38
say 31 |
EcoVision
sahibkar
verici haldır. Sumqayıtda SOCAR tərəfin-
dən tikilən polimer zavodunda da bir çox
işləri bizim şirkət görür. Məşhur, əfsanəvi,
200 ildən çox mövcud olan alman bren-
di MAN şirkətinin partnyoru olmaq bizi
daha məsuliyyətli olmağa məcbur edir.
Yükboşaldıcı kimi yük maşınlarının üst
qurğuları artıq Türkiyə və Avropadan
gətirilmir, bizim şirkət belə qurğuları ar-
tıq özü istehsal edir, buna tələbat var və
zavod tam olaraq bu tələbatı ödəməyə
hazırdır. Yuxarıda saydığım layihələrdə
cəlb olunmuş yük maşınlarının su çənləri
və digər qurğular məhz zavodda istehsal
olunub. Sevindirici haldır ki, ölkəmizdə
ixtisaslaşmış mühəndis qrupu var. May
ayının 31-i Azərbaycanda alman şirkətlə-
rinin iştirakı ilə biznes forumu olmuşdu
və bu tədbir çərçivəsində MAN şirkətinin
nümayəndələri və Almaniya İqtisadiyyat
Texnologiyaları Media nazirinin müavini
cənab Joseph Schier Bakıya səfər etmiş-
dilər. Fürsətdən istifadə edərək onlar bi-
zimlə də görüşüb zavoda baş çəkdilər. Biz
öz istehsalımız olan üst qurğuları təqdim
etdik və onlar çox məmnun qaldıqlarını,
bizim kimi partnyor tapdıqlarına görə çox
şanslı olduqlarını bildirdilər. Biz 20 ildir
ölkəmizdə BMW və 12 ildir MAN şirkəti-
nin rəsmi distribütoruyuq. Bütün bunlar
alman şirkətlərinin Azərbaycana gəlmək
istəklərini gücləndirir. Nümayəndə heyə-
tinin də çalışdığı məqsəd elə bu idi ki, al-
man şirkətləri ilə partnyorluğa motivasi-
ya versinlər. Tədbir, fikrimizcə, çox uğurlu
alındı və təəssüratlar möhtəşəmdi. Bəlkə,
almanlar gözləmədikləri partnyorluğu
gördülər.
“Improtex” şirkəti o qədər irəli gedib ki,
hər sahədə şaxələnib. Pul qazanmaq üçün
“Tracks&Bus” şirkətinə müracəiət etmək
lazımdı. Daha sonra səyahət edb dincələ
bilərsiniz, “Improtex travel”i nəzərdə tu-
turam. Lüks maşın sürmək istəyirsinizsə,
BMW, Mini və ya “Rolls-Royce” markaları-
nı əldə edə bilərsiniz.
Bir az da, sirr deyilsə, gələcək
planlarınızdan danışın.
E.S.
Xeyr, Gülnar xanım, sirr deyil. Biz
ilk növbədə istehsalat seqmentini, zavo-
dumuzun hazır məhsul çeşidini genişlən-
dirmək istəyirik. Yadıma düşmüşkən qeyd
etmək istəyirəm ki, İlham Əliyev Münxenə
səfəri zamanı MAN-ın prezidenti öz istə-
yi ilə onunla görüşdü. Çox maraqlı keçən
görüşdə Prezidentimiz bildirdi ki, istəyi
MAN-ın Azərbaycanda daha geniş təmsil
olunmasıdır. Bu maşınlar əfsanəvi alman
keyfiyyəti ilə qurulub, möhtəşəm aerodi-
namikaya sahibdir. Həmçinin yanacağa
qənaətli və ekoloji baxımdan zərərsizdir.
Azərbaycanda keçirilən siyasi, mədəni və
idman tədbirləri zamanı yüksək rütbəli
qonaqlar məhz yeni gətirilmiş 250 ədəd
MAN avtobuslarında səyahət edirdilər.
“Improtex” hər zaman çalışır ki, MAN
markasının bayrağını dalğalandırsın və
çox şadam ki, bizim xidmətlərdən fayda-
lanan və məmnun qalan insanların sayı
artır. Şübhəsiz ki, İlham Əliyev tədbirdə
MAN-ın fəallığına toxundu və bir sıra çox
mühüm layihələrdə onların məhsulları-
nın işlədilməsindən razı olduğunu bildir-
di. MAN-ı daha da aktiv olmağa çağırdı və
əlindən gələn köməyi əsirgəməyəcəyini
bildirdi. Təbii ki, bu, ölkəmizə və ölkəmi-
zin perspektivinə böyük bir inamdır və
işlərin daha da yaxşı aparılmasına man-
datdır. Bu proqramlar “Improtex”i geniş
bir müstəvidə görməyə imkan yaradacaq.
Ölkə inkişaf etdikcə bizim şirkət də ona
uyğun olaraq inkişaf edir, bu gün biznesə
daha çox önəm verilir və biz biznes sahə-
sində şirkəti inkişaf etdiririk, əgər sabah
ölkəmiz digər bir sahədə inkişafa ehtiyac
duyacaqsa, biz də həmin sahədə inkişafı-
mızı davam etdirəcəyik. Mən çox şadam
ki, “Improtex” 4 sahədə şaxələnib və inki-
şaf edib. Bu yaxınlarda, tədbirlərin birin-
də gələn qonaqlardan biri bildirdi ki, “Im-
protex” 1990-2000-ci illər Bakısının vizit
kartı kimi yadda qalıb və bu, çox qürurveri-
ci haldır. 2014-cü ildə biz “Rolls-Royce”un
açlışını edəndə “Rolls-Royce”un direktoru
söylədi ki, bütün dünyada belə bir füsun-
kar salon mənim yadıma gəlmir. Halbuki
bina özü 1904-1905-ci illərə aid tarixi
bina idi. Qeyd etdi ki, düzgün partnyorun,
məkanın və yanaşmanın seçilməsi biznes-
də uğurun əsasıdır. Ona görə, düşünürəm
ki, biz düzgün yoldayıq və inanıram ki, bu,
davamlı olacaq.
Biznes qurmaq istəyən gənclərə
nə tövsiyə verərdiniz?
E.S.
Baxır sən hansı məqsədlə bu biz-
nesi qurursan. Gəlir məqsədilə qurur-
sansa, bu, ayrı məsələ. Yox, əgər biznesi
inkişaf etdirib tanıtmaq məqsədilə qurur-
sansa və bundan həzz alacaqsansa, bu
biznesdən kifayət qədər pul qazanacaq-
san. Ümumiyyətlə, hansı işlə məşğul olur-
san ol, o işdən həzz almaq şərtdir. Biznesə
başlamazdan öncə həmin biznesin bütün
incəliklərini öyrənməlisən. Təbii ki, ilk
andan bu, çətin məsələdir, ancaq özünə
sual verməlisən ki, bu biznesi tam öyrə-
nib başa çatdıracasan, ya yox, əgər cava-
bın hə olarsa, onda yavaş-yavaş biznesə
başlamaq olar. Ancaq əgər yalnız pul qa-
zanmaq və üzr istəyirəm, başını qatmaq
məqsədilə biznes qurursansa, uğurun
o qədər də real görünməyəcək. Biznes
elədi ki, gərək onunla yaşayasan, inkişaf
edəsən. Gənclərə tövsiyəm budur ki, nə
üçün biznesə başladıqlarını özlərinə sual
verib məntiqli cavab tapsınlar və qoyulan
məqsədləri tam anlasınlar. Məncə, bunlar
olsa, insan yaşından asılı olmayaraq nai-
liyyət əldə edə bilər. Ən əsas da işini sev-
məlisən.