331
logizmlәşmişdir. Onu әslindә qoşan-cümlәdәn qopub ayrılmış bir
“semantik parselyatikləşmə hadisəsi” kimi dә qiymәtlәndirmәk olar. İkin-
ci cümlәnin başında işlәnilәn ‘bunu’ әvәzliyi isә sintaktik bütövün öncәki
cümlәdә deyilәnә işarә edәn altgöndәrimli vә konkretlәşdirici aktual üzvü-
dür.
4. Qәribәdi, bu dәfә heç bir atmaca,
zarafat olmadı. Elә bil sözlә-
şiblәr. Əksinә, hamısı, Arifin özü dә mәnә nәsә qəribə bir… baxışla baxır-
dılar, gözlәrindә istilik vardı…
‘Qəribə’ sözü burada sintaktik bütövün tәkrar olunan mәtnqurucu
üzvü yerindә özünü göstәrir. Birinci cümlәdә hәmin söz subordinativ-
obyekt mәnalı mürәkkәb cümlәnin transformasiyaya uğramış әsas kompo-
nenti yerindәdir vә ya münasibәt bildirәn ara söz kimi dә qiymәtlәndirilә
bilәr. Ücüncü komponentdә isә ‘qәribә’ sözü cümlәnin tәyini yerindә
işlәnilir.
İkinci hissә iki sintaktik bütövdәn vә ya mikromәtndәn ibarәtdir.
Bu parçada vә mәtnin buna oxşar digәr parçalarında yazıçının baş verәn
hadisәlәrә әsәrin baş qәhrәmanının dili ilә ifadә olunan konkret bir
münsibәt bildirilir. Bәzәn bu münasibәt әsәrdә şeirlәrlә dә ifadә olunur.
2. Qeyd: Mən bunu nə zamansa deməliyəm, indi deyirəm. Şeir
yazmaq çox asandır mənim üçün. Qafiyəni bildinsə, ritmi tutdunsa
dalı asandır. Məktəbin yubileyinə də şeiri artıq yazmışdım. Bu yay ilk
dəfə xəstəxanada yatası oldum, boş vaxt çox idi, müayinələr gündə bir
saat, saat yarım vaxt aparırdı, sonra boş vaxt nə qədər istəyirsən.
Sərin, amma balaca palatada tək idim, gün ərzində yanımda
həmişə adam olurdu, anam və atam, qohum-qardaş. Amma axşama
yaxın tək qalırdım. Belə tək qaldığım axşamların birində necə oldusa
məktəb özü özünü mənim yadıma saldı, başladım nə başladım, misra
misranın dalınca gəldi, bəzən məndən qaçıb gizlәndi, gedib tapıb qula-
ğından tutub saldım “dördlüy”ün içinə, pəncərəyə vurulan bu dörd
dəmir milin hər biri kimi cağbacağ dayandılar bir-birinin yanında,
ortalarından ancaq balaca bir quş uçub keçə bilərdi, o da xəstəxana
həyətindəki ağacın budağında idi, haradan gəlib düşəcəkdi o çәlimsiz
quşcuğaz xəstəxananın bu balaca palatasına?! (Abdulla 2005: 19-21).
Sözügedәn mәtndә yer tutan birinci mikromәtn iki sintaktik
bütövdәn tәşkil olunur.
2.1.1.Qeyd: Mən bunu nə zamansa deməliyəm, indi deyirəm.
Şeir yazmaq çox asandır mənim üçün. Qafiyəni bildinsə, ritmi tut-
dunsa dalı asandır. Məktəbin yubileyinə də şeiri artıq yazmışdım.
332
Yuxarıdakı sintaktik bütöv dörd cümlәdәn ibarәtdir. Onun birinci,
ikinci vә dördüncü komponentlәri sadә cümlәlәrlә ifadә olunur. Ücüncü
cümlә isә koordinativ-şәrt mәnalı müәrәkkәb cümlәdir. İlk cümlәdә işlә-
nilәn vә mәtnin sonrakı parçalarında söylәnilәn xüsusa işarә edәn ‘bunu’
әvәzliyi sintaktiv bütövün öngöndәrimli üzvü olaraq özünü göstәrir.
2.1.2. Bu yay ilk dəfə xəstəxanada yatası oldum, boş vaxt çox
idi, müayinələr gündə bir saat, saat yarım vaxt aparırdı, sonra boş
vaxt nə qədər istəyirsən.
Sözügedәn sintaktik konstruksiya әnәnәvi qrammatika kitabların-
da çox zaman tabesiz, sadә geniş vә ya bağlayıcısz mürәkkәb cümlә kimi
öyrәnilir. Ancaq әslindә hәmin sintaktik konstruksiya dörd sadә cümlәdәn
ibarәt olan sintaktik bütövdür.
2.2. ‘Sərin, amma balaca palatada tək idim, gün ərzində ya-
nımda həmişə adam olurdu, anam və atam, qohum-qardaş. Amma ax-
şama yaxın tək qalırdım. Belə tək qaldığım axşamların birində necə
oldusa məktəb özü özünü mənim yadıma saldı, başladım nə başladım,
misra misranın dalınca gəldi, bəzən məndən qaçıb gizlәndi, gedib ta-
pıb qulağından tutub saldım “dördlüy”ün içinə, pəncərəyə vurulan bu
dörd dəmir milin hər biri kimi cağbacağ dayandılar bir-birinin yanın-
da, ortalarından ancaq balaca bir quş uçub keçə bilərdi, o da xəstəxa-
na həyətindəki ağacın budağında idi, haradan gəlib düşəcəkdi o çәlim-
siz quşcuğaz xəstəxananın bu balaca palatasına?!’
Sözügedәn mikromәtnin birinci komponenti parselyatikli sintaktik
konstruksiyadan ibarәtdir. Baradakı “anam və atam, qohum-qardaş”
parselyatiki qoşan-cümlәnin “adam” sözü ilә ifadә olunmuş mübtәdasını
tamamlayır. Mikromәtnin ikinci komponenti isә “Amma axşama yaxın
tək qalırdım” olaraq ifadә edilәn tәk bir sadә cümlәdәn ibarәdir. Mikro-
mәtndә yer tutan sonrakı tip sintaktik konstruksiyalar isә әnәnәvi qram-
matikada indiyә qәdәr әsasәn qarışıq tipli tabesiz vә tabeli mürәkkәb cüm-
lәlәr olaraq öyrәnilir. Ancaq sözügedәn sintaktik konstruksiya әslindә
dörd sadә vә bir üslubi-sintaktik variant şәklindә ifadә olunan mürәkkәb
сümlәdәn ibarәtdir vә sadalayıcı intonasiya ilә ifadә olunur.
Mәtnin üçüncü hissәsi geniş bir sintaktik bütövdәn ibarәtdir. Bu
sintaktik bütövün komponentlәri sadә vә mürәkkәb cümlәlәrdәn ibarәtdir:
3. ‘…İlk dәfә idi ki, gecәlәr istәdiyim yuxunu görә bilirdim.
Xәstәxanada yatdığım müddәtdә buranın bir xeyri o oldu ki, öyrәşdirdim
artıq özümü buna, yәni ürәyim istәyәn yuxunu görmәyә. Demәk olar ki,