1
S
ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə
aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Müavinətlərin növləri –
aylıq müavinətlər: dövlət qulluqçularına ömürlük müavinət; yaşa görə
müavinət; əlilliyə görə müavinət; 16 yaşadək əlil uşaqlara müavinət;
ailə başçısını itirməyə görə müavinət; müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal,
nəqliyyat və digər xidmətlərə görə müavinət; üç yaşınadək uşağa
qulluğa görə müavinət; müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil
müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına
müavinət; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; bir yaşınadək
uşağı olan aztəminatlı ailələrə müavinət. Birdəfəlik müavinətlər:
radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət; uşağın
anadan olmasına görə müavinət; dəfn üçün müavinət.
Sosial müdafiə xərcləri (social security expenses) – rəsmi
qanunvericiliyə görə, büdcə xərclərinin funksional təsnifləşdirilməsində
tətbiq edilən köməkçi bölmələrdən biridir. Büdcədən əhalinin sosial
müdafiəsinə yönəldilən xərcləri əks etdirir. Belə xərclərə aiddir: uşaqlı
ailələrə dövlət müavinətləri; yaşa, əlilliyə, ailə başçısını itirməyə görə
pensiyalar; sair müavinət və kompensasiyalar; təbii və ya texnogen
qəzaların nəticələrinin aradan qaldırılması iştirakçılarına müavinətlərin
ödənilməsi; işsizliyə görə müavinətlər.
Sosial sığorta stajı (length of social insurance) – əmək pensiyası
hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya
digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına
məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də
müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin
məcmusudur.
Sosial təminatlar (social provisions) – konstitusiyada əksini tapmış
sosial-iqtisadi və sosial-siyasi hüquqların gerçəkləşdirilməsini təmin
edən maddi və yuridik mexanizmlər. Əsas sosial təminatlara əmək,
istirahət, mənzil, təhsil, tibbi yardım hüquqları daxildir. Sosial təminatlar
ayrı-ayrı işçi kateqoriyalarının və onların ailə üzvlərinin, ilk növbədə
qadınlar, gənclər, pensiyaçılar və sosial müdafiəyə daha çox ehtiyacı
olan digər təbəqələr kimi sosial-demoqrafik qrupların əlverişsiz
vəziyyətlərini kompensasiya etməlidir. Sosial təminatlar sistemi üç
əsas yarımsistem strukturdan ibarətdir. Bunlar a) istehsalat (işlə təmin
olunma, sahibkarlıq, mülkiyyət, əməyin mühafizəsi hüquqları və s.);
10
S
b) bölgü (minimum əməkhaqqı, pensiyalar, təqaüdlər, qiymətqoymada
inhisarçılığın ləğv edilməsi, əməyin xarakteri və məzmunu ilə bağlı
imtiyazlar və i.a.); c) istehlak (minimum sosial nemətlər, müavinət,
dotasiya əldə etmək imkanı, xeyriyyə yardımı, reabilitasiya dəstəyi
almaq hüququ və i.a.) prosesində insanın (işçinin, fərdin) təminatıdır.
Dövlət qulluqçuları bütün vətəndaşlar üçün ümumi olan sosial
təminatlardan istifadə edirlər. Lakin onlar üçün spesifik sosial təminatlar
da nəzərdə tutulmuşdur.
Sosial transferlər (social transfers) – ümumi dövlət idarəetmə
orqanlarının (dövlət təşkilatlarının), ev təsərrüfatlarına xidmət edən
qeyri-dövlət və qeyri-kommersiya təşkilatlarının, habelə qeyri-maliyyə
müəssisələri və maliyyə idarələrinin sosial yardım göstərmək və
əhalinin rifah halını yaxşılaşdırmaq məqsədilə ev təsərrüfatlarına
təqdim etdikləri cari transferlərin bir növüdür. Sosial transferlərə
daxildir: 1) dəyər şəklində sosial transferlər; 2) natura şəklində sosial
transferlər.
Sporadik korrupsiya (sporadic corruption) – sistemli korrupsiyanın
əksidir. Qeyri-müntəzəm olaraq baş verdiyindən iqtisadiyyat
və idarəetmənin mexanizmlərinə təhlükə törətmir. Lakin resurs
iqtisadiyyatının prinsiplərini dağıda bilər.
“
Stabilləşdirmə (sabitləşdirmə) siyasəti” (stabilization policy) – sabit
qiymət səviyyəsinin mövcud olduğu şəraitdə istehsal faktorlarından
tam istifadə (bu anlayış nisbi qəbul olunmalıdır) ilə müşayiət olunan
makroiqtisadi tarazlığın bərpa olunmasına və qorunub saxlanmasına
yönəlmiş fəaliyyətdir. Bu siyasətin əsasında makroiqtisadi tarazlığın
dinamik komponenti olan məcmu tələbə təsir göstərmək dayanır. Belə
tənzimlənmə məşğulluq səviyyəsində artıma və qısa müddətə də olsa
tarazlığın bərpasına gətirib çıxara bilər. Stabilləşdirmə siyasətini həyata
keçirərkən məcmu tələbə əsas təsir vasitələri büdcə-vergi və pul-kredit
siyasətləridir.
Stabilləşdirmə Fondu (Stabilization Fund) – müəyyən xammal
məhsullarının qiymətinin qəfil dəyişməsi zamanı dövlət büdcəsini
stabilləşdirən və iqtisadiyyata pul kütləsinin axınına nəzarət imkanı
verən xüsusi fondlar. Bir çox hallarda xammalın (məsələn, neftin)
qiyməti yüksək olduqda artıq vəsait fonda köçürülür. Qiymətlər
düşdükdə isə maliyyənin fonddan büdcəyə axını başlanır.
Stand-by tənzimləməsi (stand-by arrangement) – BVF-in maliyyə
böhranı keçirməkdə olan və ya nə vaxtsa keçirdiyi belə böhranın
nəticələrini tam ortadan qaldıra bilməyən ölkələrə dəstək vermək üçün
Dostları ilə paylaş: |