Luxe Home Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 1929-cu məhəllə, İsmayıl Hidayətzadə küç. 130 Telefon



Yüklə 11,4 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix26.08.2018
ölçüsü11,4 Mb.
#64711
1   ...   5   6   7   8   9   10   11   12   13

38

say 31 | 



EcoVision

sahibkar


verici haldır. Sumqayıtda SOCAR tərəfin-

dən tikilən polimer zavodunda da bir çox 

işləri bizim şirkət görür. Məşhur, əfsanəvi, 

200  ildən  çox  mövcud  olan  alman  bren-

di  MAN  şirkətinin  partnyoru  olmaq  bizi 

daha  məsuliyyətli  olmağa  məcbur  edir. 

Yükboşaldıcı  kimi  yük  maşınlarının  üst 

qurğuları  artıq  Türkiyə  və  Avropadan 

gətirilmir, bizim şirkət belə qurğuları ar-

tıq özü istehsal edir, buna tələbat var və 

zavod  tam  olaraq  bu  tələbatı  ödəməyə 

hazırdır.  Yuxarıda  saydığım  layihələrdə 

cəlb olunmuş yük maşınlarının su çənləri 

və digər qurğular məhz zavodda istehsal 

olunub.  Sevindirici  haldır  ki,  ölkəmizdə 

ixtisaslaşmış  mühəndis  qrupu  var.  May 

ayının 31-i Azərbaycanda alman şirkətlə-

rinin  iştirakı  ilə  biznes  forumu  olmuşdu 

və bu tədbir çərçivəsində MAN şirkətinin 

nümayəndələri  və  Almaniya  İqtisadiyyat 

Texnologiyaları  Media  nazirinin  müavini 

cənab  Joseph  Schier  Bakıya  səfər  etmiş-

dilər. Fürsətdən istifadə edərək onlar bi-

zimlə də görüşüb zavoda baş çəkdilər. Biz 

öz istehsalımız olan üst qurğuları təqdim 

etdik və onlar çox məmnun qaldıqlarını, 

bizim kimi partnyor tapdıqlarına görə çox 

şanslı olduqlarını bildirdilər. Biz 20 ildir 

ölkəmizdə BMW və 12 ildir MAN şirkəti-

nin rəsmi distribütoruyuq. Bütün bunlar 

alman  şirkətlərinin  Azərbaycana  gəlmək 

istəklərini gücləndirir. Nümayəndə heyə-

tinin də çalışdığı məqsəd elə bu idi ki, al-

man şirkətləri ilə partnyorluğa motivasi-

ya versinlər. Tədbir, fikrimizcə, çox uğurlu 

alındı və təəssüratlar möhtəşəmdi. Bəlkə, 

almanlar  gözləmədikləri  partnyorluğu 

gördülər. 

“Improtex” şirkəti o qədər irəli gedib ki, 

hər sahədə şaxələnib. Pul qazanmaq üçün 

“Tracks&Bus” şirkətinə müracəiət etmək 

lazımdı. Daha sonra səyahət edb dincələ 

bilərsiniz, “Improtex travel”i nəzərdə tu-

turam. Lüks maşın sürmək istəyirsinizsə, 

BMW, Mini və ya “Rolls-Royce” markaları-

nı əldə edə bilərsiniz. 



Bir  az  da,  sirr  deyilsə,  gələcək 

planlarınızdan danışın.

E.S. 

Xeyr, Gülnar xanım, sirr deyil. Biz 

ilk  növbədə  istehsalat  seqmentini,  zavo-

dumuzun hazır məhsul çeşidini genişlən-

dirmək istəyirik. Yadıma düşmüşkən qeyd 

etmək istəyirəm ki, İlham Əliyev Münxenə 

səfəri zamanı MAN-ın prezidenti öz istə-

yi ilə onunla görüşdü. Çox maraqlı keçən 

görüşdə  Prezidentimiz  bildirdi  ki,  istəyi 

MAN-ın Azərbaycanda daha geniş təmsil 

olunmasıdır. Bu maşınlar əfsanəvi alman 

keyfiyyəti ilə qurulub, möhtəşəm aerodi-

namikaya  sahibdir.  Həmçinin  yanacağa 

qənaətli və ekoloji baxımdan zərərsizdir. 

Azərbaycanda keçirilən siyasi, mədəni və 

idman  tədbirləri  zamanı  yüksək  rütbəli 

qonaqlar  məhz  yeni  gətirilmiş  250  ədəd 

MAN  avtobuslarında  səyahət  edirdilər. 

“Improtex”  hər  zaman  çalışır  ki,  MAN 

markasının  bayrağını  dalğalandırsın  və 

çox şadam ki, bizim xidmətlərdən fayda-

lanan  və  məmnun  qalan  insanların  sayı 

artır.  Şübhəsiz  ki,  İlham  Əliyev  tədbirdə 

MAN-ın fəallığına toxundu və bir sıra çox 

mühüm  layihələrdə  onların  məhsulları-

nın işlədilməsindən razı olduğunu bildir-

di. MAN-ı daha da aktiv olmağa çağırdı və 

əlindən  gələn  köməyi  əsirgəməyəcəyini 

bildirdi. Təbii ki, bu, ölkəmizə və ölkəmi-

zin  perspektivinə  böyük  bir  inamdır  və 

işlərin  daha  da  yaxşı  aparılmasına  man-

datdır.  Bu  proqramlar  “Improtex”i  geniş 

bir müstəvidə görməyə imkan yaradacaq. 

Ölkə  inkişaf  etdikcə  bizim  şirkət  də  ona 

uyğun olaraq inkişaf edir, bu gün biznesə 

daha çox önəm verilir və biz biznes sahə-

sində şirkəti inkişaf etdiririk, əgər sabah 

ölkəmiz digər bir sahədə inkişafa ehtiyac 

duyacaqsa, biz də həmin sahədə inkişafı-

mızı  davam  etdirəcəyik.  Mən  çox  şadam 

ki, “Improtex” 4 sahədə şaxələnib və inki-

şaf edib. Bu yaxınlarda, tədbirlərin birin-

də gələn qonaqlardan biri bildirdi ki, “Im-

protex”  1990-2000-ci  illər  Bakısının  vizit 

kartı kimi yadda qalıb və bu, çox qürurveri-

ci haldır. 2014-cü ildə biz “Rolls-Royce”un 

açlışını edəndə “Rolls-Royce”un direktoru 

söylədi ki, bütün dünyada belə bir füsun-

kar salon mənim yadıma gəlmir. Halbuki 

bina  özü  1904-1905-ci  illərə  aid  tarixi 

bina idi. Qeyd etdi ki, düzgün partnyorun, 

məkanın və yanaşmanın seçilməsi biznes-

də uğurun əsasıdır. Ona görə, düşünürəm 

ki, biz düzgün yoldayıq və inanıram ki, bu, 

davamlı olacaq. 

Biznes  qurmaq  istəyən  gənclərə 

nə tövsiyə verərdiniz?

E.S. 

Baxır sən hansı məqsədlə bu biz-

nesi  qurursan.  Gəlir  məqsədilə  qurur-

sansa,  bu,  ayrı  məsələ.  Yox,  əgər  biznesi 

inkişaf etdirib tanıtmaq məqsədilə qurur-

sansa  və  bundan  həzz  alacaqsansa,  bu 

biznesdən  kifayət  qədər  pul  qazanacaq-

san. Ümumiyyətlə, hansı işlə məşğul olur-

san ol, o işdən həzz almaq şərtdir. Biznesə 

başlamazdan öncə həmin biznesin bütün 

incəliklərini  öyrənməlisən.  Təbii  ki,  ilk 

andan  bu,  çətin  məsələdir,  ancaq  özünə 

sual verməlisən ki, bu biznesi tam öyrə-

nib başa çatdıracasan, ya yox, əgər cava-

bın  hə  olarsa,  onda  yavaş-yavaş  biznesə 

başlamaq olar. Ancaq əgər yalnız pul qa-

zanmaq  və  üzr  istəyirəm,  başını  qatmaq 

məqsədilə  biznes  qurursansa,  uğurun 

o  qədər  də  real  görünməyəcək.  Biznes 

elədi  ki,  gərək  onunla  yaşayasan,  inkişaf 

edəsən.  Gənclərə  tövsiyəm  budur  ki,  nə 

üçün biznesə başladıqlarını özlərinə sual 

verib məntiqli cavab tapsınlar və qoyulan 

məqsədləri tam anlasınlar. Məncə, bunlar 

olsa, insan yaşından asılı olmayaraq nai-

liyyət əldə edə bilər. Ən əsas da işini sev-

məlisən. 



Yüklə 11,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə