M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
~ 114 ~ 
CİNEMA 
animasiya 
sisteminin 
proqram 
təminatı 
təkmilləşdirilərək 
Systems 
Modelling 
Corporation 
(ABŞ) 
kompaniyası tərəfindən yaradılan Arena imitasiya modelləşdirilməsi 
sistemində  istifadə  olunmuşdur.  1993-cü  ildə  yaradılmış  Arena-nın 
birinci  versiyası  obyektə oriyentasiyalı interfeyslə təmin  olunmaqla, 
müxtəlif  predmet  sahələrinə  adaptasiya  olmaq  imkanlarını  özündə 
əks etdiridi. Belə ki, sistem istifadə olunmaq nöqteyi-nəzərindən sadə 
olmaqla proqram kodlarının yazılmasını tələb etmirdi. 
İM-in  nəticələrini  təsvir  etmək  üçün  Arena  İM-i  sistemində 
CİNEMA  animasiya  sistemi  bazasında  təkmilləşdirilmiş  proqram 
məhsullarından  istifadə  olunurdu.  Arena  İM-i  sisteminin  interfeysi 
verilənlərlə, eyni zamanda elektron cədvəlləri, verilənlər bazaları və 
digər informasiya sistemləri ilə əlaqədə işləməyə imkan verir. 
Arena  İM-i  sistemində  modelləşdirmə  prosesi  aşağıdakı 
ardıcıllıqla  təşkil  olunur:  istifadəçi  Arena-nın  vizual  redaktoru  ilə 
ardıcıl  addımlarla  modeli  qurur;  SİMAN  İM-si  dilində  sistem  tələb 
olunan alt modelləri generasiya edir və sonrakı mərhələdə CİNEMA 
animatoru  avtomatik  olaraq  işə  başlayır.İM-in  axırıncı  versiyası 
Arena 9.0-da Windows  mühitinin interfeys imkanları ilə Arena İM-i 
sisteminə  xas  olan  modellərin  ierarxiyalı  qurulma  prinsiplərinin 
birləşməsi  hesabına,  ardıcıl  olaraq  real  obyektlərin  modellərinə 
yaxınlaşan modelləri tədqiq etmək olur. 
Arena  İM  sistemi  aşağıdakı  əsas  proqram  paketlərindən  təşkil 
olunur:  iki  ölçülü  qrafik  redaktor;  üç  ğlçülü  qrafik  redaktor  (3D 
player  paketləri);  zaman,  şablon  və  cədvəllər  redaktoru;  qrafik 
xammallar  və  simvollar  kitabxanaları  redaktoru;  qrafik  xammalar 
kitabxanası ilə əlaqə və s. 
Qeyd  edək  ki,  göstərilən  üstün  xüsusiyyətlərlə  bərabər,  Arena 
İM-i  onu  öyrənmək  və  istifadə  etmək  üçün  ehtimal  nəzəriyyəsi, 
riyazi  statistika,  KXS-ri  və  Petri  şəbəkələri  üzrə  dolğun  biliklərə 
malik olmağı tələb edir. 
 
 
 


 
 
~ 115 ~ 
4.3. 
Problem-yönümlü 
imitasiya 
modelləşdirilməsi 
sistemlərinin yaradılmasında süni intellekt üsullarının istifadəsi 
 
Keçən  əsrin  60-cı  illərindən  başlayaraq  texniki  sistemlərin 
layihələndirilməsinin  bütün  mərhələlərində  komputer  texnikasının, 
informasiya  texnologiyalarının  geniş  istifadəsi  ilə  layihə 
prosedurlarının  avtomatlaşdırılması  konsepsiyası  yeni  bir  istiqamət 
kimi  inkişaf  etməyə  başladı.  Məlum  olduğu  kimi  layihələndirmə 
mərhələlərinin müddətlərinin avtomatlaşdırma vasitələrindən istifadə 
etməklə  qısaldılması  layihələndirilən  obyektin  istismarda  olma 
müddətini artırır və layihənin iqtisadi səmərəliliyini yüksəldir. 
   Qeyd  edək  ki,  layihələndirilən  obyektlərin  mürəkkəblik 
dərəcəsindən  asılı  olaraq,  onların  layihələndirmə  mərhələlərində 
istifadə  olunan  üsullara,  avtomatlaşdırma  vasitələrinə  qoyulan 
tələbatlar  da  dəyişməyə  başladı.  Bu  istiqamətdə,  xüsusən  
sistemotexniki  layihələndirmə  mərhələsində  (eskiz,  texniki  və  işçi 
layihələndirmə  mərhələləri)  komputer    modelləşdirilməsindən 
istifadə 
olunması, 
yəni 
mürəkkəb 
sistemlərin 
imitasiya 
modelləşdirilməsi    və  nəticələrin  animasiya  üsulları  ilə 
eksperimentlərinin təşkili xüsusi əhəmiyyət kəsb etməyə başladı. 
   İM-in 
ənənəvi 
sistemləri 
kompüterin 
universal 
proqramlaşdırma  dillərindən  (Paskal,  C
++
,  Delphi  və.s)  istifadə 
etməklə  yaradılırdı  və  sonrakı  mərhələlərdə  İM-in  xüsusiləşdirilmiş 
dillərinin yaradılması ilə inkişaf etdi: Arena, GPSS, SIMAN, SLAM, 
SIMULA  və.s.  İM-in  növbəti  mərhələlərdə  inkişafı  problem-
yönümlü  modelləşdirmə  sistemlərinin  yaradılmasıdır.  [7]-də 
göstərildiyi  kimi  universal  proqramlaşdırma  dillərindən  istifadə 
etməklə  yaradılan  İM-i  konkret  məsələnin  həllinə,  xüsusiləşdirilmiş 
İM  dilləri  proseslərin  modelləşdirilməsinə  oriyentasiya  olunmuşdur. 
Növbəti  İM  mərhələləri  isə  problem-yönümlü  modelləşdirmə 
sistemlərinin yaradılması və istifadəsinə oriyentasiya olunmuşdur. 
   Son  vaxtlar  süni  intellekt  üsullarına  və  yeni  informasiya 
texnologiyalarına  əsaslanan  İM-lər  daha  aktualdır  və  vacib 
əhəmiyyət kəsb edir. 


 
 
~ 116 ~ 
   Odur  ki,  yeni  nəsil  İM-in    qurulma  prinsipləri,  funksional 
imkanları  və  tətbiq  sahələrinin  müqayisəli  analizi  məsələlərinə 
baxaq. 
   Real  vaxt  rejimində  fəaliyyət  göstərən  dinamiki  intellektual 
sistemlərin  yaradılması  üçün  alət  vasitələrinin  inkişafı  1985-ci  ildə 
Lisp  Machine  İnc.  firması  tərəfindən  simvollarla  işləyən  komputer 
üçün  Picon  sisteminin  işlənməsi  ilə  başlanmışdır  [7].  Bu  ideyanın 
inkişafı  nəticəsində  1988-ci  ildə  G2  sistemi  yaradıldı  və  onun 
müxtəlif versiyaları geniş istifadə olunmağa başlandı. 
   Çoxfunksiyalı  G2  intellektual  sisteminin  İM  istiqamətində 
inkişafı Re Think alət vasitələrinin  yaradılması ilə əlaqədardır. Belə 
ki, bu sistem prosesləri modelləşdirmək üçün güclü imkanlara malik 
olan  interaktiv  qrafika  vasitələri  ilə  təchiz  olunmuşdur.  Onun 
müxtəlif  versiyaları  işlənmişdir  ki,  onlar  qeyri  professional 
ekspertlərin  real  vaxt  rejimində  eksperimentlərini  təşkil  etməyə 
imkan verir. 
   Re  Think  sistemi  müştəri-server  arxitekturası  ilə  fəaliyyət 
göstərir  və  üç  əsas  obyektlə  xarakterizə  olunur:  işçi  obyektlər 
(sifarişlər,  xammallar,  informasiya  paketləri);  proseslər  (işçi 
obyektlərin  emal  olunduğu  bloklar,  məs.  sifarişlərə  xidmət,  detalın 
hazırlanması və.s); resurslar (insanlar, maşınlar, dəzgahlar və.s).  
    Re  Tnink  sisteminin  əsas  üstünlüyü  onun  müxtəlif  dərəcəli 
detallaşdırmaya  malik  olan  proseslərin  ierarxik  modellərinin 
yaradılmasına imkan verməsidir. 
    Qeyd  etdiyimiz  kimi  Re  Think  alət  vasitələrinin  yaradıması 
çoxfunksiyalı G2 intellektual sisteminin aktiv inkişafına  təkan verdi. 
     G2 alət kompleksi biliklər bazasından (BB) istifadə etməklə 
real vaxt rejimində prosesləri modelləşdirmək üçün obyekt–yönümlü 
inteqrasiyalı mühitdir. G2–də mürəkkəb proqramların işlənməsi üçün 
yüksək  səmərəlilikli  texnologiyalardan  istifadə  olunur:  obyekt-
yönümlü  proqramlaşdırma;  müştəri-server  və  açıq  sistemlər;  aktiv 
obeykt  qrafikası;  strukturlaşdırılmış  təbii  dil  və    informasiyaları 
təsvir  etmək  üçün  gipermətnlər;  produksiya  qaydalarına, 
prosedurlara,  dinamiki  (imitasiya)  modellər  əsasında  qərarın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə