LüĞƏTİ Müəllif qrupu



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə39/53
tarix14.09.2018
ölçüsü0,85 Mb.
#68592
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

10
M
məhsulа və idхаlа vergilər və məhsulа subsidiyаlаr göstərilir; “istifаdə” 
hissəsində  –  istehlакdа  məhsul  və  хidmətlərin  istifаdəsinin  həcmi 
(аrаlıq və sоn), əsаs və dövriyyə каpitаlının yığımı və iхrаc göstərilir. 
Məxfilik qrifi (secretness label) – məlumat daşıyıcısının özündə və ya 
ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik 
dərəcəsini göstərən rekvizitlərdir.
Məqsədli  büdcə  fondları  (objective-oriented  budget  funds) – 
müxtəlif  səviyyəli  büdcələrin  tərkibində  konkret  tədbirlərin  həyata 
keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaitidir. Məqsədli 
büdcə  fondları  üzrə  daxilolmalar  və  xərclər  büdcələrin  gəlir  və  xərc 
hissələrində ayrıca göstərilir. Bu fondların vəsaiti təyinatı üzrə istifadə 
olunmalıdır  və  onların  başqa  məqsədlər  üçün  xərclənməsinə  yol 
verilmir.  İlin  sonuna  məqsədli  büdcə  fondlarının  hesablarında  olan 
vəsait qalığı növbəti ilin gəlirlərinə daxil edilir.
Məqsədli  vergilər  (earmarked  taxes)  –  vergilər  qaldırılır  və  spesifik 
xərc proqramlarına ayrılır. Bu, tez-tez əlavə büdcə fondları vasitəsilə 
həyata keçirilir.
Mənfəət  nefti  (profit  oil)    hasilatın  pay  bölgüsü  sazişlərinə  görə 
mənfəət nefti – yataqların kəşfiyyat və hasilat işlərinə çəkilən xərclər 
çıxıldıqdan  sonra  mənfəəti  konsorsium-kompaniya  ilə  mülkiyyətçi-
hökumət  arasında  bölünən  neftdir.  Yəni  hasilatın  pay  bölgüsü 
sazişlərinin həyata keçirilməsi ilə bağlı hökumətin payına düşən xam 
neft.
Mənfəət vergisi (profit tax) – vergi ödəyicisinin gəliri (vergidən azad 
edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərci arasındakı fərq onun 
mənfəətidir. Mənfəətdən ödənilən vergiyə mənfəət vergisi deyilir.
Mərkəzi  bank  (central  bank)  –  bank  sisteminin  əsas  tənzimləyici 
bankı  və  ya  son  instansiya  kreditoru.  Bütün  inkişaf  etməkdə  olan  və 
bir çox inkişaf etmiş ölkələr kredit sistemini bəzən hökumətin təlimatı 
ilə,  bəzən  isə  öz  muxtar  səlahiyyətləri  ilə  nəzarət  altında  saxlayan 
mərkəzi  banklara  sahibdirlər.  Mərkəzi  banklar  qısamüddətli  faiz 
dərəcələrini müəyyənləşdirmək səlahiyyətlərinə malikdirlər. Bəzən isə 
onlar monetar siyasət vasitəsilə məcmu tələbə və biznes tsiklinə təsir 
göstərmək  istəyirlər.  Hal-hazırda  mərkəzi  bankların  səlahiyyətlərinin 
hüdudları  və  onların  hökumətlə  münasibətləri  geniş  diskussiya 
mövzusudur.  Məsələn,  bəzi  ölkələrdə  inflyasiya  hədəfini  hökumət, 
buna  uyğun  faiz  dərəcələrini  isə  mərkəzi  banklar  müəyyən  edirlər. 
Eyni zamanda, mərkəzi bankların kommersiya banklarına nəzarət və 
emissiya funksiyalarında da dəyişikliklər baş verir.


10
M
Mərkəzi hakimiyyət (central government) – mərkəzi hakimiyyətin bütün 
idarə və alətləri büdcə və ya əlavə büdcə fondlarından maliyyələşir.
Məsuliyyət (responsibility) – məsuliyyət hüquq və qanuni tələbi təqdim 
edənlə  bu  qanuna  əməl  etməli  olan  qurumlar  arasındakı  əlaqəni 
göstərir. Bütün məsuliyyət mexanizmləri üç prinsipə uyğun idarə edilir:
(a)  “Şəffaflıq”  qərarların  və  onların  icrasının  açıq  və  kifayət  qədər 
informasiyanın  aydın,  yaralı  olmasını  tələb  edir,  ondan  ötrü  ki,  digər 
qurumların və ümumi kütlənin münasib prosedurları izləməsinə imkan 
verilsin;
(b)  “Cavabdehlik”  qərar  qəbul  edən  şəxslərin  qərarlarını  açıq  izah 
etmək  öhdəliyini  bildirir,  buna  görə  onlar  sübut  edir  ki,  qərarları 
münasib, rasional və onların mandatı çərçivəsindədir; 
(c)  “İdarə  oluna  bilmə”  yerində  qərarlara  və  icraya  icazə  verən 
mexanizmlərə  istinad  edir  və  verilmiş  mandat  və  prosedurlara  zidd 
olaraq  qüvvədə  olur  –  tez-tez  yoxlama  və  balansların  və  məcburi 
tətbiqetmə sisteminə istinad edir. Cəzasızlıq məsuliyyətin antonimidir 
və  edilmiş  zərər  üçün  günahın  bölüşdürülməsi  məsuliyyətin  mühüm 
komponentidir. Demokratik məsuliyyət o ideyaya istinad edir ki, siyasi 
gücə  malik  şəxslərin  öz  elektoratının  məsuliyyətini  yerinə  yetirmək 
vəzifəsi  var  –  həm  seçkilər  boyunca,  həm  də  institusional  idarəetmə 
boyunca.
Məşğulluq  (employment)  –  ölkədə  vətəndaşların,  vətəndaşlığı 
olmayan şəxslərin və əcnəbilərin qanunvericiliyə zidd olmayan və bir 
qayda olaraq onlara gəlir gətirən hər hansı fəaliyyətidir. İş qüvvəsinə 
olan tələb və təklifin məcmusundan ibarət əmək bazarı eyni zamanda 
dövlətin  məşğulluq  siyasətinin  təsirinə  məruz  qalmışdır.  Dövlətin 
məşğulluq  siyasətinin  əsas  istiqamətləri:  heç  bir  kriteriya  üzrə  ayrı-
seçkilik  etmədən  vətəndaşlara  əmək  və  məşğulluğu  sərbəst  seçmək 
hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edilməsi, 
vətəndaşların  əmək  və  sahibkarlıq  təşəbbüsünün  müdafiə  edilməsi, 
işçilərin  sosial  müdafiəsinin  təmin  edilməsi,  əlavə  iş  yerləri  açan 
işəgötürənlərin  təşviqi  (həvəsləndirilməsi),  vakansiyalar  haqqında 
operativ informasiya ötürülməsinin təşkili, tripartirmə nail olması və s. 
Milli  banklar  tərəfindən  tədavülə  pul  buraxılışı  və  tədavüldən  pul 
çıxarılışı  (National  Bank’s  money  emission  and  withdrawal)  – 
mərkəzi (milli) bankların kassa tədavülləri əsasında məxariclə mədaxil 
arasındakı fərq kimi hesablanır. 
Milli gəlir (national income) – ölkənin iqtisadi inkişafının ümumiləşdirici 
göstəricilərindən biri olmaqla, il ərzində yeni yaradılan məcmu məhsulun 
pulla ifadəsidir. Bu məcmu məhsul bütün istehsal amillərinin (torpağın, 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə