Luxe Home Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 1929-cu məhəllə, İsmayıl Hidayətzadə küç. 130 Telefon



Yüklə 11,4 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix26.08.2018
ölçüsü11,4 Mb.
#64711
1   ...   5   6   7   8   9   10   11   12   13

36

say 31 | 



EcoVision

sahibkar


Uğurun düsturu: düzgün 

komanda, düzgün idarəetmə, bir-

birinə inam və son hədəfə çatma

Rubrikamızın qonağı “Improtex Group”un baş direktoru 

Elnur Sultanovdur

Özünüzü necə xarakterizə edərdi-

niz?

E.S. 

Mən  həmişə  komanda  ilə  çalış-

mağa üstünlük vermişəm. Bütün peşəkar 

karyeram boyu insanlarla səmimi müna-

sibət qurmağa çalışmışam. Bu baxımdan 

çalışacağım  insanların  bu  kriteriyaralara 

cavab  verməsini  istəmişəm:  birinci  növ-

bədə  işgüzarlıq,  səmimiyyət,  tələbkarlıq 

və  qarşıya  qoyulan  məqsədlərə  doğru 

getmək  və  nail  olmaq.  Komandada  ça-

lışmaq  bacarığı  olan  insanlara  üstünlük 

vermişəm.  Şübhəsiz  ki,  biznesdə  riskləri 

öncədən görməyi bacarmalısan. Təbii ki, 

riskləri  tam  görmək  mümkün  deyil,  an-

caq  onların  minimallaşması  və  öncədən 

düzgün qiymətləndirilməsi vacibdir. Mən 

uzun  müddət  beynəlxalq  şirkətlərlə  ma-

liyyə  qurumları  sahəsində  çalışmışam. 

Sonradan  dövlət  sektorunda  kifayət  qə-

dər  fəaliyyət  göstərmişəm  və  biznesin 

idarəçilik heyətinə gəlmişəm. 26 illik yol 

keçmiş əfsanəvi “Improtex” şirkətində ça-

lışıram. Ölkənin ilk müstəqillik illərindən 

yaranmış və nəinki öz mövqeyini qoruyub 

saxlamış, hətta daha da irəli getmiş şirkə-

tin inkişafı üçün səy göstərmək bilavasitə 

mənə də nəsib olub.

 

Birlikdə  çalışdığınız  insanlardan 



nələr gözləyirsiniz?

E.S. 

Potensialları  çərçivəsində  özlə-

rinə  qarşı  tələbkar  olmalıdırlar.  Qoyu-

lan  məqsədlərin  və  verilən  tapşırıqların 

davamlı  şəkildə  təqib  olunması  və  əlavə 

səylərin  rəhbərlik  tərəfindən  göstəriş 

olmadan  həyata  keçirilməsi  vacib  şərt-

dir. Mən hesab edirəm ki, əgər komanda 

şəklində güvəndiyin insanlarla çalışırsan-

sa,  hesabatlıq,  rutin  hər  saatlıq,  günlük 

olmamalıdır.  Təbii,  elə  təlimatlar  var  ki, 

konseptual təlimatlardır və onlar alınma-

lıdır, amma elə məsələlər var ki, sən bir az 

praqmatik  düşünürsənsə,  əlavə  təlimat 

almadan yoluna davam edə bilərsən. Ona 

görə  mən  insanlarda  bu  xüsusiyyətləri 

görmək  istərdim.  Əvvəldə  qeyd  etdiyim 

kimi, kollektivdə işləmə bacarığı vacibdir. 

Səhər  evdən  çıxırıq  və    axşama  kimi  bir 

yerdə oluruq, yəni günümüzün yarısından 

çoxunu  birlikdə  keçiririk.  Ailəmizə  daha 

az vaxt həsr eləyirik və iş kollektivi bizim, 

elə  bil,  ikinci  ailəmizdir.  Ətrafında  olan 

insanların  səninlə  birgə  addımlamağa 

istəkləri olmalıdır. Məqsədlər eyni, baxış-

lar  müxtəlif  ola  bilər  və  düşünürəm  ki, 

rəhbərliyin əsas məqsədi bu baxışları bir 



37

say 31 | 



EcoVision

sahibkar


araya gətirməkdir. Şükürlər olsun, “Improtex”də elə bir kollektiv 

yaranıb ki, yuxarıdakı şərtlərə cavab verir və ümid eləyirəm ki, 

gələcəkdə qarşımıza daha böyük məqsədlər qoyub onlara çata-

cağıq. 


Bütün  bunları  nəzərə  alıb  uğurun  düsturunu  verə 

bilərsinizmi?

E.S. 

Uğurun düsturu: düzgün komanda, düzgün idarəetmə və 

bir-birinə inam və ən əsas da son hədəfə çatma. Yenə deyirəm, 

əsas düzgün insanlardı. Yaxşı infrastruktur, tənbəl kadrlar olan-

dan sonra sən uğura nail ola bilməzsən. Bunun alt sütunları çox-

dur, lakin əsasları sadaladıqlarımdır. 



Sizcə, təcrübəsiz kadrla  işləmək rahatdır, yoxsa yetiş-

miş mütəxəssislə?

E.S. 

Vahid bir fikir söyləmək çətindir. Mən təcrübəsiz insan-

larla da çalışmışam və onlar indi kifayət qədər təcrübəyə sahib-

dirlər.  Təcrübəli  insanlarla  da  işləmişəm  və  onlardan  bir  çox 

şeylər öyrənmişəm. Yaxşı menecer öz ətrafına özündən bilikli və 

bacarıqlı insanları yığandır. 



Əsasən  deyirlər  ki,  tənbəl  insanı  işə  cəlb  edirlər  ki, 

tənbəlin çarəsi çox olur.

E.S. 

Bu da mümkündür, lakin mən əsasən insanlarda istəyə 

fikir vermişəm. Qarşımda olan insanın psixoloji portretini özüm-

çün çəkirəm. Mən çox şadam ki, “Improtex”də cavan nəsil çox 

perspektivli  bir  işçi  heyət  yaradıb.  Bura  hər  bir  sahədə  –  mü-

həndislik, idarəetmə, istehsal sahələrində çalışan ixtisaslı fəhlə 

gəncləri aid etmək olar. Onu da qeyd edim ki, “Improtex” şirkəti 

daima yeni iş yerlərinin açılmasında fəaldır. Çox şadam ki, cə-

nab İlham Əliyevin apardığı, mən deyərdim ki, inqilabi islahat-

lar nəticəsində istehsalatın genişlənməsi, qeyri-neft sektorunun 

inkişafı,  yeni  xarici  bazarların  araşdırılması  və  yeni  istehsalat 

bazalarının yaradılması istiqamətində zərrə qədər də olsa “Im-

protex” Şirkətlər Qrupunun töhfəsi var. Qeyd edim ki, 2013-cü 

ildən, Qaradağdakı yük maşını fabriki ilə şirkətimiz xidmət və 

ticarət-biznes  seqmentini,  istehsalatyönümlü  biznesi  hədəf-

ləmişdi.  Zavod  alman  və  fransız  mühəndisləri  tərəfindən  çox 

mükəmməl  qurulmuşdu  və  ən  son  texnologiya  və  avadanlıqla 

təchiz olunmuşdu. Baxmayaraq ki, şirkət 4 ildən azdır fəaliyyət 

göstərir, artıq 2 ildir Azərbaycanın daxilində və getdikcə ölkə-

dən kənarda biznesdə öz yerini tutmuşdu. Bu zavodda ümumi-

likdə 300-ə yaxın insan çalışır. 300 insan 300 ailə və təxminən 

1000-dən çox insan deməkdir. Onlar daimi və ixtisaslı iş yerləri 

ilə təmin olunublar. Qürurla demək istəyirəm, “Improtex” şirkəti 

SOCAR-ın BP ilə birgə keçirdiyi layihədə boru kəmərlərinin qo-

yulmasını öz üzərinə götürmüşdü və bunun öhdəsindən layiqin-

cə gəldi. Bu, bizim üçün böyük təcrübə idi və bu təcrübə daha 

da böyük layihələrə can atmağa əsas verir. Biz “Tekfen” şirkəti 

ilə də əməkdaşlığa başladıq. Həmçinin Vergilər Nazirliyinin bi-

nasının metal konstruksiya işinin görülməsi müsabiqə yolu ilə 

bizə həvalə olundu. Bunlara paralel olaraq, bir çox dövlət və özəl 

binalarda, şirkətlərdə əsasən metal konstruksiya işlərinin bizə 

həvalə olunması və peşəkarlıqla həyata keçirilməsi çox qürur-

Ətrafında olan 

insanların 

səninlə birgə 

addımlamağa 

istəkləri olmalıdır. 



Yüklə 11,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə