Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə111/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   107   108   109   110   111   112   113   114   ...   131

460
İKİNCİ KİTAB
vab  verir.196 Əlbəttə,  bəzi hallarda ölənin paltarının parçasının baha- 
lığından  asılı  olaraq  Avesta da  onu  “yuyub pak  etməyə”  icazə  verir 
ki, bu tələbə tatlar da riayət edirlər.
Pəhləvi  (orta fars dilində)  kitablarında göstərildiyi  kimi, insan 
öləndən  sonra  onun  ruhu  üç  gün-üç  gecə  hələ  “sahibinin”  bədənin­
də,  daha  doğrusu  başının  üstündə  qalır.  Bu  üç  gün  ərzində  ölənin 
yaxın  adamlan  onun  ruhunu  cürətləndirmək,  onu  (ruhu)  gözləyən 
sınaqdan  qorxmamaq  üçün  onun  (ölünün)  yanında  dua  oxuyur,  bə­
dəndən  ruhun  çıxması  mərasiminə  dair  adətləri  yerinə  yetirirdilər. 
Üç  günün  tamamından  sonra  ruhun  dini  simvolu  olub  orta  fars  dili 
mənbələrində  den  (Avestada daena)  adlanan  ruh ölənin  bədənindən 
ayrılır. Əgər ölən  şəxsin günahlan  yoxdursa bu  ruh gözəl qız-mələk 
şəklində,  günah  etmişsə  -   deməli  “təmiz”  deyilsə,  bu  mələk  qızın 
üzü  olduqca  kifır,  çirkli  surətdə  zahir  olur.  Zərdüşt  dininə  görə  bu 
ruh  ölənin  əlindən  tutub  onu  islam  dinində  sonralar  Siratul-Müstə- 
qim  adlanan  behiştə  gedən  körpünün  (Avestada  Şinvat)  üstündən 
keçirməlidir.  Əgər  ruhun  müşaiyət  etdiyi  adam  günahsız  və  təmiz­
dirsə  bu  körpü  geniş  açılır,  ölənlə  birlikdə  ruh  da  behiştə  gedir, 
əksinə,  əgər o,  günah  işləmiş  -   “pak”  deyilsə  körpü  daralıb  bir  tük 
nazikliyində  olur.  Həmin  adam  da  onun  altında  olan  cəhənnəmə 
düşür. 
Tatlar da ölünün basdırılmasından  sonra ölənin şərəfmə üç 
gün  müddətində  hər  axşam  yemək  hazırlamalı,  evə  gələn  adamlan 
yedirtməlidirlər.  O nlann  əqidəsinə  görə  hələ  də  ölənin  bədənində 
olan ruh “sahibinin bədənindən”  ayrılaraq öz evinə gələ bilər və onu 
necə  yad  etdiklərini  “görər”,  “nəzarət”  edə  bilər.  Onun  üçün  də 
ölənin  adamlan  bir  qayda  olaraq  tatların  “səvəşə”  (üç  gecəlik)  ad­
landırdıqları  bu  mərasimdə  bişirilən  yeməkdən  ölənin  ruhunun  da 
payını  aymb bir qaba qoyur, bu xörəyin ruh tərəfindən dadılaçağına, 
heç  olmasa  onu  qoxuyub  onun  şərəfinə  bişirilmiş  xörəyin  iyini  qə- 
birdəki  bədənə qayıdarkən  özü  ilə  “sahibinə  aparacağına”  inanırlar. 
Bu  göstərilənlərdən  məlum  olduğu  kimi  müasir  tatların  ölünün  ru­
huna  olan  münasibəti  ilə  qədim  iranlıların,  Zərdüştlərin  -   ümumiy­
yətlə “Avesta”nı öz müqəddəs kitabları  və dini qanunları hesab edən 
xalqların  bu  məsələyə  münasibəti  arasında  çox  yaxınlıq  və  bəzən
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
461
eynilik  vardır.  Bu  oxşarlıq və eyniliklər bir də  onu  sübut edir ki,  bu 
adət və mərasimlər (ruha və ölüyə aid) islam dinindən qabaq atəşpə- 
rəşt  olan  tatlara  Zərdüştlükdən  keçmişdir.  Məhəmməd  dinini  qəbul 
etmələrindən  qabaq  da  bu  mərasim  və  inam  onlann  məişətində 
möhkəm  yer  tutmuşdur,  bu  adətlər  heç  də  islam  dini  ilə  tatlann 
məişətinə daxil  olmamışdır.
Bu  nöqteyi-nəzərdən  tatlann  ruha  münasibəti,  ölüm  dünyası 
haqqındakı adətləri ilə Avesta arasında bir sıra oxşar cəhətlər vardır. 
Avestada  yazılır ki,  insan  öləndən  sonra onun  ruhu  həmin  anda  bə­
dəndən  çıxmır.  Ruh  bədəndən  yalnız  üçüncü gün çıxır və bədəndən 
aynlır. 
Bu inam tatlann əqidəsində indi də qalır.
Tatlann  fikrincə  insan  ruhu  bədənindən  çıxandan  sonra  o,  üç 
“əbədi”  dünyaya  gedə  bilər:  1.cənnətə,  2.cəhənnəmə,3.orta  dün­
yaya,  yaxud  tatlar  özləri  demişkən  nə  cənnətə,  nə  cəhənnəmə.  Tat­
lann  əqidəsincə  yaxşı  iş  görmüş  adamlar,  xoş  əxlaq,  səxavətli,  vic­
danlı,  ürəyi  təmiz  olan,  günah  işlətməmiş  kəslər  cənnətə,  bunların 
əksinə olaraq yalnız pis işlər görmüş adamlar cəhənnəmə gedəcəklər. 
Tatlann başqa bir axirət dünyası -  üçüncü bir dünyası da vardır ki, ona 
şərti  olaraq orta axirət dünyası  deyirik. Bu necə dünyadır? Tatlar de­
yirlər:  in nə cəhənnəmü, nəyiş  ki, cənnət (bu nə cəhənnəmdir,  nə də 
cənnət).  Bəs  ora  hansı  adamlar  “gedəcək”?  Tatlann  fikrincə  orta 
“dünya”  o  adamlar gedəcəklər ki,  ömürləri  boyu  etdikləri  pislikləri 
ilə  yaxşılıqları  təqribən  bərabər  olsun,  yəni  əgər  bir  adam  o  birinə 
məsələn  on  dəfə  şərlik  və  pislik  etmişsə,  bir  başqasına  da  on  dəfə 
yaxşılıq  və  xeyirxahlıq  etmiş  olsun.  Belə  adam  ölərkən  tatlar  onun 
ruhuna  dua  oxumaqla  onun  axirət  dünyası  haqqında  öz  fikirlərini 
belə  bildirirlər:  İn  ədəmi  nə  cəhənnəmiyü,  nəyiş  cənnəti  (bu  adam 
nə  cəhənnəmlikdir,  nə  də  cənnətlik).  Tatlarda  olan  bu  üç  axirətlik 
forması  heç  də  islam  dinindən  gəlmir.  İslamiyyətdə  belə  bir  üçüncü 
dünyaya təsadüf olunmur.  Yenə də Avestaya müraciət etdikdə asanlıq­
la görmək olur ki,  Katlarda (Avestanın ən qədim hissələrində) Zərdüşt 
təlimi  ilə  üç  əbədi  dünya  olduğu  göstərilmiş199  və  bunlara  kimin  ge­
dəcəyi  sualının  cavabı  da  təqribən  tatlann  dini  əqidəsində  olan  tələb­
lərə müvafiqdir.


462
İKİNCİ  KİTAB
Tatlar qulağın cingildəməsini də ölümlə bağlayırlar.  Bu cəhət­
dən  “Avesta”nın  verdiyi  məlumat  da  maraqlıdır.  Avestada  “güş 
izəd” -  yəni  qulaq  Allahı kimi  tərcümə  olunan  Allah  da olmuşdur. 
Bu Allah həm heyvanların,  həm də yaxm  və xeyirxah adamların ha­
misidir. Guş izəd adlanan bu qulaq mələyinə də Avestada xüsusi  yer 
ayrılmış,  “yaştlədən”  biri  olan  “Guş Yəşt”(Qulaq Yəşti) bu mələyin 
mədhinə  həsr  olunmuşdur.  Tatlar  arasında,  onların  əqidəsində  və 
adətlərində  bu  mələyin  yeri  haqqında  bəhs  etməyə  imkan  verən 
böyük  inam  və  sitayiş  misalı  yoxdur.  Yeganə  belə  bir  fakt  diqqəti 
cəlb edir ki,  tatlar içərisində  (məs.  Qubanın Gümür, Ördüc,  Cimi  və 
Qonaqkənd  tatlarında)  belə  bir  adət  mövcuddur  ki,  birinin  qulağı 
cingildədikdə  həmin  adam  üzünü cingildəyən  qulağına  tərəf çevirib 
aşağıdakı misradan ibarət şeiri oxuyur:
Mürdən bə biyarmə,
Kəfən bə gərdənmə,
Bə un dünya cigəymə,
Tu bura , məniş miyam.
tərcüməsi:
Ölüm yadımda,
Kəfən boynumda,
Mənim yerim o dünyada,
Sən get, mən də gələrəm.
Bu  nə  deməkdir?  Tatların  fikrincə  əgər  birinin  qulağı  cingil- 
dəyərsə,  deməli  kimsə  ölür,  onun  fəryad  səsi  bu  adamın  qulağında 
cingildəyir.  Bu  o  deməkdir  ki,  ölmək,  can  vermək  üzrə  olan  adam 
fəryad qoparır, nalə edir, onun səsini  eşidən adamı da özü  ilə yoldaş 
aparmaq,  yəni  onu  da  öldürmək  istəyir.  Tatların  fikrincə  bu  şeiri 
oxumaq  lazımdır  ki,  qulağın  cingiltisi  -   yəni  ölənin  səsi  qulaqdan 
çəkilib  getsin;  ölənə  anlatmaq  lazımdır  ki,  o,  (yəni  səsi  eşidən 
adam)  ölüm  haqqında  unutmamışdır,  hər  an  ölüm  kəfəninin  boy­
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
463
nunda olduğunu hiss edir,  indi  sən get (yəni  öl),  mən də  sonra gələ­
rəm (yəni  mən  də  öləcəyəm,  ancaq səndən  gec).  Əgər Avestada qu­
laq  mələyinə  olan  ehtiram  və  hörməti  nəzərə  alsaq  tatlar  arasında 
olan  bu  şeirin ölənə  aid  olduğunu,  lakin  qulaq  mələyinə  deyildiyini 
söyləmək olar,  tatların  fikrincə bu sözləri  tezliklə qulaq mələyi  ölən 
adamın  qulağına  çatdıracaq,  o  da  öz  fəryadlı  səsini  bu  səsi  eşidən 
adamın qulağından çəkib aparacaqdır.
Tatların  kəsilmiş  saça,  dırnağa,  çıxmış  dişə  olan  münasibəti 
də çox maraqlıdır və bu məsələnin də ölüm adətlərilə bilavasitə əla­
qəsi  vardır.  Tatlar kəsilən  dırnağı  atmır,  tullamırlar.  Çıxmış dişə  və 
kəsilmiş  saça  da  münasibət  belədir.  Onların  inamına  görə  bədənin 
bu ölü hissələrini  bayıra atmaq onun düşdüyü yeri murdarlamaq de­
məkdir  və  ümumiyyətlə  bu  yemək  və  həyat  mənbəyi  olan,  insanı 
yaşadan  torpağa hörmətsizlikdir.  Tatların  əqidəsincə bədənin  həmin 
ölü hissələri  tullanan yerlər bədxah qüvvələrin,  yəni cinlərin və şey­
tanların  -   ümumiyyətlə  qara  qüvvələrin  yığnaq  yeri,  məskəni  olur, 
məhz  bu qatı  inama görə  də  tatlar həmin  kəsilmiş  hissələri  istifadə­
siz  yerlərə,  məsələn,  xarabalıqlara,  qəbiristanlığa,  dərəyə,  üfunət 
tökülən  çaylara  və  s.  atmalıdırlar.  Tatlardan  bəziləri  hətta  ömrünün 
sonuna qədər başlannı  darayarkən  tökülən  tüklərini,  əl  və  ayaq dır­
naqlarını  hətta  kəsafət  yerlərə,  xarabalıqlara  da  atmır,  onları  top­
layıb saxlayırlar ki,  öləndə onların cismi  ilə -  yəni bədəni ilə birlik­
də basdırsınlar.  Tatlarda olan bu inam da təsadüfü deyil,  Zərdüşt tə­
limi  tələbləri  ilə  sıxı  bağlıdır. Zərdüşt təliminə  görə çox tez  yetişən, 
yenidən  yerinə  təzəsi  gələn  bədənin  bu  canlı  hisslərini  çölə  atmaq, 
yandırmaq olmazdı.  Çünki bunlar ölü hissələr olmaqla onlarda ölüm 
pərisinin əlamətləri vardır,200 ona görə də onları oda atıb yandırmaq, 
torpağa və suya atmaqla insanın bu həyat mənbələrini  (odu,  torpağı, 
suyu)  murdarlamaq  olar.  Yenə  də  islam  dinindən  fərqli  olaraq Zər­
düşt  təliminin  ölü  hissələrə  olan  inkar  hissi  açıq  görünür.  Tatlar  bu 
təlimin  tələblərinə  indi  də  tamamilə riayət edirlər.  Avesta da məhz bu 
məsələdə  onu  tələb  edir ki,  “kəsilmiş dırnaq  və  saç  (tük)  adamlardan 
10  addım,  oddan  20  addım,sudan  30  addım,  müqəddəs  yerlərdən  50 
addım  uzağa  apanlaraq  torpağın  dərinliyinə  basdırılsın”.201  Çünki  bə­


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə