüsusi  rüsumlar;  antidempinq  rüsumları; 
kompensasiya  rüsumları.  Xüsusi  növ  rüsumların  formalaşması  və 
tətbiqi  qaydası  Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə 
müəyyən  olunur.  Xüsusi  rüsumlar  aşağıdakı  hallarda  tətbiq  olunur: 
mallar  Azərbaycan  Respublikası  gömrük  ərazisinə  bu  qəbildən  olan 
malların  yerli  istehsalçılarına  ziyan  vuran  və  ya  ziyan  vura  biləcək 



X
kəmiyyətdə  və  şərtlərlə  gətirildiyi  təqdirdə  müdafiə  tədbiri  kimi;  digər 
dövlətlərin  və  onların  ittifaqlarının Azərbaycan  dövlətinin  mənafeyinə 
toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi. Rəsmi 
qanunvericiliyə əsasən, xüsusi növ rüsumların (xüsusi, antidempinq və 
kompensasiya) tətbiqindən əvvəl Azərbaycan Respublikasının müvafiq 
dövlət idarəetmə orqanlarının təşəbbüsü ilə Azərbaycan Respublikası 
qanunvericiliyinə  uyğun  olaraq  on  gün  müddətində  təhqiqat  aparılır. 
Təhqiqat  zamanı  çıxarılan  qərarlar  kəmiyyətcə  müəyyən  edilmiş 
məlumatlara əsaslanmalıdır.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə