LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   33   34   35   36   37   38   39   40   ...   53


L
– fond aydın şəkildə strategiyalarını və məqsədlərini açıqlayır;
–  əgər  tətbiq  olunandırsa,  fond  subsidiyalarının  əlaqə  məlumatlarını 
açıqlayır;
– əgər tətbiq olunandırsa, fond xarici menecerlərini bəyan edir;
– fond özünün veb-səhifəsinə malikdir;
–  fond  öz  əsas  ofisinin  yerləşmə  ünvanını,  telefon  və  faks  nömrələri 
kimi əlaqə informasiyalarını açıqlayır.
  Bu  indeks  üzrə  Azərbaycan  Dövlət  Neft  Fondu  2008-ci  ildə  kifayət 
qədər  yüksək  hesab  olunan  9  bal  toplayaraq  50-yə  yaxın  müxtəlif 
ölkə  fondları  arasında  7-ci  olmuşdur.  Eyni  zamanda,  bizim  regionun 
iri neft fondlarına malik digər iki ölkəsi olan Rusiya və Qazaxıstanı da 
qabaqlamışdır.
Lindahl qiyməti (Lindahl prices) – fərdin vergi payı ictimai əmtəənin 
vahidi üçün ödənməlidir.
Lizinq  (leasing)    maşın  və  avadanlıqların,  nəqliyyat  vasitələrinin, 
istehsal  qurğularının,  uzun  müddət  işlədilən  malların  və  s.  icarə 
forması; onların uzun müddətə icarəyə götürülməsi. Bu icarə formasının 
tətbiqi icarəçiyə böyük məbləğdə ilkin kapital qoyuluşları sərf etmədən 
müasir,  baha  və  yüksək  qiymətli  texnikadan  istifadə  etmək  və  icarə 
haqqını yavaş-yavaş həmin avadanlıqların və dikər texniki vasitələrin 
istismarından  əldə  olunan  mənfəət  hesabına  ödəməyə  imkan  verir; 
icarəyə  verən  isə  tərəf-müqabilinin  borcunu  ödəyə  bilməmək  riskinin 
əhəmiyyətli  dərəcədə  azaldığına  əmin  olaraq  satış  həcmini  artıra 
bilir.  Çox  zaman  lizinq  müqavilələrində  icarə  vaxtı  bitdikdən  sonra 
icarəçinin istismar etdiyi əmlakı satın alması hüququ nəzərdə tutulur. 
Başqa sözlə, lizinq şirkətləri avadanlıq alıb 5-8 il və daha çox müddətə 
icarədar  müəssisəyə,  şirkətə  və  ya  firmaya  icarəyə  verir.  İcarədar 
firma əmlakdan istifadə etdikcə tədricən lizinq şirkətlərinə öz borclarını 
ödəyir.  Müqavilənin  müddəti  başa  çatdıqdan  sonra  icarədar  qalıq 
məbləğlər dəyəri ilə avadanlığı almaq hüququna malikdir. Bu mülkiyyət 
hüququ  onun  yeni  sahibinə  keçir;  müqavilənin  vaxtını  uzatmaq 
–  yeni  saziş  bağlamaq;  maddi  sərvətləri  (dəyərləri)  lizinq  şirkətlərinə 
qaytarmaq  hüququ  qazanır.  Maşın  və  avadanlıq  əldə  olunması  üçün 
lizinq  şirkətləri  özünün  şəxsi  vəsaitindən  və  ya  borç  aldığı  vəsaitdən 
də istifadə edə bilər. Dövlət lizinq şirkətlərinə bank krediti almaq üçün 
şərait yaradır. Bu isə mütərəqqi icarə formasını inkişaf etdirməyə kömək 
edir. Lizinqin aşağıdakı növləri mövcuddur: maliyyə lizinqi – əvvəlcədən 
müəyyənləşdirilən müddətdə lizinq verənin kapital qoyuluşlarının tam 
amortizasiyası üçün kifayət olan məbləğin ödənilməsini nəzərdə tutan 
müqavilə;  b)  əməliyyat  lizinqi  –  icarə  müddəti  razılaşdırılmamış  və 
yaxud icarəyə götürülən əmlakın tam amortizasiyasını əhatə etməyən 
müddətə saziş; v) beynəlxalq lizinq – müxtəlif ölkələrdə yerləşən lizinq 
şirkəti ilə lizinq alan arasında müqavilədir.



L
Lobbiçilik  (lobbysm)  –  qanunvericilik  orqanında  qanunlar  qəbul 
edilərkən  və  ya  hökumət  sifarişləri  verilərkən  prosesə  müəyyən  iri 
korporasiyaların  və  ya  digər  güc  mərkəzlərinin  xeyrinə  təsir  etmək 
məqsədilə  formalaşdırılan  xüsusi  agentliklərin  və  ya  qrupların 
fəaliyyəti.
Logistika  (logistics)  –  istehsal,  bölgü,  mübadilə  və  istehlak 
sferalarında material resursları axınının səmərəli qaydada ən az xərclə 
çatdırılmasını  təmin  edə  biləcək  təsərrüfat  fəaliyyətinin  məcmusudur. 
Logistika  materialların  logistik  (materialötürücü)  sistemə  daxil  olduğu 
andan  başlamış  son  satış  prosesinə  kimi  material  və  informasiya 
axınının idarə edilməsi ilə məşğul olur, maddi-texniki təminatı həyata 
keçirir.  İnformasiya  axınının  öyrənilməsi  material  axınının  optimal 
variantda həyata keçirilməsi üçün zəruridir. 
Loqrollinq  (logrolling)  –  parlamentdə  millət  vəkillərinin  öz  səslərinin 
bir növ “ticarəti”ni apararaq qarşılıqlı şəkildə bir-birlərinin maraqlarını 
güdən  qanun  layihələrinə  və  təkliflərə  dəstək  vermələri.  Loqrollinqə 
qanunverici təkliflər paketinin keçidini əldə etmək üçün səslərin alveri 
kimi də baxmaq olar.
London  klubu  (London  Club)    xarici  borclarını  ödəməkdə  çətinlik 
çəkən  ölkələrin  başqa  ölkələrin  özəl  maliyyə  qurumlarından  aldıqları 
borcların  (özəl  sektordan  dövlətə  borclar)  restrukturizasiyasına 
(strukturunun  yenidəntəşkili)  aid  görüşmələrin  təşkil  edildiyi  rəsmi 
toplantı platformu.


100
M
M
Mаddi  dövriyyə  vəsаitləri  ehtiyаtlаrının  dəyişməsi  (changing 
tangible turnover active reserves) – istehsаl ehtiyаtlаrının, bitməmiş 
istehsаlın, hаzır məhsulun və təкrаr sаtılmаq üçün nəzərdə tutulmuş 
məhsulun  dəyərinin  dəyişməsini  əкs  etdirir.  Mаddi  dövriyyə  vəsаitləri 
ehtiyаtlаrının  dəyərinin  dəyişməsi  ehtiyаtа  dахil  оlаn  məhsulun 
dəyəri  ilə  ehtiyаtdаn  çıхаrılmış  məhsulun  dəyəri  аrаsındакı  fərqlə 
müəyyənləşdirilir.  Bu  hаldа  məhsul  dахilоlmа  və  yа  çıхаrılmа  vахtı 
istifаdə edilən bаzаr qiymətləri ilə qiymətləndirilməlidir. Lакin prакtiкаdа 
hesаbаt dövründə bütün məhsul dахilоlmаlаrı və çıхаrmаlаrı hаqqındа 
məlumаtı  əldə  etməк  çətindir,  bunа  görə  də  ehtiyаtlаrın  dəyişməsi 
аdətən müəssisənin mühаsibаt hesаbаtlаrının məlumаtlаrınа əsаsən 
dövrün  ахırınа  və  əvvəlinə  оlаn  ehtiyаtlаrın  dəyərləri  аrаsındакı  fərq 
кimi  hesаblаnır.  Bu  hаldа  məhsulun  ehtiyаtdа  оlduğu  vахt  ərzində 
qiymətlərin dəyişməsi nəticəsində оnun dəyərinin dəyişməsini (hоldinq 
mənfəətini) istisnа etməк lаzımdır. 
Mаddi хərclər (tangible expenses) – istehsаl prоsesində tаm istifаdə 
edilən  mаddi  və  аşındıqcа  dəyəri  məhsulun  dəyərinə  кeçən  əməк 
vаsitələrindən ibаrət оlаn nemətlərin dəyərini ifаdə edir. İstehsаl mаddi 
хərclərə аiddir: хаmmаl və mаteriаllаrın, tохum, yem, gübrə və zəhərli 
кimyəvi  mаddələrin,  yаnаcаq  və  enerjinin  məsrəfi;  mаddi  хidmətlərin 
(кənаr  müəssisə  və  təşкilаtlаr  tərəfindən  yerinə  yetirilən  istehsаl 
хаrакterli işlərin, rаbitə хidmətlərinin və s.) ödənilməsi; dаşınаrкən və 
ticаrət,  mаddi-teхniкi  təchizаt,  tədаrüк  müəssisələrində  sахlаnılаrкən 
məhsul  itкiləri;  хüsusi  geyimə,  müаlicə-prоfilакtiк  yeməyə  və  s.  sərf 
оlunаn хərclər də dахil edilməкlə istehsаlа çəкilən sаir mаddi хərclər. 
Makroiqtisadi  siyasət  (makroeconomic  policy)  –  yüksək  iqtisadi 
artım  templərinə,  tam  məşğulluğa,  məhdud  inflyasiya  səviyyəsinə  və 
rasional  (optimal)  xarici  ticarət  balansına  nail  olmaq  üçün  dövlətin 
iqtisadi tənzimləmə fəaliyyəti. Makroiqtisadi siyasətin ən ümdə vəzifəsi 
işsizliklə inflyasiya arasında balans yaratmaqdır. Makroiqtisadi siyasətin 
əsas bölmələri: a) fiskal (büdcə-vergi) siyasət; b) monetar (pul-kredit və 
valyuta) siyasət; c) gəlirlər və qiymət siyasəti; ç) xarici ticarət siyasəti.
Mal  (commodity)  –  dövlətin  gömrük  sərhədindən  keçirilən  istənilən 
əmlak, o cümlədən istilik, elektrik enerjisi və enerjinin digər növləri. 
Malın gömrük dəyəri (custom values of the commodities) – malın 
müəyyən  qaydada  müəyyənləşdirilən  və  aşağıdakı  məqsədlər 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə