LüĞƏTİ Müəllif qrupu


L Laffer  əyrisi  (Laffer  curve)



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   32   33   34   35   36   37   38   39   ...   53


L
L
Laffer  əyrisi  (Laffer  curve)    vergi  dərəcələri  ilə  büdcəyə  vergi 
daxilolmaları arasında əlaqəni əks etdirən qrafik. Bu, vergi dərəcələrinin 
azalması ilə dövlətin vergi daxilolmalarının arta biləcəyini, eyni zamanda 
bunun  əksinə  olaraq  vergi  dərəcələrinin  artması  ilə  bəlli  səviyyədən 
sonra vergi daxilolmalarının azala biləcəyini göstərən əyridir.
LİBOR (Lindon Interbank Offered Rate) – London bankları tərəfindən 
təqdim edilən qısamüddətli kreditlər üzrə dərəcə. Əsasən bu kreditlər 3-
6 ayı əhatə edir. Bu dərəcə adətən beynəlxalq kredit münasibətlərində 
hesablanan faiz dərəcələri üçün baza kimi götürülür.
Likvidlik  riski  (liquidity  risk)    bir  bankın  depozit  sahibi  və  ya 
kreditorların tələblərini vaxtında və lazımi dərəcədə qarşılaya biləcək 
maliyyə vəsaitinə (adətən nağd) sahib olmaması riski.
“Likvidlik  tələsi”  (liquidity  trap)  –  elə  bir  makroiqtisadi  situasiyadır 
ki,  dövriyyədəki  likvid  formada  pul  kütləsinin  həcmi  artır,  uçot  faiz 
dərəcələri  isə  adekvat  azalmır.  Belə  olan  halda  insanlar  pullarını 
banklarda  saxlamaqda  maraqlı  olmurlar  və  yığımlar  investisiyaya 
çevrilmir.
Lima  bəyannaməsi  (Lima  declaration)    1977-ci  ilin  oktyabrında 
İNTOSAİ-nin 9-cu qurultayında Lima şəhərində ali audit institutlarının 
iştirakı  ilə  bəyannamə  qəbul  olundu.  Bəyannamədə  auditin  məqsədi, 
onun  müstəqilliyinin  təmin  edilməsi,  habelə  ali  audit  institutunun 
parlament,  hökumət  və  onun  administrasiyası  ilə  münasibətlərinin 
tənzimlənməsi, ali audit institutunun gücü, auditin metodları, onun kadr 
təminatı  və  beynəlxalq  təcrübə  mübadiləsi,  o  cümlədən  hesabatların 
hazırlanması  məsələləri  öz  əksini  tapmışdır.  Bəyannamədə  qeyd 
edilmişdir ki, audit öz-özlüyündə məqsəd deyil, maliyyə hesabatlılığını 
və  dövlət  idarəetmə  sistemində  cavabdehliyi  təmin  etmək  üçün  çox 
vacib  komponentdir.  Bəyannamənin  əsas  qayəsini  kənar  və  daxili 
auditin (nəzarət) ayrı-ayrılıqda vacib amillər olması və eyni zamanda 
onların  ehtiyac  duyulduqda  bir-birini  tamamlamaq  imkanları  təşkil 
edir. Bəyannamənin 3-cü maddəsinə əsasən, daxili nəzarət orqanları 
idarə  və  təşkilatların  daxilində  yaradılır,  kənar  nəzarət  orqanları  isə 
yoxlanılacaq təşkilatın strukturuna daxil deyil. Ali audit institutu kənar 
nəzarət  orqanıdır.  Daxili  nəzarət  xidməti  həmin  təşkilatın  rəhbərinə 
tabe olmalıdır. Eyni zamanda, o, müvafiq təşkilati strukturun daxilində 
funksional  və  təşkilati  müstəqilliyə  malik  olmalıdır.  Xarici  nəzarət 



L
qurumu olaraq ali audit institutu daxili nəzarət xidmətinin effektivliyini 
yoxlamalıdır. Əgər daxili nəzarət sistemi effektlidirsə, ali audit institutu 
ilə  daxili  nəzarət  subyekti  arasında  vəzifə  bölgüsü  və  əməkdaşlıq 
lazımdır.  Bəyannamənin  5-ci  maddəsi  cox  vacib  məsələyə,  ali  audit 
institutunun müstəqilliyinin təmin edilməsinə həsr olunmuşdur.
Linaburq-Maduell Şəffaflıq İndeksi (Linaburg-Maduell Transparency 
Index)    Linaburq-Maduell  Şəffaflıq  İndeksi  Suveren  Rifah  Fondları 
İnstitutunun  (Sovereign  Wealth  Fund  Institute)  aparıcı  tədqiqatçıları 
olan Karl Linaburq və Maykl Maduell tərəfindən işlənib hazırlanmışdır. 
Bu  indeks  müxtəlif  fondların  (burada  söhbət  əsas  etibarilə  neft 
fondlarından  gedir)  şəffaflığının  qiymətləndirilməsini  nəzərdə  tutan 
metoddur. Adətən hökumətə məxsus olan, təbii resursların satışından 
daxilolmalar  və  transferlər  hesabına  öz  aktivlərini  formalaşdıran  belə 
fondlar özündə həddən artıq iri maliyyəni cəmləşdirir (2008-ci il üçün 
olan son məlumatlara əsasən qlobal miqyasda 3.85 trilyon dollar) və bir 
çox hallarda bütün investisiya əməliyyatları ilə bağlı ictimaiyyətə geniş 
məlumat vermirlər. Bu isə həm milli sərvətlərdən səmərəli və ədalətli 
istifadəni  kölgə  altında  qoyur,  həm  də  qlobal  iqtisadi  təhlükəsizliyə 
və  makroiqtisadi  tarazlığa  təhlükədir.  Bütün  bu  riskləri  nəzərə  alaraq 
qlobal  miqyasda  məhz  Norveç  hökumətinin  Qlobal  Pensiya  Fondu 
geniş  şəffaflaşma  prosesini  başlatdı  və  Linaburq-Maduell  Şəffaflıq 
İndeksi, demək olar ki, bu fondun fəaliyyəti ətrafında formalaşdı. İndeks 
suveren fondların şəffaflığını geniş ictimaiyyətə nümayiş etdirə bilən 10 
təməl prinsipə əsaslanır. Hər bir prinsipin bu və ya digər fond tərəfindən 
ödənməsi  onun  indeks  reytinqinə  1  şəffaflıq  balı  əlavə  edir.  Başqa 
sözlə desək, hər prinsip bir balla qiymətləndirilir. İndeks üzrə minimum 
reytinq  1,  maksimum  reytinq  isə  10  bala  mütənasibdir.  Suveren 
Rifah Fondları İnstitutunun tövsiyəsinə görə, adekvat şəffaf fond 
8  baldan  çox  reytinqə  malik  olan  fondlar  hesab  edilir.  Fondlar 
ictimaiyyətə əlavə məlumatlar açıqladıqca şəffaflıq reytinqi dəyişə bilər. 
Şəffaflıq indeksinin konseptual prinsipləri çox ehtiyatla seçilib və baza 
məlumatlarını  kifayət  qədər  əhatə  edir.  Beləliklə,  Linaburq-Maduell 
Şəffaflıq İndeksinin məlumatlılıqla bağlı əsas prinsipləri bunlardır:
–  müvafiq  fond  yaranma  tarixi  və  zərurəti,  aktivlərinin  mənbəyi, 
fonddakı dövlət mülkiyyətinin strukturu barədə məlumatla ictimaiyyəti 
təmin edir;
– fond müstəqil audit yoxlaması aparılan illik yenilənmiş hesabatlarını 
açıqlayır;
– fond mülkiyyətçisi olduğu şirkətlərdəki pay faizini və bunların coğrafi 
yerləşməsini açıqlayır;
–  fond  bazar  dəyərinin,  daxilolmalarının  və  idarəetmə  kompensasi-
yalarının ümumi portfelini açıqlayır;
–  fond  etik  standartlar  və  investisiya  siyasətləri  toplusu  hazırlayıb 
yayımlayır və bunların icrası üçün konkret məsul şəxs təyin edir;


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə