LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

101
M
üçün  istifadə  olunan  dəyəridir:  maldan  rüsum  tutulması  üçün;  xarici 
iqtisadi  əlaqələr  və  gömrük  statistikasının  aparılması,  ticarət-iqtisadi 
münasibətlərin  dövlət  tənzimlənməsi,  o  cümlədən  xarici  iqtisadi 
əməliyyatlara  valyuta  nəzarəti;  bu  sahədə  bank  hesablaşmalarının 
həyata keçirilməsi ilə bağlı tədbirlər üçün. 
Malın  idxalı  (commodity  import)  –  rəsmi  qanunvericiliyə  əsasən, 
gömrük  qanunvericiliyinə  uyğun  olaraq  idxal  malları  sayılan  malların 
Azərbaycan Respublikası ərazisinə gətirilməsi.
Malın  ixracı  (commodity  export)  –  rəsmi  qanunvericiliyə  əsasən, 
gömrük  qanunvericiliyinə  uyğun  olaraq  ixrac  malları  hesab  edilən 
malların Azərbaycan Respublikası ərazisindən çıxarılması.
Malın  mənşə  ölkəsi  (country  of  commodity  origin)  –  malın  mənşə 
ölkəsi  dedikdə,  malın  tamamilə  həmin  ölkədə  istehsal  olunduğu  və 
ya  müəyyən  meyarlar  əsasında  kifayət  qədər  yenidən  emala  məruz 
qaldığı ölkə başa düşülür.
Malın  təkrar  idxalı  (commodity  regain  import)  –  gömrük 
qanunvericiliyinə  uyğun  olaraq,  təkrar  idxal  malları  sayılan  malları 
təqdim  etmədən  və  ixrac  olunduğu  andakı  vəziyyətdə  ixrac  etmiş 
şəxsin həmin malları idxal etməsi.
Malın  təkrar  ixracı  (commodity  regain  export)  –  gömrük 
qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal 
etmiş  şəxsin  həmin  malları  idxal  edəndən  sonra  təqdim  etmədən  və 
idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi.
Malın  təqdim  edilməsi  (commodity  disclosing)  –  mallar  üzərində 
mülkiyyət  hüququnun  başqasına  verilməsi,  o  cümlədən,  bunlarla 
məhdudlaşdırılmayan  malların  satışı,  mübadiləsi,  hədiyyə  verilməsi, 
natura  şəklində  əməkhaqqı  ödənilməsi  və  natura  şəklində  digər 
ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun 
girov saxlayana və ya digər şəxsə keçməsi.
Maliyyə  aktyorları  (financial  actors)  –  maliyyə  tənzimlənməsini  üç 
fərqli kateqoriya üçün – səlahiyyət verən məmur, avans administratoru 
– əsasən nümayəndə heyətlərində, avans hesabı idarə edən rəsmidir 
və mühasibat məmuru üçün təmin edir. Daxili auditor maliyyə aktyoru 
deyil, o, idarəetmənin maliyyələşdirilməsi ilə məşğul olmur.
Maliyyə  bəyanatı  (financial  statement)  –  hüquqi  şəxslərin  maliyyə 
mövqelərini vaxtında əlaqələndirmək üçün nəzərdə tutulmuş mühasibat 


10
M
balansı, gəlir və nağd pul axınının verildiyi iqtisadi göstəricilər sisteminin 
prezentasiyasıdır. 
Maliyyə  hesabatlarının  beynəlxalq  standartları  (international 
standarts  of  finacial  reports)  –  Mühasibat  Uçotunun  Beynəlxalq 
Standartlar  Şurası  tərəfindən  işlənib  hazırlanmış,  qəbul  və  ya  təsdiq 
olunmuş  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartları,  Maliyyə 
Hesabatlarının  Beynəlxalq  Standartları  və  Şərhlər  üzrə  Daimi 
Komitəsinin şərhləri, habelə Maliyyə Hesabatları Şərhi üzrə Beynəlxalq 
Komitənin müvafiq şərhləridir.
Maliyyələşdirilmiş borc (funded debt) – ümumi mənada uzunmüddətli 
borca konvertasiya olunan qısamüddətli borcdur.
Maliyyə  perspektivi  (financial  perspective)  –  adətən  maliyyə  planı 
üçün  işlədilən  başqa  bir  termindir.  Uzunmüddətli  maliyyə  perspektivi 
hər  ilə  ümummilli  məhsulun  və  qiymətlərin  hərəkətini  hesablamaqla 
uyğunlaşdırıla  bilər.  Buna,  həmçinin,  vaxtaşırı  bunu  imzalayanlar 
arasında razılaşma ilə yenidən baxıla bilər. Bu, həm də genişlənməyə 
xidmət etmək üçün uyğunlaşa bilər.
Maliyyə  planı  (financial  framework)  –  maliyyə  planı  çoxillik  xərclər 
planı olmaqla xərc limitlərini, beləliklə də büdcə intizamını təyin edir. 
Maliyyə planı xərclərin əsas kateqoriyaları üçün öhdəliklərin maksimum 
miqdarını  (“tavanı”)  və  bütün  ödəniş  “tavan”ını  müəyyən  edir.  Bu 
termin layihə konstitusiyasında istifadə olunur və bunun üçün maliyyə 
perspektivi adlanır. Bu termin maliyyə planı ilə qarışıq salınmamalıdır, 
bura  qanunverici  qərarlar,  proqramın  müddəti  boyu  onunla  bağlı 
kəmiyyət göstəricisi daxildir. 
Maliyyə planında elastiklik (flexibility in the financial framework) – 
maliyyə  intizamına  nəticədir.  Maliyyə  planı  qəbul  edilərkən 
proqnozlaşdırılmayan  hadisələrlə  üzləşmək  zəruridir.  Elastikliyə 
xüsusən  ciddi  şərtlər  altında  yenidən  baxmaq  və  tənzimləmək 
mümkünlüyü  ilə  zəmanət  verilir.  Elastiklik  büdcə  prosesi  dövründə 
maliyyə planının “tavan”ları üzərində yaradıla və mobillləşdirilə bilər.
Maliyyə  sağlamlaşdırılması  tədbirləri  (financial  rehabilitation 
measures) – bank aktivlərində əhəmiyyətli xüsusi çəkiyə malik olması, 
böyük  sayda  əmanət  hesablarına  xidmət  göstərməsi  və  banklararası 
hesablaşmalarda  mühüm  paya  malik  olması  ilə  əlaqədar  maliyyə 
sabitliyinin  pozulması  banklararası  ödəmələrdə  sistem  xarakterli 
böhrana, əmanətçilərin pul vəsaitlərinin kütləvi surətdə itirilməsinə və 
bank sisteminə etimada ciddi təhlükə yaradılmasına səbəb ola biləcək 
ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bank barəsində 


10
M
dövlət  vəsaitləri  cəlb  etməklə  maliyyə  sağlamlaşdırılması  tədbirləri 
həyata keçirilə bilər.
Maliyyə  tənzimlənməsi  (financial  regulation)  –  konkret  olaraq  AB-
də Avropa Parlamenti və Auditorlar Palatasının şərtləri əsasında şura 
tərəfindən  qəbul  edilir  və  bu  tənzimləmə  Avropa  birliklərinin  ümumi 
büdcəsinin yaradılması və həyata keçirilməsini təmin edir.
Manatın çarpaz məzənnəsi (cross course of the manat) – manatın 
xarici valyutalara nisbətən məzənnəsi həmin valyutaların və manatın 
ABŞ  dollarına  nisbətən  məzənnələri  əsasında  müəyyənləşdirilir. 
Milli  valyutaların  ABŞ  dollarına  nisbətən  məzənnələrini  milli  banklar 
ölkələrin valyuta birjalarında tələb və təklif arasındakı nisbətə əsasən 
müəyyənləşdirirlər.  Milli  banklar  valyuta  məzənnələri  haqqında 
məlumatları  milli  valyuta  birjalarında  gedən  alqı-satqının  yekunları 
əsasında rəsmi bildiriş şəklində mütəmadi olaraq nəşr etdirirlər.
Maraq  konflikti  (conflict  of  interest)  –  maraq  konflikti  şəxsin 
formal  məsuliyyəti  ilə  kütləyə  xidmət  etmək  üçün  onun  professional 
mühakiməsini,  obyektivliyini  və  müstəqilliyini  təhlükə  altına  qoyan 
ictimai  fəaliyyətdə  iştirak  edəndə  əmələ  gəlir.  Tez-tez  bu  fəaliyyətlər 
(şəxsi işgüzar kimi), hər şeydən əvvəl, şəxsi maraqlara xidmət edir və 
şəxsin rəsmi vəzifələrinin obyektiv tapşırığına potensial təsir göstərir.
Mədən  vergisi  (royalty)    rəsmi  qanunvericiliyə  əsasən,  ölkə 
qanunvericiliyində  nəzərdə  tutulmuş  vergi  növlərindən  biridir  və  ölkə 
ərazisindəki və Xəzər dənizinin (gölünün) şelfindəki faydalı qazıntıların 
çıxarılmasına görə tutulur. Bu vergini yerin təkindən faydalı qazıntıları 
çıxaran  fiziki  şəxslər  və  müəssisələr  ödəyirlər.  Mədən  vergisi 
hasilatçıdan yerin təkindəki faydalı qazıntını hasil etdiyinə görə tutulur. 
Ölkə  ərazisində  mövcud  faydalı  qazıntıların  (məsələn,  neft,  qaz,  filiz 
ehtiyatları və s.) çıxarılmasına görə mədən vergisi tətbiq olunur. Mədən 
vergisinin vergitutma bazası faydalı qazıntıların topdansatış qiymətidir.
Məhdud  məsuliyyətli  cəmiyyət  (limited  company)  –  bir  və  ya  bir 
neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə 
müəyyənləşdirilmiş  miqdarda  paylara  bölünən  cəmiyyətdir.  MMC-nin 
iştirakçıları onun öhdəliklərinə və cəmiyyətin fəaliyyəti ilə bağlı zərərə 
görə məsuliyyət daşımır. Onlar cəmiyyətin fəaliyyəti ilə bağlı qoyduqları 
payların dəyəri həddində risk daşıyırlar.
Məhsul və хidmətlər hesаbı (goods and services account)  хüsusi 
tоplu cədvəldən ibаrətdir. Digər hesаblаr кimi, bu hesаb dа iкi hissədən 
ibаrətdir: “ehtiyаtlаr” hissəsində burахılış, məhsul və хidmətlərin idхаlı, 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə