Luxe Home Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, 1929-cu məhəllə, İsmayıl Hidayətzadə küç. 130 Telefon



Yüklə 11,4 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix26.08.2018
ölçüsü11,4 Mb.
#64711
1   2   3   4   5   6   7   8   9   ...   13

26

say 31 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda idmanın inkişafi

Qonağımız Azərbaycan Respublikasının Gənclər və İdman 

naziri Azad Rəhimovdur

"Oyunların mahiyyəti İslamın 

dəyərlərini, sevgini, ehtiramı, insanlar 

arasında bərabərliyi, digər millətlərə və 

dinlərə sevgini dünyaya çatdırmaq idi"

Hörmətli  cənab  nazir,  xahiş  edi-

rik    4-cü  İslam  Həmrəyliyi  Oyunları 

haqqında məlumat verəsiniz.

A.R. 

Bildiyiniz  kimi,  4-cü  İslam  Həm-

rəyliyi  Oyunları  12-22  may  tarixlərində 

Bakıda keçirildi və sevindirici məqam on-

dan ibarətdir ki, kifayət qədər ölkə gəldi, 

federasiyaya  üzv  olan  57  ölkədən  54-ü 

qatıldı.  Əslində,  ilkin  mərhələdə  bütün 

ölkələrin  qatılacağı  haqqında  məlumat 

verilmişdi, lakin daha sonra 3 ölkə imtina 

elədi və biz onların verdiyi qərara böyük 

hörmətlə  yanaşırıq,  lakin  onların  Bakı-

ya  gəlmələri  və  oyunda  iştirak  etmələri 

üçün  bütün  hazırlıq  işləri  görülmüşdü. 

Oyunlar, əslində, idman yarışı olsa da, bu 

Oyunların  çox  böyük  mahiyyəti  var  və 

bu mahiyyət İslamın dəyərlərini, sevgini, 

ehtiramı,  insanlar  arasında  bərabərliyi, 

digər millətlərə və dinlərə sevgini Oyun-

lar vasitəsilə dünyaya çatdırmaq idi. Çün-

ki bu gün dünyada İslama qəribə şəkildə 

bir  neqativ  münasibət  var  və  müstəqil-

liyinin 25 ilində olan gənc bir ölkədə bu 

cür  mötəbər  Oyunlar  keçirmək,  sözün 

əsl  mənasında,  böyük  şücaət  və  cəsarət 

idi. Qatılan ölkələrin hər biri çox razı şə-

kildə  Azərbaycandan  getdi.  Bilirsiniz  ki, 

Oyunların  Təşkilat  Komitəsinin  rəhbəri 

Azərbaycanın  birinci  xanımı  və  Birinci 

vitse-prezidenti Mehriban xanım Əliyeva 

idi.  Oyunlara  hazırlıq  prosesi  çox  ciddi 

şəkildə aparılırdı, hər bir məqam, hər bir 

detal  çox  ciddi  şəkildə  izlənilirdi.  Qeyd 

etməliyəm  ki,  “Baku  2015”  Oyunları  ilə 

müqayisədə bu Oyunlara hazırlıq daha tez 

şəkildə baş verdi, çünki o zaman vaxtında 

yoluna qoyulmalı və təhvil verilməli iş id-

man arenaları idi, amma İslam Oyunların-

da yeni idman arenalarına ehtiyac yox idi, 

çünki belə arenalar “Baku 2015” Avropa 

Oyunlarından  bizə  miras  qalmışdı.  Təş-

kilati  işlər  vaxtlı-vaxtında  tamamlandı. 

3000-ə yaxın atlet, 1000-dən artıq rəsmi 

heyət, 1000-dən çox texniki heyət qatıldı 

bu  Oyunlara.  İdmançılar  əsasən  Atletlər 

kəndində  qalırdılar  və  Atletlər  kəndi  də 

bizə  2015-dən  miras  qalmışdır.  Atletlər 

kəndində hər şey çox yüksək şəkildə tə-

min  olunmuşdu.  Oyunlar  İslamla  əlaqəli 

idi,  gələn  idmançıların  böyük  əksəriyyə-

tinin namaz qılanlar olduğu nəzərə alın-

mışdı və həm Atletlər kəndində, həm də 

idman arenalarında onların dua eləmələri 

üçün  hər  bir  şərait  yaradılmışdı.  Yemək 

tamamilə halal idi, buna da xüsusi nəzarət 

var idi. Oyunlardan öncə iclaslar keçirilir-



27

say 31 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda idmanın inkişafi

di və bu iclaslarda hər bir detal – onların 

hava  limanında  qarşılanmasından,  istifa-

də  edəcəkləri  nəqliyyatdan  tutmuş  qala-

caqları məkana qədər hər şey öyrənilirdi 

və son günə çalışıldı ki, heç kim narahat 

və narazı qalmasın. Demək olar ki, Oyun-

lar yüksək səviyyədə başa vuruldu.

 

Demək olar ki, gözləntiləri aldınız?

A.R. 

Bilirsiniz, idmanın incəliyi və özəl-

liyi  ondadır  ki,  bəzən  gözlədiyindən  çox 

alırsan,  bəzən  gözlədiyindən  az  alırsan. 

İdmanda bəzi hallarda proqnozlar özünü 

doğruldur,  bəzi  hallarda  isə  doğrultmur. 

Təbii,  nəzərə  alsaq  ki,  idmançılarımız 

Avropa Oyunlarında çox yüksək və yaxşı 

nəticələr göstərdilər, nəzərə alsaq ki, Rio 

Olimpiadasından  idmançılarımız  rekord 

sayda  –  18  medalla  qayıtdılar  vətənə, 

proqnozlar onu göstərirdi ki, İslam Oyun-

larında  da  kifayət  qədər  çox  medal  əldə 

edəcəyik.  Biz  İslam  ölkələri  arasında  bi-

rinci,  Avropa  ölkələri  arasında  onluqda, 

MDB ölkələri arasında isə üçlükdə olmu-

şuq. Bütün bunlar nəticələrin yaxşı olaca-

ğını proqnozlaşdırmağa əsas verirdi, lakin 

nəticələr, təbii ki, gözlədiyimizdən də yük-

sək oldu.

 

Bu da onu göstərir ki, ölkəmizdə id-

man yüksək səviyyədə inkişaf edir. 

A.R. 

İdmanın  inkişafı  göz  önündədir. 

Azərbaycan Prezidenti cənab İlham Əliyev 

bağlanış mərasimində belə bir fikir işlətdi 

ki, siyasi arenada ölkə öz gücünü göstər-

mək üçün müəyyən addımlar atmalı olur. 

Bizim ən böyük rəqibimiz Türkiyə idi, on-



28

say 31 | 



EcoVision

ƏSAS MÖVZU: Azərbaycanda idmanın inkişafi

lar  kifayət  qədər  güclü  komanda  ilə  gəl-

mişdilər. Yarış zamanı da cədvəldə bizim 

idmançılarla yerlərini dəyişirdilər, amma 

sonda medal əyarına görə bizim koman-

da qalib oldu. Lakin onlar bir çox idman 

növlərində  idmançılarımızın  bir  nömrəli 

rəqibləri idilər. 



İndiyə  kimi  keçirilən  idman  tur-

nirlərindən  hansını  ən  mötəbər  he-

sab etmək olar?

A.R. 

Heç bir beynəlxalq turniri bir-birin-

dən ayırmaq olmaz. Hər birinin özünə görə 

nüfuzu,  ölkə  tanıtımında  rolu  var.  Avropa 

Oyunları  isə  ilk  dəfə  keçirilirdi  və  Avropa 

miqyasında  tanıtımda  rol  oynayıb.  İslam 

Oyunlarının 50-dən artıq ölkədə yayımlan-

ması, milyard yarım insanın izlədiyi Oyun-

lar  isə  bütün  dünyaya  bir  mesaj  idi.  “For-

mula  1”in  izləyiciləri  tam  başqadır.  Onlar 

tamamilə fərqli ab-havanı sevən insanlardır.

 

Bu cür mötəbər tədbirdə təhlükə-



sizlik  belə  yüksək  səviyyədə  necə 

saxlanıldı?

A.R. 

Hər bir ölkə belə nüfuzlu yarışlar 

keçirməzdən  öncə  beynəlxalq  federasi-

yalar  qarşısında  təqdimatlar  keçirir  və 

müəyyən öhdəliklər götürür. Təhlükəsiz-

lik  hər zaman  ən öndə gedir, çünki  əgər 

gələn idmançı özünü təhlükəsiz və rahat 

hiss  etməyəcəksə,  o  yarışın  nüfuzundan 

danışmağın yeri yoxdur. İndi kompüter və 

İT dünyasıdır, ölkəyə gələn hər bir adam 

saytlara  daxil  olaraq  ölkə  haqqında  mə-

lumatları və rəyləri oxuyur. Əgər təhlükə-

sizliklə bağlı hər hansı bir mənfi hala rast 

gəlirsə, o insanda ölkə haqqında neqativ 

fikirlər formalaşır və bunlar onun ölkəyə 

gəlməsinə mane olur. Amma çox şükürlər 

olsun ki, ölkəmizdəki yarışlarda təhlükə-

sizliklə bağlı heç bir problem yaranmayıb. 

Beynəlxalq  həcmli  tədbirlər  zəncirvarı 

olaraq müxtəlif dövlət qurumları ilə birgə 

işlənir və bu birliyin nəticəsidir ki, ölkə-

mizi  tərk  edən  qonaqlar  hər  zaman  iki 

məsələyə aid şərh bildirirlər – təşkilati və 

təhlükəsizlik məsələlərinin yüksək səviy-

yədə olmasına.

2017-ci  ilin  ikinci  yarısı  üçün 

idmançılara  nələr  vəd  etmək  olar, 

necə xarakterizə etmək olar?

A.R. 

2017-də bizdə hələ qabaqda ya-

rışlar var, “Formula 1” bizi gözləyir, eyni 

zamanda  Voleybol  üzrə  Avropa  çempi-

onatının  final  mərhələləri  Bakıda  keçi-

riləcək,  Ümumdünya  Skautlar  Hərəkatı 

Bakıda  keçiriləcək,  bu  da  çox  böyük  və 

mötəbər bir tədbirdir. Ümumiyyətlə, hər 

ilin  sonunda  idmanın  xarakterizəsi  olur, 

mən deyərdim ki, bu il də fərəhverici və 

qürurverici bir il olacaq.

Bəs  yaradılmış  bu  təcrübələr  yaxın 

perspektiv üçün nələr vəd edir?

A.R. 

Əslində, hər layihə, hər tədbir bir 

təcrübədir. Əgər Avropa Oyunlarında per-

sonalın  haradasa  60  faizi  əcnəbilər  idisə, 

İslam  Oyunlarında  90  faiz  yerli  mütəxəs-

sislər çalışırdı. 2000 nəfərdən 1600-ü yer-

li  əməkdaşlar,  400-ü  isə  16  ölkədən  olan 

əcnəbilərdi. Bu, artıq yetişmiş bir nəsildi, 

bundan  sonra  gələcək  yarışlarda  bizim 

hazır kadrlarımız olacaq. Bununla bərabər, 

əgər Avropa Oyunlarında könüllülərlə ça-

lışanların çoxu əcnəbilər idisə, indi könül-

lülərlə Avropa Oyunlarında könüllü olmuş 

bir  sıra  yerli  gənclərimiz  çalışırdı.  Bu  da 

kadr  potensialının  inkişafı  deməkdir.  Və 

təbii ki, Avropa Oyunlarından qalan infra-

struktur bu gün əhalinin xidmətindədir. Bu 

il İslam Oyunları üçün heç bir yeni idman 

arenası  tikilmədi  və  heç  bir  yeni  idman 

arenası üçün əlavə maliyyə vəsaiti xərclən-

mədi. Bunların hər biri, təbii ki, mirasdı.

Könüllülərin  seçimində  Sizin  də 

əlaqəniz  var,  yoxsa  komitələr  özləri 

seçirdilər?

A.R. 

Yox,  bu,  birbaşa  İslam  Həmrəyliyi 

Oyunlarının Əməliyyat Komitəsi tərəfindən 

aparılırdı.  Könüllülər  bu  Oyunların  keçiril-

məsində çox böyük və müstəsna rol oynadı-

lar. Artıq noyabr ayından veb-saytda və sosi-

al şəbəkələrdə könüllülərin seçimi ilə bağlı 

elan verildi. Proqnozlar yanvar ayına qədər 

idi, biz düşünürdük ki, yanvar ayına qədər 

bizə 12 min könüllü bəs edəcək, amma elə 

oldu ki, dekabr ayı sona çatmamış təxminən 

12500 nəfər saytda könüllü formasını dol-

durdu və biz ay yarım öncədən bu prosesi 

dayandırmalı  olduq.  Əməliyyat  Komitəsi 

qərar  vermişdi  ki,  könüllülərin  seçimi  son 

mərhələyə  saxlanılmasın,  könüllü  sənədi 

təqdim  edən  gün  ADBTİA  Universitetinin 

ofislərində müsahibəyə çağırılsın. Müsahibə 

təxminən  15  dəqiqə  çəkirdi.  8000  könüllü 

lazım idi, onlar iki hissəyə bölünmüşdülər, 

əməliyyat  könüllüləri  və  mərasim  könül-

lüləri.  Əməliyyat  könüllülərinin  sayı  6500 

nəfər idi, mərasim könüllüləri isə sırf açılış 

və bağlanış mərasimlərinə cavabdeh idilər. 

Onlara daha sonra təlimlər başlandı, onlara 

din bilgiləri, ölkə və İslam Oyunları ilə bağlı 

məlumatlar verildi. Sonra onlara e-mail va-

sitəsilə rollar təklif olundu və hər bir gənc öz 

istəyinə görə məkan seçdi. Daha sonra onla-

ra məkan təlimləri keçirildi ki, hansı sahədə 

çalışacaqlarsa, həmin sahəni mükəmməl bil-

sinlər. Gördüyünüz kimi, ölkəmizdə yüksək 

səviyyədə bir könüllü hərəkatı var. Onlarla 

hər zaman əlaqə saxlanılır. Onların zəhməti 

böyükdür, müstəsnadır. Yadınızdadırsa, Av-

ropa Oyunlarında da İlham Əliyevin və Meh-

riban Əliyevanın sərəncamı ilə könüllülərə 

xüsusi sertifikatlar təqdim olundu.



Bizə  zaman  ayırdığınız  üçün  çox 

təşəkkür edirəm.


Yüklə 11,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə