M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə19/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   15   16   17   18   19   20   21   22   ...   184
muhazire FELSEFEyeni

Benedikt (Barrux) Spinoza da Dekart kimi fəlsəfəni şərtsiz doğru başlanğıc mövqe əsasında qurmağa cəhd edirdi. O, doğruluğun və ciddi sübutun nümunəsini həndəsədə, onun aksiomalarında və dürüst deduktiv nəzəriyyədə görürdü. Ona görə də Spinoza öz başlıca əsəri olan “Etika“nı həndəsi metodlar əsasında şərh etmişdir.

Spinoza öyrədirdi ki, yalnız bir substansiya - təbiət möv­cud­dur, o özü-özünün səbəbidir, yəni öz mövcudluğu üçün heç bir şeyə möhtac deyildir. Bu müddəa Spinozanın ma­te­ria­liziminin və ateateizminin əsasında dayanır.

Spinozaya görə, insan canlı məxluqdur, onun cismanilik modusları – bədəni təfəkkür moduslarına – ruhuna uyğun gəlir. Biz insana necə baxmağımızdan (nə isə bədəni və ya ruhu olan varlıq kimi) asılı olmayaraq o, təbiətin bir hissəsidir. İnsanın psixologiyası, onun ehtirasları və arzuları təbiətin digər hadisələri kimi idrakın predmetidir.

Spinozanın fəlsəfəsinin əsası – fərdin substansiyaya, fərdi olanın ən ümumi olana münasibətidir.

Spinozanın etikası ilə onun sosial-siyasi baxışları sıx bağlıdır. Bu baxışlar “Teoloji siyasi traktat” əsərində öz əksini tapmışdır.

Hobbs və Lokk kimi Spinoza da cəmiyyətin təbii vəziyyətindən çıxış edir. Onun fikrincə, bu dövrdə əql yox təbiət qanunları hökümranlıq edir. Bu qanun ona aparır ki, hər bir adam yalnız öz şəxsi mənafeyini güdür və öz tələbatlarını ödəməklə kifayətlənir. Hobbs kimi Spinozaya görə də bu vəziyyət elədir ki, insan–insan üçün canavardır. Cəmiyyət və dövlət ona görə yaranır ki, adamlar öz təhlükəsizliklərini, eyni zamanda qarşılıqlı köməyi təmin edə bilsinlər.

Spinoza demokratiyanın tərəfdarıdır. O, hər bir vətəndaşın dövlətin idarəçiliyində iştirak etdiyi dövlət formasını ən yaxşı forma hesab edir. Hobbs dövlətdə yalnız bir azadlığın – fikir azadlığının mümkünlüyünü qəbul edirdi. Spinoza isə fikir, vicdan və söz azadlığının zəruriliyini göstərir. Dövlət dininin və kilsəsinin qurulmasını tamamilə artıq bir şey hesab edir. Hökümət tam dini azadlığı təmin etməlidir və hər cür dini məzhəb və kilsənin mövcudluğuna icazə verməlidir, ancaq onların fəaliyyətinə nəzarət etməlidir ki, onlar öz tərəfdarlarını başqa məhzəbə qulluq edənlərə qarşı qaldırmasın, onların fanatizmi qızışdırmaqlarına imkan verməməlidir. Spinozanbu müdəalarının bizim dövrümüzə necə uyğun gəlməsini qeyd etmək vacibdir.

Spinozaya görə, dövlət şəxsi mülkiyyətin toxunulmazlığını təmin etməlidir, hər bir kommersiya fəaliyyətinə zəmanət verilməlidir, eyni zamanda maarifçiliyin yayılmasına kömək etməlidir. Spinozanı dövlət yox, daha çox insan problemi narahat edirdi. İnsan problemi onun təliminin mərkəzində dayanırdı və onun sistemi – fəlsəfi məsələlərin insanın xoşbəxtliyi problelimi ətrafında cəmləş­di­ril­məsinin klassik nümunəsidir. İnsanın azadlığını əsaslan­dırmaq və ona nail olmağın yollarını göstərmək – onun təliminin məqsədidir.

Görkəmli alman alimi, təbiətşünası və riyaziyyatçısı, hüquqşünası və arxeoloqu, iqtisadçısı və siyasətçisi, tarixçi və filosofu Qotfrid Vilhelm Leybnits bir çox alman alimlərinə böyük təsir göstərən fəlsəfi – idealist sistem yaratmışdır. O, yeni tip alim idi. XVII əsrin ortalarında biliklərin artması prosesinin daha da sürətlənməsinin başlanğıcını qoyanlardan biri idi. F.Bekondan fərqli olaraq o, yalnız elmi tədqiqatın yeni metodlarının carçısı deyil, həm də metod rolu oynayan metodlar və hesablamalar yaratmışdır. O, yalnız yeni-yeni kəşflər haqqında və alimlərin kollektiv işini təşkil etmək haqqındakı arzularla yaşamaqla kifayətlənmədi, həm də özü bu arzuları həyata keçirdi, elmi akademiya və cəmiyyətin təşkilatçısı oldu.

Leybenitsin fəlsəfəsində ən canlı və sabit onun metodudur. Özünün orjinal metodunun köməyi ilə o, elmdə əhəmiyyətli nəticələrə nail olmuşdur. Leybnits rasionalist idi. Onda idrakın dialektikası və şeylərin dialektikası vahid planda birləşirdi.

Leybinitsə görə, idrak “ya qaranlıq, ya da aydın ola bilər. Qaranlıq idraka aşağı bacarıq vasitəsiylə nail olmaq olar, burada yaranan anlayış təqdim olunan predmeti tanımaq üçün kifayətdir deyildir. Əksinə, aydın idrak bu məqsəd üçün kifayətdir. Aydın idrak öz növbəsində qarışıq və aydın idraka bölünür. Aydın qarışıq idrak vasitəsiylə biz predmeti tanıyırıq, onu başqalarından fərqləndiririk, onun xassələrini hiss edirik, lakin onları ayrı-ayrılıqda saya bilmirik, bu vaxt yaranan anlayışları əlamətlərinə görə “düzə” bilmirik. Leybnitsə görə idrakın bu sahəsinə estetik baxışlar, bədii sahələr aiddir. Aydın idraka isə yalnız intelektin köməyi ilə çatmaq olur və bu idrak predmetlərin xassələrinə, bir sıra predmetlər üçün ümumi olan əlamətlərinə, onların fərqlərinə və başqa cəhətlərinə baxmaq üçün bizə imkan verir. Mahiyyətcə isə bu – məntiqi idrak sahəsi, elm və fəlsəfə sahəsidir.

Filosof belə hesab edir ki, hər bir şey substansiyadır və buna görə də substansiyaların sayı sonsuzdur. Hər bir substansiya və ya qüvvə “vahid” varlıq və ya “monad”dır (qədim yunan sözü olub, təkcə, vacib, sadə mahiyyət deməkdir). Monada maddi deyil, mənəvi vahid varlıqdır, bir növ mənəvi atomdur. Hər bir ayrıca monada həm ruh, həm də bədəndir. Leybnits təsdiq edirdi ki, say monadanın passivliyinin xarici ifadəsidir, onun məhdudluğudur. Lakin passivlik monadanın yalnız törəmə anıdır, ilk keyfiyyət isə - müstəqilliyi, öz – fəaliyyətidir. Monadaların sayəsində ma­teriya əbədi özünü – hərəkət qabiliyyətinə malikdir. Leybnits monadanı Kainatın “canlı güzgüsü” adlandırır.

Leybnits inkişaf səviyyəsinə görə üç növ monadanı fərqləndirir. Aşağı forma və ya aşağı səviyyəli monadalar “qavrayışla” xarakterizə olunur (qavrayışın passiv qabiliyyəti). Ali səviyyəli monadalar duymaq qabiliyyətinə və ona əsaslanaraq aydın təsəvvürə malikdirlər. Leybnits bu monadaları ruh monadaları kimi müəyyən edir. Daha yüksək səviyyəli inkişaf etmiş monadalar appersepsiyaya (ilkin təsəvvürlərə və ya təcrübəyə əsaslanan qavrayış) malikdirlər. Leybnits onları ruhların monadaları kimi müəyyən edir, Leybnitsə görə ruhun qarışıq “qavrayışı” özündə Kainatın bütün sonsuzluğunu birləşdirir. Ruhun özündə monadadakı kimi harmonik yetkin dünya, “qarışıq dərk olunan harmoniya “ biləşir. Harmoniya məsələsi Leybnitsin fəlsəfəsində mühüm məsələlərdən biridir. O, bütün monadalar aləminin nə isə daxili bir qaydasıdır və monadaların təcrid olunmasını dəf edən prinsip kimi özünü göstərir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə