M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə135/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   131   132   133   134   135   136   137   138   ...   157

 

331 


logizmlәşmişdir.  Onu  әslindә  qoşan-cümlәdәn  qopub  ayrılmış  bir 

“semantik parselyatikləşmə hadisəsi” kimi dә qiymәtlәndirmәk olar. İkin-

ci cümlәnin başında işlәnilәn ‘bunu’ әvәzliyi isә sintaktik bütövün öncәki 

cümlәdә deyilәnә işarә edәn altgöndәrimli vә konkretlәşdirici aktual üzvü-

dür. 


4. Qәribәdi, bu dәfә heç bir atmaca, zarafat olmadı. Elә bil sözlә-

şiblәr. Əksinә, hamısı, Arifin özü dә mәnә nәsә qəribə bir… baxışla baxır-

dılar, gözlәrindә istilik vardı… 

‘Qəribə’ sözü burada sintaktik bütövün tәkrar olunan mәtnqurucu 

üzvü  yerindә  özünü  göstәrir.  Birinci  cümlәdә  hәmin  söz  subordinativ-

obyekt mәnalı mürәkkәb cümlәnin transformasiyaya uğramış әsas kompo-

nenti yerindәdir vә ya münasibәt bildirәn ara söz kimi dә qiymәtlәndirilә 

bilәr.  Ücüncü  komponentdә    isә    ‘qәribә’  sözü  cümlәnin  tәyini  yerindә 

işlәnilir.  

İkinci hissә iki sintaktik bütövdәn vә ya mikromәtndәn ibarәtdir. 

Bu parçada vә mәtnin buna oxşar digәr parçalarında yazıçının baş verәn 

hadisәlәrә  әsәrin  baş  qәhrәmanının  dili  ilә  ifadә  olunan  konkret  bir 

münsibәt bildirilir. Bәzәn bu münasibәt әsәrdә şeirlәrlә dә ifadә olunur.   

2. Qeyd: Mən bunu nə zamansa deməliyəm, indi deyirəm. Şeir 

yazmaq  çox  asandır  mənim  üçün.  Qafiyəni  bildinsə,  ritmi  tutdunsa 

dalı asandır. Məktəbin yubileyinə də şeiri artıq yazmışdım. Bu yay ilk 

dəfə xəstəxanada yatası oldum, boş vaxt çox idi, müayinələr gündə bir 

saat, saat yarım vaxt aparırdı, sonra boş vaxt nə qədər istəyirsən. 

Sərin, amma balaca palatada tək idim, gün ərzində yanımda 

həmişə  adam  olurdu,  anam  və  atam,  qohum-qardaş.  Amma  axşama 

yaxın tək qalırdım. Belə tək qaldığım axşamların birində necə oldusa 

məktəb özü özünü mənim yadıma saldı, başladım nə başladım, misra 

misranın dalınca gəldi, bəzən məndən qaçıb gizlәndi, gedib tapıb qula-

ğından  tutub  saldım  “dördlüy”ün  içinə,  pəncərəyə  vurulan  bu  dörd 

dəmir  milin  hər  biri  kimi  cağbacağ  dayandılar  bir-birinin  yanında, 

ortalarından ancaq  balaca bir quş uçub keçə bilərdi,  o da xəstəxana 

həyətindəki ağacın budağında idi, haradan gəlib düşəcəkdi o çәlimsiz 

quşcuğaz xəstəxananın bu balaca palatasına?! (Abdulla 2005: 19-21).  

Sözügedәn  mәtndә  yer  tutan  birinci  mikromәtn  iki  sintaktik 

bütövdәn tәşkil olunur.  

2.1.1.Qeyd:  Mən  bunu  nə  zamansa  deməliyəm,  indi  deyirəm. 



Şeir  yazmaq  çox  asandır  mənim  üçün.  Qafiyəni  bildinsə,  ritmi  tut-

dunsa dalı asandır. Məktəbin yubileyinə də şeiri artıq yazmışdım.  


 

332 


Yuxarıdakı sintaktik bütöv dörd cümlәdәn ibarәtdir. Onun birinci, 

ikinci  vә  dördüncü  komponentlәri  sadә  cümlәlәrlә  ifadә  olunur.  Ücüncü 

cümlә isә koordinativ-şәrt mәnalı müәrәkkәb cümlәdir. İlk cümlәdә işlә-

nilәn vә mәtnin sonrakı parçalarında söylәnilәn xüsusa işarә edәn  ‘bunu’ 

әvәzliyi sintaktiv bütövün öngöndәrimli üzvü olaraq özünü göstәrir.  

2.1.2. Bu yay ilk dəfə xəstəxanada yatası oldum, boş vaxt çox 



idi,  müayinələr  gündə  bir  saat,  saat  yarım  vaxt  aparırdı,  sonra  boş 

vaxt nə qədər istəyirsən. 

Sözügedәn sintaktik konstruksiya әnәnәvi qrammatika kitabların-

da çox zaman tabesiz, sadә geniş vә ya bağlayıcısz mürәkkәb cümlә kimi 

öyrәnilir. Ancaq әslindә hәmin sintaktik konstruksiya dörd sadә cümlәdәn 

ibarәt olan sintaktik bütövdür.   

2.2. ‘Sərin,  amma  balaca  palatada  tək  idim,  gün  ərzində  ya-



nımda həmişə adam olurdu, anam və atam, qohum-qardaş. Amma ax-

şama yaxın tək qalırdım.  Belə tək qaldığım axşamların birində necə 

oldusa məktəb özü özünü mənim yadıma saldı, başladım nə başladım, 

misra misranın  dalınca  gəldi,  bəzən məndən  qaçıb  gizlәndi,  gedib ta-

pıb qulağından tutub saldım “dördlüy”ün içinə, pəncərəyə vurulan bu 

dörd dəmir milin hər biri kimi cağbacağ dayandılar bir-birinin yanın-

da, ortalarından ancaq balaca bir quş uçub keçə bilərdi, o da xəstəxa-

na həyətindəki ağacın budağında idi, haradan gəlib düşəcəkdi o çәlim-

siz quşcuğaz xəstəxananın bu balaca palatasına?!’ 

Sözügedәn mikromәtnin birinci komponenti parselyatikli sintaktik 

konstruksiyadan  ibarәtdir.  Baradakı  “anam  və  atam,  qohum-qardaş” 

parselyatiki  qoşan-cümlәnin  “adam”  sözü  ilә  ifadә  olunmuş  mübtәdasını 

tamamlayır.  Mikromәtnin  ikinci  komponenti  isә  “Amma  axşama  yaxın 

tək qalırdım” olaraq ifadә edilәn tәk bir sadә cümlәdәn ibarәdir. Mikro-

mәtndә  yer  tutan  sonrakı  tip  sintaktik  konstruksiyalar  isә  әnәnәvi  qram-

matikada indiyә qәdәr әsasәn qarışıq tipli tabesiz vә tabeli mürәkkәb cüm-

lәlәr  olaraq  öyrәnilir.  Ancaq  sözügedәn  sintaktik  konstruksiya  әslindә 

dörd sadә vә bir üslubi-sintaktik variant şәklindә ifadә olunan mürәkkәb 

сümlәdәn ibarәtdir vә sadalayıcı intonasiya ilә ifadә olunur.  

Mәtnin  üçüncü  hissәsi  geniş  bir  sintaktik  bütövdәn  ibarәtdir.  Bu 

sintaktik bütövün komponentlәri sadә vә mürәkkәb cümlәlәrdәn ibarәtdir: 



 

3.  ‘…İlk  dәfә  idi  ki,  gecәlәr  istәdiyim  yuxunu  görә  bilirdim. 

Xәstәxanada yatdığım müddәtdә buranın bir xeyri o oldu ki, öyrәşdirdim 

artıq  özümü  buna,  yәni  ürәyim  istәyәn  yuxunu  görmәyә.  Demәk  olar  ki, 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə