M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə134/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   130   131   132   133   134   135   136   137   ...   157

 

328 


q’sәsi  ilә,  Türkiyә  türkcәsindә  isә  ‘a’  vә  ‘e’  sәslәri  ‘k’  vә  ‘қ’sәslәri  ilә 

fonetik ahәng yaradır. Belәliklә, sözügedәn fonetik fәrqliliyin yaranması-

na açıq ‘ə’ sәsinin aşağıdakı fonetik kubda göstәrilәn fәrqli artikulyasiya 

mövqeyi vә ‘ve e’ fonemlәri ilә yaratdığı qarşılıqlı oppozisiya (fonoloji 

qarşı dıurma) sәbәb olur. 

Şxem 4 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Mәlum  olduğu  kimi,  Kamal  Abdullanın  “Tarixsiz  gündәlik”  po-



vesti  bәlli  bir  ölçüdә  avtobioqrafik  әsәrdir.  Əsәrdә  yazıçının  da  mәktәb 

illәrindә yaşadığı hadisәlәrdәn, keçirdiyi psixoloji durumlardan vә s. bәhs 

olunur. Hәmin illәrdә gәnclәrimizin gәlәcәyә dair qurduğu müxtәlif plan-

lar  vә  bu  planlar  haqqında  düşüncәlәri  әslindә  әsәrin  intellektual-bәdii 

özәyini vә ya fabulasını tәşkil edir. Belәliklә, 1960-1970-ci illәr Azәrbay-

canının mәktәb hәyatı; Bakının 190 saylı mәktәbinin timsalında illәr sonra 

ret-, pros-, pers- vә interospektiv aurada әdәbi-bәdii vә puplisistik dәyәr-

lәndirilmәylә canlandırılır.  

Povestin süjet xәttini tәşkil edәn әsas hadisәlәr, yuxarıda da gös-

tәrildiyi  kimi,  Bakının  mәşhur  190  saylı  mәktәbindә  baş  verir.  Burada 

sözügedәn  bir  çox  bәdii  surәtin  prototipi,  mәsәlәn  әdәbiyyat  müәllimi 

Zәrbәli  Sәmәdov,  mәktәb  direktoru  Sona  xanım  hәyatda  yaşamış  hәqiqi 

insanlar  olmuşdur.  Sözügedәn  mәktәbin  son  siniflәrindәn  birindә  baş 

verәnlәr isә әsәrin әsas mövzusu olaraq ümumilәşdirilir. Sinifdә baş verәn 

hadisәlәr vә gәnclәrin yaşadıqları bütün mәnәvi-psixoloji vәziyyәtlәr әsәr-

dә işıqlandırılır. Gәnclәrin sevinclәri, üzüntülәri, özәlliklә dә dәcәlliklәri 

vә yaramazlıqları çox orijinal bir mәtn kompozisiyası ilә ifadә edilir. Əsәr 

çox yerdә nәsr vә nәzmlә yazılır.  

D

odaql


anan

 

D



odaql

anm


aya

n

 



Ə 

 Qalın 


İ 

Ü 



Ö 



   İncә 




 

329 


Əslindә әsәri oxuduqda gözlәrimiz qarşısınada bütün hәyәcan vә 

coşqusuyla Azәrbaycanın çağdaş bir lisey sinfi canlanır. Gәnclәrinin hәm 

keçmişә vә indiyә, hәm dә gәlәcәyә vә milli mentalitetimizә görә dәyәr-

lәndirilә bilәn interospektiv sәciyyәli dәrk olunma özәlliklәriylә. Vә yuxa-

rıda Kamal Abdullanın “Tarixsiz gündәlik” povestindәn gәtirilәn parçada 

da hәmin sinifdә yaşanılan hadisәlәrin birindәn, konkret bir gündәn, yәni 

mәktәblilәr üçün çox özәl günlәrdәn biri sayılan sentyabrın birindәn bәhs 

edilir.  

Mәktәblilәr, burada son sinif şagirdlәri; sevinc, qayğı vә uzun yay 

tәtilindә  yaşadıqları  xatirәlәrlә  dolu  olaraq  doğma  mәktәblәrinә  geri 

qayıtmışlar.  Hәr  kәs  bir  şeyi  vә  ya  yaşdıqlarını  yoldaşlarıyla,  dostlarıyla 

vә  rәqiblәriylә  bölüşmәyә  can  atır.  Belә  bir  gündә  әsәrin  qәhrәmanı  vә 

mәktәbin şairi Nazimin sentyabrın birindә altıncı dәrsdәn sonra nә düşün-

düyünü  ifadә  edәn  konkret  bir  mәtn  yuxarıda  örnәk  olaraq  gәtirilmişdir.  

Həmən  gün.  Altıncı  dərsdən  sonra.  Məktəb  həyəti.”  başlığı  altında 

әsәrin  ümumi  makromәtnindә  ayrıca  bir  yer  tutan  hәmin  mәtn  özü  ayrı-

ayrı  mikromәtnlәrdәn  vә  ya  tәbir  caizsә  sintaktik  bütövlәrdәn  tәşkil 

olunur.  Bu  mәtn  әsәrin  baş  qәhrәmanının  daxili  nitqi  ilә  ifadә  olunur. 

Mәtn  bütövlükdә  üç  hissәdәn  ibarәtdir.  Birinci  hissә  әslindә  dörd 

mikromәtndәn vә ya sintaktik bütövdәn ibarәtdir. Birinci mikromәtn: 



1.  …Altı  dәrs  vә  tәnәffüslәr  azlıq  etmişdi.  Uzun  yay  tətilindən 

sonra  hamımızın  bir-birinә  deyilәsi  nә  qәdәr  sözümüz  vardı.  Kim  yayı 

harda, necә keçirdi?! Nә gördü, hara getdi, hәyatda maraqlı nә baş verdi?! 

Çoxumuz  yay  tәtili  zamanı  bir-birimizi  görmәmişdik,  әlbәttә  ki,  bir-

birimizçün  darıxmışdıq.  Bir-birimizin  sözünü  kәsә-kәsә  hәr  kәs  ancaq 

özündən, yay “macәralarından” danışmağa cәhd edirdi: 

-Mәn isә… 

-Qulaq as… 

-Yox e… Bilirsәn nә gözәl qızlar var orda?! 

-… qaraldım, bir qaraldım ki, indi-indi keçir.  

Sözügedәn mikromәtn üç sintaktik bütövdәn tәşkil olunur:  

1.1.  Altı  dәrs  vә  tәnәffüslәr  azlıq  etmişdi.  Uzun  yay  tətilindən 

sonra  hamımızın  bir-birinә  deyilәsi  nә  qәdәr  sözümüz  vardı.  Kim  yayı 

harda, necә keçirdi?! Nә gördü, hara getdi, hәyatda maraqlı nә baş verdi?! 

Yuxarıdakı sintaktik bütövün birinci cümlәsi gәtirilәn mәtnin bü-

tövlükdә  öngöndәrimli  komponenti  olaraq  özünü  göstәrir.  İlk  iki  cümlә 

tema, son iki cümlә isә rema olaraq qiymәtlәndirilә bilәr. İkinci cümlәdә 

yer  tutan  ‘kim’  әvәzliyi  dә  sintaktik  bütövün  vә  mәtnin  öngöndәrimli 



 

330 


komponenti yerindә işlәnilir. Çünki hәmin әvәzliklә mәtnin sonrakı parça-

larında xatirәlәrini yoldaşlarıyla bölüşmәk istәyәnlәrә işarә edilir.  

1. 2. Çoxumuz yay tәtili zamanı bir-birimizi görmәmişdik, әlbәttә 

ki, bir-birimizçün darıxmışdıq. Bir-birimizin sözünü kәsә-kәsә hәr kәs an-

caq özündən, yay “macәralarından” danışmağa cәhd edirdi: 

Sözügedәn sintaktik bütövün birinci cümlәsi koordinativ-sәbәb vә 

nәticә  mәnalı  mürәkkәb  cümlә  ilә ifadә  olunur.  Mürәkkәb  cümlәnin  baş 

cümlәsi  ilә  budaq  cümlәsi  arasında  işlәnilәn  ‘әlbәttә  ki’  ara  sözünü 

asanlıqla  ‘buna  görә  (dә),  bunun  üçün’  vә  s.  bağlayıcılarla  әvәz  etmәk 

olar. Sintaktik bütövün teması olaraq özünü göstәrәn hәmin cümlә ilә re-

ması  olaraq  işlәnilәn  ikinci  cümlә  arasındakı  әlaqә  dә  sәbәb-nәticә 

çalarlıdır.  

1. 3. -Mәn isә… 

-Qulaq as… 

-Yox e… Bilirsәn nә gözәl qızlar var orda?! 

-… qaraldım, bir qaraldım ki, indi-indi keçir.  

Sözügedәn  sintaktik  bütöv  qısa-qısa  ifadә  olunan  rema-cümlә-

lәrdәn ibarәtdir.  

2. Bəs mәn nәdәn danışacaqdım?! Bircә mәn idim susan. Bunun 

da  sәbәbi  var  idi.  Elә  ona  qulaq  asırdım,  buna  qulaq  asırdım.  Mәktәbin 

hәyәtindәn uzun müddәt dağılışmaq bilmәdik. 

Sözügedәn  sintaktik  bütöv  beş  cümlәdәn  ibarәtdir.  Hәmin 

sintaktik  bütövün  eşgöndәrimli  komponenti  olaraq  “Elә  ona  qulaq 

asırdım, buna qulaq asırdım” cümlәsi özünü göstәrir. 

 3.    Mәn  tәşviş  içindә  sentyabrın  birinci  dәrs  gününün 

bitmәsindәn  sonra  gözlədim  ki,  yenә  dә  keçәnilki  şit  zarafatlar,  “şairәm 

çünki  vәzifәm  budur…  әnam  alım”  kimi  atmacalar…  Bunu  Arif 

uydurmuşdu  vә  hәr  dәfә  әdәbiyyat  xaric  bәzi  o  biri  dәrslәrdәn  mәsәlәn, 

cәbrdәn,  hәndәsәdәn,  kimyadan  qeyri-obyektiv  aldığım  yazıq  “üç”lәrә, 

“dörd”lәrә  (әlbәttә  ki,  bunlar  mәnim  әdәbi  uğurlarımın”  mәktәb 

tәrәfindәn bir növ “cavabı” idi) belәcә mәnim arxamca yana-yana istehza 

edirdi. Yәni şairliyinin hesabına o biri dәrslәrdә sәnә edilәn güzəştləri elә 

bilmә başa düşmürük – eşşәk deyilik vә çörəyi də ağzımıza yeyirik… 

Sözügedәn sintaktik bütövün birinci cümlәsi subordinativ-obyekt 

mәnalı  mürәkkәb  cümlәdәn  ibarәtdir.  Budaq  cümlә  burada  yarımçıqdır, 

yәni  onun  xәbәri  düşmüşdür.  Sintaktik  bütövün  ikinci  vә  üçüncü 

komponentlәri  sadә  geniş  cümlәlәrlә  ifadә  olunur.  Üçüncü  cümlәdә 

işlәnilәn “eşşək deyilik və çörəyi də ağzımıza yeyirik” ifadәsi artıq frazeo-



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə