M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
~ 117 ~ 
axtarılması  və  qəbulu;  bir-birindən  asılı  olmayan  proseslərin  real 
vaxt  rejimində  paralel  yerinə  yetirilməsi;  müxtəlif  kateqoriyalı 
istifadəçilər  üçün  intellektual  interfeys;  biliklərə  əsaslanan 
intellektual  (ekspert)  sistemlərin  texnologiyaları  ilə  ənənəvi 
proqramlaşdırma texnologiyalarının uzlaşdırılması. 
G2 sisteminin əsas komponentləri kimi BB-dən əlavə verilənlər 
bazasını  (VB),  qərar  qəbul  etmə  maşınını,  modelləşdirmə  və 
planlaşdırma alt sistemlərini göstərmək olar. 
G2  dinamiki  proseslərin    monitorinqi,  diaqnostikası, 
optimallaşdırlması, planlaşdırılması və idarə olunması üçün real vaxt 
rejimində  fəaliyyət  göstərən  ekspert  sistemlərinin  qurulması  və 
dəstəklənməsi üçün yaradılmş qrafiki, obyekt –yönümlü baza sistemi 
idi.  Bu  baza  sistemi  əsasında  sistem    analitiklərinə  oriyentasiya 
olunmuş Re Think  İM-i  işlənmişdir ki,  onun vasitəsi ilə proseslərin 
qrafiki    təsvirlərini    piktoqramlar  şəkilində,  ardıcılıqla  yerinə 
yetirilən,  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  əsas  məsələləri  təsvir 
etmək  mümkün  olurdu.  Re  Think  mühiti  aktiv    qrafika  əsasında 
(arxitektura,  müştəri-server)  modelin  fəaliyyətini    vizuallaşdıraraq, 
son  nəticədə  modelin  sistemin  təşkilatı  idarə  olunmasının  işçi 
versiyasına çevirirdi. 
RE Think sistemin əsas üstün cəhəti  onun proqramçılara deyil, 
sistem 
analitiklərinə 
oriyentasiya 
olunmasıdır. 
Bu 
isə  
eksperimentatorlardan  modelləşdirilən  obyekt  haqqında    biliklərdən 
başqa,  komputer  elmləri  sahəsində  yüksək  səviyyəli  biliklərə  malik 
olmağı tələb edir. 
Süni  intellekt  üsullarına  əsaslanan  İM-dən  biri  də  geniş  tətbiq 
sahəsi  tapmış  PДO  («Ресурсы-Действия-Операции»-«Resurslar-
Fəaliyyətlər-Əməliyyatlar»)  İM  mühitidir.  РДО  İM  mühiti  Bauman 
adına  Moskva  Dövlət  Texniki  Universitetinin  “İstehsalın 
avtomatlaşdırılmasının 
kompüter 
sistemləri” 
kafedrasında 
işlənmişdir  [7].  РДО-un  yaradılmasının  əsas  səbəbi  və  məqsədi 
aşağıdakılardır:  modelləşdirilən  sistemlərin  siniflərinin  müxtəlifliyi 
ilə  əlaqədar  İM-in  universallığına  qoyulan  tələbatlar;  modellərin 
modifikasiya  olunmasının  asanlığı;  idarəolunan  obyektlə  birlikdə 


 
 
~ 118 ~ 
mürəkkəb 
idarəetmə 
sistemlərinin 
də 
modelləşdirilməsi; 
idarəetmənin  real  vaxt  rejimində  İM-dən  istifadə  olunması  və  s. 
Göstərilənlər  müxtəlif  təyinatlı  mürəkkəb  xarakterli  istehsalların 
sistemli analizini və idarə olunmasının təşkilini təmin edir. 
РДО- metodda mürəkkəb sistemin modeli verilənlər və biliklər 
bazaları  ilə  təchiz  olunmuş  dinamiki  produksiya  sistemi  kimi  təsvir 
olunur.  РДО  –da  konkret  mürəkkəb  sistem  resursların  və 
əməliyatların  ifadələrinin  formalizə  olunaraq  göstərilən  bazalara 
daxil edilməsi ilə həyata keçirilir. 
Mürəkkəb sistemlərin imitasiyası üçün onun haqqında biliklərin 
təsviri  üçün  obyekt-yanaşma  üsulundan  istifadə  olunur.  əksəriyyət 
obyektlərə xas olan aşağıdakı sinifləri göstərmək olar: real obyektlər 
(port, zavod, avtomobil və s.); insanın, avadanlıqların bir hissəsinin, 
təşkilatın  rolları  (sazlayıcı,  işçi,  detalların  anbarın  qovşaqlarında 
yerləşdirilməsi və s.); insidentlər- baş vermiş hər hansı bir hadisənin 
abstrakt təsviri (müştərinin gəlməsi, detalın anbara yerləşdirilməsi və 
s.);  qarşılıqlı  əlaqə-müxtəlif  obyektlər  arasındakı  münasibətlərdən 
yaranan  obyektlər  (istilik  trasslarının  birləşməsi,  küçələrin 
yolayırıcıları  və  s.);  spesifikasiyalar-qaydalar,  standartlar  və 
keyfiyyət meyarlarının təsviri üçün istifadə olunur (texnoloji proses, 
növbələrin xarakteristikaları və s.). 
Yaradılan  obyektlərin  mənbələri  kimi  aşağıdakıları  göstərmək 
olar:  struktur-tərkiblərin  qarşılıqlı  əlaqəsi  və  nomenklaturalar;  digər 
sistemlər  –tətbiqi  sahənin  qarşılıqlı  əlaqədə  olduğu  xarici  sistemlər; 
qurğular-tətbiqi  sahədə  istifadə  olunan  qurğular;  yadda  saxlanılan 
hadisələr-keçmiş  hadisələr,  əgər  onlardan    sonrakı  proseslərdə 
istifadə  olunacaqsa;  istifadəçilərin  prosesdəki  rolları;  obyektlərin 
fiziki  yerləşdiyi  məkan;  təşkilatlar  –istifadəçilərin  daxil  olduğu 
qruplar. 
Konseptual səviyyədə mürəkkəb sistem öz aralarında qarşılıqlı 
əlaqədə  olan  müxtəlif  resurslar  çoxluğu  kimi  təsvir  olunur.  Resurs 
dedikdə  mürəkkəb  sistemin  hər  hansı  bir  elementi  nəzərdə  tutulur. 
Qoyulmuş  məsələlərdən  asılı  olaraq  sistemin  işlənilən  hissəsinə 
resurs kimi baxmaq olar. Məsələn, anbar kompleksini təsvir etdikdə 


 
 
~ 119 ~ 
anbarın  stellajları  ayrı-ayrı  nəqliyyat  robortları,  anbarlaşdırmaya 
sifarişlər və s. resurslardır. Əgər anbarlar şəbəkəsi modelləşdirilirsə, 
onda resurs kimi bütün anbar onun daxili hissələri nəzərə alınmadan 
təsvir edilir.  
 Umumiyyətlə  PДO-metodda  əsas  resurslar  kimi  insan, 
avadanlıq, nəqliyyat sistemi, insan qrupları, detal partiyaları, anbarlar 
və  b.  mövcud  fiziki  obyektlər  nəzərdə  tutulur.  Mürəkkəb  sistemin 
spesifik  xüsusiyyətlərini  nəzərə  almaqla,  PДO-  metodda  digər 
resurslar da əlavə oluna bilər. Onu da qeyd edək ki, resurslar sabit və 
dəyişən (müvəqqəti) ola bilər.  
Resurslar  öz  aralarında  məlum  qanunauyğunluqlarla  qarşılıqlı 
əlaqədə olurlar. Bu proses müxtəlif fəaliyyətlərlə yerinə yetirilir. Hər 
bir  fəaliyyət    mürəkkəb  sistemin  vəziyyətini  dəyişdirir  ki,  buna  da 
hadisə deyilir. Hadisələrə misal olaraq detalın emalının başlanmasını, 
gəminin porta gəlməsini və s. göstərmək olar.   
Bütün  hadisələr  requlyar  və  qeyri  requlyar  olurlar.  Requlyar 
hadisələr resursların fəaliyyətləri ilə baş verir.  
Qeyri  requlyar  hadisələr  stoxastik  xarakter  daşıyır  və  idarə 
sistemi  tərəfindən  əvvəlcədən                      planlaşdırıla  bilmir.  Odur  ki, 
qeyri requlyar hadisələr requlyar hadisələrin sinxronizasiyasını poza 
bilər  və  obyektin  normal  fəaliyyətinin    normal  başa  çatmasını 
mümkünsüzləşdirər. 
Qeyd edək ki, İM-in intellektual vasitələrinin işlənməsi, G2, Re 
Think,  Arena,  PДO  və  b.  intellektual  sistemlər,  modellərin 
yaradılmasında  müəyyən  hissə  məsələlərin  həllini  yerinə  yetirsə  də 
bu istiqamətdə çoxlu sayda həllini tələb edən problemlər mövcud idi. 
Bu  problemlərin    həlli  istiqamətində  uğurlu  yanaşma  kimi  Bauman 
adına  MDTU-da  işlənmiş  RAO-studio  proqram    kompleksini 
göstərmək  olar.  RAO-studio  PДO  dilində  İM-in  işlənməsi  və 
sazlanması  üçün  yaradılmışdır.  Onun  əsas  məqsədi  PДO  dilində 
modellərin  mətnlərinin  işlənməsi  vasitələrinin,  eyni  zamanda 
imitasiya  eksperimentlərinin  aparılması  və  nəticələrinin  emalı 
vasitələrinin yaradılmasıdır [23]. 
RAO – studio dörd əsas moduldan ibarətdir:  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə