M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
~ 120 ~ 
PДO  –  Model  (Modul  yeni  modelləri  yaradır,  mövcud 
modelləri istifadəçiyə təqdim edir və cari modelləri arxivə daxil edir. 
Onun vasitəsi ilə yaradılmış və ya mövcud modellər işə salınır və ya 
fəaliyyətləri  dayandırılır.  Bu  model  mövcud  modellər  və  imitatorla 
aktiv şəkildə qarşılıqlı əlaqədə fəaliyyət göstərir); 
PДO 
-Traker 
İM-in 
modelləşdirilməsi 
prosesində 
informasiyaların  emalını  və  onların  əsasında  qrafiklərin  qurulmasını 
həyata keçirir. Əsas etibarı ilə bilavasitə imitatorla (PДO -Simulator) 
qarşılıqlı əlaqədə fəaliyyət göstərir;  
RDO-Frame-  bu  modul  animasiya  kadrlarının  şəkilləriin 
çəkilməsi  və  onların  yerdəyişmələrini  yerinə  yetirir.  Eyni  zamanda 
işləyən İM ilə istifadəçi arasında əks əlaqənin yaradılması da PДO -
Frame modulu ilə həyata keçirilir;  
PДO  -Editor  modelin  mətnlərinin  redaktəsi  ilə  fəaliyyət 
göstərən  mətn  redaktorudur  və  eksperimentatora  oriyentasiya 
olunmuşdur. 
  RAO-Studio  üç  modelləşdirmə  rejimindən  hər  hansı  birində 
fəaliyyət göstərir. 
  Modelləşdirilən  sistemin  maksimal  məhsuldarlığı  rejimi-
NoShow.  Bu  rejimdə  animasiyanın,  qrafik  və  trassirovkanın  ekrana 
çıxışına  məhdudiyyət  qoyulur,  ancaq  trassirovka  haqqında 
informasiyalar toplanır. 
  Animasiya  rejimi-Animation.  Əgər  modeldə  animasiya 
kadrları varsa, onların ekrana çıxarılması bu rejimdə yerinə yetirilir. 
Bu  halda  real  vaxt  rejimində  qrafiklərin  qurulması,  trassirovka 
verilənlərinə müdaxilə əməliyyatları da yerinə yetirilə bilər. 
  Monitor-pauza  rejimi.  Bu  halda  modelləşdirmə  prosesi 
dayandırılır. Prosesin davam etdirilməsi üçün digər iki rejimdən hər 
hansı birini seçmək kifayətdir. 
  Göründüyü  kimi  RAO-Studio  proqram  vasitəsi  predmet 
sahəsi  üzrə  mütəxəssisə  imkan  verir  ki,  nisbətən  asanlıqla  müxtəlif 
təyinatlı İM-ni yaratsın və eksperimentlərlə tədqiq etsin. Bu sistemin 
əsas  məqsədi  proqramlaşdırma  deyil,  istifadəçi  tərəfindən  sistemə 
modelləşdirilən  obyektin  elementləri  və  onlarda  baş  verən  proseslər 


 
 
~ 121 ~ 
barədə  öz  biliklərini  formalaşdıraraq  daxil  edilməsi  və 
eksperimentlərin təşkilidir. 
 
4.4. 
Diskret 
xarakterli 
mürəkkəb 
sistemlərin 
kompüteryönümlü texnologiyalarla analitik modelləşdirilməsi 
 
İM-in  səmərələliliyinin  yüksəldilməsi,  onun  layihələndirilməsi  
mərhələlərindəki  yarana  biləcək  çoxlu  sayda  səhvlərin  növbəti 
mərhələlərə  tiraj  olunmasının  qarşısını  almaq  məqsədi  ilə,  sistemin 
struktur  analizini  yerinə  yetirən  və  mürəkkəb  sistemləri  funksional 
diaqramlar  və  yerinə  yetirilən  işlərin  ardıcıllıqları  diaqramları  ilə 
təsvir  edən  sistemlərin  kompüteryönlü  texnologiyalarla  işlənməsi 
(CASE) texnologiyaları mühüm əhəmiyyət kəsb edir [7]. 
Mürəkkəb  sistemin  modelinin  qurulması  onda  baş  verən 
proseslərin  yazılışından  başlanır.  Hər  bir  proses  nisbətən  sadə 
elementlər  çoxluğundan  –fəaliyyətlərdən  təşkil  olunur.  Mürəkkəb 
sistemlərdə 
fəaliyyətlər 
ümumi, 
adətən 
məhdudlaşdırılmış 
resurslardan  istifadə  etməklə  paralel,  asinxron  və  kombinəedilmiş 
rejimlərdə  özlərini  göstərirlər.  Odur  ki,  İM-i  yaradanlar  mürəkkəb 
sistemin  proseslərini  və  onların  tərkib  hissələri  olan  fəaliyyətləri, 
eyni  zamanda  digər  layihə  edənlərlə  informaiya  mübadilələrini 
ümumi  dildə  yerinə  yetirməyi  mükəmməl  bilməlidir.  Bu  məqsədlə 
fəaliyyətlərin  təsviri  və  onların  qarşılıqlı  əlaqələrinin  təyini 
diaqramları  metodologiyası  işlənməlidir.  Diaqramların  qurulması 
mürəkkəb  sistem  haqqında  biliklərin  formalizə  olunması  üçün 
köməkçi addım hesab olunur və layihənin bütün iştirakçıları arasında 
sıx əlaqə yaratmaqla modelləşdirmənin ilkin mərhələlərində müxtəlif 
səhvlərin aşkarlanıb aradan qaldırılmasını təmin edir. 
  Bu  funksiyaları  CASE-texnologiyaları  (Computer  Aided 
System  Engenceriq)  ilə  səmərəli  yerinə  yetirmək  olar.  Bu 
texnologiyalardan  realizə  olunma  həcminə  görə  daha  çox  istifadə 
olunan  sistemlərin  struktur  analizi  və  layihələndirilməsi  texnika  və 
vasitələri  (Struktural  Analisys  and  Desiqn  Technique)  SADT- 
texnologiyalarıdır.  SADT-  texnologiyaları  içərisində  də  daha  geniş 


 
 
~ 122 ~ 
yayılmışı  spesifikasiyaların  inteqral  yazılışı  metodu  (İnteqrated 
Computer-Aided  Definition  Method)  İDEF-  texnologiyaları  hesab 
olunur ki, onun da müxtəlif təyinatlı versiyaları mövcuddur: İDEFO- 
funksional  modelləşdirmə;  İDEF1-  informasiya  modelləşdirməsi; 
İDEF3- proseslərin vəziyyəti və iş ardıcıllıqlarının yazılışı metodu və 
s. 
  SADT  –  texnologiyalarının  geniş  yayılmasının  əsas  səbəbi 
onun material, informasiya, finans və idarəçilik axınlarını və təşkilatı 
strukturlarını kompleks şəkildə təsvirinə oriyentasiya olunmasıdır. 
  İDEF  struktur  metodlara  əsaslanır  ki,  bu  halda  predmet 
sahəsinin yazılışı üçün struktur sxemlər tipli qrafiki dillərdən istifadə 
olunur. 
  İDEFO  sistemin  funksional  modelini  yaratmaq  üçün  istifadə 
olunur.  Dekompozisiya  olunan  fəaliyyətlərin  və  verilənlərin  yazılışı 
üçün  funksional  və  informasiya  modelləri  istifadə  edilir.  Adətən 
İDEF  metodunda  arxitektura  termini  işlədilir  ki,  bu  da  mürəkkəb 
sistemin tam yazılışını təmin edən müxtəlif tip modellərdən istifadə 
edir:  funksional,  informasiya  və  dinamiki.  Bu  nöqteyi-nəzərdən 
İDEFO-funksional,  İDEF1-informasiya,  İDEF2  isə  proseslərin 
vəziyyəti və görülən işlərin axınlarını modelləşdırmək üçün səmərəli 
hesab olunur. 
  Göründüyü  kimi,  CASE-  texnologiyaları  obyektin  statik 
şəkildə  təsvirini  və  tədqiqini  yerinə  yetirir  (obyektin  funksiyaları, 
tərkibi  və  informasiya  axınlarını).  CASE-  texnologiyalarının 
göstərilən  çatışmamazlığını  aradan  qaldırmaq  üçün  İDEF/CPN 
proqram  paketi  yaradılmışdır.  Bu  proqram  paketi  rəngli  Petri 
şəbəkələri (Coloured Petri Nets) texnologiyaları və digər metodların 
istifadəsi ilə yaradılmışdır. Çatışmayan cəhəti odur ki, Petri şəbəkəsi 
nəzəriyyəsinin  həllini  tapmayan  və  yaxud  çətin  realizə  olunan 
çatışmamazlıqları bu texnologiyada öz əksini tapır, o cümlədən: real  
sistem  üçün  Petri  şəbəkəsinin  yaradılması  və  analizinin 
mürəkkəbliyi,  analiz  prosesinə  İDEF-  texnologiyasından  əlavə  daha 
bir  süni  sxemin  əlavə  olunması;  qərar  qəbul  etmə  və  məntiqi 
idarəetmə proseslərinin modelləşdirilməsinin mürəkkəbliyi və s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə