LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

1
S
Sekvestr (cutback) – dövlət büdcəsi və yerli büdcələrin gəlirləri yerinə 
yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə 
ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarı.
Senyoraj  (seignorage)  –  pul  emissiyası  hüququnun  dövlətin  və  ya 
dövlətin  səlahiyyət  verdiyi  hər  hansı  bir  qurumun  (adətən  Mərkəzi 
Bank)  monopol  yurisdiksiyası  altında  olmasından  daxil  olan  gəlir.  Bu 
vəsait adətən hər maliyyə ilinin sonunda xəzinədarlığa köçürülür.
Səhmdar cəmiyyətin bazar kapitalizasiyası (market capitalization)  
kompaniyanın bütün səhmlərinin bazar dəyərinin cəmi. Bu, bir səhmin 
bazar dəyərinin səhmlərin sayına vurulması ilə tapılır.
Səhmlər  üzrə  dividendlərin  ödəmələri  (payment  of  share 
dividends) – mənfəətin səhmlərin cari və ya orta qiymətlərinə uyğun 
olaraq səhm sahibləri arasında bölüşdürülməsini ifadə edir. 
Səlahiyyət  verən  məmur  (authorising  officer)  –  hər  bir  institutda 
gəlir və xərclərin maliyyə menecmentinə uyğun qanuni şəkildə həyata 
keçirilməsində məsuliyyət daşıyır. 
Sərəncаmdа  qаlаn  gəlirlərin  istifаdə  hesаbı  (used  account 
of  the  ordered  incomes)  –  ev  təsərrüfаtlаrı,  dövlət  idаrələri  və 
ev  təsərrüfаtlаrınа  хidmət  edən  qeyri-коmmersiyа  təşкilаtlаrının 
sərəncаmındа оlаn gəlirlərinin sоn istehlак хərcləri və qənаət аrаsındа 
bölüşdürülməsini əкs etdirir. 
Sərəncаmdа оlаn ümumi milli gəlir (ordered gross national income)     – 
bütün  institusiоnаl  vаhidlərin-rezidentlərin  sərəncаmındа  оlаn 
gəlirlərin, yəni institusiоnаl vаhidlərin sоn istehlак və əmаnətlər üçün 
mаliк оlduqlаrı gəlirlərin cəmidir. О, cаri trаnsferlər кimi verilmiş gəlirlər 
çıхılmаqlа  ilкin  gəlirlərin  sаldоsu  üstəgəl  (+)  аlınmış  cаri  trаnsferlərə 
bərаbərdir. 
Sərmayəçilər tərəfindən verilən aktivlər (the proceeds from assets 
delivered by investors) – neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi 
və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən 
olan  digər  sazişlərə  uyğun  olaraq  verilməsi  nəzərdə  tutulan  əsas 
fondlar, daşınar əmlak və digər aktivlər.
Sığorta (insurance)  istehsal münasibətlərinin mühüm elementlərindən 
biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır 
və  normal,  fasiləsiz  və  müntəzəm  təkrar  istehsalın  əsas  şərtlərindən 
hesab  edilir.  Sığorta  xidmətləri  sığorta  bazarlarında  yayılır.  Sığorta 


1
S
bazarı  –  pul  münasibətlərinin  xüsusi  sferasıdır  və  burada  alqı-satqı 
obyekti  kimi  spesifik  xidmət  –  sığorta  müdafiəsi,  təklif  və  ona  olan 
tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir. 
Sığorta agentləri (insurance agents) – müəyyən edilmiş səlahiyyətlərə 
uyğun olaraq sığorta edən adından və onun tapşırığı ilə öz fəaliyyətini 
yerinə yetirən hüquqi və ya fiziki şəxslərdir. 
Sığorta brokerləri (insurance brokers) – sığortaçı və sığorta edilənin 
tapşırığı əsasında öz adından, sahibkar kimi sığortalanma vasitəçiliyini 
həyata keçirən, müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş fiziki 
və ya hüquqi şəxslərdir.
 
Sığorta  edən  (policy  holder)  –  ölkə  ərazisində  sığorta  fəaliyyətini 
həyata  keçirmək  üçün  müəyyən  edilmiş  qaydalar  əsasında  lisenziya 
alan  və  sığorta  fəaliyyətini  həyata  keçirmək  üçün  müəyyən  edilmiş 
qanunvericiliyə  əsasən  yaradılan  istənilən  təşkilati-hüquqi  formada 
olan hüquqi şəxsdir. 
Sığorta  hadisəsi  (insurance  accident)  –  iştirakçı  bankın  məcburi 
ləğv  edilməsi  və  ya  müflis  elan  olunması,  yaxud  qanunvericiliyə 
müvafiq  olaraq  əmanətlər  üzrə  öhdəlikərin  yerinə  yetirilməsinə 
moratorium  tətbiq  edilməsi  barədə  məhkəmə  qərarının  qüvvəyə 
minməsi  və  bankın  əmanətçilər  qarşısında  öz  öhdəliklərini  qanun  və 
ya  müqavilə  şərtlərinə  uyğun  yerinə  yetirə  bilməməsi  faktının  Milli 
Bank tərəfindən təsdiq edilməsidir. Sığorta hadisəsinin baş verdiyi gün 
isə,  rəsmi  qanunvericiliyə  əsasən,  Milli  Bank  tərəfindən  Əmanətlərin 
Sığortalanması Fonduna göndərilən bildirişdə sığorta hadisəsinin baş 
verməsi günü kimi qeyd olunan tarixdir.
Sığorta  haqları  (insurance  fee)  –  rəsmi  qanunvericiliyə  əsasən, 
müəyyən  qaydada  iştirakçı  bankın  Əmanətlərin  Sığortalanması 
Fonduna ödədiyi üzvlük, təqvim və əlavə haqlardır. 
Sığortalanmış  əmanət  (insured  deposit)  –  rəsmi  qanunvericiliyə 
əsasən,  qorunan  əmanətçinin  qorunan  əmanətinin  Əmanətlərin 
Sığortalanması Fondu tərəfindən kompensasiya ödənilən hissəsidir.
Sığorta olunan (object of the insurance) – sığorta haqqı ödəyən və 
sığorta  edənlə  konkret  sığorta  öhdəliyinə  daxil  olan  (girən)  fiziki  və 
hüquqi şəxslərdir. Sığorta olunanlara rezident və qeyri-rezidentlər kimi 
iqtisadiyyatın müxtəlif sahələrinə, müxtəlif mülkiyyət növlərinə aid olan 
vətəndaşlığı  olmayan  şəxslər  də  aid  ola  bilər.  Sığorta  olunanın  əsas 
vəzifəsi  sığorta  haqlarını  (mükafatları,  ödəmələri)  müntəzəm  olaraq 
ödəməkdən ibarətdir. 


1
S
Sığorta  ödəmələri  (insurance  payments)  –  sığorta  hadisələri 
baş  verərkən  hesabat  dövründə  sığortalanma  növləri  üzrə  faktiki 
ödənmiş sığorta ödəmələrinin məbləğini göstərir. Bu göstərici sığorta 
təşkilatlarının  mühasibat  və  statistika  hesabatlarının  tərtib  edilməsi 
metodologiyası əsasında hesablanır. 
Sığorta  ödəmələrindən  daxilolmalar  (receipts  from  insurance 
payments)  –  sığorta  təşkilatlarının  sığortalanma  növləri  –  məcburi 
və  könüllü  sığortalanma  üzrə  bağladığı  müqavilələr  əsasında  faktiki 
daxil  olmuş  haqların  məbləğini  göstərir.  Məcburi  sığortalanma 
vətəndaşların təsərrüfatlarında əmlakın sığortalanmasını, sərnişinlərin 
sığortalanmasını,  tibbi  sığortanı  və  s.  özündə  birləşdirir.  Könüllü 
sığortalanma  şəxsi  sığortanı,  əmlak  sığortasını  və  məsuliyyət 
sığortasını  ifadə  edir.  Şəxsi  sığortaya  bədbəxt  hadisələrdən  həyatın 
sığortalanması və tibbi sığorta aiddir. Bu göstərici sığorta təşkilatlarının 
mühasibat  və  statistika  hesabatlarının  tərtib  edilməsi  metodologiyası 
əsasında hesablanır. 
Sığorta  riski  (insurance  risks)  –  sığorta  hadisəsinin  başvermə 
ehtimalıdır. Sığortalanmış obyektlərin daha çox hissəsinin və ya böyük 
məbləğlə sığortalanmış bir neçə obyektin sığortası bir sığorta hadisəsi 
ilə (məsələn, daşqınlar zamanı) verilə bilər ki, bu da risk çoxluğudur 
və bunun nəticəsində kumulyasiya adlanan böyük məbləğdə zərər baş 
verir. 
Sığorta tarifi (insurance tariffs) – aktual hesablar əsasında hesablanan 
sığorta xidmətinin qiymətidir. Sığorta tarifinin həcmi, bir sıra daxili və 
xarici amillərdən asılı olaraq müxtəlif bazar seqmentlərində sığortanın 
müxtəlif  növləri  üçün  risk  ehtimalının  əsasları  ilə  əlaqədar  statistik 
hesablamalar bazasında sığorta hadisəsinin başvermə tezliyi və sığorta 
maliyyə  hesablamaları  üsullarının  köməyi  ilə  müəyyən  edilir.  Sığorta 
subyektləri  arasında  müqavilə  bağlanan  tarif  dərəcəsi  brutto  dərəcə 
(məbləğ)  adlanır.  O,  netto  dərəcədən  (sığorta  riskinin  qiymətindən) 
və düşən yükdən (ehtiyat fondlarına ayırmalar və mənfəət elementləri 
də  daxil  edilməklə  sığorta  işinin  təşkili  və  həyata  keçirilməsi  üzrə 
sığortaçının xərclərindən) ibarətdir.
Sığorta  təşkilatlarının  gəlirləri  (revenues  of  the  insurance 
companies) – sığorta haqlarını, sığorta ehtiyatlarının qaytarılmasını, 
sığorta  ehtiyatlarının  investisiyalaşdırılmasından  əldə  edilən  gəlirləri 
özündə birləşdirən sığorta təşkilatlarının maliyyə nəticələrini ifadə edir 
və  sığorta  təşkilatlarının  mühasibat  və  statistika  hesabatlarının  tərtib 
edilməsi metodologiyası əsasında hesablanır. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə