41
Xakas dilindә danışanların sayı әhalinin 1989-cu ildә hәyata keçirilәn siyahıya alınmasına görә
81.428 nәfәr olmuşdur. Aradan keçәn müddәt içәrisindә bu rәqәm xeyli dәyişmişdir. Xakasların
sayı indi 78, 5000 nәfәrdir. Bunlardan 60, 168 nәfәri xakas türkcәsindә danışa bilir
(
http://tr.wikipedia.org/wiki/Hakas_Turkçesi
). Sözügedәn dil daha çox danışıq, qismәn dә әdәbi
dil sәviyyәlәrindә işlәnilir.
1.2.2. Şor dili vә ya türkcәsi Sibirin Altay bölgәsindә işlәdilir. Әhalinin 1989-cu il
siyahıya alınmasına görә sözügedәn dili 9 min 400 nәfәr ana dili hesab etmişdir. Bu gün hәmin
rәqәm 9 min 800 nәfәr olmuşdur. (
http://gag.wikipedia.org/wiki/Şor_dili
). Sözügedәn dilin yazısı
vardır.
1.2.3. Çulım dili vә ya türkcәsi Sibirin Çulım bölgәsindә, Ob çayının sahilindә danışıq
dili kimi işlәdilir. Sözügedәn dil dә әdәbi dil statusu vә ya özünә mәxsus bir yazısı olmadığından
ümumtürk dilinin bir dialekti olaraq qiymәtlәndirilә bilәr.
1.2.4. Sarı uyğur dili vә ya türkcәsi Çinin Qansu әyalәtindә danışıq dili sәviyyәsindә
işlәnilir. Sarı uyğurların sayı әhalinin 1990-cı ildә hәyata keçirilәn siyahıya alınmasına görә cәmi
12.297 nәfәr omuşdur. Bu gün hәmәn rәqәm yәqin ki dәyişmişdir. Sözügedәn dil dә ümumtürk
dilinin bir dialekti kimi qiymәtlәndirilә bilәr.
1.2.5. Fu-yü qırğızcası Çinin Mançurya bölgәsindә danışıq dili sәviyyәsindә işlәnilir.
Müxtәlif mәnbәlәrә görә Fu-yü qırğızlarının sayı min nәfәrdәn ibarәtdir. Sözügedәn dil dә
ümumtürk dilinin vә ya qırğızcanın bir dialekti olaraq qiymәtlәndirilә bilәr.
1.3. Tuva qrupu
1.3.1 Tuva dili vә ya türkcәsi Rusiya Federasiyasının Tuva Muxtar Respublikasında
danışıq vә әdәbi dil sәviyyәlәrindә işlәdilir. Sovetlәr Birliyi dönәmindә Tuva Muxtar
Respublikasında bu dildә 200 min 929 nәfәrin danışdığı bildirilmişdir. İndi isә sadәcә Rusiya
Federasiyasının tәrkibindә olan Tuva Muxtar Respublikasında hәmin dildә 250.000 min nәfәrin
danışdığı göstәrilir. Bundan başqa, Monqolustanda 27.000 min nәfәrin, Çin Xalq
Respublikasında yerlәşәn Sincan Uyğur Muxtar Respublikasında isә 2. 400 nәfәr şәxsin dә hәmin
dildәn bir ünsiyyәt vasitәsi olaraq istifadә edildiyi ensiklopediyalarda qeyd olunur
(
http://tr.wikipedia.org/wiki/Tuvaca
).
1.3.2. Tofalar vә ya karaqas dili Rusiya Federasiyasının İrkutsk bölgәsindә işlәnilir.
Sözügedәn dildә danışanların sayının 731 nәfәrdәn ibarәt olduğu vә bunlardan 314 nәfәr şәxsin
tofalar dilini özlәrinin ana dili hesab etdiyi Sovetlәr Birliyinә aid çap edilәn mәnbәlәrdә ifadә
42
olunmuşdur. Bu gün isә ensiklopediyalarda 3000 min nәfәrin tofalar dilindә danışdığı göstәrilir
(
http://tr.wikipedia.org/wiki/Tofaca
). Tofalar dili ibtidai mәktәblәrdә dәrs kimi keçilir.
2. Yakut dili qrupu
2.1. Yakut/saha dili vә ya türkcәsindә danışanların sayı әhalinin 1989-cu ildә keçirilәn
siyahıya alınmasına görә 382 min nәfәrdәn ibarәt olmuşdur. İndi isә hәmin rәqәm
ensiklopediyalarda 456.288 nәfәr olaraq ifadә olunur (
http://tr.wikipedia.org/wiki/Yakutça
).
Sözügedәn dil Rusiya Federasiyasının Yakut (Saha) Muxtar Respublikasında danışıq vә
әdәbi dil sәviyyәlәrindә işlәdilir vә türk dillәri içәrisindә әn çov tuva dilinә yaxındaır. Yakut dili
ilә tuva dili arasındakı bir-birini başa düşmә faizi isә yüzdә sıfıra bәrabәrdir (Tekin, Ölmez 2003:
68). Buna görә dә hәmin dilin digәr türk dillәri ilә yaxınlığı yaxın vә әn yaxın dil qohumluğu
miqyaslarında deyil, qohum bir türk dili sәviyyәsindә tәsniflәndirilir.
2.2. Dolqan dili vә ya türkcәsinin Rusiya Federasiyasının Krasnoyarsk bölgәsindә vә
Yakut (Saha) Muxtar Respublikasında danışıq dili sәviyyәsindә cәmi 7 min nәfәr tәrәfindәn
işlәdildiyi Sovetlәr Birliyinә aid çap olunmuş mәnbәlәrdә göstәrilmişdir. Bu gün isә
ensiklopediyalarda hәmin dildә 5.000 min nәfәrә yaxın şәxsin danışdığı qeyd olunur
(
http://gag.wikipedia.org/wiki/Dolgan_dili
).Sözügedәn dil ümumtürk dilinin vә ya yakutcanın bir
dialekti kimi qiymәtlәndirilә bilәr.
3. Bulqar qrupu
3.1. Çuvaş dili vә ya türkcәsi Rusiya Federasiyasının Çuvaşıstan Muxtar
Respublikasıda danışıq vә әdәbi dil sәviyyәlәrindә işlәnilir. Keçmiş SSRİ-dә Çuvaş dilindә
danışanların sayı әhalinin 1989-cu ildә keçirilәn siyahıya alınmasına görә 1 milyon 839 min nәfәr
olmuşdur. Bu gün isә hәmin rәqәm ensiklopediyalarda 2 milyon olaraq ifadә olunur
(
http://tr.wikipedia.org/wiki/Çuvaşça
).
4. Urum/rum dili vә ya urumca Ukraynanın cәnubunda Azov dәnizi sahillәrindә
milliyyәtcә yunan-xristian dininә mәnsub olan türkdilli xalq tәrәfindәn ana dili kimi danışılır.
Sözügedәn dil oğuz vә qıpçaq elementlәrindәn tәşkil olunur (Сравнительно-историческая
грамматика тюркских языков 2002: 5). Buna görә dә dә ayrıca öyrәnilir (Языки Mира 1997:
160-523).
43
B. Mühacir vә ya diaspor türk yazı-danışıq dillәri
Bunlar Sovetlәr Birliyi dağılana qәdәr әsas etibarilә Qәrbi Avropada, Cәnubi Afrikada,
Şimali vә Cәnubi Amerikada vә Avstraliyada evdә ana dili, ikidilli vә çoxdilli ortamlarda isә
ikinci vә üçüncü dil kimi işlәnilirdi. Sözügedәn sosiolinqvistik ortamlarda böyük türk dillәrindәn
indiyә qәdәr әn çox Türkiyә, Azәrbaycan, tatar vә uyğur türkcәlәrinin işlәnildiyini söylәmәk
mümkündür. Bütövlükdә isә hәmin әdәbi danışıq dillәrinin sayı ondur. Daha doğrusu, yuxarıda
göstәrilәn siyahıya daşıyıcısı 1 milyonun üzәrindә olan aşağıdakı yayğın dillәri dә daxil etmәk
olar:
-Qazax türkcәsi;
-Qırğız türkcәsi;
-Özbәk türkcәsi;
-Başqırd türkcәsi;
-Türkmәn türkcәsi;
-İraq türkmәncәsi.
Bununla bәrabәr, yuxarıdakı tәsniflәndirmәdә göstәrilәn digәr türk әdәbi dillәri vә
dialektlәrinin dә Sovetlәr Birliyinin süqutundan sonra dil-işlәnilmә durumunun getdikcә
dәyişdiyi indi artıq bir sirr deyildir. Statistik olaraq istәr birinci, istәrsә dә ikinci qrupa daxil olan
diaspor sәciyyәli türk yazı-danışıq dillәrinin müxtәlif dünya ölkәlәrindә işlәnilmә-yayılma
sahәlәrinin genişlәndiyi müşahidә olunmaqdadır (Musaoğlu 2007: 22-27).
Qeyd olunmalıdır ki, dünyanın bir çox ölkәsindә bu gün geniş yayılan türk xalqları vә
türkdilli toplumların diaspor vә lobiçilik hәrәkatı 2000-ci illәrdәn etibarәn getdikcә
güclәnmәkdәdir. Dünyanın müxtәlif ölkәlәrindә türk xalqlarının sivil tәşkilatları, dәrnәklәri,
cәmiyyәtlәri, qrumları, qrupları vә s. yaradılmaqdadır. Mәsәlәn, indi Azәrbaycanlıların Rusiya
Federasiyasında, keçmiş Sovetlәr Birliyinin digәr respubliklarında, Avropada, Amerikada vә
dünyanın müxtәlif bölgәlәrindә yaradılan “Azәrbaycan cәmiyyәtlәri” bunun parlaq bir nümunәsi
olaraq göstәrilә bilәr.
Azәrbaycan diaspor vә lobiçilik hәrәkatını dünyada bir bütün olaraq ulu öndәr Heydәr
Әliyev Azәrbaycan respublikasının mstәqillik illәrindә yaratdı. Ulu öndәr hәmin hәrәkatı rәsmi
vә qeyri-rәsmi müәssisәlәrilә bir böyük “milli Azәrbacançılıq axını” olaraq formalaşdırdı. Ana
vәtәn Azәrbaycanda xaricdә yaşayan Azәrbaycanlılarla bağlı olaraq nazirlik sәviyyәsindә bir
“Dövlәt komitәsi” quruldu. Hәmin komitә bu gün xaricdә yaşayan Azәrbacanlıların mәdәni-
Dostları ilə paylaş: |