M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə132/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   128   129   130   131   132   133   134   135   ...   157

 

323 


Yuxarıda  gәtirilәn  mikromәtnin  әsas  qurucu  komponenti  tәkrar 

olunaraq  işlәnilәn  “Karvan-Karvanbaşı”  sözlәri  vә  bunlarla  bir  yerdә 

tәsәvvür  edilәn  “Dәvә  Karvanı”  leksik  paralellәridir.  Mikromәtni  tәşkil 

edәn birinci sintaktik bütöv vә ya bütövlükdә makromәtn  “Karvan” sözü 

ilә  başlayır.  “Karvan”  sözü  burada  öngöndәrimli  leksik-sintaktik  vahid 

olaraq  da  qiymәtlәndirilә  bilәr.  Ondan  sonrakı  durumlarda  isә  “Karvan-

başı, karvan, Karvanbaşı” şәkillәrindә tәkrar olunaraq işlәnilәn eyniköklü 

leksik  vahidlәr  artıq  altgöndәrimli  mәtn  komponentlәri  olaraq  özünü 

göstәrir. Sözügedәn leksik vahidlәr vә ya sintaktik-linqvistik paralellәr әs-

lindә romanın vә ya bütün makromәtnin dә ön-, alt- vә eşgöndәrimli quru-

cu kompenetlәrindәndir. Onlar romanda әks olunan mifik dünyanın kon-

septual vә bәlli bir ölçüdә dә linqvopoetik sәciyyәli ifadә  vasitәlәrindәn-

dir. “Karvan qavramı” vә bunu ifadә edәn “karvan” leksik vahidi türk-is-

lam dünyasının milli-mәnәvi hәyatının vә yaşam tәrzinin әn yayğın şifahi 

ifadә  vasitәlәrindәn  biri  olaraq  ümumtürk  dilindә  çox  geniş  yayılmışdır. 

Mәsәlәn, “İt hürәr, kavran keçәr” ifadәsindә “karvan” sözünün sözügedәn 

frazeologizmin qurucu komonenti olaraq işlәnilmәsi dә bunu sübut edir. 

  

5.3.  “Tarixsiz  gündəlik”  povestindən  bir  mətn  parçasının 



linqvistik-sintaktik təhlili 

Kamal  Abdullanın  sözügedәn  әsәri  Azәrbaycan  türkcәsindәn 

Türkiyә  türkcәsinә  türk  әdәbi  dillәri  arası  dil-danışıq  eyniliklәri, 

fәrqliliklәri,  variantları  әsasında  vә  şәklicә  eyni,  mәnaca  fәrqli  sözlәrin 

işlәnilmәsi  paralellәrindә  uyğunlaşdırılmışdır  (Musaoğlu  2010:  75-152). 

Ədәbi  uyğunlaşdırma  prosesindә,  hәr  şeydәn  öncә,  leksik-leksikoqrafik 

olaraq  bir-birindәn  hәm  şәkilcә,  hәm  dә  mәnaca  fәrqli  olan  sözlәrin 

qarşılıqları  Türkiyә  türkcәsindә  tapılmış  vә  hәdәf  mәtnә  dil-danışıq 

ortamına  görә uyğunlaşdırılmışdır. Mәsәlәn: berk  (Azәrb.)  sözü. Türkiyә 

türkcәsinin  lüğәt  tәrkibindә  olmayan  sözügedәn  leksik  vahidin  uyğun 

mәnaları  ‘sağlam,  katı,  sərt,  çabuk’  (müstәqim  mәnalar)  vә  ‘hasis, 

cimri’(mәc.)  sözlәri  ilә  hәdәf  mәtndә  iişlәnilmişdir.  Vә  ya  Azәrbaycan 

türkcәsindә  işlәnilәn  ‘maraqlı’sözü  Türkiyә  türkcәsi  hәdәf  mәtnindә 

ilginç, bes-peki, sentyabr-eylül, vəzifə-görev’olaraq adlandırılmışdır. 

 Türkiyә  türkcәsindә  “yalancı  eşdeğerler”  olaraq  adlandırılan 

kәlmәlәr  ümumtürk  dilindә  şәkilcә eyni,  mәnaca  fәrqliliklәri  olan  leksik 

vahidlәr kimi başa düşülür. Bunların deyilişi vә yazılışı eyni olur, ancaq 

fәrqli  mәnaları  vә  mәna  çalarları  ilә  türk  әdәbi  dillәrindә  bir-birindәn 

seçilir.  Azәrbaycan  türkcәsindә  dә  işlәnilәn  hәmin  kәlmәlәrin  Türkiyә 




 

324 


türkcәsindә  müvafiq  qarşılıqları  tapılmışdır.  Azәrbaycan  vә  Türkiyә 

türkcәlәrindә, uyğun olaraq da qaynaq vә hәdәf mәtnlәrdә fәrqli mәnaları 

vә  mәna  çalarları  ilә  işlәnilәn  aşağıdakı  sözlәr  sözügedәn  leksikoqrafik 

vahidlәrә örnәk olaraq göstәrilә bilәr. Mәsәlәn: 

İsimlәr:  adam,  dal,  dәstә//deste,  dәstәk//destek,  düz,  qızıl//kızıl, 

nәfәr//nefer, bayır, il, pul, mis, yay, tәtil//tatil, söz, öz vә s. 

Feillәr:  gözlәmәk-gözlemek,  danışmaq-danışmak,  qurtarmaq-

kurtarmak,  oxşamaq-okşamak,  köçürmәk-göçürmek,  çatmaq-çatmak, 

diysinmәk-tiksinmek;  dayanmaq-dayanmak,  çәkmәk-çekmek,  bulamaq-

bulamaq, düşmәk-düşmek, sıxmaq-sıkmak, qaralmaq-kararmak vә s.  

Yuxarıda  göstәrilәn  kәlmәlәrin  bir  çoxu  vә  oxşarları  Kamal 

Abdullanın “Tarixsiz gündәlik” әsәrinin aşağıda gәtirilәn qaynaq vә hәdәf 

mәtn  parçalarında  işlәnilmişdir.  Sözügedәn  kәlmәlәr  qaynaq  vә  hәdәf 

mәtnlәrdә kursivlә göstәrilmişdir. 

 

IIIa. Həmən gün. Altıncı dərsdən sonra. Məktəb həyəti. 

Altı dәrs vә tәnәffüslәr azlıq etmişdi. Uzun yay tətilindən sonra 

hamımızın bir-birinә deyilәsi nә qәdәr sözümüz vardı. Kim yayı harda, ne-

cә  keçirdi?!  Nә  gördü,  hara  getdi,  hәyatda  maraqlı  nә  baş  verdi?!  Çoxu-

muz yay tәtili zamanı bir-birimizi görmәmişdik, әlbәttә ki, bir-birimizçün 

darıxmışdıq. Bir-birimizin sözünü kәsә-kәsә hәr kәs  ancaq  özündən, yay 

“macәralarından” danışmağa cәhd edirdi: 

-Mәn isә… 

-Qulaq as… 

-Yox e… Bilirsәn nә gözәl qızlar var orda?! 

-… qaraldım, bir qaraldım ki, indi-indi keçir.  

Bəs mәn nәdәn danışacaqdım?! Bircә mәn idim susan. Bunun da 

sәbәbi  var  idi.  Elә  ona  qulaq  asırdım,  buna  qulaq  asırdım.  Mәktәbin 

hәyәtindәn uzun müddәt dağılışmaq bilmәdik. 

Mәn  tәşviş  içindә  sentyabrın  birinci  dәrs  gününün  bitmәsindәn 

sonra gözlədim ki, yenә dә keçәnilki şit zarafatlar, “şairәm çünki vәzifәm 

budur… әnam alım” kimi atmacalar… Bunu Arif uydurmuşdu vә hәr dәfә 

әdәbiyyat  xaric  bәzi  o  biri  dәrslәrdәn  mәsәlәn,  cәbrdәn,  hәndәsәdәn, 

kimyadan  qeyri-obyektiv  aldığım  yazıq  “üç”lәrә,  “dörd”lәrә  (әlbәttә  ki, 

bunlar mәnim әdәbi uğurlarımın” mәktәb tәrәfindәn bir növ “cavabı” idi) 

belәcә mәnim arxamca yana-yana istehza edirdi.Yәni şairliyinin hesabına 

o  biri  dәrslәrdә  sәnә  edilәn  güzəştləri  elә  bilmә  başa  düşmürük  –  eşşәk 

deyilik vә çörəyi də ağzımıza yeyirik… 




 

325 


Qәribәdi, bu dәfә heç bir atmaca, zarafat olmadı. Elә bil sözlәşib-

lәr. Əksinә, hamısı, Arifin özü dә mәnә nәsә qəribə bir… baxışla baxırdı-

lar, gözlәrindә istilik vardı… 

Qeyd:  Mən  bunu  nə  zamansa  deməliyəm,  indi  deyirəm.  Şeir 

yazmaq  çox  asandır  mənim  üçün.  Qafiyəni  bildinsə,  ritmi  tutdunsa 

dalı asandır. Məktəbin yubileyinə də şeiri artıq yazmışdım. Bu yay ilk 

dəfə xəstəxanada yatası oldum, boş vaxt çox idi, müayinələr gündə bir 

saat, saat yarım vaxt aparırdı, sonra boş vaxt nə qədər istəyirsən. 

Sərin, amma balaca palatada tək idim, gün ərzində yanımda 

həmişə  adam  olurdu,  anam  və  atam,  qohum-qardaş.  Amma  axşama 

yaxın tək qalırdım. Belə tək qaldığım axşamların birində necə oldusa 

məktəb özü özünü mənim yadıma saldı, başladım nə başladım, misra 

misranın  dalınca  gəldi,  bəzən  məndən  qaçıb  gizlәndi,  gedib  tapıb 

qulağından  tutub  saldım  “dördlüy”ün  içinə,  pəncərəyə  vurulan  bu 

dörd  dəmir  milin  hər  biri  kimi  cağbacağ  dayandılar  bir-birinin 

yanında,  ortalarından  ancaq  balaca  bir  quş  uçub  keçə  bilərdi,  o  da 

xəstəxanа həyətindəki ağacın budağında idi, haradan gəlib düşəcəkdi 

o  çәlimsiz  quşcuğaz  xəstəxananın  bu  balaca  palatasına?!  (Abdulla 

2005: 19-21).  

*** 

…İlk  dәfә  idi  ki,  gecәlәr  istәdiyim  yuxunu  görә  bilirdim. 

Xәstәxanada yatdığım müddәtdә buranın bir xeyri o oldu ki, öyrәşdirdim 

artıq özümü buna, yәni ürәyim istәyәn yuxunu görmәyә. Demәk olar ki, 

sifariş kimi idi, hansı yuxunu,  hansı mәzmunda istәyirdim, özüm özümә 

sifariş edirdim (әlbәttә ki, xüsusi üsulu var idi bunun). Ən çox sevdiyim 

yuxu isә üzmәklә bağlı idi. Elә-belә üzmәyi demәk olar ki, bacarmıram. 

Bax, bizim aramızda әsl üzgüçü İlkindir. Saatlarla üzә bilir-qәribәdir. Mәn 

isә  “demәk  olar”sız  da  üzmәyi  bacarmıram,  hәqiqәti  demәk  lazımdır. 

Amma  yuxuda…  Sürәtlә,  әl-qolumu  geniş  ata-ata,  az  qala  bütün  dәnizi 

qucaqlaya-qucaqlaya  hәr  gecә  nә  zaman,  nә  qәdәr  istәsәm  üzdükcә  üzü-

rәm. Lәzzәt elәyir. 

 

‘IIIb.Aynı gün. Altıncı dersten sonra. Okul bahçesi. 



 “…Altı ders ve teneffüsler az gelmişti. Uzun yaz tatilinden sonra 

hepimizin  birbirine  diyecek  çok  sözü  vardı.  Kim  yazı  nerede,  nasıl 

geçirdi?  Ne  gördü,  nereye  gitti,  hayatında  ilginç  ne  oldu?  Çoğumuz  yaz 

tatilinde birbirimizi görememiştik, elbette ki birbirimizi özlemiştik. Birbi-



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə