81
Mədəniyyət.AZ / 9 • 2016
müəyyən
yiyəlik halda, üçüncü növ təyini söz birləşmələrinin isə
müəyyən yiyəlik halda olması ilə bağlıdır.
Bu növ birləşmələrin tərəfl əri müxtəlif nitq hissələri ilə ifadələnə
bilir: isimlər, substantivləşmiş sifətlər, saylar, feli sifətlər, məsdərlər,
əvəzliklər; məsələn: cavanların arzusu, qapının dəstəyi, gülənin üzü,
oxumağın nəticəsi, mənim kitabım və s. Nümunələrdə birinci tərəfl ər
substantivləşmiş sifət, isim, feili sifət, məsdər, əvəzliklə, “uşaqların
biri, gülməyin faydası, otaqların hündürü” və s. nümunələrdə isə
ikinci
tərəf say, isim, sifətlə ifadə olunmuşdur.
Üçüncü növ təyini söz birləşmələrinin tərəfl
əri şəxsə və
kəmiyyətə görə uzlaşır; məsələn: sizin kitabınız, mənim çantam və
s. Lakin üçüncü şəxsin cəmində kəmiyyətə görə uzlaşmaya da bilir;
məsələn: uşaqların də əri, quşların səsi, adamların beşi və s.
Birinci tərəfi şəxs əvəzlikləri ilə ifadə olunan üçüncü növ təyini
söz birləşmələrinin ikinci tərəfində birinci və ikinci şəxsin cəminin
uzlaşması zamanı bəzən norma pozuntusu baş verir; məsələn: “si-
zin kitabınız” əvəzinə bəzən “sizin kitab”, “bizim kitabımız” əvəzinə isə
“bizim kitab” deyirik. Bu hadisə, əsasən, danışıqda və bədii əsərlərdə
özünü göstərir və getdikcə yazıya da sirayət edir. Dildə həmişə yün-
güllüyü, sadəliyi əsas götürdükdə belə dəyişmələr normal sayıla
bilər.
Fikrimizcə, bu oxşarlığı ikinci növ təyini söz birləşmələri ilə də
müqayisə etmək olar. Yəni ikinci növ təyini söz birləşmələrinin bi-
rinci tərəfi qeyri-müəyyən halda olduğundan mücərrədlik, ümumilik
xüsusiyyəti daşıyırsa, üçüncü növ təyini söz birləşmələri də şəxsə və
kəmiyyətə görə uzlaşma olmadan ifadə edildikdə müəyyən dərəcədə
ümumilik, mücərrədlik xüsusiyyəti yaranır. Diqqət etdikdə hər iki növ
təyini birləşmələr də isimlərlə bağlı olur. “Dağ havası”, “bizim ev”
nümunələrində bunu görə bilirik. Belə ki, birinci nümunənin birinci
və ikinci nümunənin ikinci tərəfi isimlə işlənmişdir.
N.Qazıyeva “Azərbaycan ədəbi dili normalarının formalaşmasın-
da dialektlərin rolu” kitabında dialektlərdə, danışıq dilində üçüncü
növ təyini söz birləşmələrində sintaktik norma pozuntularının olma-
sını göstərmiş və fikrini aşağıdakı nümunələrlə əsaslandırmışdır:
“rəhmətlik oğlu –
rəhmətliyin oğlu, məktəblilər həyatında –
məktəblilərin həyatında”
(6, s. 121). Nümunələrdən də göründüyü
kimi, norma pozuntuları şifahi nitqdə və dialektlərdə baş verir. Lakin
bu pozuntu intonasiya hesabına o qədər də nəzərə çarpmır.
Üçüncü növ təyini söz birləşmələrinin tərəfl əri həm eyni zaman-
da, həm də ayrılıqda cəmlənə bilir; məsələn: uşağın kitabları – uşaq-
ların kitabları və s. Üçüncü növ təyini söz birləşmələrinin arasına söz
girə bilir. Bu əlavələr birinci tərəfə deyil, ikinci tərəfə aid olub onun
izahına xidmət edir; məsələn: qızın gözəlliyi – qızın gözqamaşdıran
gözəlliyi və s.
Üçüncü növ təyini söz birləşmələrinin tərəfl əri aralarında-
kı əlaqələrlə birlikdə cümlənin bir üzvü kimi çıxış edərək müxtəlif
cümlə üzvü vəzifəsində işlənə bilir; məsələn: “kitabın qalınlığı
səni qorxutmasın”, “də ərin birinci səhifəsini yazma” və s. Verilən
nümunələrin birincisində üçüncü növ təyini söz birləşməsi cümlənin
mübtədası, ikinci nümunədə isə tamamlıq yerində çıxış etmişdir.
81
Mədəniyyət.AZ / 9 • 2016
Ədə biy yat:
1. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, ADU, 1959
2. Müasir Azərbaycan dili. Sintaksis. IV hissə. Bakı,
Şərq-Qərb, 2007
3. G.Abdullayeva. Müasir Azərbaycan dili. Bakı, Elm və təhsil, 2013
4. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1990
5. Q.Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Nurlan, 2000
6. N.Qazıyeva. Azərbaycan ədəbi dilinin formalaşmasında dialektlərin rolu. Bakı, Təhsil, 2003
7. Y.Seyidov. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı, 1966
Summary
In the article, information about word combinations and the
syntactical rules between their components are given. Moreover,
the similarities and diff erences between the word combinations
and word, sentence has been depicted. Detailed information abo-
ut the syntactic rules in the history of our linguistic has been pre-
sented. Additionally, taking into account the fact that language
is literary language is always ongoing development,
constantly
using of this issues and being on agenda could be necessary.
Key words: syntactical norm, syntactical relation, the first kind
defining word combination, the second kind defining word com-
bination, the third kind defining word combination.
Резюме
В статье дается информация о синтактических нормах, имеющихся
между словосочетаниями и их компонентами. В том числе пока-
заны сходства и различия, имеющиеся между словосочетаниями
и словами, предложениями. В истории языковедения нашли свое
отражение огромное количество сведений о синтактических нор-
мах словосочетаний. Наряду с этим, с
учетом постоянного развития
сложного языка и литературного языка, важно постоянное приме-
нение и оставление в повестке дня этих вопросов.
Ключевые слова: синтактическая норма, синтактическая связь,
определительные словосочетания первого вида, определитель-
ные словосочетания второго вида, определительные словосочета-
ния третьего вида.
82
Mədəniyyət.AZ / 9 • 2016
Ə
məkdar incəsənət xadimi Əyyub Hüseynovun bədii irsində
əksər janrlar yer alsa da, bu rəngarənglikdə mənzərə
xüsusi yer tutur. Həmin zənginlikdə
bədii keyfiyyətin
özünəməxsus bədii-estetik dəyər daşıması da göz önündədir.
Rəssamın mənzərələri həm də coğrafiyasının genişliyinə görə diqqət
çəkir. Belə ki, müəllifin mənzərə janrlı əsərlərində göz açdığı Naxçı-
vanla yanaşı, sonralar fəaliyyət göstərdiyi Bakının, respublikamızın
rayonlarının (Şamaxı, Kəlbəcər, Gəncə, eləcə də vaxtaşırı yaradıcılıq
ezamiyyətlərində olduğu xarici ölkələrin (İtaliya, Rumıniya, Avstriya,
Çexoslovakiya, Macarıstan, Gürcüstan, Rusiya və s.) şəhər və təbiət
motivləri yer tutur.
Qeyd etmək lazımdır ki, doğma yurdun gözəlliyini özündə əks
etdirən mənzərələrin insanların estetik tərbiyəsində və vətənpərvərlik
ruhunun yüksəlməsində aşkar rolunu dəyərləndirən Əyyub Hüsey-
novun bu janrda çəkdiyi əsərlərdə yüksək sənətkarlıq nümunəsi
sərgilədiyi qabarıq görünməkdədir. Onun əsərlərini bədii tutumuna
və obyektə özünəməxsus və yeni baxışına
görə Azərbaycan mənzərə
janrına layiqli töhfə saymaq olar.
Qənaətimizcə, o özündən bir qədər yaşlı olan həmkarı Səttar
Bəhlulzadənin (1909–1974) mənzərəyə olan münasibətində
müşahidələrinə – obyektə daha yaradıcı yanaşmanın bu jan-
rı əvvəlkilərdən fərqli bir mövqeyə çıxara biləcəyinə inandığından
çox tezliklə, 1930–40-cı illərdə ərsəyə gətirdiyi əsərlərdəki bədii
şərhdən uzaqlaşmağa başladı. Əslində, bu, yaxşı hal idi ki, əvvəlcə
S.Bəhlulzadə, sonra isə Ə.Hüseynov mənzərə janrının qarşısında du-
ran yeni vəzifələri dərindən başa düşüb Azərbaycan rəssamlığında
kölgədə qalan bu sahəni öncüllər sırasına çıxarmağa nail oldular. II
Dünya savaşından sonra təsviri sənətimizdə yaradılan bir çox süjetli
tablolara onların təsirini gücləndirəcək mənzərə elementinin daxil
edilməsi də bu janrın əhəmiyyətinin gücləndiyini təsdiqləyən fakt-
dır. M.Abdullayev, T.Salahov və digərlərinin süjetli kompozisiyalarını
məhz vurğuladığımız tutumlu mənzərələrsiz
təsəvvürə gətirmək,
sadəcə, çətindir
(1, səh. 8).
Əyyub Hüseynov yaradıcılığının bir xüsusiyyəti də bəzi motivlər
istisna olmaqla, əsasən, gəzib gördüyü yerlərdə rastlaşdığı və çox-
larına cəlbedici-ekzotik görünməyən təbiət və şəhər təsvirlərini
Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun
yaradıcılığında mənzərə janrı
Elnur Hüseynov,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı
E-mail:
elnur65@rambler.ru