LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

11
R
Royalti  (royalty)    neft,  qaz  və  digər  təbii  resursların  mülkiyyət 
sahibi olan dövlətə həmin resursların satışından əldə edilən gəlirdən 
əvvəlcədən  razılaşdırılmış  faiz  miqdarında  ödəmədir.  Azərbaycanın 
ən  iri  karbohidrogen  ehtiyatlarının  istismar  layihəsi  olan  “Əsrin 
kontraktı”nda royalti nəzərdə tutulmayıb.
Rüsumlardan  azadetmə  (duty  exemption)  –  rəsmi  qanunvericiliyə 
əsasən, gömrük rüsumlarından aşağıdakılar azad edilirlər: a) yüklərin, 
baqajın  və  sərnişinlərin  beynəlxalq  daşımalarını  həyata  keçirən 
nəqliyyat  vasitələri,  habelə  onların  yol  boyu,  dayanacaqlararası 
məntəqələrdə normal istismarı üçün lazım olan və ya həmin nəqliyyat 
vasitələrinin  qəzasının  (sınmasının)  nəticələrini  aradan  qaldırmaq 
məqsədilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, 
yanacaq, ərzaq və digər əmlak; b) dənizdə balıq ovlayan Azərbaycan 
Respublikası  gəmilərinin  və  Azərbaycan  Respublikasının  hüquqi 
və  fiziki  şəxsləri  tərəfindən  icarəyə  (fraxta)  götürülmüş  gəmilərin 
fəaliyyətini  təmin  etmək  məqsədilə  Azərbaycan  Respublikasının 
gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, 
yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan 
Respublikasının  gömrük  ərazisinə  gətirilən  vətəgəçilik  məhsulları; 
v)  rəsmi,  yaxud  şəxsi  istifadə  üçün  xarici  ölkələrin  nümayəndələri 
tərəfindən  və  ya   Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilə-
lərinə  və Azərbaycan  Respublikası  qanunvericiliyinə  müvafiq  surətdə 
bu  cür  malları  rüsumsuz  gətirmək  və  rüsumsuz  çıxarmaq  hüququna 
malik olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük 
ərazisinə  gətirilən  və  bu  ərazidən  çıxarılan  mallar;  q)  Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq,  gömrük  sərhədi 
ərazisindən  çıxarılan  Azərbaycan  Respublikasının  valyutası  və  bu 
əraziyə  gətirilən  xarici  valyutalar  (numizmatika  məqsədilə  istifadə 
olunanlardan  başqa),  qiymətli  kağızlar;  ğ)  Azərbaycan  Respublikası 
qanunvericiliyində  nəzərdə  tutulmuş  hallarda  dövlətin  mülkiyyətinə 
keçirilməli  olan  mallar;  d)  qəza  və  dağıntıların,  təbii  fəlakətlərin 
nəticələrinin  aradan  qaldırılması  məqsədilə  və  ya  humanitar  yardım 
kimi  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilən  və  bu 
ərazidən  çıxarılan  mallar,  o  cümlədən  məktəblər,  məktəbəqədər 
müəssisələr və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri; e) texniki 
yardım  da  daxil  olmaqla,  təmənnasız  yardım  və  xeyriyyə  məqsədilə 
dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan 
Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan 
mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən, qrant 
kimi alınan pul və (və ya) digər maddi yardımlar; ə) üçüncü ölkələr üçün 
nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən 
tranzit  rejimi  ilə  gömrük  nəzarəti  altında  keçən  mallar;  j) Azərbaycan 
Respublikasının  Gömrük  Məcəlləsinə  uyğun  olaraq  Azərbaycan 


1
R
Respublikasının  gömrük  ərazisindən  fiziki  şəxslər  tərəfindən  istehsal 
və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün çıxarılan 
mallar;  z)  Azərbaycan  Respublikasının  ərazisinə  qaytarılan  milli 
mədəniyyət sərvətləri; i) yığma komandaların hazırlığı ilə bağlı müvafiq 
icra  hakimiyyəti  orqanı  tərəfindən  ölkəyə  gətirilən  idman  avadanlığı, 
texnikası  və  malları;  k)  kütləvi  informasiya  vasitələri  –  kütləvi 
informasiya  vasitələri  məhsullarının  ixracına,  habelə  fəaliyyətinin 
təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə 
görə; ı) əməkçi miqrantın qazandığı vəsaitin və bu vəsaitlə əldə etdiyi 
əşyaların,  məişət  avadanlıqlarının,  həmçinin  əmək  fəaliyyəti  üçün 
zəruri olan alətlərin, əməkçi miqrant əmək fəaliyyətinə başladıqda və 
əmək fəaliyyəti sona çatdıqda Azərbaycan Respublikasına gətirilməsi 
və Azərbaycan Respublikasından çıxarılmasına görə rüsum ödənilmir.
Rüşvətxorluq  (bribery)  –  əvəzində  nə  isə  etmək  üçün  kiməsə  pul, 
xidmət  təklif  etməkdir.  Rüşvətxorluq  korrupsiyanın  tərifidir.  Rüşvət 
həm  də  mükafat,  bəxşiş,  pay,  susmağa  görə  haqq,  müavinət, 
yığnaq, şirnikləşdirici adlanır. Rüşvət beynəlxalq və milli hüquqa görə 
cinayətdir.  Xarici  rəsmilərin  rüşvətxorluğuna  qarşı  OECD-in  müvafiq 
konvensiyasına uyğun mübarizə aparılır. Rüşvətxorluq, rüşvət vermək, 
amerikan variantı (graft) – graft xüsusilə siyasi gücdən istifadə etməklə 
ləyaqətsiz  pul  əldə  etməkdir.  Graft  –  tərkibində  tamahkarlıq  elementi 
olan siyasi korrupsiyadır.


1
S
S
Sadələşdirilmiş vergi (simplified tax) – rəsmi qanunvericiliyə əsasən, 
Azərbaycan  Respublikasında  ƏDV  məqsədləri  üçün  qeydiyyata 
alınmamış və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatların 
həcmi  22500  manat  və  ondan  az  olan  şəxslər  sadələşdirilmiş  vergi 
ödəyicisi  olmaq  hüququna  malikdirlər.  Belə  vergi  ödəyiciləri  hər  il 
aprel  ayının  20-dən  gec  olmayaraq  vergi  bəyannaməsini  və  ya  bu 
hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları 
vergi orqanına təqdim etməklə seçdiyi metodu təqvim ilinin sonunadək 
tətbiq etməlidirlər. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin 
ödəyicisi ola bilməzlər: aksizli mallar istehsal edən şəxslər; kredit və 
sığorta  təşkilatları,  investisiya  fondları,  qiymətli  kağızlar  bazarının 
peşəkar iştirakçıları, lombardlar; qeyri-dövlət pensiya fondları; əmlakın 
icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər; mülkiyyətindəki 
avtonəqliyyat  vasitələrindən  başqa  digər  əsas  vəsaitlərinin  qalıq 
dəyəri  1.000.000  (bir  milyon)  manatdan  artıq  olan,  lakin  fəaliyyəti 
avtonəqliyyat  vasitələri  ilə  daşımaların  və  mənzil  tikinti  fəaliyyətinin 
həyata keçirilməsindən ibarət olmayan şəxslər. 
Sahibkarlıq  fəaliyyəti  (entrepreneurship  activity)  –  şəxsin  müstəqil 
surətdə  həyata  keçirdiyi,  əsas  məqsədi  əmlak  istifadəsindən, 
malların  təqdim  edilməsindən,  işlər  görülməsindən  və  ya  xidmətlər 
göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir.
Satılmış bank sertifikatları (selling bank certificates) – əhaliyə satılan 
və əhalidən alınan sertifikatların məbləğləri arasındakı fərqdir.
Satışdankənar gəlirlər (out of selling incomes) – digər müəssisələrin 
fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, 
istiqrazlar  və  digər  qiymətli  kağızlardan  əldə  olunan  gəlirlər,  habelə 
mal  və  xidmət  (iş)  istehsalı  və  satışı  ilə  bilavasitə  bağlı  olmayan 
əməliyyatdan  götürülən  digər  gəlirlər,  o  cümlədən  cərimə  və  zərərin 
ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə 
artan  məzənnə  fərqi,  qanunvericiliyə  müvafiq  iddia  müddəti  keçmiş 
kreditor deponent borc məbləğləri.
Seçki  paradoksu  və  ya  Kondorket  paradoksu  (voting  paradox)  – 
səsvermənin  çoxluğu  və  ya  nəticəsi  cəmiyyətin  üstün  seçimləri  ilə 
uyğun gəlməyə bilər, hətta baxmayaraq ki, hər bir fərdin üstün seçimi 
uyğun gəlir.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə