Luxe Home Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 1929-cu məhəllə, İsmayıl Hidayətzadə küç. 130 Telefon



Yüklə 11,4 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix26.08.2018
ölçüsü11,4 Mb.
#64711
1   ...   5   6   7   8   9   10   11   12   13

42

say 31 | 



EcoVision

20 yaşında  riskləri gözə  almağı  öyrənən 

və  böyük  imperiyasını  quran  sahibkar 

Riçard Brenson gənc sahibkarlara tövsiyə 

edir ki, onlar heç nədən çəkinmədən biz-

neslərini qursunlar və həmin yolda qarşı-

larına çıxa biləcək riskləri nəzərə alsınlar.

Onilliklər boyunca sahibkar Riçard Bren-

son  ruh  yüksəkliyini  qoruyub  saxlamış, 

işinə olan bağlılıq hissini itirməmiş, həm-

çinin  markasını  tanıtma  yolunu  uğurla 

davam etdirmişdir. Bu, öz biznesini gənc 

yaşlarda başlamaq istəyənlər üçün xüsu-

silə ilhamverici bir aura yaradır və onla-

rı  bizneslərinə  başlamaq  istiqamətində 

həvəsləndirir. 

R.Brenson deyir ki, yaxşı ideyaları və fi-

kirləri olan çoxlu insan var. Lakin hamı-

sı öz ideyalarının ardınca gedə və onları 

reallaşdıra  bilmir.  İnsanların  99%-nin 

hər  cür  səbəb  və  bəhanə  gətirərək  on-

lara  ideyalarını  reallaşdırmaqda  əngəl 

olması  buna  səbəb  ola  bilər.  Məsələn, 

bəziləri  “bu,  köhnəlmiş  ideyadır,  bunu 

artıq ediblər, səndə alınmaz”; “bu, yax-

şı  ideya  deyildir  və  ya  sən  insanların 

gözündən  düşərsən,  uğursuzluğa  dü-

çar  olarsan”  və  s.  bəhanələr  gətirərlər. 

“Əslində  isə  sonda  siz  sadəcə  hər  şeyi 

bir  kənara  qoyub  işə  girişməli  və  onu 

etməlisiniz,  ideyanızın  ardınca  onu  re-

allaşdırmağa  doğru  getməlisiniz.  Sadə-

cə  hərəkət  edin,  addım  atın,  bir  yerdə 

dayanmayın, hədəflərinizə çatmaq üçün 

irəliyə  doğru  addımlayın.  Aktiv  olun” 

deyə R.Brenson məsləhət görür.

15 yaşında ikən Riçard məktəbi tərk edib 

öz ilk biznesini açır. Bu, gənc fəallar üçün 

açılan  “Student”  biznes  jurnalının  nəşri 

idi. 4 il sonra, 1970-ci ildə Brenson poçt 

vasitəsilə  səsyazıları  satmağa  başlayır. 

1971-ci  ildə  ilk  səsyazmalar  mağazasını, 

1972-ci ildə isə səsyazma studiyasını açır. 

1973-cü ildə Brenson ilk şəxsi səsyazma-

lar studiyasında bir çox qruplarla çoxsaylı 

müqavilələr bağlamağa başlayır. O zaman 

Brensonun heç 24 yaşı belə yox idi. Onun 

nəhəng “Virgin” biznes imperiyası məhz o 

zamanlar qurulmağa başlamışdı. 

Hazırda “Virgin Group” təxminən 400-dən 

artıq müxtəlifprofilli müəssisəni birləşdirən 

dünyada  tanınmış  bir  korporasiyadır.  Bu 

şirkətlər  qrupuna  əyləncə,  səyahət,  mobil 

sənaye sahələri kimi sahələr daxildir. 

Habelə qeyd edək ki, bütün nəzərə çarpan 

uğurlarına  baxmayaraq,  Brensonun  heç 

də bütün böyük ideyaları uğurlu olmamış-

dır. Məsələn, onun “Virgin Airlines” hava 

yolları  şirkəti  və  “Virgin  Mobile”  şirkəti 

tanınmış flaqman markalar olsa da, “Vir-

gin  Cola”  şirkəti  barədə  eynisini  söyləyə 

bilmərik.  O  da  bir  çox  halda  uğursuzlu-

ğa düçar olmuşdu, lakin bu vəziyyət onu 

ruhdan salmamış, əksinə, Riçard bu səhv-

lər üzərində öyrənib nəticələr çıxarmışdı 

və həmin nəticələr də ona uğura aparan 

qapıları açmağa kömək etmişdi. 

İnsanlar unutmamalıdırlar ki, böyük risk-

lər  həmişə  böyük  addımlar  atmağı  tələb 

edir  və  bəzən  ictimai  uğursuzluqlara  da 

düçar ola bilərsiniz. Lakin vaz keçməməli-

siniz. Məhz Brensonu uğura aparan yol da 

bundan ibarət idi. Onun uğurunun sirri – 

qətiyyətli və əzmkar olmasında idi. O ina-

nır ki, hətta uğursuzluq labüd və qaçılmaz 

görünərsə  belə,  qətiyyət  və  əzmkarlıq 

göstərmək çox vacibdir və məhz bunların 

sayəsində müvəffəqiyyətə çatmaq olar. 

“Əgər  siz  kifayət  qədər  qətiyyətli  və 

əzmkarsınızsa,  …o  zaman  çox  böyük 

ehtimalla  uğur  qazanacaq  və  qoyduğu-

nuz hədəfə çatacaqsınız. Çünki insanlar 

çox  vaxt  düçar  olduqları  uğursuzluq-

lardan  çıxardıqları  nəticələrdən  nəsə 

öyrənə bilir və bu da onlara gələcəkdə 

müvəffəqiyyət  qazanmaq  üçün  keçmiş-

də  etdikləri  səhvləri  bir  daha  təkrar-

lamamağa  imkan  yaradır.  Əgər  heç  bir 

addım atmasanız və ya atmağa qorxsa-

nız,  o  zaman  heç  vaxt  həmin  addımın 

doğru olub-olmadığını bilməyəcəksiniz. 

Buna  görə  addım  atın,  hərəkətə  keçin 

və  heç  bir  halda  vaz  keçməyin.  Burada 

ən  önəmli  və  əsas  məqam  isə,  təbii  ki, 

uğursuzluqlara görə öz niyyətindən vaz 

keçməmək,  görəcəyiniz  işi  təxirə  sal-

mamaq və hər şeyi bir kənara qoyaraq 

sadəcə işə girişib onu həyata keçirmək, 

o cümlədən əzmkar və qətiyyətli olmaq-

dır”, – deyə Brenson bildirmişdir.

kitablar

Riçard Brenson

Hər şeyi kənara qoy! Giriş və et!



43

say 31 | 



EcoVision

“Avtomobil” latın və yunan sözlərindən ibarət olub, "özüyeriyən" 

deməkdir. Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi 

və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdür.

maraqlı

Avtomobilin



yaranma tarixi


44

say 31 | 



EcoVision

maraqlı


İki böyük alimin bu sahədə davamçısı 

sayılan fransız Nikolas Cugnot  1769-cu 

ildə  buxarla  işləyən  ilk  avtomobil  icad 

etmişdir.  Bu  icaddan  bəhrələnən  Ama-

dey  Bolle  1875-ci  ildə  həmin  sistemlə 

işləyən  avtomobillə  Parislə  Le-Manş 

arasındakı  məsafəni  18  saata  qət  etdi. 

Texnika aləmində böyük sensasiya yara-

dan bu hadisə dünya alimlərinin diqqə-

tini avtomobil sənayesinə yönəltdi. Hələ 

1859-cu  ildə  fransalı  mühəndis  Etyen 

Le  Nor  avtomobillər  üçün  nəzərdə  tu-

tulmuş  yeni  tipli  mühərrik  hazırlamış-

dı  və  bu  hadisədən  sonra  onun  alman 

həmkarı Klerk Nikolas həmin mühərriki 

təkmilləşdirərək  (1876)  prinsipcə  onu 

bugünkü formaya saldı.

Avtomobillər  artıq  dünyanın  aparıcı  qüvvələrinin  diqqət 

mərkəzinə çevrilir və gündən-günə təkmilləşdirilirdi.

1886-cı  ildə  alman  mühəndisi  Daymlerin  böyük  zəhməti 

bahasına ilk daxiliyanma mühərrikli avtomobil icad ediləndən 

sonra bu işdə böyük perspektivlər görən alman milyonçusu 

Eminel qızı Mersedesin şərəfinə yeni "özüyeriyən" sifariş ver-

di. İlk “Mersedes”in sürəti 13 km/s-dan artıq deyildi. Az son-

ra həmin firmanın dahilərindən biri olan Benssin sayəsində 

(1909) həmin sürət 102 km/s-a çatdı.




Yüklə 11,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə