Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə115/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   111   112   113   114   115   116   117   118   ...   131

476
İKİNCİ  KİTAB
bilən  qüdrətli  alət  hesab  edir.  Dəmirə  bu  cür münasibət  tatlar  içəri­
sində indi də belə möhkəm surətdə kök salmışdır. Misal olaraq,  tatların 
məişətində dəmirə ilahi münasibəti göstərən iki nümunə gətirək.
Əgər  tat  yeni  bir heyvan  satın  almışsa  (məsələn,  inək,  camış, 
at  və  s.)  həmin  heyvanı  tövləsinin  qapısından  içəri  keçirməzdən 
əvvəl  tövlə qapısının  astanasına  bir parça dəmir qoyur,  sonra həmin 
heyvanı  o  qapıdan  tövləyə  keçirir.  Həmin  dəmiri  də  bir  ipə 
bağlayıb,  tövlənin  qapısının  ağzından  asırlar.  Beləliklə,  o,  arxayın 
olur  ki,  daha  bu  heyvana  dərd-bəla  toxuna  bilməz,  onun  başma 
fəlakət  və  ya  bədbəxt  hadisə  (canavar parçalaması,  qayadan  uçmaq 
və s.) gəlməz,  hətta südü az olan heyvanın yelininə də südü çoxalsın 
deyə dəmir sürtürlər.
Yaxud,  əgər bir nəfər evdən  ya qonşuya gedir,  ya  da uzaq  sə­
fərə  çıxırsa  qapının  astanasına  ucu  iti  olan  kiçik  dəmir  parçası 
sancılır və o,  adam evə qayıtmayınca həmin dəmir oradan çıxarılmır 
(bu  dəmiri çox  vaxt iynə  və  ya sancaq da əvəz edə bilər).  Beləliklə, 
tatlarda belə  inam yaranır ki,  bu  dəmir  həmin  şəxsin  salamat qayıt­
masına  kömək  edəcəkdir.  Fetişizm  hissi  ehtiraslardan  (arzu,  həvəs 
və  s.)  irəli  gələn  dindir.  İnsan  inanır  ki,  cansız  şey  onun  arzusunu 
yerinə yetiımək üçün  əvvəlki  xüsusiyyətini dəyişdirmək qabiliyyəti­
nə malikdir.
Tatlar içərisində ruhu  müqəddəs  saymaq  məsələsi  də çox  ma­
raqlıdır.
Ruha inam, onun canlı olması əqidəsi Madərşahlıq dövründə ya­
ranaraq geniş yayılmış inamın -  animizmin məhsuludur.
Ruhun  müqəddəsliyi  ilə  əlaqədar  olaraq  tatlar  arasında  belə 
bir qayda vardır:  əgər bir nəfərin toyu olan günü  ölüm hadisəsi  olsa 
və  ölü  yerinə  getmiş  adamlar  oradan  toya  getsələr,  müəyyən  müd­
dətdən sonra toyu olan qız  və  ya oğlan üçün həmin ölünün qəbri  üs­
tündən  torpaq  götürülür,  onlara  göndərilir.  Torpaq  yalnız  şənbə  gü­
nü götürülə bilər. Təzə evlənənlərin evlərinin üstündən asılmalı olan 
bu torpağın altından cavan  ər və  arvad keçməlidirlər. Torpaq şəxsən 
cavan  ər  və  arvada  deyil,  həmin  evin  böyüyünə,  özü  də  evdə  yox, 
bayırda verilməlidir.  Bu da ona görədir ki,  ölmüş adamın bu  torpaq­
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
477
da olan ruhu birdən bəlkə toy edənləri bağışlamadı, onda onun qəzə­
bi  qoy torpağı  qəbul  edən  yaşlı  adamı  tutsun,  baş  verə biləcək  fəla­
kəti,  qarğışı öz üstünə götürsün. Çünki  artıq o,  öz payını  yaşamışdır. 
Yaşlı  adam bayırda torpağı qəbul etdikdən sonra oradaca bəzi məra­
simləri  yerinə yetirir, ruh duası  oxuyur, həmin  torpağın üstünə su çi­
ləyir,  ruh sahibinin könlünü almaq üçün ona nəzir deyir,  onun  adına 
bir şey  bağışlayır.  Beləliklə,  guya ruhun  artıq könlü  alınmış,  o,  təzə 
evlənənləri  bağışlamaq  üçün  “yumşalmışdır”.  Sonra  torpağı  evə 
aparır,  qapının üstündən  asır,  cavan  ərlə arvadı həmin qapıdan keçi­
rirlər.  Beləliklə də guya ruh  sahibi ölən gün toy edib evlənən,  şadlıq 
edən  cavanlar ruhun  gələcəkdə  onlara  yetirə biləcəyi  xətərdən  xilas 
olurlar. Həmin torpaqda olan ruh cavanlara xeyir-dua verir.
Burada  qədim  magiya  qalıqlarından  olan  əvvəlcə  göstərdiyi­
miz ruha sitayiş etmə, ruhun həmişəlik bədəndən ауп diri  olması  və 
ölməməsini  qəbul  etmək  kimi  qədim  inam  hakimdir.  Deyilənlərə 
görə çox keçmişlərdə,  tatların ulu babaları dövründə cavan  ər-arvad 
qapıdan  keçəndən  sonra (yəni  ölü  ruhunun  torpağı  altından)  məclis 
qurular,  xörəklər  bişirilər,  süfrənin  lap  başında,  fəxri  yerdə,  cavan 
gəlinin  sağ  tərəfində  həmin  xörəklərdən bir nimcə  də  çəkilib qoyu­
lardı.  Guya  bu  həmin  ruh  üçündür,  o,  bu  xörəyi  “yeyəcəkdir”.  Bu 
şadlıq da onun mərhəməti,  cavanlan bağışlaması  müqabilində təşkil 
olunmuşdur.
Tatlann  adət  və  ənənələrində  fetişizm  nümunələrinin  bariz 
əlamətlərini  bu  gün  də  müşahidə  etmək  olar.  Tatlar qoca kaftann  -  
canavann  dərisindən  bir  tikəni  (tatlar  buna  “küs  kəftar”  deyirlər), 
yaxud pişik  tükünü  oğlan  və qız  uşağının paltarının  bir yerindən  ti­
kir, ev heyvanlannm boynundan  asırlar.  Hasarın  başma heyvan kəl­
ləsi,  dağ  keçisinin  buynuzu  və  s.  qoyurlar  ki,  bunlar  heç  şübhəsiz 
tatlann fetişidir.
Qafqaz  xalqlan,  o cümlədən  Azərbaycan  tatları  arasmdsa ilan 
ayininin də geniş yayılması  məlumdur. Tatlar hələ indi də evdə olan 
ilanı öldürməz və ya incidib qorxuzmazlar. Hər evin guya bir ilanı -  
onun qoruyucusu,  keşikçisi  olmalıdır.  Bu  ilan  həmin evi  guya bəla­
lardan qorumalıdır,  o evin ki,  damında öz ilanı  yoxdur və ya inciyib


478
İKİNCİ KİTAB
getmişdir, deməli, o, bu evin xoşbəxtliyini də özü  ilə  aparmışdır. Bu 
evi  bədbəxtçilik  gözləyir.  Bəzi  yaşlı  tat  qadınları  indi  çox  vaxt  ax­
şamlar yatandan qabaq ocağın  içinə kiçik qabda süd qoyur ki,  bu da 
həmin  evin  ilanı  üçündür,  guya o,  gecə  gəlib  südü  içəcəkdir.  Görü­
nür ki,  ilan zəhərinin  böyük müalicə  dərmanı  olduğu hələ  qədimdən 
tatlara  da  məlum  idi.  Ona  görə  də  ilan  totemi  yaranmışdır.  Tatlar 
arasında hələ  bu yaxınlara qədər (bəlkə  də  bəzi  kəndlərində  indi də) 
başı  və quyruğu kəsilib atılmış ilan əti bir sıra xəstəliklərə qarşı dər­
man  kimi  istifadə  olunurdu.  Bu  da  yuxarıdakı  fikrimizə  haqq  verir. 
Bütün  bunlar  isə  qədim  dövrlərdən  qalmış  ilan  toteminin  qalıqlarıdır. 
İran yaylasının qərb vilayətlərinin əhalisi ən qədim zamanda ilan allahla­
rına sitayiş edirdilər.  Ola bilər  ki,  ilan  midiyalılar arasında da totem  və 
müqəddəs bir heyvan hesab edilmişdir.232
Tatlarda  it  heç  də  murdar  heyvan  hesab  olunmur.  İnsan  tərə­
findən ilk əhliləşdirilmiş vəhşi heyvan olan it tatların əqidəsincə çox 
yararlı  və  təmiz  ruhlu  heyvandır.  “Müqəddəs”  məzarların  yanında 
yeyib  yatan  itlərə  xüsusi  ehtiram  olunur.  Onları  incitmək  isə  günah 
sayılır.
Bir  sıra  xalqlarda  totem  rolunu  oynamış  itə  ən  gözəl  və 
səmimi  münasibət233  heç  də  təsadüfi  deyil.  Sonralar  islam  dini  tə­
rəfindən murdar elan olunmuş234 itə Zərdüşt təlimi  və adətlərində ən 
böyük  hörmət  və  ehtiram  olunar,  heyvanlar  içərisində  it  ən 
müqəddəs heyvanlardan biri (hətta birincisi) hesab edilərdi.  Belə ki, 
Avestaya  görə  it  ən  qatı  iblis  və  ruhlara  qarşı  dura biləcək  bir  mü­
qəddəs  varlıqdır.  Avestanın  yazdığına  görə  ölməkdə  olan  adamın 
yatağı  yanma it gətirər,  ölünü  apararkən  mütləq  it ölü  dəstəsini mü­
şayiət  edərdi.235  Bütün  bunlar  Zərdüşt  təlimində  itin  sakral  -   mü­
qəddəs gücünə inamın  təzahüründən  başqa bir şey deyildir.  Belə bir 
cəhət  diqqəti  cəlb  edər  ki,  Avestada  kirpi  də  xüsusi  it  növlərindən 
biri  hesab  olunurdu.  Avestaya  görə  kirpi  çox  təmiz  heyvan  olub 
Əhlimənin  qəddar  tərəfdarlarına və  onların  zülmkar ilanlarına  qarşı 
mübarizə aparır,  onları  məhv  edir. 
Qeyd etmək lazımdır ki,  kirpi­
yə  eynilə  belə  münasibəti  biz  tatların  adətlərində  də  təsadüf edirik. 
Tatlara  görə  hansı  bağda,  evdə,  bostanda  kirpi  olarsa  o  yerin
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
479
bərəkətli  olacağı  güman  edilir,  kirpiyə  evdə  süd  və  başqa  yemək 
verirlər  ki,  həmin  yerdən  getməsin.  Kirpinin  tikanları  və  dərisindən 
isə “bəlalardan hifz edə  bildiyi üçün uşaqların və heyvanın boğazın­
dan dua kimi  asırlar ki,  ona göz dəyməsin.
Tatların  adətlərində  ev  quşlarından  olan  xoruz  və  toyuğa  da 
xüsusi  münasibət vardır.  Tatlann  fikrincə  vaxtsız banlayan  xoruzun 
üç  gün  müddətində  pipiyini  kəsmək  lazımdır.  Əgər  bu  kömək  et­
məzsə,  yəni  yenə  o  vaxtsız  banlamağına  davam  edərsə  onda  onun 
başı  kəsilməlidir.  Tatlara  görə  xoruz  kimi  balayan  toyuq  da  dərhal 
kəsilməlidir.  K.A.İnostransev  maraqlı  faktlar  gətirərək  göstərir  ki, 
xoruz  və  toyuğa belə  münasibət özündən qabaqkı  adət  və  ənənələri 
məhv etmək istəyən islam dininin sonrakı əlavəsidir. Ərəb mənbələ­
rinə  istinad edən  müəllif göstərir ki,  sasani  dövründə  vaxtında ban- 
lamayan  xoruzun  və  banlayan  toyuğun  səsi  müqəddəs  ruhlardan bi­
rinin  gözlənilən  bədbəxtlik  haqqında  insanlara  edilən  xəbərin  əla­
məti  kimi  qiymətləndirilirdi.237  Xoruz  insanları  iblis  və  devlərdən 
qoruyan mərhəmətli  mələk Sraoşinin sadiq köməkçisidir. Bundaxişnə 
görə xoruz itlə bərabər iblislərə,  devlərə və cadügərlərə qarşı mübarizə 
aparmaq üçün yaradılmışdır.  Sasanilərə  görə  uşağı  pis nəzərdən  qoru­
maq üçün həmin evdə mütləq xoruz saxlamaq lazımdır.238
Zərdüşt  dini  kitablannda  xoruz  kimi  banlayan  toyuqların  kə­
silməsi  qadağan olunurdu.239 Bütün  bu mülahizələr fonunda tatlarda 
indi də qalan belə bir adət diqqəti cəlb edir:  uzaq bir yerə səfərə get­
miş  istəkli  adamının  sağ  və  salamat  qayıdıb-qayıtmayacağmı  soru­
şan  şəxs  öz  sualından  sonra  xoruz  banı  eşidərsə  (hətta  vaxtsız  da 
olsa)  sevinir,  ona  səs  vermiş  xoruza minnətdarlığım  bildirir.  Qədim 
adətlərin arxaik formalarından olan bu  ənənə K.A.  İnostransevin  əv­
vəldə göstərdiyimiz doğru mülahizəsinə bir daha haqq qazandırır.
Tatlann başqa heyavanlara münasibəti də diqqəti cəlb edir.
Tatlann  fikrincə  qoçun  ağ  ətini  (xayasını)  yemək  olmaz.  Bu 
yalnız ona görə deyil ki, bu islam  şəriətində məkruh sayılmışdır. Biz 
bunun  əsl  səbəbini  soruşduqda qoca  tatlardan  biri  təzə  kəsilmiş  qo­
çun  ağ  ətini  götürüb  yardı,  təsadüfən  onun  içindən  xırda  daşlar  və 
qum çıxdı.  Bununla da o, bizə “sübut” etdi ki, qoçun bu hissələrinin


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə